Məhkəmə qərarları › İş №2-1(104)-255/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-255/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-255/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1271/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176704 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2020-avqust 2023 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır.

2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarla iddiaçıya hesablanmışdır: 1) 2020-ci ilin mənfəət vergisi üzrə 297,17 manat artıq hesablama; 2021ci ilin mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablama və 25.720,99 manat maliyyə sanksiyası; 2022-ci ilin mənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; 2) 2020-ci ilin əlavə dəyər vergisi üzrə 1.832,49 manat artıq hesablama; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5.25 manat əlavə hesablama, və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023-cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; 3) ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19.555,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarının müəyyən etdi hissəsində müəyyən edilmişdir: 1) Mənfəət vergisi üzrə cəmiyyətə Vergi Məcəlləsinin 104, 83.9, 67.14-cü maddələrinə əsasən 117951, 90 manat məbləğində mənfəət vergisi hesablanmış və 297,17 manat azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 58975, 96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2. SVY aktında yoxlama 2021-ci ilin iyun dekabr aylarında ƏDV üzrə əlavə hesablanmış 175,41 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən iyun 7,63 manat, iyul 7,63 manat, avqust 7,63 manat, sentyabr 38,13 manat, oktyabr 38,13 manat, noyabr 38,13 manat və dekabr 38,13 manat) 2022-ci ilin yanvar-sentyabr aylarında ƏDV üzrə 130,68 manat vergi məbləğinə azalma verilmiş (o cümlədən yanvar 38,13 manat, fevral 38,13 manat, mart 8,65 manat, aprelsentyabr ayları üçün isə hər ay üçün 7,63 manat). 2023-cü ilin yanvar-avqust ayları üçün hər ay üçün 7,63 manat olmaqla cəmi, 61,03 manat vergi məbləğinə azalma verilmişdir. ƏDV üzrə cəmiyyətə Vergi Məcəlləsinin 159.1, 166, 175-ci maddələrinə əsasən 2020-ci lin sentyabr-oktyabr ayları üçün 1832,49 manat məbləğində artıq hesablama müəyyən edilmiş, 2021- 2022-ci illər və 2023-cü ilin yanvar-avqust ayları üçün 86187,39 manat əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinə və ayrı-ayrı aylarda vergiyə cəlb olunan dövriyyə kənarlaşmalarına görə ümumilikdə 68168,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə Vergi Məcəlləsinin 58.6, 175.1.3-cü maddələrinə əsasən 24521,74 manat maliyyə sanksiyası tətbiq edilmiş (hesablama ilə bağlı cədvəllər səyyar vergi yoxlamasına əlavə edilmişdir). 4. Cəmiyyət tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Belə ki, cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-ZB-*** olan nəqliyyat vasitəsinin alışına görə 97550,0 manat, xx.xx.2021-ci il tarixdə “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-XR-*** olan nəqliyyat vasitəsinin alışına görə 27000,0 manat, “Shacman” markalı dövlət qeydiyyat nişanı **-DN-*** olan nəqliyyat vasitəsinin alışına görə 100000 manat, “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı **-BX-*** olan nəqliyyat vasitəsinin alışına görə 31000 manat kassadan nağd qaydada ödənişlər aparılmışdır (kassa məxaric orderləri akta əlavə olunur). VM-nin 58.7-1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə xx.xx.2021-ci il tarixdə aparılmış ödəniş üzrə 30000,0 manatdan artıq olan (97550-30000) 67550,0 manatın 10 % miqdarında, yəni 6755,0 manat və xx.xx.2021-ci il tarixdə aparılmış ödənişlər üzrə 30000,0 manatdan artıq olan 128000,0 manatın (158000,0-30000,0) 10 % miqdarında, yəni 12800 manat ümumilikdə 19555 manat (6755,0+12800) maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd: 2020-ci il üçün cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş əmlak vergisinin bəyannaməsinin əvvəlinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 55900,0 manat olduğu 59900, 0 manat göstərilmişdir. Həmin bəyannaməyə kameral qaydada düzəliş aparılmış və nəticədə 2020-ci il üçün hesablanmış əmlak vergisi 20,0 manat azaldılmışdır ki, bu da hazırki səyyar vergi yoxlaması ilə təsdiq edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis təyin oluna bilər. Vergi Məcəlləsinin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********178566 nömrəli “Mütəxəssis dəvət edilməsi haqqında” Qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X25 təyin edilmişdir. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən istehsal obyektində əmtəə betonun istehsalı ilə məşğul olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan yoxlama dövrü üzrə istehsal həcmini elektrik enerjisi sərfiyyatına, istehsalda istifadə olunan avadanlıqların istehsal gücünə və xammalmaterial sərfinə əsasən müəyyənləşdirmək. Mütəxəssis tərəfindən yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq rəy tərtib edilərək xx.xx.2024-cü il tarixli, **********396100 nömrəli məktubla 12 saylı ƏVBİ-yə göndərilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş beton istehsalı həcmindən əlavə beton istehsal olduğu müəyyən edilmiş və cəmiyyət tərəfindən həmin malların təqdim edilməsinə dair sənədlər yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyində əlavə istehsal həcminin beton markaları üzrə bölüşdürülməsi vergi ödəyicisinin istehsal hesabatlarında göstərilən beton markalarının xüsusi çəkisinə əsasən aparılmışdır. Bununla bağlı mütəxəssis tərəfindən rəyə əlavə izahat verilmişdir (əlavə izahat aktlara əlavə olunmuşdur). Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər. Vergi Məcəlləsinin 14.3.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmaqdıqda) Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbədən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər. 14.6.3.1 sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyən edilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1 maddəsinin tələblərinə uyğun əlavələr müəyyən edilə bilmədiyindən VM-nin 14.6.3.1 maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsinin 14.6.3.2 maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri və çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilinmədiyindən VM-nin 14.6.3.2 maddəsinə istinad oluna bilinməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada ekspertlərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanı rəhbərinin (onun müavinin) qərarına əsasən ekspert təyin oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********178567 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən ekspert dəvət edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və mütəxəssis X25 tərəfindən keçirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC üzrə keçirilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 204139,29 manat vergi və 171220,88 manat maliyyə sanksiyası hesablanmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərar 09 iyul 2024cü il tarixdə rəsmi təqdim edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərar aşağıda göstərilənlərə əsasən əsassız olduğu üçün ləğv edilməlidir. Səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən (VÖEN: **********) mütəxəssis dəvət edilmiş və qərar qəbul edilərkən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinad edilərək cəmiyyət vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması əsassızdır. Bu metodla hesablama vergi qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Gəlirlərinin belə metodla hesablanması maddi və prosessual hüquq normalarının pozulmasıdır. Bundan başqa qeyd etmək istərdim ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi, 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamışdır. Göstərilən istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici olması vacib şərt deyildir.

5. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının ərizəsində göstərdiyi dəlilləri cavabdeh inzibati orqan qeyd olunanlara görə əsassız sayır və hesab edir ki, iddiaçının iddia tələbi təmin olunmamalıdır. İşin faktiki halları və səyyar vergi yoxlaması barədə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2023-ci il tarixli, **********176704 saylı qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq 2020-2023-cü illər üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamalaları İdarəsinin səyyar vergi yoxlamaları şöbəsinin əməkdaşları X21 və X10 tapşırılmışdır. Yoxlayıcı barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY231991847 saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da qeydlər mövcuddur. Vergi yoxlaması bütün yoxlama müddəti ərzində İddiaçı MMC-nin nümayəndələrinin (direktor və baş maühasib) birbaşa iştirakı ilə aparılmışdır. İddiaçı barəsində təyin edilmiş yoxlama VM-nin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması olmuşdur. VM-nin 38.1-ci maddəsinin tələblərinə görə vergi orqanı tərəfindən İddiaçı MMC-yə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl **********556400 nömrəli yazılı bildiriş göndərilmişdir. Sözügedən bildirişlə cəmiyyətin nümayəndəsi xx.xx.2023-cü il tarixdə tanış olaraq bu barədə müvafiq qeyd aparmışdır. Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlamasını xx.xx.2023-cü il tarixdə başlanılmışdır. Beləliklə, vergi orqanı növbəti vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qanunvericilikdə əks olunmuş prosedurlara əməl etmişdir. Həmçinin qeyd olunur ki, vergi yoxlaması prosesində qəbul edilmiş bütün qərarlarla və digər prosessual sənədlərlə cəmiyyətin nümayəndələri tanış olmuş, bu haqda sənədlərdə müvafiq qeydlər mövcuddur. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 23 və 38-ci maddələrinə istinad olunmaqla sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, mal material hesabatlarının və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması barədə” xx.xx.2023-cü il tarixli, **********178424 və xx.xx.2023-cü il tarixli, **********179964 nömrəli qərarlarına əsasən hər bir qərara görə 30 iş günü müddətinə səyyar vergi yoxlamasının müddəti artırılmışdır. İddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə (vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə) əsasən “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli **********181013 nömrəli, xx.xx.2024cü il tarixli **********181569 nömrəli, xx.xx.2024-cü il tarixli **********181962 nömrəli, xx.xx.2024-cü il tarixli **********182207 nömrəli, xx.xx.2024-cü il tarixli **********182628 nömrəli Qərarlarla dayandırılmışdır (təxirə salınmışdır). Yoxlamanın dayandırılması və uzadılması haqqında məlumatlar müvafiq reyestrə daxil edilməsi təmin edilmiş və qeyd edilən məlumatlar “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” əks olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan VM-nin 38.7-ci maddəsinin tələblərinə ciddi əməl etmiş və yoxlama müddətinin dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 9 aylıq müddəti pozmamışdır. Həmçinin yoxlama prosesində vergi orqanının VM-nin 23 və 45-ci maddələrinin tələblərinə əsasən vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olduğundan yoxlamaya xx.xx.2023-cü il tarixli, **********178566 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarla mütəxəssis, eləcə də xx.xx.2023-cü il tarixli, **********178567 nömrəli qərarla isə ekspert dəvət edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarla İddiaçı MMC barəsində 204139,29 manat vergi və 171220,88 manat maliyyə sanksiyası hesablanmışdır. Belə ki, yoxlama nəticəsində ümumilikdə mənfəət vergisi uzrə 117951,9 manat verginin hesablanmasi və Vergi Məcələsinin 58.1-ci maddasinə əsasən yayındırılmiş vergi məbləğinin 50% miqdarında, yəni 58975,95 manat maliyyə sanksiyasi tətbiq edilmişdir, ƏDV üzrə 86187,39 manat verginin azaldılması və Vergi Məcələsinin 58.1-ci maddasinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 43093,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcələsinin 58.6-ci maddəsinə əsasən alınmış malların dəyəri ödənildiyi gündən gec ödənilmiş 21979,11 manat, həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən isə 19555 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********182330 saylı aktla rəsmləşdirilərək bir nüsxəsi 5 gün ərzində cəmiyyətin rəhbərinə sifarişli poçtla göndərilmişdir. Səyyar vergi yoxlamasının hüquqi əsaslandırılması Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. 8.1-1-ci maddəsinə əsasən Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri (kredit təşkilatları istisna olmaqla) mühasibat uçotunu X2 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli Qərarının: 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Səyyar vergi yoxlamasının əsaslandırılması: xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, iddiaçı cəmiyyət barəsində mənfəət və əlavə dəyər vergiləri hesablanmışdır. Mənfəət vergisinin hesablanması səbəbləri aşağıdakı kimi izah edilir; 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəliri 1365655,38 manat, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri 9492,47 manat olmaqla, ümumi gəlirləri 1375147,85 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 1363599,67 manat, vergitutma məqsədləri üçün mənfəəti 11548,18 manat olmaqla, büdcəyə 2309,64 manat məbləğində mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura və kalkukyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üzrə istehsal edilmiş və təqdim edilmiş 19098.98 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 6322.91 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Göründüyü kimi, yoxlama zamanı vergi ödəyicisinin məlumatlarının təhlilindən artıq silinmiş sementin olması əlavə istehsal olması ehtimalını yaradır. Yoxlama zamanı təqdim edilən xx.xx.2024-cü il tarixli ekspert, mütəxəssis rəylərinə əsasən 2021-ci ili üzrə cəmiyyət tərəfindən 22479 kub metr müxtəlif markalı beton istehsal edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə istehsal edilmiş 19098.98 kub metr beton məhsulu nəzərə alındıqda mütəxəssis tərəfindən 2021-ci il üzrə əlavə 380.02 kub metr beton istehsal edildiyi müəyyən edilmişdir. Ümumilikdə təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəylərə əsasən cəmiyyətin 2021-ci il üzrə 3380.02 kub metr əlavə beton istehsalı və oan mütənasib 236425,93 manat (ƏDV-siz) dövriyyəsinin olması müəyyən edilmişdir. Eyni zamanda 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 121486,11 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 130483,92 manat xərc məbləğləri ilkin sənədlərlə (yol-nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları və s.) öz təsdiqini tapmamışdır. Yoxlama ilə cəmiyyət tərəfindən “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”na düzgün əməl edilməmişdir. Beləliklə qeyd edilənlərdən belə nəticə hasil olur ki, iddiaçı cəmiyyət mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun aparmadığından onun əldə etdiyi mənfəət birbaşa müəyyən olunmur. Bu baxımdan VM-nin 67.14 və 83.9-cu maddələrinin tələblərinə görə NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarı ilə vergi öhdəliyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, VM-nin 67.4-cü maddəsinə əsasən uçot-baza məlumatlarında analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi mövcud deyil. Bu səbəbdən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarından istifadə edilməmişdir. Nəticədə cəmiyyətin 2021-ci il üçün malların təqdim edilməsindən gəliri 1602081,31 manat olmaqla (o cümlədən e-qaimə əsasında malların təqdim edilməsindən gəlirləri 1365655,38 manat, ekspert-mütəxəssis rəyi əsasında müəyyən edilən dövriyyəsi 236425,93 manat, əmlakın icarəyə verilməsindən 974,58 manat olmaqla, ümumi gəliri 1612548,36 manat olmuşdur. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2021-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 2309,64 manat vergi çıxılmaqla) 51441,97 manat mənfəət vergisi hesablanmışdır. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən ümumi gəlirləri 3769183,56 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 3679893,81 manat, vergitutma məqsədləri üçün mənfəəti 89289,75 manat məbləğində büdcəyə mənfəət vergisi hesablanmışdır. SVY zamanı iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura kalkulyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 12364.73 ton sement məhsulu lazımdır. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesabatlardan istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 11747.24 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Həmçinin təqdim edilmiş mütəxəssis rəyindən 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 1813.1 ton sement məhsulunun lazım olduğu müəyyən edilir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2022-ci il üçün vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 328811,07 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 801455,00 manat xərc məbləğləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində öz təsisçilərindən X11 (VÖEN:**********) logistika xidməti, pompa xidməti, nəqliyyat xidməti adı altında ümumilikdə 404482,49 manat dəyərində e-qaimə əldə etmiş, lakin yol nəqliyyat qaimələri yoxlamaya təqdim edilə bilməmişdir. SVY zamanı vergi orqanında olan uçot baza məlumatları araşdırılaraq müəyyən edilmişdir ki, X1 nəqliyyat vasitəsi və qeyd edilən işləri, xidmətləri yerinə yetirmək üçün işçisi olmamışdır. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2022-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 59156,85 manat vergi çıxılmaqla) 66509,93 manat mənfəət vergisi hesablanmışdır. İddiaçının dəlillərindən biri Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlıdır. Belə ki, iddia ərizəsində qeyd olunur ki, cavabdeh tərəfindən mənfəət vergisi hesablanarkən birbaşa şərti rentabellik norması tətbiq olunmuşdur. Halbuki vergi orqanı Vergi Məcəlləsinin 67.1-67.4-cü maddələrinə əsasən heç bir araşdırma aparmamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Normanın (VM-nin 67.1-ci maddəsi) tətbiqindən görünür ki, bir sıra hallarda vergi orqanı əlaqəli məlumatlardan istifadə edərək vergi ödəyicisi barəsində vergi öhdəliyi müəyyən etmək hüququna malikdir. Bu hallardan biri də mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmamasıdır. Qanunun mənasından görünən odur ki, hər hansı vergi ödəyicisi mühasibat uçotunu qanunla müəyyən edilmiş qaydada aparmamışdırsa həmin vergi ödəyicisinin vergi öhdəliyini vergi orqanı əlaqəli məlumatlardan (gəlir və ya xərcləri barədə məlumatlardan istifadə edərək) istifadə edərək NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı əsasında müəyyən edə bilər. Bu mənada qeyd olunur ki, iddiaçı cəmiyyət tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun və “Kiçik və X7 üçün X2 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, mənfəət vergisi bəyannaməsində yanacaq və nəqliyyat xərci kimi göstərdiyi məbləğ ilkin sənədlərlə (yol-nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun yanacaq silgi aktları və s.) öz təsdiqini tapmamışdır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamışdır. VM-nin 67.1-ci maddəsinin tətbiqi zərurəti olduğundan cavabdeh inzibati orqan haqlı olaraq iddiaçı barəsində vergi öhdəliyini həmin maddənin tələbləri çərçivəsində müəyyən etməkdə haqlı olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, AR VM-də dəyişiklik edilməsi haqında 3 dekabr 2021-ci il tarixli, 406-VİQD № qanuna əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.” Qeyd olunan maddə 2022-ci ilin yanvarın 1- dən qüvvəyə minməklə tətbiq edilməyə başlanmışdır. Səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə mənfəət vergisinin yoxlanıldığını nəzərə alsaq, 2022-ci il üzrə hesablama həyata keçirilərkən artıq Vergi Məcəlləsinin 67.17-ci maddəsi qanuni qüvvəsini aldığından tətbiq olunmalıdır, yəni vergitutma obyekti müəyyən edilərkən sıra ardıcıllığının gözlənilməsi istisna edilirdi. İddiaçının nümayəndəsinin ikinci dəlili ondan ibarət olmuşdru ki, “vergi ödəyicisinin gəlirlərinin elektrik enerjisi sərfiyyatına görə hesablanması və yoxlanılması qanunvericilikdə nəzərdə tutulmamışdır.” Qeyd olunan dəlillərlə bağlı aşağıdakıları bildiririk: Vergi Məcəlləsinin: 23.1.16-cı maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanının hüququdur. 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. 45.1ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata (maddə 83.2.4) Normalarda əks olunmuş hüquqi mövqe işə baxan məhkəmə üçün əsas olmalıdır. Bu mənada cavabdeh inzibati orqanın iddiaçı cəmiyyət barəsində ekspertiza təyin etməyə və mütəxəssis dəvət etməyə qanunla müəyyən edilmiş qaydada səlahiyyətə malik olması aşkar surətdə görsənən xüsusatdır. Vergi qanunvericiliyində əks olunmuş tənzimləmə əsasında tərəflərindən iddiaçının fəaliyyətinin yoxlanılması ilə əlaqədar meydan çıxmış vergi orqanının fəaliyyət dairəsindən kənara çıxmış hal yarandığından xx.xx.2023-cü il tarixli, **********178567 nömrəli və **********178566 nömrəli qərarlarla müvafiq olarq ekpert və mütəxəssis dəvət edilmişdir. Mütəxəssis öz növbəsində istehsal həcmini müəyyən etmiş, ekspert isə əmtəənin bazar qiymətini müəyyən etmişdir. Vergi Məcəlləsinin 83-cü maddəsi “Vergi orqanları tərəfindən vergilərin hesablanması” adlanan müddəadır. Həmin maddənin alt maddələri olan 83.2 və 83.2.4-cü maddəsi vergi orqanın əldə etdiyi istənilən mənbəyi bəlli olan məlumat əsasında verginin hesablanması hüququna vergi orqanının malik olduğunu bəyan edir. Belə olan halda müvafiq ekspertiza tədqiqatının nəticəsi olan rəy vergi orqanı üçün 83.2.4-cü maddənin tətbiqi baxımdan mənbəyi bəlli olan məlumatdır və vergi orqanı haqlı olaraq iş materiallarında mövcud olan rəy əsasında iddiaçı barəsində vergi öhdəliyi müəyyən etmişdir. Həmçinin enerji sərfiyyatı və əmək tutumu əsasında vergilərin hesablanması ilə bağlı müddəalar “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında (Ədliyyə Nazirliyi Reyestr nömrəsi **********1400) öz əksini tapmışdır. Belə ki, Qaydaların 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahidə aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir. Həmçinin Qaydaların 27.2.3-cü maddəsinə əsasən gəlirin əldə olunması üçün çəkilən xərclərin tərkibində əmək (işçi) xərclərinin xüsusi çəkisi nisbətən böyük olan fəaliyyət sahələrində, o cümlədən təmir, tikinti, istehsal, səhiyyə və digər xidmət sahələrində əmək xərclərinin rəsmiləşdirilməsi ilə əlaqədar şübhələr yarandıqda mütəxəssis dəvət edilməklə əmək xərclərinin həcmi müəyyənləşdirilməli və bəyannamə göstəriciləri ilə müqayisə edilməklə müvafiq tədbirlər görülməli, habelə 27.2.4-cü maddəsinə əsasən səhiyyə sahəsində aparılan yoxlamalarda vergi ödəyicisi tərəfindən göstərilən xidmətlər üzrə əmək xərclərini müəyyənləşdirmək üçün Səhiyyə Nazirliyinin müəyyən etdiyi formalara əsasən göstərilən tibbi xidmətlərin, o cümlədən müayinə, cərrahi əməliyyatlar və digər xidmətlərin sayı, hər bir xidmət üzrə əmək xərclərinin həcmi müəyyənləşdirilməli, zərurət yarandığı hallarda mütəxəssis dəvət edilməlidir. Beləliklə iddia ərizəsində əsassız olaraq ekspert rəyi əsasında vergi öhdəliyinin müəyyən edilməsinin qanuni əsasının olmaması ilə bağlı yanlış hüquqi mövqe nümayiş olunmuşdur. Qeyd olunur ki, səyyar vergi yoxlaması prosesində əldə edilmiş rəylər (ekspert və mütəxəssis rəyi) kifayət qədər əsaslandırılmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ekspertin birbaşa cəmiyyətin istehsal sahəsində avadanlıqların real istehsal gücünün qiymətləndirilməsi nəticəsində tərtib edilmişdir. Cəmiyyətə məxsus olan elektrik transformotoru qurğusundan və elektrik sayğacından digər qurğularda qidalandığına görə elektrik enerjisi sərfiyyatına uyğun istehsal həcminin müəyyən edilməsi ekspert tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Yoxlama dövrünü əhatə edən müddət ərzində istehsal həcmi beton istehsalında əsas xammal olan sement xammalının sərfiyyatına uyğun olaraq hesablanmışdır. İddia ərizəsində qeyd edilənlərin əksinə olaraq istehsal həcmi Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin ) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin ) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin ) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri ) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci maddəsinin tələblərinə uyğun “əlavələr” müəyyən edilə bilmədiyindən V.M-nin 14.6.3.1-ci maddəsinə istinad oluna bilməmişdir. Vergi Məcəlləsinin 14.6.3.2-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmış bütün xərcləri çeşidlər (dövrlər) üzrə mənfəəti müəyyən edilə bilmədiyindən V.M-nin 14.6.3.2-ci maddəsinə istinad oluna bilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada ekspert cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda, vergi orqanının rəhbərinin qərarına əsasən ekspert təyin oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********5178567 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında “ Qərarına əsasən ekspert dəvət edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyinin (**********) eksperti X26 tərəfindən keçirilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən istehsal obyektində əmtəə betonunun istehsalı ilə məşğul olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan yoxlama dövrü üzrə istehsal olunan məhsulların bazar qiymətlərini müəyyənləşdirmək üçün müvafiq ekspert rəyinin verilməsi üçün zəruri sənədlər X18 təqdim edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal yoxlanılan dövr ərzində vergitutma obyekti olmuşdur. ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyən edilməsi vergi ödəyicisinin elektron qaimə faktura ilə satış məlumatları, mədaxil qəbzləri, satış cədvəli, anbar hərəkəti cədvəlindən istifadə edilmişdir. ƏDV bəyannamələrində bəyan edilən dövriyyə satış və mədaxil sənədləri ilə müqayisədə fərqli olmuşdur. Bunun səbəbinin araşdırılması məqsədi ilə vergi ödəyicisi ilə aparılan izahat işləri zamanı topdan satış zamanı satış əməliyyatlarının bir sıra hallarda ƏDV bəyannamələrindən satış dövriyyələrinə daxil edildiyi müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsi əsasında xx.xx.2018-ci il tarixli, **********6 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə qeydiyyata alınmış və ƏDV qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. ƏDV-nin yoxlanılması üzrə cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü əhatə edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinin tələblərinə uyğun olaraq ilkin sənədlərə əsasən yoxlanılarkən aşağıdakılar müəyyən edildi: 2020-ci ilin sentyabr, oktyabr ayları üzrə dövriyyənin düzgün müəyyən edilməməsinə görə cəmiyyət tərəfindən ümumilikdə 1832,49 manat ƏDV-nin artıq hesablanması aşkar olunmuşdur. (o cümlədən 2020-ci ilin sentyabr ayı üzrə 1040,49 manat və oktyabr ayı üzrə 792,0 manat) 2020-ci ilin dekabr ayı üçün cəmiyyətə kameral qaydada dövriyyənin düzgün müəyyən edilməməsi ilə bağlı hesablanmış 792,0 manat ƏDV məbləği SVY ilə təsdiq edilmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən formalaşmış 236425,93 manat (ƏDV-siz) əlavə dövriyyə 2021-ci ilin axırıncı hesabat ayının, yəni 2021-ci ilin dekabr ayının dövriyyəsinə əlavə edilmişdir. Həmçinin yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 200 kv metr anbar sahəsini (ƏDV daxil) ayı 200,0 manat olmaqla "xxxx" MMC-yə ( VÖEN **********) və xx.xx.2021-ci il tarixdən yoxlama dövrünün sonunadək sahəsi 30 kv metr olan dayanacağı (qarajı) (ƏDV daxil) ayı 50 manat olmaqla X19 icarəyə versə də, həmin dövr ərzində yalnız bir halda xx.xx.2022-ci il tarixdə X19 318,60 manat (ƏDV daxil) məbləğində 912515 nömrəli EQ təqdim edilmiş və bəzi hallarda ƏDV bəyannamələrində ƏDV-yə cəlb olunan dövriyyəyə daxil edilmiş, bəzi hallarda isə nəzərə alınmamışdır. Yoxlama ilə qeyd olunan icarə gəlirləri aylar üzrə ƏDV-yə cəlb olunan dövriyyəyə aid edilmişdir. Qeyd olunan icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun- dekabr ayları üçün cəmiyyətə ümumilikdə 175,41 manat əlavə ƏDV hesablanmışdır. Beləliklə 2021-ci il üçün mütəxəssis rəylərinə əsasən formalaşan 236425,93 manat (ƏDVsiz) əlavə dövriyyəyə görə (236425,93*18%)=42556,67 manat, icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun – dekabr ayları üçün 175,41 manat olmaqla, ümumilikdə (42556,67+175,41) 42732,08 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166, 175-ci maddələrinin tələbləri yoxlanılan zaman yəni vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi zamanı 2022-ci ilin yanvar-dekabr aylarında cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Bunun səbəbi onunla izah olunur ki, vergiyə cəlb olunan dövriyyənin düzgün müəyyən edilməməsinə görə həmin ilin iyun ayında 7,63 manat, avqust ayında 7,63 manat, sentyabr ayında 7,63 manat, oktyabr ayında 1827,65 manat və oktyabr ayında 37648,25 manat azaldılması, dekabr ayında isə 39182,85 manat artıq hesablanması müəyyən edilmişdir ki, nəticədə 2022-ci ilin yekununa görə (39318,79-39182,85) ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəyi əsasında 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər olan dövr üzrə müəyyən edilmiş 2375.72 kub metr müxtəlif markalı beton məhsullarının bazar qiymətinin 263305,34 manat olduğu nəzərə alınmaqla Vergi Məcəlləsinin 159.3.1, 166-cı maddələrinə əsasən 47394,96 manat ƏDVnin hesablaması müəyyən edilmişdir. Qeyd edilir ki, iddiaçı cəmiyyət tərəfindən 2023-cü ilin avqust ayının bəyannaməsində əvəzləşməyə verilmiş aşağıdakı EQF üzrə daha əvvəl, yəni 2022-ci ilin dekabr ayında əvəzləşmə aparıldığı üçün SVY ilə 2023-cü ilin ƏDV bəyannaməsində əvəzləşdirilmiş EQ-lərin siyahıdan çıxarılaraq Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən müvafiq hesablama aparılmışdır. 1.”Qafqazsement” MMC tərəfindən təqdim edilmiş EQ: xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 270919 nömrəli- əvəzləşdirilən ƏDV 639,12 manat, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 330569 nömrəli- əvəzləşdirilən ƏDV 589,23 manat, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 327152 nömrəli- əvəzləşdirilən ƏDV 523,78 manat, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 327085 nömrəli- əvəzləşdirilən ƏDV 587,87 manat. 2.”Azər KMİ” MMC tərəfindən təqdim edilmiş EQ: xx.xx.2022-ci il tarixli EBCK seriyalı 174774 nömrəli- əvəzləşdirilən ƏDV 358,70 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 209289 nömrəli- əvəzləşdirilən ƏDV 1231,2 manat. 3.X15 tərəfindən təqdim edilmiş EQ: xx.xx.2022-ci il tarixli EBCK seriyalı 169079 nömrəli- əvəzləşdirilən ƏDV 2340,0 manat CƏMİ əvəzləşdirilən ƏDV 6269,90 manat. Eyni zamanda qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən təqdim edilmiş əmtəə betonuna görə vergi ödəyicilərinə yazılmış elektron qaimələr müxtəlif vaxtlarda ləğv edilmişdir. 1. "xxxx" QSC-yə (VÖEN: **********) təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAS seriyalı 462170 nömrəli (beton 22.39 kub, məbləği 1575,93 manat) EQ xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 71796 nömrəli (beton 87.50 kub, məbləğ 5947,79 manat) EQ xx.xx.2021-ci il tarixdə və xx.xx.2020-ci il tarixli EBAR seriyalı 625466 nömrəli (beton 136 kub, məbləğ 7837,56 manat) EQ xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. 2. "xxxx" Mənzil-Tikinti Kooperativi-nə (VÖEN: **********) yazılmış xx.xx.2021-ci il tarixli EBAX seriyalı 74595 nömrəli (beton 371 kub, məbləğ 32833,50 manat) EQ xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. 3. "xxxx" MMC-yə (VÖEN **********) yazılmış xx.xx.2022-ci il tarixli EBBR seriyalı 298767 nömrəli (beton 459.28 kub, məbləğ 56905,50 manat) EQ xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. 4. “X8 X6 X13 Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialına (VÖEN: **********) yazılmış EBBY seriyalı 786731 nömrəli (beton 997.0 kub metr məbləğ 127522,6 manat) EQ xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə EBBY seriyalı 849609 nömrəli (beton 225.0 kub məbləğ 26862,70 manat) EQ xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. 5. “Yol Tikinti servis“ MMC-yə (VÖEN : **********1) yazılmış xx.xx.2022-ci il tarixli EBCL seriyalı 216288 nömrəli (beton 276.0 kub metr, məbləğ 50756,40 manat) EQ xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixli EBCM seriyalı 669568 nömrəli (beton 683.0 kub məbləğ 112487,63 manat) EQ xx.xx.2023-cu il tarixdə ləğv edilmişdir. 6. "xxxx" MMC-yə (VÖEN: **********) yazılmış xx.xx.2021-ci il tarixli EBAX seriyalı 76656 nömrəli (beton 91.77 kub metr məbləğ 7363,62 manat) EQ xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Göründüyü kimi cəmiyyət tərəfindən 3348.94 kub metr həcmində 430117,24 (ƏDV daxil) manat məbləğində əmtəə betonuna görə vergi ödəyicilərinə təqdim edilmiş elektron qaimələr bir neçə ay keçdikdən sonra ləğv edilmişdir. İstehsal edilmiş əmtəə betonunun istifadə müddətinin 4 saat olduğunu və elektron qaimələrin bir neçə aydan sonra ləğv edildiyi nəzərə alınmaqla cəmiyyət tərəfindən vergi üstünlüyü əldə edilmiş və ya əlavə istehsal edilmiş əmtəə betonunu dövriyyədən gizlətməklə vergidən yayınmaq məqsədi ilə riskli əməliyyatlar aparmışdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. VM-nin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və ya daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. xx.xx.2021-ci il tarixli 279/21 nömrəli məxaric xəzinə orderinə görə 27000 manat “Mersedes Benz 2225D” markalı avtomobilin alışı üçün satıcı X3, xx.xx.2021-ci il tarixli 280/21 nömrəli manat “Mersedes Benz 2225D” markalı avtomobilin alışı üçün satıcı X3, xx.xx.2021-ci il tarixli 280/21 nömrəli məxaric xəzinə orderinə görə 31000 manat “Mersedes Benz 2225” markalı avtomobilin alışı üçün satıcı X12, xx.xx.2021-ci il tarixli 281/21 nömrəli məxaric xəzinə orderinə görə 100000 manat “Shacman və HN5250P34C6MGJB” markalı xüsusi təyinatlı avtomobillərin alışı üçün satıcı X22, xx.xx.2021-ci il tarixli 55/21 nömrəli məxaric xəzinə orderinə görə 97550 manat “X30” markalı avtomobilin alışı üçün satıcı X4 nağd qaydada ödənilmişdir. Cəmiyyət tərəfindən nağd qaydada 255550 manat məbləğində əməliyyat aparılmışdər. xx.xx.2021-ci il tarixdə aparılmış ödəniş üzrə 30000 manatdan artıq olan əməliyyatın (97550-30000=67550) 10%-miqdarında 6755 manat, eləcə də xx.xx.2021-ci il tarixdə aparılmış ödəniş üzrə 30000 manatdan artıq olan əməliyyatın (158000-30000=12800) 10%-miqdarında 12800 manat, cəmi 19555 manat məbləğində cəmiyyətə maliyyə sanksiyası tətbiq edilmişdir. VM-nin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən alınmış mallara görə ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən gec olmayaraq ödənilməlidir, lakin yoxlama ilə müəyyən edilmişdir ki, 2020-ci il üzrə 5085,26 manat, 2021-ci il üzrə 8411,26 manat, 2022-ci il üzrə 27844,78 manat, 2023-cü il üzrə 7702,18 manat ƏDV malın dəyərindən gec ödənilmişdir. Bu baxımdan tərəflərindən VMnin 58.66, 175.1.3-cü maddələri əsasında vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında yəni 24521,74 manat cəmiyyətə maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndələri, həmçinin vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişlər.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim Z.Quliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1271/2025 saylı qərarı ilə iddia tələbinin qismən təmin olunması, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının - 2021-ci il üzrə 51441,97 manat mənfəət vergisinin azaldılmasına görə 51441,97 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 25720,99 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2022-ci il üzrə 66509,93 manat mənfəət vergisinin azaldılmasına görə 66509,93 manat əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33254,97 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2021-ci üzrə ƏDV-nin azaldılmasına görə 42556,67 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21278,34 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2022-ci üzrə ƏDV-nin azaldılmasına görə 39295,90 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19647,95 manat maliyyə sanksiyasının tətbiq olunması; - 2023-cü üzrə ƏDV-nin azaldılmasına görə 54483,77 əlavə hesablamanın aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 27241,81 manat maliyyə sanksiyasının tətbiq olunması; 2020-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2542,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2021-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 4205,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2022-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 13922,39 manat maliyyə sanksiyasının tətbiq olunması; 2023-cü il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 3851,09 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması, iddianın mübahisələndirilən qərarın “2021-ci ilin icarə dövriyyəsi ilə əlaqədar hesablanmış 175,41 manat əlavə ƏDV hesablanması və həmin məbləğə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 87 manat 71 qəpik, habelə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19555,00 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrinin ləğv edilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2020-ci ildə və 2021-ci qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdən əlaqəli məlumat kimi istifadə etmək imkanına malik olduğu halda, bu informasıyaların, həmçinin, analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatların müəyyən olunmasına səy göstərməmişdir. Ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan həmin qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur. Digər tərəfdən, istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Lakin cavabdeh orqan tərəfindən bu qaydalara əməl edilməsi müəyyən edilmir. Səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanmasını xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya əsaslanaraq məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İcarə dövriyyəsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı və müvafiq şəxslər arasında icarə müqavilə bağlandığından qərar “2021-ci ilin ƏDV-si üzrə 175,41 manat əlavə verginin hesablanması” hissəsində əsaslı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1271/2025 saylı qərarının qismən, yəni iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktından görünür ki, iddiaçı cəmiyyət barəsində mənfəət və əlavə dəyər vergiləri hesablanmışdır. Mənfəət vergisinin hesablanması səbəbləri aşağıdakı kimi izah edilir. 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəliri 1365655,38 manat, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri 9492,47 manat olmaqla ümumi gəlirləri 1375147,85 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 1363599,67 manat, vergitutma məqsədləri üçün mənfəəti 11548,18 manat olmaqla büdcəyə 2309,64 manat məbləğində mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura və kalkukyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək olan dövr üzrə istehsal edilmiş və təqdim edilmiş 19098.98 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 6322.91 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Göründüyü kimi, yoxlama zamanı vergi ödəyicisinin məlumatlarının təhlilindən artıq silinmiş sementin olması əlavə istehsal olması ehtimalını yaradır. Yoxlama zamanı təqdim edilən xx.xx.2024-cü il tarixli ekspert-mütəxəssis rəylərinə əsasən 2021-ci ili üzrə cəmiyyət tərəfindən 22479 kub metr müxtəlif markalı beton istehsal edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə istehsal edilmiş 19098.98 kub metr beton məhsulu nəzərə alındıqda mütəxəssis tərəfindən 2021-ci il üzrə əlavə 380.02 kub metr beton istehsal edildiyi müəyyən edilmişdir. Ümumilikdə təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəylərə əsasən cəmiyyətin 2021-ci il üzrə 3380.02 kub metr əlavə beton istehsalı olan 236425,93 manat (ƏDV-siz) dövriyyəsinin olması müəyyən edilmişdir. Eyni zamanda 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 121486,11 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 130483,92 manat xərc məbləğləri ilkin sənədlərlə (yol-nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları və s.) öz təsdiqini tapmamışdır. Yoxlama ilə cəmiyyət tərəfindən “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları”na düzgün əməl edilməmişdir. Beləliklə qeyd edilənlərdən belə nəticə hasil olur ki, iddiaçı cəmiyyət mühasibat uçotu sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun aparmadığından onun əldə etdiyi mənfəət birbaşa müəyyən olunmur. Bu baxımdan VMnin 67.14 və 83.9-cu maddələrinin tələblərinə görə NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarı ilə vergi öhdəliyi müəyyən edilmişdir. Həmçinin VM-nin 67.4-cü maddəsinə əsasən uçot-baza məlumatlarında analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi mövcud deyildir. Bu səbəbdən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarından istifadə edilməmişdir. Nəticədə cəmiyyətin 2021-ci il üçün malların təqdim edilməsindən gəliri 1602081,31 manat olmaqla (o cümlədən e-qaimə əsasında malların təqdim edilməsindən gəlirləri 1365655,38 manat, ekspert-mütəxəssis rəyi əsasında müəyyən edilən dövriyyəsi 236425,93 manat, əmlakın icarəyə verilməsindən 974,58 manat olmaqla, ümumi gəliri 1612548,36 manat olmuşdur. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2021-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 2309,64 manat vergi çıxılmaqla) 51441,97 manat mənfəət vergisi hesablanmışdır. 2022-ci il üçün vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən ümumi gəlirləri 3769183,56 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərin cəmi 3679893,81 manat, vergitutma məqsədləri üçün mənfəəti 89289,75 manat məbləğində büdcəyə mənfəət vergisi hesablanmışdır. SVY zamanı iddiaçı tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibatlıq sənədlərindən, istehsal hesabatlarından, mal materialın hərəkəti cədvəllərindən və istehsal edilmiş beton məhsullarının reseptura kalkulyasiya cədvəllərindən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək olan dövr ərzində istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 12364.73 ton sement məhsulu lazımdır. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesabatlardan istehsal edilmiş və təqdim edilmiş 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 11747.24 ton sement məhsulunun istifadə edildiyi qeyd edilmişdir. Həmçinin təqdim edilmiş mütəxəssis rəyindən 33466.55 kub metr müxtəlif markalı beton məhsullarının istehsalına 1813.1 ton sement məhsulunun lazım olduğu müəyyən edilir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2022-ci il üçün vergi orqanına təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin xərclər bölməsində “yanacaq xərcləri” maddəsi üzrə göstərilmiş 328811,07 manat və “nəqliyyat xərcləri” maddəsi üzrə göstərilmiş 801455,00 manat xərc məbləğləri ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində öz təsisçilərindən X11 (VÖEN:**********) logistika xidməti, pompa xidməti, nəqliyyat xidməti adı altında ümumilikdə 404482,49 manat dəyərində e-qaimə əldə etmiş, lakin yol nəqliyyat qaimələri yoxlamaya təqdim edilə bilməmişdir. SVY zamanı vergi orqanında olan uçot baza məlumatları araşdırılaraq müəyyən edilmişdir ki, X1 nəqliyyat vasitəsi və qeyd edilən işləri, xidmətləri yerinə yetirmək üçün işçisi olmamışdır. NK-nın 55 saylı qərarını tətbiq etməklə 2022-ci il üzrə (cari mənfəət vergisi bəyannaməsi ilə göstərdiyi 59156,85 manat vergi çıxılmaqla) 66509,93 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhhkəməsinin gəldiyi nəticə vergi qanunvericiliyinin müddəalarına görə əsaslı hesab edilə bilməz. İlk növbədə normanın (VM-nin 67.1-ci maddəsi) tətbiqindən görünür ki, bir sıra hallarda vergi orqanı əlaqəli məlumatlardan istifadə edərək vergi ödəyicisi barəsində vergi öhdəliyi müəyyən etmək hüququna malikdir. Bu hallardan biri də mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmamasıdır. Qanunun mənasından görünən odur ki, hər hansı vergi ödəyicisi mühasibat uçotunu qanunla müəyyən edilmiş qaydada aparmamışdırsa həmin vergi ödəyicisinin vergi öhdəliyini vergi orqanı əlaqəli məlumatlardan (gəlir və ya xərcləri barədə məlumatlardan istifadə edərək) istifadə edərək NK-nın xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı əsasında müəyyən edə bilər. Bu mənada qeyd olunur ki, iddiaçı cəmiyyət tərəfindən “Mühasibat uçotu haqqında” AR Qanunun və “Kiçik və X7 üçün X2 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq mühasibat uçotu aparmamış, mənfəət vergisi bəyannaməsində yanacaq və nəqliyyat xərci kimi göstərdiyi məbləğ ilkin sənədlərlə (yol nəqliyyat qaimələri, nəqliyyat vasitələrinin sürət qutusu göstəricilərinə əsasən və ya digər texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun yanacaq silgi aktları və s.) öz təsdiqini tapmamışdır. xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, yol nəqliyyat qaimələri, nəqliyyat vasitəsinin sürət göstəricilərinə və texnikaların faktiki iş saatlarına əsasən mövcud normalara uyğun olaraq yanacaq silgisi aktları tərtib edilmədiyi üçün həmin sənədlərin yoxlamaya təqdim edilməsi mümkün olmamışdır. Həmçinin bildirirlər ki, xx.xx.2024-cü il tarixli akt cəmiyyətin baş mühasibi tərəfindən də imzalanmışdır. Eləcə də cəmiyyətin mühasibatlığına cavabdeh olan X20 tərəfindən verilmiş izahatda da bu mövqe ifadə olunmuşdur. Buradan belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı cəmiyyətdə mühasibat uçotu qanunla müəyyən edilmiş qaydada aparılmamış, cəmiyyətin xərclərinin formalaşmasında iştirak edən elementlər dəqiq formada rəsmiləşdirilməmişdir. VM-nin 67ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış mövqe ondan ibarətdir ki, vergi orqanı sözügedən normaya istinad edərək hesablama aparmalı olmasını, yəni həmin normaya istinad etməsini əsaslandırmalıdır. İşin faktiki hallarından görünür ki, cəmiyyətin mühasibatlığına cavabdeh şəxs gəlirin əldə edilməsi ilə bağlı xərclərin mənbəyini tam açıqlaya bilməmişdir. Bu xüsusat iddiaçı cəmiyyətdə mühasibat uçotunun qanunla müəyyən edilmiş formada aparılmadığını göstərən hal kimi qəbul edilməlidir. Beləliklə, VM-nin 67.1-ci maddəsinin tətbiqi zərurəti olduğundan cavabdeh inzibati orqan iddiaçı barəsində vergi öhdəliyini həmin maddənin tələbləri çərçivəsində müəyyən etməkdə haqlı olmuşdur. 03 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022- ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Yəni məhkəmə VM-nin 67.17ci maddəsindəki tənzimlənmə vasitəsini nəzərə almadan iddiaçı cəmiyyət barəsində hesablanmış 2022-ci ilin mənfəət vergisinə münasibətdə də cavabdehin ən son variant kimi şərti rentabellik əsasında hesablama aparmalı olduğu qənaətinə gəlmişdir. Habelə 2022-ci il mənfəət vergisinə dair məhkəmə hesab etmişdir ki, VM-nin 67-ci maddəsindəki hesablama ardıcıllığını gözləməməsinin səbəbini cavabdehin əsaslandırmalı olduğu halda bu tələbi gözləməmişdir. Məhkəmə VM-nin 67.17-ci maddəsinin imperativ olaraq hər hansı şərtdən irəli gəlməyərək tətbiq edilməli olmasını nəzərə almamışdır. Qanunda əks olunmuş mövqe bundan ibarətdir ki, vergi orqanı vergi öhdəliyini müəyyən edərkən hər hansı hesablama üsulunu seçmək barədə qərara gəldiyi halda digər üsulu tətbiq etmədən birbaşa seçdiyi üsula istinad edə bilər. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilir. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə mübahisələndirilən qərar 2024-cü ildə qəbul edildiyindən cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən hətta 2020 və 2021-ci illərə dair vergi hesablamaq hüququ vardır. Qərarda razılaşmadıqları digər məqam VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasılarına münasibətdə VM-nin 55.1.5-ci maddəsinin tətbiq edilməsidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, “vergi orqanı tərəfindən 2022 və 2023-cü illərin əlavə dəyər vergisi üzrə müvafiq olaraq 39295,90 manat və 54483.77 manat azaldılmasının, 39290.65 manat və 10827,78 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının hesablanması VM-nin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur.” VM-nin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı cəmiyyət tərəfindən ƏDV bəyannamələrdə əks olunmayaraq yayındırılmış ƏDV məbləği 2021-ci il üzrə 42732,08 manat, 2022-ci il üzrə 39318,79 manat, 2023-cü il üzrə 54514,28 manat olmuş, yayındırılmış vergi məbləğlərinin 50 faizi miqdarında 2021-ci il üzrə 21366,04 manat, 2022-ci il üzrə 19659,40 manat, 2023-cü il üzrə 27257,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, VM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən yayındırılmış məbləğin 50 faizi həcmində cavabdeh maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan ƏDV üzrə artıq hesablanmış vergi məbləğlərini nəzərə aldığı üçün yayındırılmış tam məbləğə maliyyə sanksiyası tətbiq edə bilməz. VM-də əks olunmuş müddəaları qarşılıqlı təhlil edilən zaman məhkəmənin yanlışlığa yol verdiyini görmək olar. Məhkəmənin istinad etdiyi 55.1.5-ci maddədəki tənzimləmə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması ilə bağlıdır. Yəni qanunverici bir tədiyyə üzrə artıq hesablamanın digər tədiyyə üzrə borcların hesablanmasında nəzərə alınması xüsusatını vergi ödəyicisinin təqsirini istisna edən hal kimi qəbul etmişdir. Nəzərə alınmalı hal ondan ibarətdir ki, hazırkı işdə eyni tədiyyə daxilində (ƏDV üzrə) mövcud olmuş artıq hesablama borcun hesablanması zamanı nəzərə alınmışdır. Yəni iddiaçının ƏDV üzrə 39182.85 manat və 10827,78 manat artıq hesablaması elə ƏDV üzrə yekun vergi öhdəliyinin formalaşmasında nəzərə alınmışdır. Daha sonra məhkəmə qərarında qeyd edilmişdir ki, “səyyar vergi yoxlaması aktında cavabdeh tərəfindən ƏDV-nin hesablanması xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək dövr üzrə aparılmışdır. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbini pozmusdur.” Hesab edirlər ki, məhkəmə ifadə etdiyi bu mövqe də digər mövqelər kimi əsaslı deyil. VM-nin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin VM-nin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. VM-nin 36.3 və 178-ci maddələrinin qarşılıqlı təhlillərinə görə əlavə dəyər vergisi üzrə 3 illik yoxlama müddəti 36 ayı əhatə edir. xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktından da görünür ki, ƏDVilə bağlı yoxlanılmalı dövr xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan müddəti əhatə etmişdir. 2020-ci ilin sentyabr ayı da daxil olmaqla 2023-cü ilin sentyabrın 1-nə kimi ayların sayı (2020-ci ildə 4 ay, 2021-ci ildə 12 ay, 2022-ci ildə 12 ay və 2023-cü ildə 8 ay) 36 ay təşkil edir. Göstərdiklərindən belə nəticə hasil olur ki, cavabdeh ƏDV ilə bağlı hər hansı müddət pozuntusuna yol verməmiş, iddiaçının əlavə dəyər vergisi üzrə 3 ildən (36 aydan) çox olmayan fəaliyyətini yoxlamışdır. Qərardakı razılaşmadıqları növbəti məqam VM-nin 58.6-cı maddəsi əsasında tətbiq edilmiş maliyyə sanksiyalarına görə məhkəmənin gəldiyi nəticə ilə bağlıdır. VM-nin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən alınmış mallara görə ƏDV məbləği malın dəyərinin ödənildiyi gündən gec olmayaraq ödənilməlidir, lakin yoxlama ilə müəyyən edilmişdir ki, 2020-ci il üzrə 5085,26 manat, 2021-ci il üzrə 8411,26 manat, 2022-ci il üzrə 27844,78 manat, 2023-cü il üzrə 7702,18 manat ƏDV malın dəyərindən gec ödənilmişdir. Bu baxımdan tərəfimizdən VM-nin 58.66, 175.1.3-cü maddələri əsasında vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında yəni 24521,74 manat cəmiyyətə maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin bildirir ki, tərəfimizdən məhkəməyə “Yoxlama ilə əhatə olunan dövr ərzində əvəzləşməyə verilmiş EQ-lər barədə məlumat” təqdim edilmişdir. Sözügedən cədvəldə iddiaçı cəmiyyətə elektron qaiməfakturanı təqdim etmiş vergi ödəyicilərinin adı, elektron qaimə-fakturaların rekvizitləri, bank məlumatları və ƏDV depozit məlumatları əks olunmuşdur. Həmçinin iddia ərizəsində VM-nin 58.6-cı maddəsinin tətbiqinə görə hesablanmış maliyyə sanksiyalarının əsassızlığı ilə bağlı hər hansı dəlil əks olunmamışdır. xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarın ƏDV hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki. “Cavabdeh inzibati orqan vergi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuş, belə ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. İş materiallarına əlavə edilmiş sözügedən ekspert rəyində sadəcə, 4 internet səhifəsindən götürülmüş elana istinad olunmaqla, tanış olduğu ticarət şəbəkələrinin adları sadalanmamaqla, şıfahi məlumat vermiş üçüncü şəxsin fəaliyyət sahəsi və digər zəruri informasiyanı qeyd etməməklə müxtəlif markalı əmtəə betonunun qiyməti müəyyən edilmiş, həmin dəyərin necə müəyyən olunduğu isə ətraflı göstərilməmiş, rəyə həmin internet səhifələrindən çıxarış əlavə edilməmişdir. Mütəxəssis kimi cəlb olunan şəxsin bu sahədə bilik və təcrübəsinin olmasını təsdiq edən hər hansı sənəd (sübut) iş materiallarına əlavə edilməmişdir.” Məhkəmə onu da qeyd edir ki, mütəxəssis tərəfindən iddiaçı üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sement xammalı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyukisiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Aşağıda göstərilən əsaslara görə məhkəmənin ƏDV ilə bağlı gəldiyi nəticə qanunauyğun deyil. Cəmiyyətin xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsi əsasında xx.xx.2018-ci il tarixli, **********6 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə qeydiyyata alınmış və ƏDV qeydiyyatı xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. ƏDV-nin yoxlanılması üzrə cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü əhatə edilmişdir. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175-ci maddələrinin tələblərinə uyğun olaraq ilkin sənədlərə əsasən yoxlanılarkən aşağıdakılar müəyyən edildi: 2020-ci ilin sentyabr, oktyabr ayları üzrə dövriyyənin düzgün müəyyən edilməməsinə görə cəmiyyət tərəfindən ümumilikdə 1832,49 manat ƏDV-nin artıq hesablanması aşkar olunmuşdur. (o cümlədən 2020-ci ilin sentyabr ayı üzrə 1040,49 manat və oktyabr ayı üzrə 792,0 manat) 2020-ci ilin dekabr ayı üçün cəmiyyətə kameral qaydada dövriyyənin düzgün müəyyən edilməməsi ilə bağlı hesablanmış 792,0 manat ƏDV məbləği SVY ilə təstiq edilmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən formalaşmış 236425,93 manat (ƏDV-siz) əlavə dövriyyə 2021-ci ilin axırıncı hesabat ayının, yəni 2021-ci ilin dekabr ayının dövriyyəsinə əlavə edilmişdir. Həmçinin yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 200 kv metr anbar sahəsini (ƏDV daxil) ayı 200,0 manat olmaqla "xxxx" MMC-yə ( VÖEN **********) və xx.xx.2021-ci il tarixdən yoxlama dövrünün sonunadək sahəsi 30 kv metr olan dayanacağı (qarajı) (ƏDV daxil) ayı 50 manat olmaqla X19 icarəyə versə də, həmin dövr ərzində yalnız bir halda xx.xx.2022-ci il tarixdə X19 318,60 manat (ƏDV daxil) məbləğində 912515 nömrəli EQ təqdim edilmiş və bəzi hallarda ƏDV bəyannamələrində ƏDV-yə cəlb olunan dövriyyəyə daxil edilmiş, bəzi hallarda isə nəzərə alınmamışdır. Yoxlama ilə qeyd olunan icarə gəlirləri aylar üzrə ƏDV-yə cəlb olunan dövriyyəyə aid edilmişdir. Qeyd olunan icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun-dekabr ayları üçün cəmiyyətə ümumilikdə 175,41 manat əlavə ƏDV hesablanmışdır. Beləliklə 2021-ci il üçün mütəxəssis rəylərinə əsasən formalaşan 236425,93 manat (ƏDVsiz) əlavə dövriyyəyə görə (236425,93*18%)=42556,67 manat, icarə dövriyyəsi ilə əlaqədar olaraq 2021-ci ilin iyun – dekabr ayları üçün 175,41 manat olmaqla ümumilikdə (42556,67+175,41) 42732,08 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166, 175-ci maddələrinin tələbləri yoxlanılan zaman yəni vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi zamanı 2022-ci ilin yanvar-dekabr aylarında cəmiyyət tərəfindən büdcəyə hesablanmalı olan ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Bunun səbəbi onunla izah olunur ki, vergiyə cəlb olunan dövriyyənin düzgün müəyyən edilməməsinə görə həmin ilin iyun ayında 7,63 manat, avqust ayında 7,63 manat, sentyabr ayında 7,63 manat, oktyabr ayında 1827,65 manat və oktyabr ayında 37648,25 manat azaldılması, dekabr ayında isə 39182,85 manat artıq hesablanması müəyyən edilmişdir ki, nəticədə 2022-ci ilin yekununa görə (39318,79-39182,85) ƏDV-nin fakta qarşı 135,94 manat azaldılması müəyyən edilmişdir. Ekspert və mütəxəssis rəyi əsasında 2023-cü ilin yanvar ayından 2023-cü ilin avqust ayına qədər olan dövr üzrə müəyyən edilmiş 2375.72 kub metr müxtəlif markalı beton məhsullarının bazar qiymətinin 263305,34 manat olduğu nəzərə alınmaqla Vergi Məcəlləsinin 159.3.1, 166-cı maddələrinə əsasən 47394,96 manat ƏDVnin hesablaması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması nəticəsində iddiaçı cəmiyyətin təkrar əvəzləşdirdiyi elektron qaimə-fakturaların olması müəyyən edilmişdir. Bu hallar səyyar vergi yoxlaması aktının 19-cü səhifəsində axırıncı abzasda əks olunmuşdur. Belə ki, İddiaçı MMC-nin 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşməyə verdiyi elektron qaimə-fakturalar həm də 2022-ci ilin dekabr ayında da əvəzləşməyə təqdim edilmişdir. Buna görə də, 2023-cü ilin avqust ayında təkrar əvəzləşməyə verilmiş 6269,90 manat məbləğində əlavə dəyər vergisi əvəzləşmədən çıxarılmış və müvafiq hesablama aparılmışdır. Tərəflərindən birinci instansiya məhkəməsinə iddiaçının özünün təqdim etdiyi 2022-ci ilin dekabr və 2023-cü ilin avqust ayları üzrə ƏDV bəyannamələri təqdim edilsə də, iddia tələbi əsassız olaraq həmin hissədə də təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X23 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1271/2025 saylı qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdi.

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 36.4. Bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Maddə 36.6. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Maddə 38.7.1. Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; Maddə 38.7.2. Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Maddə 38.7.3. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə 38.7.4. Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab alınanadək; Maddə 38.7.4-1. Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. Maddə 38.7.5. Bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Maddə 43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Maddə 48.2.8. Bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. Maddə 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; yeni qərarın qəbul edilməsi. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 54.0.1. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, muhasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri -67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; -67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; -67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; -67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Maddə 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Maddə 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Maddə 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Maddə 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 67.14 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 83.9 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

20. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

22. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

25. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

26. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

27. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

28. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

30. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

31. Birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçınə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********185008 nömrəli qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə 297,17 manat artıq hesablama; 2021-ci ilin mənfəət vergisi üzrə 51.441,97 manat əlavə hesablama və 25.720,99 manat maliyyə sanksiyası; 2022-ci ilin mənfəət vergisi üzrə 66.509,93 manat əlavə hesablama və 33.254,97 manat maliyyə sanksiyası; 2020-ci ilin əlavə dəyər vergisi üzrə 1.832,49 manat artıq hesablama; 2021-ci ilin əlavə dəyər vergisi üzrə 42.556,67 manat əlavə hesablama və 21.278,34 manat maliyyə sanksiyası; 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5,25 manat əlavə hesablama və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası; 2023cü ilin əlavə dəyər vergisi üzrə 43.625,47 manat əlavə hesablama və (54.483,77 manat azaldılmış məbləğə görə) 27.241,89 manat maliyyə sanksiyası; ƏDV məbləğinin ödənilməməsinə görə VM-nin 58.6-cı maddəsinə əsasən 2020-ci il üzrə 2.542,63 manat, 2021-ci il üzrə 4.205,63 manat, 2022-ci il üzrə 13.922,39 manat, 2023-cü il üzrə 3.851,09 manat və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 19.555,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı inzibati orqan tərəfindən tətbiq edilmiş prosedurla razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

35. Göründüyü kimi, mübahisələndirilən qərarla iddiaçıya mənfəət, əlavə dəyər vergisi üzrə azaldılmış məbləğlərə görə əlavə vergilər və maliyyə sanksiyaları tətbiq edilmişdir.

36. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda göstərilmiş müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh orqan tərəfindən növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə təsdiq olunmur. Cavabdehin inzibati orqanın dəlillərində qeyd etdiyi kimi vergi yoxlamasının nəticələrinə dair aktda yoxlamanın həmin qaydada keçirilməsinin əsaslandırılması mübahisələndirilən qərarın qanuniliyini ehtiva etmir. Çünki akt həmin qərar əsasında aparılmış hərəkətlərin nəticəsidir.

37. Göründüyü kimi, cavabdeh tərəfindən cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmaması səbəbi ilə Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin hesablanmalı olan vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda bu zaman vergi orqanı VM-nin 67-ci maddəsinə əsasən ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququna malik olmuşdur.

39. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi.

40. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

41. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.

42. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqi nəzərdə tutulmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı mallar aşkar edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair formalaşmış hüquqi mövqe vardır.

44. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, belə vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiqi əsassız sayılmalıdır. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün isə Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.

46. Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni həmin yanaşmaya əsasən vergi öhdəliyi barədə 2022-ci il tarixindən sonra qəbul olunan qərarlar vergi ödəyicisinin həmin tarixdən əvvəlki fəaliyyətinə aid olsa belə, Məcəllənin 67.17-ci maddəsi 2022-ci ildən qüvvəyə mindiyindən və qərarın qəbulu zamanı həmin norma artıq qüvvədə olduğundan, şərti rentabellik norması birbaşa tətbiq edilə bilər. Bununla bağlı nəzərə almaq lazımdır ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir.

47. Məhkəmə kollegiyası iddiaçıya hesablanmış ƏDV ilə bağlı qeyd edir ki, cavabdeh inzibati icraat zamanı əldə etdiyi ekspert rəyinə əsaslanaraq 2021-ci il üçün ƏDV üzrə 42.556,67 manat əlavə vergi və 21.278,4 manat maliyyə sanksiyası, 2022-ci ilin ƏDV üzrə 5.25 manat əlavə hesablama və (39.295,90 manat azaldılmış məbləğə görə) 19.647,95 manat maliyyə sanksiyası, 2023-cü il üçün ƏDV üzrə 43.625,47 manat əlavə vergi və 27.241,89 manat maliyyə sanksiyası hesablanmışdır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. ... Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

49. Hazırkı işdən görünür ki, vergi orqanı 13 oktyabr 2023-cü il tarixdə səyyar vergi yoxlamasına başlamış, 28 noyabr 2023-cü il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək əmtəə betonunun bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac olmasının müəyyən olunması istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı müəyyən olunmamışdır. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir.

50. Konstitusiya Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli alğı-satqı müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Əks yanaşma tərəflər arasında müqavilə azadlığı çərçivəsində bağlanmış və tələb və təklif əsasında müəyyən edilmiş qiymətin mötəbərliliyi prezumpsiyasına ziddir. Qeyd edildiyi kimi, əgər vergi orqanı mülki hüququnun subyektlərinin müqavilə azadlığından sui-istifadəsinə istinad edirsə, bunu mötəbər sübutlarla təsdiq etməlidir. Həmçinin ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir.

51. Birinci instansiya məhkəməsi haqlı olaraq “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanuna istinad edərək bildirmişdir ki, özəl ekspertiza fəaliyyəti göstərmək üçün ekspert müvafiq tələblərə cavab verməli, müsahibədən keçməli, şəhadətnamə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməlidir. Yalnız bundan sonra şəxs ekspertiza tədqiqatı aparmaqda və ekspert rəyi verməkdə səlahiyyətli ola bilər. Əks halda bu ekspert rəyi deyil, mütəxəssis rəyi hesab edilir və bu ekspert rəyini əvəz etmir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh orqan qərar qəbul edərkən istinad etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyini verən müəssisənin Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azərbaycan Respublikası TSP və ya Palata) mənfəətə iddiası olmayan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri-dövlət ictimai təşkilatdır. Azərbaycan Respublikası TSP hüquqi şəxsdir, ayrıca mülkiyyətə malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmə, arbitraj və münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilər.

53. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 1994-cü ildə yaradılmış “Azərekspertiza” Birliyi çoxsahəli təşkilatdır. Öz nizamnaməsini rəhbər tutaraq birlik, hüquqi və fiziki şəxslərin sifarişi ilə və müvafiq orqanlarιn tapşırığına əsasən aşağıdakı işləri yerinə yetirir: - Daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi. Beləliklə, cavabdeh vergi orqanı tərəfindən mübahisəli qərar qəbul edilərkən əmtəə betonunun qiymətini müəyyən edilərkən istinad edilən rəyin verilməsi zamanı Vergi Məcəlləsinin 44-cü maddəsində, “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarında nəzərdə tutulmuş ekspertizanın keçirilməsi qaydalarına əməl edilməsi müəyyən edilmir. Bu isə təqdim edilən rəyin ekspert rəyi olmaması qənaətinə gəlməyə əsas verir.

54. Bundan başqa sözügedən ekspert rəyində sadəcə 4 internet səhifəsindən götürülmüş elana istinad olunmaqla, tanış olduğu ticarət şəbəkələrinin adları sadalanmamaqla, şifahi məlumat vermiş üçüncü şəxsin fəaliyyət sahəsi və digər zəruri informasiyanı qeyd etməməklə müxtəlif markalı əmtəə betonunun qiyməti müəyyən edilmiş, həmin dəyərin necə müəyyən olunduğu isə ətraflı göstərilməmiş, rəyə həmin internet səhifələrindən çıxarış əlavə edilməmişdir.

55. Kollegiya qeyd edir ki, malların dəyərinin bazar qiyməti əsasında müəyyən edildiyi zaman ilk növbədə mötəbər məlumatlardan istifadə edilməli, yalnız bir mənbədən əldə edilmiş məlumata istinad edilməməli, bazar dəyəri kimi götürülmüş malın dəyərinin (təqdim edilmə, icarəyə verilmə qiymətinin) həqiqətən həmin məbləğ olması ilə bağlı şübhədənkənar əsaslar olmalı, xüsusilə istinad olunan mənbədəki malların istehlak təyinatı, fiziki göstəriciləri, keyfiyyəti, mənşəyi və digər xüsusiyyətlərinə görə vergi ödəyicisinin təqdim etdiyi mallarla (o cümlədən icarəyə verdiyi əmlakla) oxşar olması halı mövcud olmalıdır. Lakin cavabdehin istinad etdiyi ekspert rəyinin məzmunundan görünür ki, mənbə kimi yalnız internet məlumatlarından istifadə edilmiş (unimall.az; lalafo.az; tap.az; ucuztap.az), əmtəə betonuna dair bazar qiymətinin hansı formada müəyyən edilməsi, o cümlədən müəyyən edilən dəyərin həqiqətən bazarda təşəkkül tapmış qiymətlərə uyğun olması, xüsusən də istinad olunan mənbədəki əmlakların xüsusiyyətlərinə görə iddiaçının malı ilə oxşar xüsusiyyətli olması göstərilməmiş və əsaslandırılmamışdır. Hətta, bu hallar göstərilsə belə, bazar qiyməti əməliyyatda (əqdə) təsbit edilən qiymətlər əsasında formalaşdığından, bazar qiymətinin müəyyən edilməsi üçün real əqdlərə əsaslanmalıdır. İnternet səhifələrində elan kimi göstərilən məlumatlar ofertadır və tərəflər arasında bağlanmış müqavilələrdə təsbit edilən bazar qiyməti kimi götürülə bilməz. Cavabdeh isə qeyd edilən halları nəzərə almadan vergidən yayınma faktının olması ilə bağlı nəticəyə gəlmişdir.

56. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mat 2012-ci il tarixli qərarında da qeyd edildiyi kimi, bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qənaəti ilə, yəni cavabdeh inzibati orqan tərəfindən yalnız internet resurslarında əldə edilmiş əmtəə betonunun qiymət təklifləri (oferta) əsasında tərtib edilmiş ekspert rəyinə istinadən ƏDV-nin hesablanmasının qanunsuz olması mövqeyi ilə razılaşır.

57. Eyni zamanda, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 1994-cü ildə yaradılmış “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən yoxlama dövrünü əhatə edən müddət ərzində istehsal həcmi beton istehsalında əsas xammal olan sement xammalının sərfiyatına uyğun hesablanmışdır.

58. İlk növbədə qeyd edilməlidir ki, mütəxəssis kimi cəlb olunan şəxsin bu sahədə bilik və təcrübəsinin olmasını təsdiq edən hər hansı sənəd (sübut) iş materiallarına əlavə edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mütəxəssis tərəfindən iddiaçıya münasibətdə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sement xammalı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyksiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin yalnız sement xammalı sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əməkhaqqı; istehsal fəhlələrinin əlavə əməkhaqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri.

60. 2022-ci ilin və 2023-cü ilin əlavə dəyər vergiləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən əlavə dəyər vergisi üzrə müvafiq olaraq 39.295,90 manat və 54.483,77 manat azaldılmasının, 39.290,65 manat və 10.827,78 artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur.

61. Eyni zamanda, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən ƏDV məbləğinin ödənilməməsinə görə 2020-ci il üzrə 2542.63 manat, 2021-ci il üzrə 4205.63 manat, 2022-ci il üzrə 13922.39, 2023-cü il üzrə isə 3851.09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iddiaçı tərəfindən vergi tutulmalı olan dövriyyələrin düzgün müəyyən edilməməsi və ƏDV-nin hansı hallarda, hansı vergi ödəyicilərinə ödənilməməsi ilə bağlı heç bir açıqlama verilməmişdir. Odur ki, məhkəmə kollegiyası bu hissədə də, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən hissə üzrə qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır.

64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.

65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1271/2025 saylı qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edildiyi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar