Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-254/2025 10.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-10/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya xx.xx.2022-ci il tarixində **********302100 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu ilə 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və kənarlaşma ilə bağlı izahedici məktubun təqdim edilməsi iddiaçıya bildirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarı ilə 2020 –ci il dövrünə dair Mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 99,80154 manat miqdarında, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 72,30567 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı « Azekspo-7” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 96478.95 manat vergi borcu, 34774.99 manat faiz borcu olmaqla cəmi 131253.94 manat borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü meyvə və tərəvəzin topdan satışından ibarətdir. Müəssisə xx.xx.2018-ci il tarixdə yaradılmış və qeyd olunan müddət ərzində həmin fəaliyyətlə məşğul olmuşdur.2020-ci il ərzində ******* manat dəyərində meyvə və tərəvəz tərəflərindən xarici ölkələrə ixrac olunmuşdur. xx.xx.2021-ci il tarixdə Vergi orqanı tərəfindən «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» bəyannamə və araşdırma üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmiş, bundan sonra 346194.90 manat vergi borcu hesablanmışdır. Qəbul edilmiş qərarın surəti müəssisəyə göndərilmişdir.xx.xx.2021 -ci il tarixdə müəssisə 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Buna baxmayaraq vergi orqanı öz qərarında dəyişiklik etməmiş, hesablanmış borc məbləğini olduğu kimi saxlamışdır.Qeyd olunan qərardan şikayət verilmiş və araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********915000 saylı qərarı ilə İnzibati şikayət qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixi, **********672800 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərara əsasən cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş, vergi borcu 96478.95 manat, faiz borcu isə 34774.99 manat olmaqla cəmi 131253.94 manat vergi borcunun olması qeyd olunmuşdur. Yəni şikayətləri əsasında vergi borcu müəyyən qədər azaldılmışdır. Lakin bu qərarla tam razı deyillər, hesab edirlər ki, həmin qərar ləğv olunmalı, vergi borcu tam silinməlidir.Belə ki, qərardan verilən şikayətdən də göründüyü kimi X1 və X7 alınmış kimi görünən meyvələrin alış aktları tərəflərindən ləğv edilmişdir. Həmin şəxslərin adları müəssisənin xərc siyahısından silinmişdir. Nəticə etibarilə 2020-ci il ərzində alış aktı əsasında 2713788.58 manatlıq mal (bu etibarilə 2020-ci il ərzində alış aktı əsasında 2713788.58 manatlıq mal (bu məbləğin 213388.62 manat pul vəsaiti 2021-ci ildə yazılmış və qeyd hissədə də 2020-ci ilə aid olması göstərilmişdir) elektron qaimə əsasında isə (mal 2020-ci ildə alınsa da qaiməsi 2021-ci ildə daxil olmuşdur) 419728.02 manatlıq mal alışı olmuş 4612.75 manat mal alınan xidmətlərə görə xərcləri çıxmışdır. Müəssisə tərəfindən alınan bütün mallar ancaq xaricə ixrac olunmuşdur, yəni yerli bazarda heç bir satış olmamışdır. Xaricə ixrac olunan malla bağlı isə müvafiq gömrük bəyannamələri verilmiş, heç bir yayınma halı olmamışdır. Qeyd olunanlar vergi borcunun tamamilə əsassız hesablanmasına dəlalət edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-49/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli Qərardadı (hakim F.Hüseynov) ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarı ilə iddiaçı barəsində 2020-ci ilin mənfəət vergisi üzrə hesablama aparılmışdır. Vergi uçot bazası üzrə iddiaçının fəaliyyətinin meyvə və tərəvəzin topdan satışı olmaqla 2020-ci il ərzində ümumi dəyəri ƏDV-siz 2994046,12 manat olmaqla müxtəlif adda meyvə məhsulları ixrac etdiyi məlum olmuşdur. Belə ki, göstərilən dövr üzrə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş 2020-ci ilin illik Mənfəət vergisi bəyannaməsinə elektron qaydada uyğunsuzluqlar olduğu (Tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 2981479.72 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), tərəfinizdən ixrac edilmiş (2994046.12 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 2994046.12 manat məbləğdən 12566.40 manat az əks etdirilmişdir) (Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən 2923268.28 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (0 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 2923268.28 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir) aşkar edilmişdir. Yaranmış kənarlaşmalarla əlaqədar olaraq Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********302100 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmişdir. Sözügedən məktubla 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və kənarlaşma ilə bağlı izahedici məktubun təqdim edilməsi iddiaçıya bildirilmişdir. Lakin həmin dövrə dəqiqləşmiş bəyannamə təqdim edilməmiş, nəticədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cəmiyyət xx.xx.2022-ci il tarixdə təqdim etdiyi bəyannamə ilə 27495,87 manat məbləğində vergi öhdəliyini müəyyən etdiyini nəzərə alaraq, mübahisələndirilən qərarla əlavə olaraq 72305,67 mant məbləğində vergi öhdəliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, cəmiyyət 2020-ci il ərzində 2994046,12 manat məbləğində və 3742145,0 kq miqdarında meyvə (alma, nar, heyva, xurma, nektarin, üzüm, və armud) ixrac etmişdir. Bildiririk ki, "Azekspo-7” MMC barəsində vergi orqanın hesablama aparmasının səbəbi cəmiyyətin xərclərinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Yəni 2994046,12 manat məbləğində gəlirinin olması işin mübahisəsiz halıdır. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və sözgedən bəyannamə ilə gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin məbləği 2,844,000, 38 manat göstərilmişdir. Bu mənada xüsusilə vurğulamaq istərdik ki, iddiaçı xx.xx.2022-ci il tarixli 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və hal-hazırda mübahisələndirilən qərarla formalaşmış vergi öhdəliyi ilə eyni məbləğdə vergi öhdəliyi müəyyən etmişdir. Belə ki, həmin bəyannaməyə nəzər saldıqda görmək olur ki, malların təqdim edilməsindən əldə edilən gəlirin məbləği 2, 994, 046,12 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin cəmi məbləği isə 2, 495,038, 43 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 99801.54 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərar əsasında da vergi öhdəliyi həmin məbləğdə müəyyən olunmuşdur. Eləcə də iddiaçı verginin hesablanmasında NK-nın 55 nömrəli qərarını tətbiq etmişdir. Göstərilən bu xüsusatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********915000 nömrəli "İnzibati şikayətin təmin edilməsi haqqında” qərarında da əks olunmuşdur. İddiaçının mübahisələndirilən dövrü və tədiyyəni əhatə edən xx.xx.2022-ci il tarixli **********672800 nömrəli qərardan verdiyi inzibati şikayətə baxmış şikayət instansiyandakı icraat zamanı xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri qəbul edilmiş və məhz sözügedən bəyannamə təqdim edildiyi üçün iddiaçının inzibati şikayəti təmin edilmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq iddiaçının təqdim etdiyi dəqiqləşdirlmiş vergi bəyannaməsi tərəflərindən təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərar inzibati araşdırma ilə müəyyən edilmiş, habelə iddiaçı cəmiyyətin özünün vergi orqanına bəyan etdiyi vergi öhdəliyi ilə tamamilə uyğunluq təşkil etdiyindən əsaslı və qanuni inzibati akt hesab edilməlidir. Vergi orqanına təqdim edilən xx.xx.2022-ci il tarixli bəyannamədə 2, 844, 000, 38 manat məbləğində gəlirin əldə edilməsi bağlı xərclər sənədlərlə öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd etdiyimiz maddi hüquq normalarının tələbləri baxımından cavabdeh inzibati orqan haqlı olaraq 2, 844, 000, 38 manat məbləğində xərcin hamısı vergitutma obyektinin müəyyən edilməsində nəzərə almamış və şərti rentabellik üsulu ilə hesablama aparılmışdır. İddiaçının istinad etdiyi və müvafiq bazada mövcud olan alış aktları tərəfimizdən araşdırılmışdır. Adına elektron alış aktları tərtib edilmiş şəxslərdən olan X2 (FİN: 4CWAC2S) guya təqdim etdiyi meyvəyə görə 226067,48 manat məbləğindəki alış aktı və X10 (FİN: 4UMBX81) guya təqdim etdiyi meyvəyə görə 230809,50 manat məbləğindəki alış aktı iddiaçı cəmiyyətin özü tərəfindən ləğv edilmişdir. Bu haqda cəmiyyətin rəhbəri hələ inzibati araşdırma zamanı verdiyi izahatda bu xüsuatları təsdiqləmişdir. Eyni zamanda araşdırma zamanı digər vergi ödəyiciləri X17 (VÖEN: **********) xx.xx.2021- ci il tarixli izahatında, X11 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X20 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X21 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X12 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətə heç bir mal satışının həyata keçirmədiklərini bildirmişlər. xx.xx.2021-ci il tarixli ərizədə X3 heç bir müqaviləyə qol çəkmədiyini, heç bir bağ təsərrüfatı olmadığını, X17 xx.xx.2021-ci il tarixli məktubda meyvə yetişdirmədiyini, buğda əkini ilə məşğul olduğunu, X14 xx.xx.2022-ci il tarixli şikayətində kəndə təsərrüfatı fəaliyyəti ilə məşğul olmadığını, hər hansı torpaq sahəsinə malik olmadığını, maliyyə əməliyyatı aparmadığını, X20 xx.xx.2021-ci i tarixli izahatında iddiaçı cəmiyyəti tanımadığını, hər hansı işbirliyi olmadığını, kənd təsərrüfatı yetişdirmək üçün torpaq sahəsinə malik olmadığını, X21 xx.xx.2021ci il tarixli izahatında hər hansı kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olmadığını, onun adına göndərilmiş alış aktlarından xəbəri olmadığını, X12 xx.xx.2021-ci il tarixli izahatında iddiaçı cəmiyyətlə hər hansı qarşılıqlı əməliyyat aparmadığını bildirmişlər. Eləcə vergi orqanında mövcud olan uçot baza məlumatları əsasında müəyyən edilmişdir ki, X2 adına 226067,48 manat, X8 adına 123503 manat, X15 adına 348380 manat, X16 adına 102236 manat, X5 adına 351170 manat, X10 adına isə 230809 manat məbləğində, o cümlədən cəmi 1 382 165 manat məbləğində elektorn alış aktları tərtib edilmişdir. İşin qeyd olunan fərdi hallarından görünür ki, adlarına alış aktları tərtib edilmiş şəxslərin böyük əksəriyyəti iddiaçı ilə hər hansı təsərrüfat əməliyyatı aparmadıqlarını, hər hansı mal satmadıqlarını bildirmişlər. Nəticədə müəyyən olunur ki, istinad edilən elektron alış aktları vergi tutulan dövriyyənin formalaşmasında xərcləri təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-10/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək şikayətin təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-10/2025 nömrəli qərarının ləğv edilməsi və İddiaçı MMCnin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli **********544200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbinin mümkün sayılmaması, mümkün sayıldığı halda təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarın ləğv edilməsinə dair hüquqi mövqeyi yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2643/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli Qərarda əks olunmuş hüquqi mövqelərdən ibarət olmuşdur. Ləğvini istənilən qərarda məhkəmə qeyd etmişdir ki, “hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaş gəlir əsasında hesablamışdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi VM-nin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Hazırkı iş üzrə VM-nin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit edilmiş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. VM-nin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparmamışdır.” Yuxarıda qeyd edilmiş əsaslandırmadan göründüyü kimi, birinci instansiya məhkəməsi ziddiyyətli qərar qəbul etmişdir. Əsaslandırmaya nəzər saldıqda onu müşayiət etmək mümkündür ki, məhkəmə sanki cavabdehin mövqeyini qəbul etmiş, lakin cavabdehin hüquqi maraqlarına zidd qərar qəbul etmişdir. Məhkəmənin əsaslandırmasında ifadə etdiyi əsas fikirlər bunlardır: - Cavabdeh son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparmamış; - VM-nin 67ci maddəsinin tətbiqindən imtina olunmuşdur; - Bütün xərclər nəzərə alınmadan birbaşa gəlir əsasında vergi hesablanmışdır. Bu mənada bildirilir ki, iddiaçı barəsində vergi öhdəliyi elə NK-nın xx.xx.2001-ci il tarixli qərarına uyğun olaraq şərti rentabellik əsasında hesablanmışdır. Həmçinin bu cür hesablamarda vergi orqanının istinad etdiyi norma VMnin 67-ci maddəsidir (67.14) Yəni məhkəmənin hansı hüquqi məntiqə əsasən cavabdehin VM-nin 67-ci maddəsindən imtina etməsi ilə bağlı ifadə etdiyi hüquqi nəticəsi başa düşülən deyil. Digər məqam ondan ibarətdir ki, şərti rentabellik əsasında vergi hesablanarkən vergi orqanı NK-nın müəyyən etdiyi qaydaya əsasən xərclərin nəzərə alaraq vergi hesablamaq hüququna malikdir. Yəni hazırkı işdə də 2, 495, 038,43 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı iddiaçı cəmiyyətin xərcinin olması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Qeyd edilməlidir ki, iddiaçı cəmiyyət 2020-ci il ərzində 2994046,12 manat məbləğində və 3742145,0 kq miqdarında meyvə (alma, nar, heyva, xurma, nektarin, üzüm, və armud) ixrac etmişdir. Bildirilir ki, İddiaçı MMC barəsində vergi orqanın hesablama aparmasının səbəbi cəmiyyətin xərclərinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Yəni 2994046,12 manat məbləğində gəlirinin olması işin mübahisəsiz halıdır. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə vergi orqanına 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və sözgedən bəyannamə ilə gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin məbləği 2,844,000, 38 manat göstərilmişdir. Bu mənada xüsusilə vurğulanır ki, iddiaçı xx.xx.2022-ci il tarixli 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və halhazırda mübahisələndirilən qərarla formalaşmış vergi öhdəliyi ilə eyni məbləğdə vergi öhdəliyi müəyyən etmişdir. Belə ki, həmin bəyannaməyə nəzər saldıqda görmək olur ki, malların təqdim edilməsindən əldə edilən gəlirin məbləği 2, 994, 046,12 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin cəmi məbləği isə 2, 495,038, 43 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 99801.54 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərar əsasında da vergi öhdəliyi həmin məbləğdə müəyyən olunmuşdur. Eləcə də iddiaçı da verginin hesablanmasında NK-nın 55 nömrəli qərarını tətbiq etmişdir. Göstərilən bu xüsusatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********915000 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarında da əks olunmuşdur. İddiaçının mübahisələnən dövrü və tədiyyəni əhatə edən xx.xx.2022-ci il tarixli **********672800 nömrəli qərardan verdiyi inzibati şikayətə baxmış şikayət instansiyasındakı icraat zamanı xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri qəbul edilmiş və məhz sözügedən bəyannamə təqdim edildiyi üçün iddiaçının inzibati şikayəti təmin edilmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanı tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli qərar inzibati araşdırma ilə müəyyən edilmiş, habelə iddiaçı cəmiyyətin özünün vergi orqanına bəyan etdiyi vergi öhdəliyi ilə tamamilə uyğunluq təşkil etdiyindən əsaslı və qanuni inzibati akt hesab edilməlidir. Vergi orqanına təqdim edilən xx.xx.2022-ci il tarixli bəyannamədə 2, 844, 000, 38 manat məbləğində gəlirin əldə edilməsi bağlı xərclər sənədlərlə öz təsdiqini tapmamışdır. Şikayətdə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından cavabdeh inzibati orqan haqlı olaraq 2, 844, 000, 38 manat məbləğində xərcin hamısı vergitutma obyektinin müəyyən edilməsində nəzərə almamış və şərti rentabellik üsulu ilə hesablama aparılmışdır. İddiaçının istinad etdiyi və müvafiq bazada mövcud olan alış aktları vergi orqanı tərəfindən araşdırılmışdır. Adına elektron alış aktları tərtib edilmiş şəxslərdən olan X2 (FİN:4CWAC2S) guya təqdim etdiyi meyvəyə görə 226067,48 manat məbləğindəki alış aktı və X10 (FİN: 4UMBX81) guya təqdim etdiyi meyvəyə görə 230809,50 manat məbləğindəki alış aktı iddiaçı cəmiyyətin özü tərəfindən ləğv edilmişdir. Bu haqda cəmiyyətin rəhbəri hələ inzibati araşdırma zamanı verdiyi izahatda bu xüsuatları təsdiqləmişdir. Eyni zamanda araşdırma zamanı digər vergi ödəyiciləri X17 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X11 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X20 (VÖEN: **********) xx.xx.2021-ci il tarixli izahatında, X21 (VÖEN:**********) xx.xx.2021-ci il tarixli izahatında, X12 (VÖEN: **********) xx.xx.2021ci il tarixli izahatında Cəmiyyətə heç bir mal satışının həyata keçirmədiklərini bildirmişlər. xx.xx.2021-ci il tarixli ərizədə X3 heç bir müqaviləyə qol çəkmədiyini, heç bir bağ təsərrüfatı olmadığını, X17 xx.xx.2021-ci il tarixli məktubda meyvə yetişdirmədiyini, buğda əkini ilə məşğul olduğunu, X14 xx.xx.2022-ci il tarixli şikayətində kəndə təsərrüfatı fəaliyyəti ilə məşğul olmadığını, hər hansı torpaq sahəsinə malik olmadığını, maliyyə əməliyyatı aparmadığını, X20 xx.xx.2021-ci il tarixli izahatında iddiaçı cəmiyyəti tanımadığını, hər hansı işbirliyi olmadığını, kənd təsərrüfatı yetişdirmək üçün torpaq sahəsinə malik olmadığını, X21 xx.xx.2021-ci il tarixli izahatında hər hansı kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olmadığını, onun adına göndərilmiş alış aktlarından xəbəri olmadığını, X12 xx.xx.2021-ci il tarixli izahatında iddiaçı cəmiyyətlə hər hansı qarşılıqlı əməliyyat aparmadığını bildirmişlər. Eləcə vergi orqanında mövcud olan uçot baza məlumatları əsasında müəyyən edilmişdir ki, X2 adına 226067,48 manat, X9 adına 123503 manat, X15 adına 348380 manat, X16 adına 102236 manat, X5 adına 351170 manat, X10 adına isə 230809 manat, X4 adına 236640.40 manat məbləğində elektron alış aktları tərtib edilmişdir. İşin qeyd olunan fərdi hallarından görünür ki, adlarına alış aktları tərtib edilmiş şəxslərin böyük əksəriyyəti iddiaçı ilə hər hansı təsərrüfat əməliyyatı aparmadıqlarını, hər hansı mal satmadıqlarını bildirmişlər. Nəticədə müəyyən olunur ki, istinad edilən elektron alış aktları vergi tutulan dövriyyənin formalaşmasında xərcləri təsdiq edən sənəd kimi nəzərə alına bilməz. VM-nin 67.1-ci maddəsinə əsasən iddiaçı barəsində vergitutma obyekti birbaşa müəyyən edilmədiyi üçün VM-nin 67.14 və 83.9-cu maddələri əsasında kameral vergi yoxlaması aparılmışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cəmiyyətin tərtib etdiyi elektron alış aktlarının real olmadığı səbəbindən Nazirlər Kabinetinin 1 mart 2001-ci il 55 saylı Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə qərarına əsasən ixrac etdiyi dəyərə 2994046.12 / 6 * 5 = 2994046.12 – 2495038.43 = 499007.68 * 20 % = 99801.53 manat vergi məbləği olmuşdur ki, özünün bəyan etdiyi 27495.87 manat vergi məbləğindən əlavə 72305.66 manat əlavə hesablama aparılmışdır. 03 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixlidir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixli olduğundan cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ vardır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********544200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərar xx.xx.2023-cü il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:56:04-də qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə həmin qərarın təqdim olunma tarixi xx.xx.2023-cü il tarixi olmuşdur. Həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 05 may 2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Bununla da, iddiaçı cəmiyyət iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyindən onun iddia tələbi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi mübahisə edilən qərarı qəbul edən zaman İPM-in 12-ci maddəsinin ruhuna uyğun davranmamış və inkvizisiya prinsipini pozmuşdur. xx.xx.2023-cü il tarixli qərarla müəyyən edilmiş vergi öhdəliyi iddiaçı cəmiyyət tərəfindən vergi orqanına (cavabdehə) təqdim edilmiş xx.xx.2022-ci il tarixli 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində məhz onun özü tərəfindən bəyan edilmişdir. Yəni İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli bəyannamədə malların təqdim edilməsindən əldə edilən gəlir (Bəyannamənin 200.1-ci sətri) 2 994 046 12 manat, hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər (Bəyannamənin 221.3-cü sətri) 2 495, 038, 43 manat, eləcə də ödənilməli mənfəət vergisinin məbləği (Bəyannamənin 245ci sətri) 99, 801,54 manat kimi göstərilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********544200 nömrəli qərarla da vergi öhdəliyi 99, 801,54 manat kimi müəyyən olunmuş, gəlirə və xərclərə münasibətdə hər hansı dəyişiklik aparılmamışdır. Sonradan isə cəmiyyət vergi öhdəliyini azaldaraq 27495.87 manat göstərdiyindən , xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixli cəmiyyətin bəyan etdiyi vergi öhdəliyi bərpa edilmişdir. Həmçinin məhkəmə bir məqamı da nəzərə almamışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********915000 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarı ilə cəmiyyət tərəfindən verilmiş inzibati şikayət təmin edilmişdir. İnzibati şikayətin təmin edilməsi səbəbi isə şikayət instansiyasındakı icraat zamanı iddiaçının xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi olmuşdur. Sonradan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********915000 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarı İddiaçı MMC tərəfindən mübahisələndirilməmiş və hal hazırda qüvvədədir. İşə baxmış məhkəmə xx.xx.2022-ci il tarixli **********915000 nömrəli qərarı preyudisial əhəmiyyətini qəbul etməmişdir. Göstərilənlərdən belə dəqiq qənaət formalaşır ki, iddiaçı vergi öhdəliyinin bu cür (NK-nın 55 saylı qərarına əsasən) hesablanması ilə razılaşmışdır. Bu xüsusat özülüyündə etirafedici fakt kimi qəbul edilməlidir. Məhkəmə isə dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsini (xx.xx.2022-ci il tarixli), xx.xx.2022-ci il tarixli **********915000 nömrəli qərarı işin digər halları ilə müqayisəli təhlil etməmiş, adı çəkilən sənədləri sübut kimi qəbul etməməsinin səbəblərini qərarında göstərməmişdir. İşin faktiki hallarından görünür ki, X2 adına 226067,48 manat, X8 adına 123503 manat, X15 adına 348380 manat, X16 adına 102236 manat, X5 adına 351170 manat, X10 adına isə 230809 manat, X4 adına 236640.40 manat məbləğində elektron alış aktları tərtib edilmişdir. Həmin şəxslərin təqdim etdikləri izahatlarda iddiaçı cəmiyyətə hər hansı mal təqdim etmədiklərini bildirmişlər. Bu hal əsasında qeyd edilir ki, cəmiyyət 2020-ci ildə gəlirin əldə edilməsində göstərmiş olduğu xərclər rəsmi sənədlərlə öz təsdiqini tapmır, gəlirin birbaşa formalaşmasını müəyyən etmək mümkün deyil. Məhkəmə cəmiyyətdə mühasibat uçotunun hansı formada aparılmasınının xüsusatlarını da araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X22 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Maddə 13.2.82 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5- ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “İnzibati icraat haqqında” Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral qaydada şərti rentabellik norması tətbiq etməklə ona əlavə gəlir vergisinin hesablanması barədə “xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli qərarın ləğv edilməsi” qərarını mübahisələndirmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi hesablamanın əsası qismində iddiaçının 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində göstərdiyi gəlirlərin sənədlərlə təsdiq edilmədiyi qeyd etmişdir. İlk öncə qeyd edilməlidir ki, vergi orqanı xx.xx.2022-ci il tarixli **********302100 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubunda vergi odəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə “Uçot baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfinizdən 2923268.28 manat məbləğində mallar idxal edilməsinə və eqaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1№-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərinin cəmi ( 0 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 2923268.28 manat az əks edildiyindən kənarlaşma aşkar edilmişdir” uyğunsuzluğunu qeyd etməsinə baxmayaraq kameral hesablama vergi ödəyicisinin gəlirlərinə münasibətdə şərti rentabellik tətbiq edilərək aparmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 №-li əlavəsində hesabat dövrünü sonuna mal qalığı göstərilməsinə baxmayaraq, inzibati orqan kameral hesablama apararkən mal qalığını nəzərə almamışdır. Belə ki, iddiaçının 2020-ci il ərzində elektron qaimə fakturalar əsasında aldığı malların bir hissəsinin təqdim edilməməsi səbəbindən qeyd edilən malların hesabat dövrünün sonuna mal qalığı kimi əks etdirilməsinə baxmayaraq, cavabdeh vergi orqanı bununla razılaşmamış və vergi bəyannaməsində göstərilən mal qalığını iddiaçının gəliri kimi qiymətləndirərək vergiyə cəlb etmiş, lakin istər vergilərin hesablanması barədə qərarda, istərsə də, məhkəmə araşdırması zamanı bunu hansı səbəbdən etdiyini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bir haldakı iddiaçının elektron qaimə fakturalar əsasında aldığı malların bir hissəsinin təqdim edilməməsi səbəbindən hesabat dövrünün sonuna mal qalığı kimi əks etdirilmiş və cavabdeh vergi orqanı da iddiaçının həmin malların təqdim edilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli Qərar əsasında hesablanmış məbləğinin düzgünlüyü öz təsdiqini tapmadığından ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********544200 nömrəli vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmə icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və qanuniliyini sübut edə bilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bundan başqa cavabdehin apellyasiya şikayətində dəlillərində 03 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixlidir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixli olduğundan cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququnun olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası cavabdeh tərəfindən irəli sürülmüş, Vergi Məcəlləsinin 67.17-ci maddəsinə xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş əlavəyə əsaslanan apellyasiya dəlilini araşdıraraq belə nəticəyə gəlir ki, həmin dəlil hüquqi əsas daşımır və mübahisəli vergi öhdəliyinin müəyyən edilməsində tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 03 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla edilmiş dəyişiklik nəticəsində 67-ci maddəyə əlavə edilmiş 67.17-ci maddə, yalnız bu dəyişiklik qüvvəyə mindiyi tarixdən – yəni 01 yanvar 2022-ci ildən sonra həyata keçirilmiş vergi dövrlərinə və həmin dövrlər üzrə yaranmış öhdəliklərə münasibətdə tətbiq oluna bilər. Hazırkı işdə isə cavabdeh tərəfindən qəbul edilən vergi qərarı 2023-cü ilə aid olsa da, bu qərarın hüquqi əsası təşkil edən vergi yoxlaması ilə əhatə olunan dövr 2020-ci ildir. Yəni, vergi orqanı tərəfindən hesablanmış vergi öhdəliyinin mənbəyi və obyektləri, 2020-ci ildə baş vermiş əməliyyatlara əsaslanır. Belə olan halda, vergi öhdəliyinin hesablanması zamanı həmin dövrdə – yəni 2020-ci ildə qüvvədə olan hüquqi normalar tətbiq edilməli, sonradan edilmiş dəyişikliklərə istinadla ödəyicinin vəziyyəti ağırlaşdırılmamalıdır. Vergi Məcəlləsinin 67-ci maddəsinə edilən 67.17-ci əlavənin tətbiqi, yalnız 2022-ci il və sonrakı illərin vergi dövrləri üzrə tətbiq edilə bilər və əvvəllər baş vermiş əməliyyatlara aid edilə bilməz. Kollegiya xüsusilə vurğulayır ki, hüquq normaları ilə tənzimlənən münasibətlərdə qanunların geriyə şamil olunmaması hüququn fundamental prinsipidir və bu prinsipin pozulması vergi ödəyicisinin hüquqlarını ciddi şəkildə məhdudlaşdırmaqla, qeyri-qanuni və əsasız vergi öhdəliklərinin hesablanmasına gətirib çıxara bilər. Cavabdeh vergi orqanı isə 2020-ci ilə dair vergi münasibətləri üzrə 2022-ci ildən sonra qüvvəyə minmiş hüquqi normaya istinad etməklə, əslində, iddiaçının vəziyyətini sonradan ağırlaşdırmış, bu da hüquqa zidd hərəkət hesab edilməlidir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunauyğun və əsaslıdır, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-10/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-254/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-254/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver