Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-265/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X14 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4295/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-302/2023 nömrəli Arxiv arayışından görünür ki, rayon Dövlət Arxivində 159cu fondda mühafizə olunan Qazax Qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydində aşağıdakı qaydada qeyd aparılmışdır: X27 ,doğum tarixi xx.xx.1935 (Quşçu Ayrım kəndi); atası: X34; anası: X32. Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-285/2023 nömrəli Arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd Ərazi Dairəsi üzrə 1991-1995-ci illərə aid 02 saylı təsərrüfat başı kitabının 52-ci səhifəsində X5 təsərrüfatı aşağıdakı qaydada olmuşdur: 1. X10 (1900-ci ildə anadan olub) ( üzərindən xətt çəkilib vəfat edib). xx.xx.1967-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, ata qrafasında “X17”, ana qrafasında “X11” qeyd edilmişdir. xx.xx.1994-cü il tarixli, 362707 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1994-cü il tarixdə ölmüşdür. xx.xx.1993-cü il tarixli, 428125 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə ölmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-M-1468/2023 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydində "X33” oğlundan "X29" oğluna, ana qrafasında isə "X22"nın “X10"na düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X10 1900-cu ildə anadan olmuş və xx.xx.1993-cü il tarixində vəfat etmiş və bu barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1993-cü il tarixli 545 nömrəli akt qeydi mövcuddur ( İİ-ЖГ 428125 nömrəli Ölüm haqqında şəhadətnamə). Nənəsi vəfat etdikdən sonra ona məxsus Qazax rayonu Quşçu Ayrım kəndində olan 0.25 ha torpaq sahəsinə dair Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-285/2023 nömrəli Arxiv arayışından da göründüyü kimi Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd Ərazi Dairəsi üzrə 1991-1995-ci illərə aid 02 saylı təsərrüfat başı kitabının 52-ci səhfəsində X5 təsərrüfatı cəmi 0.25 ha torpaq sahəsi mövcud olmuşdur. X1 adına olan torpaq sahəsinin vərəsəlik üzrə qəbul olunması üçün Qazax rayon Notariat orqanına müraciət etmiş, lakin Qazax rayon Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 431 nömrəli məktubla mirasın qəbul olunması üçün ilk növbədə sənədlərdə olan uyğunsuzluqların aradan qaldırıldıqdan sonra müraciət edilməsi bildirilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mirasın qəbul edilməsi məqsədilə sənədlərdə yaranmış uyğunsuzluqlar mirasın qəbul edilməsinə mane yaradır. Belə ki, iddiaçının X1 4 övladı X18 xx.xx.1977-ci ildə vəfat edib, X6 xx.xx.1969-cu ildə vəfat edib, X9 xx.xx.1988-ci ildə vəfat edib, X29 oglu xx.xx.1994-cü ildə vəfat edib. Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-58-15-11 /2-302/2023 nömrəli Arxiv arayışında isə Cavabdeh 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydinə əsasən atası X27 doğum tarixi xx.xx.1935-ci il Quşçu Ayrım kəndi, ata qrafasında- X34, ana qrafasında X22 qeyd olunmuşdur. İddiaçının atasının bütün sənədlərində onun adı “X17” kimi qeyd olunmuşdur. Lakin Cavabdeh arxiv arayışında isə atasının “X27” kimi qeyd olunduğu barədə arayış verilimişdir. “X28” xx.xx.1935 -ci ildə Qazax rayonunu Quşçu Ayrım kəndində anadan olmuş və 02 mart 1994-cü il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixli 324 nömrəli akt qeydi mövcuddur. Həmin akt qeydində də atası “X8” qeyd edilmişdir.( İV-ЖГ 362707 nömrəli Ölüm haqqında şəhadətnamə) Əsas isə atasının pasportu olmuşdur. Məhkəməyə müraciət etməkdə məqsədi atasına qalan mirasın onun övladları tərəfindən miras qismində rəsmiləşdirilməsində sənədlərdə olan bu uyğunsuzluq çətinliklər yaradır. Odur ki, qeyd olunan sənədlərdə olan şəxsin eyni şəxs olması faktı müəyyən olunmalıdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4295/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının atasının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun ad, soyad və ata adı “X27”, ana qrafasında isə ana adı “X19” kimi qeyd edilmişdir. Odur ki, həmin şəxsin sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi onun doğum akt qeydində düzəliş edilməsinə əsas vermir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı tərəf həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti İPM-in 85.2-ci maddəsinin tələbinə uyğun olmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçıya əsaslandırılmış apellyasiya şikayətinin məhkəməyə təqdim edilməsi tövsiyyə edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə apellyasiya şikayətinə əlavə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının əldə etdiyi və məhkəməyə təqdim olunan sübutlarla, digər materiallarla kifayətlənmədiyi təqdirdə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iddiaçının X1 4 övladı olub. X18, X6, X9 və X17. Adları sadalanan şəxslərin doğum akt qeydlərində də ana qrafasında ana adının Leyli yazılmasını təsdiq edən sənədin, yəni doğum akt qeydlərinin iddiaçı tərəfindən əldə olunması mümkün olmadığından Gəncə İnzibati Məhkəməsinin sorğusu əsasında əldə oluna bilərdi. Belə ki, doğum akt qeydi yalnız məhkəmə sorğusu əsasında verilir. Belə ki, akt qeydləri yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Bacı qardaşların ata adlarında da uyğunsuzluqlar mövcuddur. X18 və X12 ata adı "Əli", digər iki övladının , X6 və X4 ata dı "Alı" olaraq qeyd olunmuşdur. X3 doğum akt qeydində ana qrafasında "X10" əvəzinə "X22" qeyd olunmuşdur. Lakin Qazax rayonu Quşçu Ayrım kəndində olan 0.25 ha torpaq sahəsinə dair Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-285/2023-cü il tarixli Arxiv arayışından da göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd Ərazi Dairəsi üzrə 1991-1995-ci illərə aid 02 saylı təsərrüfat başı kitabının 52-ci səhfəsində X2 qeyd olunmuşdur. Nənəsinin bütün övladları rəhmətə gediblər. X18 xx.xx.1977-ci ildə , X6 xx.xx.1969-cu ildə, X9 xx.xx.1988-ci ildə, X17 isə xx.xx.1994-cü ildə vəfat edib. Vəfat edən şəxslərin doğum akt qeydlərində ana qrafasında "Leyli" adı qeyd olunmuşdur. Onların eyni valideyinlərinin olması da bir sübut kimi dəyərləndirilə bilər. Atasının bütün sənədlərində onun adı X8 qeyd olunmuşdur. Lakin Cavabdeh arxiv arayışında isə atasının X13 qeyd olunduğu barədə arayış verilimişdir. X28 xx.xx.1935-ci ildə Qazax rayonunu Quşçu Ayrım kəndində anadan olmuş və 02 mart 1994-cü il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixli 324 nömrəli akt qeydi mövcuddur. Həmin akt qeydində də X7 kimi qeyd edilmişdir.(İV-ЖГ 362707 nömrəli Ölüm haqqında şəhadətnamə) Əsas isə atasının pasportu olmuşdur. Məhkəməyə müraciət etməkdə məqsədi atasının doğum akt qeydində olan uyğunsuzluqların aradan qaldırılması, atasının doğun akt qeydində düzəlişlər edilərək ana qrafasında anasının adının "X22"dan "X10"na düzəliş olunmasını, ata qrafasında isə "X27"dan "X17"na düzəliş olunmasını xahiş etmişdir. Belə ki, qeyd olunan düzəlişlər yalnız məhkəmə qətnaməsi əsasında aparıla bilər. Əks halda bu faktı təsdiq edən sənədi müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə əldə etmək mümkün olmadığından iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bu faktla bağlı onda olan sübutları iddia ərizəsinə əlavə etmişdir. X26 Məhkəməsi qərar qəbul edərkən əsaslandırma hissəsində iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırma aparmadan və sübut toplamadan, şahid dindirilmədən iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ: ... 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 168. Doğum haqqında qeydiyyat: 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”: Preambulasına görə- bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; (.)
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. (.)
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. ... Ölənlər barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə müraciət edərək onun atasına aid doğum haqqında akt qeydində onun soyad, ata və ana adı ilə ona məxsus digər sənədlərdə onun soyad, ata və ana adı arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində müvafiq düzəliş edilməsini xahiş etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının atasının doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Doğum haqqında akt qeydində dəyişkliklər edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının atasının soyadının və ata və ana adının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. İddia ərizəsinə əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-302/2023 nömrəli Arxiv arayışının surətindən görünür ki, rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan Qazax qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydində aşağıdakı qaydada qeyd aparılmışdır: X27 ,doğum tarixi xx.xx.1935 (Quşçu Ayrım kəndi); atası: X34; anası: X32. Göründüyü kimi Cavabdeh tərəfindən tərtib edilmiş 15 saylı doğum haqqında akt qeydində soyadı “Mehdi”, adı “Mirzə”, ata adı “Alı”, ana adı qrafasında isə “X32”. Məhkəmə kollegiyası hesab edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atasının doğum haqqında akt qeydində soyad, ata və ana adı qrafasında düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4295/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.