Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-262/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1397/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Elşən Orucov və atasının ailə üzvləri, ulu babası Kəlbəcər rayonunda yaşamışdır. Oradan məcburi köçkün düşmüş və başqa rayonda yaşamışdırlar. Atatsına məcburi köçkün vəsiqəsi verilmiş və o bütün imtiyazlardan istifadə etmişdir. Ona məcburi köçkün vəsiqəsinin verilməsi üçün cavabdeh orqana və Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etsə də oaradan anasının Samux rayonunda qeydiyyatda olması səbəbindən imtina cavabı gəlmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1397/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərarddın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytaılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilmiş, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını və məhkəmə baxışına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin qaytarılmasını xahiş etdiyindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1397/2023 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-nin 1.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Məhkəmə kollegiyası iddiaçının şikayətin geri qaytarlmasının rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasları müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1397/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-262/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-262/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver