Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-258/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı vəfat etmiş həyat yoldaşı X3 vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-161/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Nikahın bağlanması haqqında xx.xx.1991-ci il tarixli V-ЖГ 372468 nömrəli şəhadətnaməyə əsasən X8 ilə İddiaçı xx.xx.1991-ci il tarixdə nikah bağlamışlar, bu barədə xx.xx.1991-ci il tarixdə 630 nömrə ilə qeyd edilmişdir. X4 xx.xx.1982-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X4 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki beloma radikuliti. Vertebrobazilyar çatışmamazlığı” diaqnozu üzrə xx.xx.2003-cü il tarixdən İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və əlillik səbəbi peşə xəstəliyi kimi müəyyənləşdirilmiş, habelə əmək qabiliyyətsiz olması qeyd edilmişdir. X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”na əsasən xx.xx.2010-cu il tarixdən ödənc təyin edilərək 2021-ci ilin sentyabr ayınadək ödənilmiş, sonuncu xx.xx.2021-ci ildə vəfat etdiyi üçün ödənişi xx.xx.2021-ci ildən dayandırılmışdır. X3 ailə üzvü olan arvadı İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, həmin ödəncin əvəzinə aylıq kompensasiyasının ona ödənilməsini xahiş etmiş və sonuncu tərəfindən xx.xx.20022-ci il tarixli **********8 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-24997/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-165334/2/2023 nömrəli məktubla mərhum X1 aylıq kompensasiyanın xx.xx.2010-cu il tarixdən təyin edildiyi və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün ödənişin xx.xx.2021-ci il tarixindən dayandırılığı bildirilmiş, D.Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədə və xx.xx.2021-ci il tarixli ölüm akt qeydində xx.xx.1941-ci il təvəllüdlü X3 bilavasitə ölümünə səbəb olmuş xəstəlik və ya hal qrafasında “İ27.8-Ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları”, əvvəlcə mövcud olan səbəblər (yuxarıda göstərilmiş səbəbi yaratmış xəstəlik və ya hal) qrafasında “İ25.1-Ürəyin aterosklerotik xəstəliyi”, ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmuş xəstəliklə və ya patoloji halla əlaqədar olmayan başqa vacib hallar qrafasında “Posttravmatik ensefalopatiya” göstərilmişdir. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 212155 nömrəli şəhadətnamədə X3 ölümünün səbəbi “Ürək xəstəliyi (posttravmatik ensefalopatiya) kimi göstərilmişdir. Məhkəmənin sorğusuna Göygöl rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 16-5/8-13-711/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1941-ci il təvəllüdlü X8 xx.xx.2021-ci ildə Göygöl rayonunda vəfat etmiş, onun ölümü xx.xx.2021-ci il tarixdə 248 nömrə ilə Göygöl rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X2 xx.xx.2022-ci il tarixli ölüm haqqında akt qeydinə “Posttravmatik ensefalopatiya”nın əlavə edilməsi barədə ərizəsinə əsasən Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş **********63 nömrəli xx.xx.2021-ci il tarixli ölüm haqqı tibbi şəhadətnaməsi əsasında “Posttravmatik ensefalopatiya” ölüm haqqında akt qeydinin 11.3-cü qrafasına əlavə edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258634/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, mərhum X4 xx.xx.2010-cu il tarixində “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya” təyin edilmişdir. Sözügedən kompensasiya D.Qazıyevin vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T330/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, mərhum D.K.Qazıyevin meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından halhazırda onun ölümünün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə əsasən onun düçar olduğu “vibrasiya xəstəliyi” zamanı əsas dəyişiklik baş beyində baş verdiyindən (posttravmatik ensefalopatiya), daxili üzvlərin fəaliyyət mərkəzi baş beyində yerləşdiyindən onun funksiyasının pozulması nəticəsində ölümə səbəb olan ağciyər-ürək çatmamazlığının bu səbəbdən yaranmasını da inkar etmək olmaz. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş həyat yoldaşı X3 vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona təyin olunaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Ermənistan qaçqınıdır. Həyat yoldaşı X8 ilə evli olmaqla, birgə yaşamış, onun himayəsində olmuşdur. Öldüyü günədək dolanacağı ondan gəlib. Həyat yoldaşı vəfat edən tarixə 2-ci qrup əlilliyə görə əmək xəsarətinə görə əmək pensiyası ilə yanaşı istehsalat zədəsinə görə kompensasiya (zərərə görə ödənc) da alırdı. Xəstəliyinin diaqnozu: Vibrasiya xəstəliyi İl dərəcə. Yuxarı ətrafların sağ çiyin qynağının artrozu. Eşitmənin zəifləməsi. ÜlX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebrobazilyar çatmamazlığı (TSEK-də sonuncu müayinə dair məlumatdan çıxarışdan). Ölüm səbəbi: Ürək xəstəliyi (posttravmatik ensefalopatiya) (AZ-İl No 212155 saylı ölü şəhadətnaməsi). Diaqnozdan görünür ki, bu insan bir neçə xəstəlikdən əziyyət çəkirmiş. Hər diaqnoz nöqtə ilə sonuclanıb, demək ayrıayrı diaqnozlardır. O cümlədən onda ürəklə bağlı çatışmamazlıq olub (ÜİX gərginlik stenokardiyası). Həyat yoldaşı vəfat edərkən 80 yaşına az qalmışdı. Demək yanaşı xəstəliklər onda ürək çatışmamazlığına gətirib çıxarmışdır. Onsuz da onun ürəyində də problemi var idi, bunu yuxarıda qeyd etdiyi diaqnozdan da görmək olur. Vəfatından sonra zərərə görə kompensasiyanın ona ödənilməsi haqqında bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də müsbət cavab ala bilmirdi. Cavabdeh həyat yoldaşının ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyindən olmadığını səbəb gətirərək kompensasiyanın ona təyin olunmasından imtina etmişdir. Halbuki, 80 yaşlı insanların hər hansı bir xəstəliyi sonunda ürək çatışmamazlığına (dayanmasına) gətirir ki, ölüm hadisəsi baş verir. Digər bir tərəfdən vəfat etmiş həyat yoldaşının əllillik səbəblərindən biri də ürəklə bağlı idi (yuxarıda diaqnozunda qeyd olunub). Cavab məktublarında qeyd etdikləri düzgün deyil, hesab edir ki, cavabdeh konstitusional hüquqlarını bilərəkdən pozmuşdur. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə eyni məzmunlu ərizə ilə müraciət edərək ödəncin verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Z.Qazıyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-24997/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərşəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarına əsasən xx.xx.2010-cu il tarixdən "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymis zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya verilir. İddiaçı mərhum həyat yoldaşı D.Qazıyevə sözügedən aylıq kompensasiya xx.xx.2010-cu il tarixdən təyin edilmiş və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mərhum D.Qazıyevin ölüm səbəbi əmək xəsarəti və yə peşə xəstəliyi olmadığı üçün İddiaçı qeyd olunan aylıq kompensasiyanın hesablanaraq ödənilməsi qanunveriliklə baxımından mümkün hesab edilmir. Hesab edirlər ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur. İş üzə icraat materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı D.Qazıyev xx.xx.1941-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş materilarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, o, xx.xx.1948-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş üzrə icraat materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, D.Qazıyev ilə İddiaçı arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Pensiya" altsistemi məlumatlarına əsasən mərhum D.Qazıyevə xx.xx.1982-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Pensiya" altsistemi məlumatlarına İddiaçı xx.xx.2001-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya altsisteminin "Sosial ödənişlər" altsistemi məlumatlarına əsasən mərhum D.Qazıyevə xx.xx.2010-cu il tarixdən peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya təyin edilmişdir. İş üzrə icraat materillarında olan xx.xx.2022ci il tarixli 212155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddaçının mərhum həyat yoldaşı D.Qazıyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddiadan da göründüyü kimi, iş üzrə yaranmış mübahisə, ləğv edilmis müəssisədə əmək xəsarəti nəticəsində zərərçəkənə zərərə görə ödənilən aylıq kompensasiya ilə bağlı mübahisədir. Belə ki, xx.xx.2010-cu il tarixədək bu sahədə münasibətlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği" adlanan hüquqi aktla tənzimlənirdi və ləğv edilmiş Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə zərərə görə aylıq ödənc verilirdi. Hazırda isə həmin münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları" ilə tənzimlənir. Sonuncu, yəni 51 saylı xx.xx.2010-cu il tarixli Qərarla təsdiq edilmiş Qaydaların 1-ci bəndinə görə, bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir, Qaydaların tətbiq dairəsi əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: 1. Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; 2. ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə. İddiaçı iddia edir ki, onun mərhum həyat yoldaşının ölümü ilə onun peşə xəstəliyi arasında səbəbli əlaqə olmuşdur. Nəzərə çatdırılır ki, işçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı göstərilmişdir. İddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixli 212155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə ürək xəstəliyndən (posttravmatik ensefalopatiya) vəfat etmişdir. Yuxarıda qeyd olunan siyahıda ürək xəstəliyi peşə xəstəliklərinin siyahısında və ya peşə xəstəliklərini törədən istehsalat faktorları arasında göstərilməmişdir. Beləliklə, iş materialları ilə də müəyyən olunur ki, İddiaçı mərhum həyat yoldaşı D.Qazıyevin ölüm səbəbi peşə xəstəliyi ilə əlaqəli deyildir. Odur ki, İddiaçı iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-161/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı vəfat etmiş həyat yoldaşı X3 vəfat edən tarixə İİ dərəcəli əlilliyə görə əmək xəsarətinə görə (istehsalat zədəsinə görə) aldığı kompensasiyanın (zərərə görə ödəncin) xx.xx.2021-ci il tarixdən İddiaçı təyin olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan Dilsuz Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, iddiaçıya mərhum ərinin peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsindən imtina etmişdir. Halbuki, X3 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatışmamazlığı” diaqnozu üzrə xəstəlikləri onun peşə xəstəliyi olmuşdur. Hansı ki, vibrasiya xəstəliyi məhz peşə xəstəliyi olmaqla, özünü birinci növbədə sinir və ürək-damar sisteminin xəstəlikləri şəklində biruzə verir. ÜİX gərginlik stenokardiyası da ürəyin işemik xəstəliyi olmaqla, ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigən çatışmazlığı səbəbilə baş verir və stenokardiya tutmaları ilə xarakterizə edilir. Həmin tutmalara səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Vertebro-bazilyar çatmamazlıq da (VBS- vertebro-bazilyar arterial sistem sindromu) bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır. Göründüyü kimi X3 əsas peşə xəstəliyi olan “Vibrasiya xəstəliyi” onda digər xəstəliklərin (fəsadlar) yaranmasına - ürək və qan-damar sisteminin pozulmasına səbəb olmuş və həmin xəstəliklər birlikdə onun əlilliyinə əsas olmuş xəstəlik kimi müəyyənləşdirilmiş və bu əsasla X4 vəfat etdiyi tarixə müvafiq kompensasiya ödənilmişdir. X3 ölümünə səbəb isə “Ürək xəstəliyi” (“İ27.8- Ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları”; “İ25.1-Ürəyin aterosklerotik xəstəliyi”) və “Posttravmatik ensefalopatiya” olmuşdur. Burdan sadə məntiqlə belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının ölümünə səbəb məhz peşə xəstəliyi olan və ürək və qan-damar sisteminin pozulması ilə müşayiət olunmuş xəstəliklər olmuşdur. Ölüm səbəbi kimi sonradan əlavə edilmiş “Posttravmatik ensefalopatiya” isə - travmadan sonra baş beynin qan dövranının pozulması nəticəsində zədələnməsidir. Eyni zamanda, məhkəmənin qərardadı əsasında əldə edilmiş ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, mərhum D.K.Qazıyevin meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından hal-hazırda onun ölümünün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə əsasən onun düçar olduğu “vibrasiya xəstəliyi” zamanı əsas dəyişiklik baş beyində baş verdiyindən (posttravmatik ensefalopatiya), daxili üzvlərin fəaliyyət mərkəzi baş beyində yerləşdiyindən onun funksiyasının pozulması nəticəsində ölümə səbəb olan ağciyər-ürək çatmamazlığının bu səbəbdən yaranmasını da inkar etmək olmaz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-161/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi səbəbli əlaqəni ixtisaslı həkimlər tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən deyil, öz sadə məntiqi və mülahizəsi ilə əsaslandırmışdır. Eyni zamanda ekspertin rəyi ilə razılaşıbrazlaşmadığını qətnamə və ya qərardadla əsaslandırmamışdır. Nəzərə çatdırır ki, işçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı göstərilmişdir. Qeyd edilən siyahıda iş yerlərinin adı, xəstəliyin adı və peşə xəstəliklərini törədən istehsalat faktorları müəyyən edilmişdir. İddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixli 212155 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə ürək xəstəliyindən (posttravmatik ensefalopatiya) vəfat etmişdir. Yuxarıda qeyd olunan siyahıda ürək xəstəliyi peşə xəstəliklərinin siyahısında və ya peşə xəstəliklərini törədən istehsalat faktorları arasında göstərilməmişdir. Beləliklə iş materialları ilə də müəyyən olunur ki, İddiaçı mərhum həyat yoldaşı D.Qazıyevin ölüm səbəbi peşə xəstəliyi ilə əlaqəli deyildir. Odur ki, İddiaçı iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi inzibati mübahisə üzrə iddiaçının kompensasiya hüququnun təmin edilməsi istiqamətində mübahisəli münasibətə maddi hüquq normasını düzgün tətbiq etməmiş və əldə edilən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı apellyasiya şikayətinə dair məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, vəfat edənin diaqnozu: Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatmamazlığı (TSEK-də sonuncu müayinə dair məlumatdan çıxarışdan). Ölüm səbəbi: Ürək xəstəliyi (posttravmalik ensefalopatiya) (AZ-İİ № 212155 saylı ölü şəhadətnaməsindən). Diaqnozdan görünür ki, bu insan bir neçə xəstəlikdən əziyyət çəkirmiş. Hər diaqnoz nöqtə ilə sonuclanıb, demək ayrı-ayrı diaqnozlardır. O cümlədən onda ürəklə bağlı çatışmamazlıq olub (ÜİX gərginlik stenokardiyası). Hansı ki, vibrasiya xəstəliyi məhz peşə xəstəliyi olmaqla, özünü birinci növbədə sinir və ürək-damar sisteminin xəstəlikləri şəklində büruzə verir. ÜİX gərginlik stenokardiyası da ürəyin işemik xəstəliyi olmaqla, ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigen çatışmazlığı səbəbi ilə baş verir və stenokardiya tutmaları ilə xarakterizə edilir. Həmin tutmalara səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Vertebro-bazilyar çatmamazlıq da (VBS- vertebrobazilyar arterial sistem sindromu) bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır. Göründüyü kimi X3 əsas peşə xəstəliyi olan "Vibrasiya xəstəliyi" onda digər xəstəliklərin (fəsadlar) yaranmasına ürək və qan-damar sisteminin pozulmasına səbəb olmuş və həmin xəstəliklər birlikdə onun əlilliyinə əsas olmuş xəstəlik kimi müəyyənləşdirilmiş və bu əsasla X4 vəfat etdiyi tarixə müvafiq kompensasiya ödənilmişdir. X3 ölümünə səbəb isə "Ürək xəstəliyi" ("1278- Ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları"; "125.1-Ürəyin aterosklerotik xəstəliyi") və "Posttravmatik ensefalopatiya" olmuşdur. Burdan sadə məntiqlə belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının ölümünə səbəb məhz peşə xəstəliyi olan və ürək və qan-damar sisteminin pozulması ilə müşayiət olunmuş xəstəliklər olmuşdur. Ona görə də apellyasiya şikayətini etmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi” Qaydaları:
1. Bu Qaydalar Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi qaydasını tənzimləyir.
2. Bu Qaydalar 2010-cu il yanvarın 1-dən əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş aşağıdakı işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil olunur: a) Ermənistan Respublikasının müəssisələrində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə; b) ləğv edilmiş kolxoz və sovxozlarda dəymiş zərərə görə ödənc almaq hüququ olan zərərçəkənlərə.
3. Bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə 2010-cu il 1 yanvar vəziyyətinə təyin olunmuş aylıq ödənc məbləğində dövlət büdcəsinin vəsaiti hesabına aylıq kompensasiya verilir.
4. Aylıq kompensasiya 2010-cu il yanvarın 1-dən etibarən bu Qaydaların 2-ci bəndində nəzərdə tutulan şəxslərə onların müraciətləri əsasında təyin edilir. 4.1. Bu Qaydaların 2-ci bəndində göstərilən şəxslərin müvafiq sənədləri 2010-cu il 1 yanvar vəziyyətinə ödənclərinin aylıq məbləği və hüquqi ünvanı göstərilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilir. 4.2. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. 4.3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq kompensasiyanın ödənilməsi barədə rüblük hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X4 “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki bel-oma radikuliti. Vertebro-bazilyar çatışmamazlığı” diaqnozu üzrə xx.xx.2003-cü il tarixdən İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və əlillik səbəbi peşə xəstəliyi kimi müəyyənləşdirilmiş, habelə əmək qabiliyyətsiz olması qeyd edilmişdir. X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə, ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları”na əsasən xx.xx.2010-cu il tarixdən ödənc təyin edilərək 2021-ci ilin sentyabr ayınadək ödənilmiş, sonuncu xx.xx.2021-ci ildə vəfat etdiyi üçün ödənişi xx.xx.2021-ci ildən dayandırılmışdır. X3 ailə üzvü olan arvadı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, həmin ödəncin əvəzinə aylıq kompensasiyasının ona ödənilməsini xahiş etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-V165334/2/2023 nömrəli məktubla mərhum X1 aylıq kompensasiyanın xx.xx.2010-cu il tarixdən təyin edildiyi və xx.xx.2021-ci il tarixdə vəfat etdiyi üçün ödənişin xx.xx.2021-ci il tarixindən dayandırılığı bildirilmiş, D.Qazıyevin ölüm səbəbinin əmək xəsarəti və peşə xəstəliyi olmadığına istinad edərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İşin hallarından, apellyasiya şikayətinin dəlillərindən və cavabdeh orqanın imtina məktubundan göründüyü kimi cavabdeh tərəfin kompensasiyanı ödəməməsinin yeganə əsası qismində X3 ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi olmaması çıxış edir. İş materiallarında olan X4 aid Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, ona əlillik təyin edilərkən əlilliyin səbəbi kimi peşə xəstəliyi qeyd olunmuş və diaqnoz kimi “Vibrasiya xəstəliyi İİ dərəcə. Yuxarı ətrafların sağ çiyin oynağının artrozu. Eşitmənin zəifləməsi. ÜİX gərginlik stenokardiyası. Xroniki beloma radikuliti. Vertebro-bazilyar çatmamazlığı” diaqnozu qeyd olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T330/2024 nömrəli ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, mərhum D.K.Qazıyevin meyitinin məhkəmə-tibbi ekspertizası aparılmadığından halhazırda onun ölümünün səbəbi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Lakin təqdim edilmiş tibbi sənədlərə əsasən onun düçar olduğu “vibrasiya xəstəliyi” zamanı əsas dəyişiklik baş beyində baş verdiyindən (posttravmatik ensefalopatiya), daxili üzvlərin fəaliyyət mərkəzi baş beyində yerləşdiyindən onun funksiyasının pozulması nəticəsində ölümə səbəb olan ağciyər-ürək çatmamazlığının bu səbəbdən yaranmasını da inkar etmək olmaz. Məlumdur ki, mərhum X5 "Vibrasiya xəstəliyi İİ dərəcə", "vertebro-bazilyar çatışmazlıq", "stenokardiya" və digər peşə fəaliyyəti ilə əlaqəli diaqnozlar qoyulmuşdur və bu hallar uzunmüddətli əmək fəaliyyəti nəticəsində formalaşmışdır. İş materiallarından görünür ki, yuxarıda adı çəkilən xəstəliklər uzun müddətli vibrasiyalı avadanlıqlarla işləmək nəticəsində yaranmış, mərhumun ürək-damar və sinir sisteminə birbaşa təsir etmişdir. Görünür ki, ürək-damar sisteminin pozulması ilə müşayiət olunan bu peşə xəstəlikləri orqanizmin ümumi funksional zəifləməsinə, nəticə etibarilə isə ölümün baş verməsinə səbəb olmuşdur. Qeyd olunmalıdır ki, ölüm səbəbi kimi göstərilən "ağciyər ürək çatışmazlığı", "ürəyin aterosklerotik xəstəliyi" və "posttravmatik ensefalopatiya" diaqnozları məhz vibrasiya xəstəliyinin və peşə fəaliyyəti nəticəsində formalaşmış sistem pozuntularının nəticəsi kimi qiymətləndirilməlidir. İşin hallarından göründüyü kimi bu işdə ölümə səbəb olan əsas xəstəliklər birbaşa və uzun illər ərzində davam etmiş vibrasiya xəstəliyindən qaynaqlanmışdır. Ekspert rəyində də açıq şəkildə görünür ki, bu xəstəliklər arasında etioloji əlaqə mövcuddur və bu, hüquqi nəticələr doğurur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-161/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.