Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-261/2025 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.
2. Cavabdeh ##.##.2023-cü il tarixli, */*-**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995ci il tarixli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
3. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən, əsgər İddiaçı ## ######## 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 2-cü zenit raket divizionunun tibb məntəqəsinin sanitar təlimatçısıi vəzifəsinə təyin olunmuşdur.
4. N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli, ** nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilməsi, ##.##.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2020ci il tarixli *** nömrəli əmri).
5. SX seriyalı, ******* nömrəli hərbi biletdə aparılan qeydlərə əsasən, İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək N nömrəli hərbi hissədə, ##.##.2020- ##.##.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sanitar-təlimatçı vəzifəsində xidmət etmişdir.
6. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (##.##.2020-##.##.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində olmuş, sanitar təlimatçısı vəzifəsində olmuş, ##.##.2020-ci il tarixli, *** nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il tarixli **** nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.
7. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2020-##.##.2021-ci illərdə hərbi təlim və qismən səfərbərlik üzrə hərbi xidmət keçmiş, ##.##.2020-##.##.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Zəngilan, Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, ##.##.2021-ci il tarixdən SHXÇDX-nin Qazax rayon şöbəsində hərbi qeydiyyatdadır.
8. N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli, *-**-***/*-***/** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-***/*-***/** nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı Feyuz oğlunun hərbi biletinin 7-ci səhifəsində (Zəngilan, Füzuli, Qubadlı rayonları uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissədə "sanitar təlimatçı” vəzifəsində xıdmət etmişdir) qeydlər həmin dövrdə hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini R R Mobil Ovçiyevin səhvi ilə düzgün qeyd edilməmiş və həmin səhv qeydlərin aparıldığı üçün hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini, Hərbi Hava Quvvələn komandanının ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə “şiddətli töhmət" ilə intizam qaydasında cəzalandırılmışdır. X1, Füzuli, Qubadlı rayonları uğrunda gedən döyüşlər zamanı həmin rayonlara ezamiyyətə göndərilməmişdir.
9. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ##.##.2025-ci il tarixli, **/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin təqdim etdiyi sənədlərdə vətəndaş İddiaçı iştirak etdiyi ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ##.##.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
10. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək “Vətən müharibə”si zamanı N nömrəli hərbi hissənin 2-ci divizionun (Bərdə rayonu ərazisində) tibb məntəqəsinin sanitar-təlimatçısı vəzifəsində xidmət edərkən şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmişdir. İddiaçı arayışməlumatında qeyd olunan fəaliyyətlər (məlumatlar) həmin dövrdə xidmət etdiyi divizionunun komandiri tərəfindən verilmişdir.
11. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin ##.##.2026-cı il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək AR SQ-də müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər 2-ci Qarabağ müharibəsində Zəngilan, Füzuli, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində sanitar təlimatçı vəzifəsində iştirak etmişdir.
12. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Aslanov İsmət Bəhlul oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Aslanov İsmət Bəhlul oğluna “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır.
13. N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli, *-**-***/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Feyuz oğlu və Aslanov İsmət Bəhlul oğlu N nömrəli hərbi hissənin (Bərdə rayonu ərazisində dislokasiya olunan) 2-ci divizionunda xidmət etmişdirlər.
14. N nömrəli hərbi hissə komandirinin ##.##.2017-ci il tarixli, *** nömrəli əmrinə əsasən, əsgər Aslanov İsmət Bəhlul oğlu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş, bütün növ təminatlara daxil edilmiş və 2-cü zenit raket divizionunun (“Buk-MB”) 1ci batareyasının sanitar təlimatçısı vəzifəsinə təyin olunmuşdur.
15. N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmrinə əsasən, Aslanov İsmət Bəhlul oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi hava Qüvvələri komandanının ##.##.2021-ci il tarixli 067 əç nömrəli əmri ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə ##.##.2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Müdafiə nazirinin müavini – Hərbi hava Qüvvələri komandanının ##.##.2021-ci il tarixli 067 əç nömrəli əmri).
16. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, Aslanov İsmət Bəhlul oğlu 44 günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin (Bərdə rayonu ərazisində dislokasiya olunan) 2-ci divizionunda xidmət edən zaman döyüş bölgələrində yerləşən hərbi hissələrə ezam olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
17. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ####### 2017-ci il tarixdən ## ##### 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçirmiş, ## ######## 2020-ci il tarixdə “Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq səfərbərlik qaydasında hərbi xidmətə qaytarılmış, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli, Zəngilan və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və ## ###### 2021-ci il tarixdə ordu sıralarından təxris olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin təqdim etdiyi ## ###### 2022ci il tarixli, *** saylı arayışda onun adı qeyd edilən rayonların işğaldan azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etməyi əksini tapmış, lakin buna baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Onunla birlikdə II Qarabağ müharibəsinə cəlb edilmiş və eyni hərbi vəzifələri yerinə yetirmiş hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, lakin heç bir əsaslandırma aparılmadan o bu hüquqdan məhrum edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
21. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli etirazın məzmunu ##.##.2023-cü il tarixli, */*-**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
22. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə görə 2020-ci il ########ın ##- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusunun verilməsi zamanı döyüşlərdə iştirak etdiyi ərazilərlə bağlı hər hansı bir şərt və məhdudiyyət nəzərdə tutmamışdır. İddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2024cü il tarixli, *-**-*/*-****/**** nömrəli etirazın məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
29. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
31. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
34. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
35. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etdiyi Bərdə rayonu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023- cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
37. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (##.##.2020-##.##.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində olmuş, sanitar təlimatçısı vəzifəsində olmuş, ##.##.2020-ci il tarixli, *** nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının ##.##.2020-ci il tarixli **** nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.
38. Məhkəmə kollegiyası tərəfindən sözügedən arayış-məlumatın tərtib edilməsinə əsas olan hallar araşdırılmış və nəticədə məlum olmuşdur ki, arayış-məlumatında qeyd olunan fəaliyyətlər (məlumatlar) həmin dövrdə iddiaçının xidmət etdiyi divizionunun komandiri tərəfindən verilmişdir (N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*- ***/** nömrəli məktubu).
39. Qeyd olunmalıdır ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.
40. Hazırki qərarın 30-cu bəndində qeyd olunanlardan göründüyü kimi 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.
41. N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
42. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 27.09-##.##.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sanitar təlimatçısı vəzifəsində xidmət etmişdir. Belə ki, SX seriyalı, ******* nömrəli hərbi biletdə aparılan qeydlərə əsasən, İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək N nömrəli hərbi hissədə, ##.##.2020-##.##.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sanitar-təlimatçı vəzifəsində xidmət etmişdir.
43. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*-***/** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək “Vətən müharibə”si zamanı N nömrəli hərbi hissənin 2-ci divizionun (Bərdə rayonu ərazisində) tibb məntəqəsinin sanitar-təlimatçısı vəzifəsində xidmət edərkən şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında iştirak etmişdir.
44. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin ##.##.2026-cı il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər 2-ci Qarabağ müharibəsində Zəngilan, Füzuli, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində sanitar təlimatçı vəzifəsində iştirak etmişdir.
45. Bundan başqa məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, N nömrəli hərbi hissənin 2-cü zenit raket divizionunun (“Buk-MB”) 1-ci batareyasının sanitar təlimatçısı vəzifəsinə təyin edilmiş əsgər Aslanov İsmət Bəhlul oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Aslanov İsmət Bəhlul oğluna “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir (Bax: hazırki qərarın 12-16-cı bəndləri).
46. Qeyd olunmalıdır ki, iddiaçı ilə eyni hərbi hissədə və eyni vəzifədə olmuş əsgər Aslanov İsmət Bəhlul oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məhz cavabdeh Müdafiə Nazirliyi tərəfindən göndərilmişdir.
47. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
48. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
49. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarı).
50. Göründüyü kimi iddiaçının xidmət etdiyi hərbi hissənin vəzifəsi ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
52. Digər tərəfdən adıçəkilən Əsasnamədən məlum olur ki, maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə – 1. 2020-ci ilin ######## ##-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyytalarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatın üzrə tapşırıqlarını yerinə yetirmiş; 2. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.
53. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
54. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
55. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etməklə qoruduğundan və hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də Əsasnamənin 1ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi məcburi şərt kimi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
57. Bununla belə, kollegiya hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adın müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qərarı dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilməlidir. Buna dair mövqeyini kollegiya aşağıdakılarla izah edir.
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.
59. Bununla yanaşı, Əsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
60. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.
61. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
62. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə münasibətdə dəyişdirilməli, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov