Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-257/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, “İş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2366/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr nəzər alınmaqla 19 il 5 ay) səbəbi ilə imtina edilmişdir. Sənaye və Texnologiyalar üzrə X12 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 9 nömrəli Texniki Peşə Məktəbində “təyyarə mühərriki yığan çilingər” ixtisası üzrə əyani təhsil almışdır. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində beşinci dərəcəli çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X3 firmasında beşinci dərəcəli çilingər, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” kompani ATSC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. "xxxx" ATSC-nin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006- cı ilə kimi "xxxx" ATSC-də çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubdan görünür ki, “Azəravtonəqliyyat” X7 X1 Baş İstehsalat vahidi bazasında "xxxx" (Simurq Kompani) Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası "xxxx" X11 Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 30 nömrəli məktubundan görünür ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSCdə işləmiş İddiaçı göstərilən illərdə bu müəssisədə çilingər işləməsini təsdiq edən sənədlər 18 iyun 2021-ci il tarixdə müəssisədə və onun əvvəlki illərin sənədləri saxlanılan arxivində baş vermiş yanğın nəticəsində məhv olmuşdur. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx/xx-07986 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən "xxxx" ATSC-yə məxsus, X2 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan "xxxx" ASTCnin 2016-2020-ci fəaliyyət illərini əhatə edən, mühasibatlığa aid sənədlər, əmək haqqı cədvəlləri, bank köçürmələri və vergi ödəmələri çekləri yanaraq məhv olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X8 filialının xx.xx.2022-ci il tarixli 732(187)/3 saylı arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək, "xxxx" X3 Firmasındakı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək, "xxxx" ATSC-dəki xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin çilingər vəzifəsində işlədiyi ümumilikdə 28 il 06 ay iş stajının hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ATSC-də xx.xx.1997-ci il tarixdən Təmir və Tikinii briqadasında fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən "xxxx" ATSC-də çilingər vəzifəsinə keçirilmiş və xx.xx.2006-cı il tarixdə isə işdən azad edilmişdir. O, "xxxx" ATSC-də xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə onunla birlikdə işləyən şəxslər onun həqiqətən "xxxx" ATSC-də fəhlə və çilingər işləməyini şahid kimi təsdiq edə bilərlər. O "xxxx" ATSC-nə xx.xx.1997-ci il tarixdən xx.xx.2006-ci il tarixədək olan dövrlərin arxiv sənədlərinin verilməsi barədə müraciət edən zaman "xxxx" ATSC-nin rəhbərliyi tərəfindən 2020-ci ildə erməni faşistləri tərəfindən atılan raket zərbələri nəticəsində idarənin arxiv şöbəsi tamamilə dağıldığı və məhv edildiyi bildirilmişdir. "xxxx" ATSC-nin direktoru tərəfindən verilən arayışdan da iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də çilingər vəzifəsində işləməsi görünür. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993cü il tarixdən xx.xx.1996-cı il tarixinədək "xxxx" X3 Firmasında və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X3 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməyərək yekun iş stajına əlavə edilməlidir. Çünki sözügedən sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmısini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixində adına tərtib olunmuş N ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X4 firmasındakı, xx.xx.1997-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "Simurq" Kompani ATSC-dəki əmək fəaliyyəti dövrlərinə aid arxiv sənədlərini Dövlət Arxivində aşkar etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün (19 il 5 ay) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, "Sosial Müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ yaranır. Qeyd edilən qanunvericilik tələbinə əsasən xx.xx.2022-ci ildən etibarən iddiaçıya 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının 1992-1993-cü illərdə Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki, 1993-1996-cı illərdə "xxxx" X3 firmasındakı, həmçinin 1997-2006-cı illərdə “Simurq” kompani ATSC-dəki işlədiyi dövrlər tərəflərindən mübahisələndirilir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müharibə zamanı xx.xx.2020-ci il tarixdə evlərinə raket düşməsi nəticəsində evi dağılmışdır. Nəvələrini dağıntının altından çıxarmışdır. Cənab Prezidentin tapşırığına əsasən onlara pul ayrıldıqdan sonra ev almışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.
İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2366/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməli və İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 19 il 5 ay təşkil etdiyinə görə imtina etmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 19 il 5 ay olması göstərilmişdir. Bundan əlavə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X3 firmasındakı, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-dəki əmək fəaliyyəti dövrlərinə aid arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən müvafiq dövrlər əmək stajı kimi nəzərə alınmadığı və bununla da iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Göründüyü kimi iddiaçının ümumi iş stajının 19 il 5 ay təşkil etdiyi mübahisəsiz haldır. Hazırda mübahisələndirilən illər iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X3 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi dövrdür. İnzibati orqanın qeyd olunan illər üzrə əsas dəlili isə yuxarıda qeyd olunan dövrlərə aid arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsidir. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997ci il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ATSC-nin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı ilə kimi "xxxx" ATSC-də çilingər vəzifəsində işləmişdir. Habelə, "xxxx" ATSC-nin xx.xx.2023-cü il tarixli, 30 saylı məktubundan da müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-ci il tarixədək "xxxx"ATSC-də işləmiş İddiaçı göstərilən illərdə bu müəssisədə çilingər işləməsini təsdiq edən sənədlər 18 iyun 2021-ci il tarixdə müəssisədə və onun əvvəlki illərin sənədləri saxlanılan arxivində baş vermiş yanğın nəticəsində yanaraq məhv olmuşdur. İddiaçı həqiqətən bu illərdə "xxxx" ATSC-də işləməsi haqqında qeydlərin işdən azad olunarkən ona təqdim edilmiş əmək kitabçasında yazıldığını nəzərə alaraq bir daha vətəndaşın onların müəssisəsində işləməsi faktını təsdiq etmişlər. İddiaçı əmək kitabçasının surəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin arayışı məktuba əlavə olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin arayışından da görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən "xxxx" ATSC-yə məxus, X2 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan "xxxx" ATSC-nin 2016-2020-ci fəaliyyət illərini əhatə edən, mühasibatlığa aid sənədlər, əmək haqqı cədvəlləri, pandemiyaya görə kollektivə ayrılmış dövlət yardımının verilməsi cədvəlləri, bank köçürmələri və vergi ödəmələri çekləri yanaraq məhv olmuşdur. Göründüyü kimi İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı ilə kimi "xxxx" ATSC-də çilingər vəzifəsində işləməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X3 firmasında işləməsi iş materialları ilə sübuta yetirilmir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının inzibati orqana müraciəti zamanı qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X10) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən olunmamış, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Beləliklə məhkəmənin qəanətinə görə iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin olunmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2366/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.