Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-260/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1002/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Dövlət Sosial Müdafiə Fondu 6 saylı DOST Mərkəzinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona birdəfəlik müavinətin təyin edilməsi, paltar, ayaqqabı, yumşaq inventar veriməsini xahiş etmiş, müraciət vərəqəsində İddiaçı “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara birdəfəlik müavinətin təyin edilməsi” ilə bağlı müraciətinə Abşeron DOST Mərkəzi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılacağı və telefon nömrəsinə zəng ediləcəyi bildirilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-123050/2024 nömrəli məktubuna əsasən müraciətin təmin olunmasından imtina edilmiş, onunla əsaslandırılmışdır ki, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İşdə olan sənədlər:
3. xx.xx.2002-ci il tarixli, AZ-İ 240240 nömrəli doğum haqqında şəhadətnamə və AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı 17 avqust 2001-ci ildə doğulmuşdur.
4. Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli sərəncamına əsasən, Qazax rayonu, Xanlıqlar kənd sakini X4 nəvəsi, Qazax rayonu, Xanlıqlar kənd sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı himayəçisi təyin edilmiş, onun saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İbrahim Alməmmədova tapşırılmışdır.
5. Qazax RİHB aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” iclasının xx.xx.2018-ci il tarixli, 11 nömrəli protokoluna əsasən, X1 nəvəsi xx.xx.2001-ci il təvəllüdlü İddiaçı himayəyə götürməsi məqsədəmüvafiq hesab edilmişdir.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaş X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir.
7. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı Nazirlik tərəfindən ilk dəfə işə düzələn zaman respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət ödənilməmişdir.
9. Sığortaolunanın hesab vərəqindən (SSN: **********106) görünür ki, İddiaçı 2020ci ilin avqust ayından etibarən sığortaedən (Ad: X10; SUN: **********5; VÖEN: **********) tərəfindən MDSS ödənilməsinə başlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş imtinanın qanunsuz hesab edilməklə üzərinə “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla hal-hazırda təhsil və əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. Qazax rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2018-ci il tarixli 9-21-1183 saylı sərəncamına əsasən Qazax rayonu, Xanlıqlar kənd sakini X4 onun himayəçisi təyin edilmiş, onun saxlanması, tərbiyə alması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İbrahim Alməmmədova tapşırılmışdır. O, ali təhsil almaq üçün imtahanı uğurla verib 641 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmışdır. Onun universitetdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli cavab məktubunda müsbət cavab verilərək onun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd edilərək təhsil haqqı vəsaitlərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi təmin edilmişdir. Bundan sonra o, təhsilinə davam etməklə əmək fəaliyyətinə başlamış, sonra qanunvericiliklə valideyn himayəsindən məhrum olmuş şəxslərə müəyyən kompensasiya və birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu öyrənib aidiyyəti üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdehin 25 may 2024-cü il tarixli cavab məktubunda, o, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. O, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Onu doğulduğu gündən 6 aylığınadək və 11 aylığından bu günədək nənə və babası saxlamışdır. Tərbiyə və təhsil vermişdir. 11 aylıq olanda atası ilə anası ayrılmış, atasının evində cəmi 4 ay yaşamışdır. Belə ki, 11 aylığında atası ondan imtina etmişdir. Onun 1 yaşı olanda atası ikinci dəfə ailə həyatı qurmuşdur. Doğum şəhadətnaməsi məhkəmə qaydasında 1 yaş 2 aylıq olanda alınmışdır. Onun bu günədək bütün ehtiyaclarını nənə və babası ödəmişdir. Kiçik yaşlarından nənə və babasının qayğısı ilə onların himayəsi altında, onların yanında böyümüşdür.
12. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və ona valideynlərini itirmiş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtinasını qanuni və əsaslı hesab edir. Belə ki, İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-1- 123050/2024 nömrəli məktubda İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli sərəncamına əsasən X6 iddiaçı M. İsmayılovanın himayəçisi təyin edilmiş və onun saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması İ.Alməmmədova tapşırılmışdır. Sözügedən iş üzrə Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya xx.xx.2024-cü il tarixli 5-58/2- 904/2024 nömrəli cavab məktubunda İddiaçı anası Əminə Alməmmədovanın səhhətində yaranan problemlər səbəbindən övladına baxa bilməməsi həmçinin İddiaçı atası tərəfindən də himayədən kənarda qaldığı üçün onun babası İ.Alməmmədovun himayəçi təyin edildiyi qeyd edilmişdir. İş materiallarına əsasən, İddiaçı valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından 23 yaşınadək olan şəxs olub-olmaması faktını müəyyən etmək mümkün olmadığı üçün birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Sözügedən iş üzrə Qazax rayon İcra Hakimiyyətinə ünvanlanan sorğuya xx.xx.2024-cü tarixli 5-58/2- 904/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı anası Əminə Alməmmədova bütün həyatını övladına həsr edərək onu müalicə etdirmiş, böyütmüş, təhsil vermiş, tərbiyə etmiş və qayğısına qalmışdır. Beləliklə İddiaçı anası Ə.Alməmmədova övladını tərbiyə etmiş və onun hüquq və mənafelərini müdafiə etmişdir. Qanunvericiliyə əsasən İddiaçı valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər kateqoriyasına aid edilmədiyindən sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1002/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aiddir. Belə ki, iddiaçıya 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq kimi Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli sərəncamı ilə himayəçi təyin edilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı kimi əmək fəaliyyətinə başlamış və həmin vaxt onun 21 yaşı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubu və iddia ərizəsinə dair etirazın məzmunu ilə eynilik təşkil edir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlaə olaraq qeyd etdi ki, iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aid deyildir. Belə ki, onun babasının himayəsinə verilməsinə dair sərəncam olsa da, faktiki olaraq ana və ya atasının ondan imtinasına dair heç bir sənəd mövcud deyildir.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, anası hazırda Bakı şəhərində yaşasa da, o, anası ilə birlikdə yaşamır və hazırda Bakı şəhərində 3 saylı X14 həkim kimi fəaliyyət göstərir. Ona uşaqlıqdan babası baxmış, ata və anası onun tərbiyəsini həyata keçirməmişdir. Tətbiq edilən hüquq:
19. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur.
8. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
20. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı: “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçının “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş birdəfəlik müavinət və kompensasiya təyin edilməsi barədə cavabdeh orqana etdiyi müraciətin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
24. İddiaçı məhkəməyə müraciət edərək, birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək gəldiyi nəticəni iddiaçıya 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq kimi Qazax Rayon İcra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 9-21/183 nömrəli sərəncamı ilə himayəçi təyin edilməsi, Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə - xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı kimi əmək fəaliyyətinə başlaması və həmin vaxt onun 21 yaşının olması ilə əsaslandırmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
26. Belə ki, qeyd edilən Qanunun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.
27. Həmin Qanunun 8-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
28. Göründüyü kimi şəxsin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” statusunda olması üçün valideynlərini itirməli və ya valideyn himayəsindən məhrum olmalı, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil almalı və müraciət zamanı 23 yaşınadək olmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü olmaqla ilk dəfə işə düzəldiyini iddia etdiyi tarixdə - xx.xx.2023-cü ildə 21 yaşı olmuşdur. Belə ki, ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
30. ******* nömrəli əmək kitabçasında onun ilk iş yeri olaraq xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsində tibb bacısı vəzifəsinə işə qəbul edilməsi qeyd edilsə də, həmin məlumatlar cavabdeh tərəfin təqdim etdiyi sığortaolunanın hesab vərəqi ilə təkzib olunur. Belə ki, sığortaolunanın hesab vərəqindən (SSN: **********106) görünür ki, iddiaçıya 2020-ci ilin avqust ayından etibarən sığortaedən (Ad: X10; SUN: **********5; VÖEN: **********) tərəfindən MDSS ödənilməsinə başlanmışdır.
31. Belə olan halda iddiaçının ilk dəfə işə girmə tarixi xx.xx.2023-cü il deyil, 2020-ci ilin avqust ayı hesab olunur.
32. Bundan başqa Qanunun 1-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırki halda “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kateqoriyasına aid edilməsi üçün hər iki valideyninin onun tərbiyə edilməsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi şərtdir. Lakin, iş materiallarına əlavə edilmiş Qazax RİHB aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” iclasının xx.xx.2018-ci il tarixli, 11 nömrəli protokolundan görünür ki, iddiaçının atası X5 öz razılığıyla məhkəmə qaydası ilə 50 manat məbləğində sabit pul məbləğində aliment ödəyir. Həmin məlumat Ş.İsmayılovun Qazax Rayon İcra hakimiyyətinin başçısına verdiyi xx.xx.2018-ci il tarixli izahatında da bildirilmişdir.
33. Bundan başqa iddiaçının anası X3 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində xx.xx.2001-ci il təvəllüdlü qızı İddiaçı babası X1 himayəsinə verilməsinə etiraz etməməsi, razı olması qeyd edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən Qanunun 1ci maddəsində nəzərdə tutulan valideyn himayəsindən məhrum olmuş uşaqlaruşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən kateqoriyasından olan şəxs sırasına aid deyildir. Belə ki, atası onun maddi təminatında iştirak etməklə ona aliment ödəmiş, digər tərəfdən anası isə qızının himayəyə verilməsinə dair razılıq ərizəsi təqdim etsə də, onun uşağının tərbiyəsindən imtina etməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır.
35. İddiaçının istinad etdiyi sərəncam və ya təhsil haqqından azad edilməsinə dair təhsil müəssisəsinin qərarı onun qeyd olunan kateqoriyadan olan şəxslər sırasından olmasına əsas yaratmır. Çünki iddiaçının valideynlərinin onun tərbiyəsindən imtinası, iştirak etməməsi sübut olunmur.
36. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə:
39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1002/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov