Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-259/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qərarın ləğvi və ünvanlı sosial yardımın dayandırıldığı gündən bərpa edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3938/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı müvafiq müraciətinə əsasən onun ailəsinə xx.xx.2023-cü il tarixdən aylıq 497,35 manat məbləğdə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Sosial yardım təyin edildikdən sonra cavabdehin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsindən əldə etdiyi məlumata əsasən iddiaçının əri X7 etibarnamə ilə istifadəsində üç ayrı nəqliyyat vasitəsinin olduğu aşkar çıxarıldığından ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu müvafiq bildirişindən görünür ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixli, **********20603 nömrəli müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ailəsinə verilən Ünvanlı Dövlət Sosial Yardımın təyin edilməsindən imtina edilməsi və 1 il müddətinə sosial yardım almaq hüququnun məhdudlaşdırılması haqqında cavabdehin qərarının ləğv edilməsi və sosial yardımının dayandırıldığı gündən bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi aztəminatlı olduğu üçün onlara ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Belə ki, 3 azyaşlı övladı var və qazancı dolanışıq üçün kifayət etmir. Lakin bir gün əvvəl telefonuna gələn mesajla xəbər tutmuşdur ki, onlara verilən ünvanlı sosial yardım dayandırılıb. Səbəbini aydınlaşdırdıqda isə məlum olmuşdur ki, guya həyat yoldaşının adında maşın var. Halbuki yoldaşının adına maşın yoxdur, 10 ildən artıq müddət bundan əvvəl adına etibarnamə olub və ləğv edilib. Ailənin istifadəsində maşın yoxdur. Həmçinin avtomaşınlar barədə cavabdeh müvafiq informasiya sistemi ilə onsuz da məlumat əldə edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3938/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilsi, ünvanlı sosial yardımın alınması üçün İddiaçı müraciətindən imtina edilməsinə dair de4cd31b8bfa4bb5be1143a95d785c4b nömrəli bildiriş-qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımının dayandırıldığı xx.xx.2023cü il tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə cavabdehin ünvanlı sosial yardımın alınması üçün iddiaçının müraciətindən imtina edilməsinə dair bildirişinə münasibətdə qeyd etmişdir ki, nəqliyyat vasitəsinin etibarnamə əsasında şəxsin istifadəsində olması “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə zidd deyil, çünki sözügedən Qaydalarda şəxsin ailə tərkibi, əmlakı və gəliri haqqında məlumat verilməsi tələb olunur, etibarnamə əsasında istifadə olunan əmlak isə mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin əmlakı hesab oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən hər-hansı əşyanın şəxsin əmlakı hesab edilməsi həmin əşyanın şəxsin adına dövlət qeydiyyatı ilə şərtləndirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə əsasən, iddiaçı ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılması haqqında qərarın ləğv edilməsi və sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X9 və X13 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olnumuş məlumatlara əsasən ailəyə xx.xx.2023-cü il tarixdən aylıq 497,35 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsindan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16 /2-98437/2023 nömrəli arayışa əsasən, İddiaçı əri X7 etibarnamə ilə istifadəsində üç ayrı nəqliyyat vasitəsinin olduğu aşkar edilmişdir. Bildirilir ki, iddiaçı müraciəti zamanı ərizə-bəyannamədə ərinin istifadəsində hər hansı nəqliyyat vasitəsinin olması barədə məlumatları göstərməmişdir. Beləliklə,“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə əsasən ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiət etdiyini bildirmiş, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Arfi qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instasniya məhkəməsinin qərarının dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; ... 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); Bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı müvafiq müraciətinə əsasən onun ailəsinə xx.xx.2023-cü il tarixdən aylıq 497,35 manat məbləğdə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Sosial yardım təyin edildikdən sonra cavabdehin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsindən əldə etdiyi məlumata əsasən iddiaçının əri X7 etibarnamə ilə istifadəsində üç ayrı nəqliyyat vasitəsinin olduğu aşkar çıxarıldığından ünvanlı dövlət sosial yardımının ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmış və ailənin 1 il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi nəqliyyat vasitəsinin etibarnamə əsasında şəxsin istifadəsində olması “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə zidd olmadığını hesab edərək bildirmişdir ki, sözügedən Qaydalarda şəxsin ailə tərkibi, əmlakı və gəliri haqqında məlumat verilməsi tələb olunur, etibarnamə əsasında istifadə olunan əmlak isə mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin əmlakı hesab oluna bilməz. Qanunvericiliyin tələbinə əsasən hər-hansı əşyanın şəxsin əmlakı hesab edilməsi həmin əşyanın şəxsin adına dövlət qeydiyyatı ilə şərtləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılmaşmayaraq onun gəldiyi nəticəni əsassız hesab edir və bildirir ki, cavabdeh inzibati orqanın iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımı ilə bağlı hərəktlərini qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” tələblərinə əsasən ailəyə sosial yardım təyin edildikdən sonra ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə hallar müəyyən olunduqda sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Məhkəmənin sorğusuna əsasən Baş X14i İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16/2-50921/2024 saylı məktubdan görünür ki, DİN Baş X14i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən bildirilmişdir ki, : -«VAZ 21099» markalı **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2000-ci il tarixdən X5 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2040-cı il tarixədək X7 istifadəsinə verilmişdir; -«VAZ 21124» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən X1 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2040-cı il tarixədək X7 istifadəsinə verilmişdir; -«VAZ 2106» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2002ci il tarixdən X6 adında qeydiyyatdadır. Göstərilən nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2039-cu il tarixədək X7 istifadəsinə verilməsi barədə DİN Baş X14i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Göründüyü kimi iddiaçının ailəsinə sosial yardım təyin edilən zaman onun ərinin istifadəsində yuxarıda qeyd olunan etibarnamələrə əsasən 3 fərqli nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmışdır. İddiaçı isə onun ailəsinə müvafiq sosial yardım teyin edilən zaman həmin nəqliyyat vasitələri barədə cavabdehə məlumat verməli olduğu halda bunu etməmişdir. İşin müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım dayandırılması və təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmuşdur. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3938/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-259/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-259/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver