Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-269/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh etibarnamə üzrə nümayənəsi X1 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1811/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlər, o cümlədən xx.xx.1979-cu il tarixdə ilkin qeydiyyatı aparılmış əmək kitabçasının 2 və 6, 8 və 12-ci səhifələrində müvafiq olaraq 4, 5 və 6, 8 və 9 qeydiyyat nömrəsi qeyd edilməmiş qeydlər nömrələrinin qarşısında möhürlə təsdiqlənmiş yazılarla təsdiq olunur ki, iddiaçı xx.xx.1988ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Aqrar” (19 №-li TQTİ) kollektiv müəssisəsinə fəhlə və iqtisadçı, mühəndis və direktoru, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək X3 Qurğuları üzrə Təmir-tikinti sahəsinə mexanik vəzifəsinə, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək “Azərsukanal” X2 Bakmil Təmir-tikinti sahəsinin mexanik vəzifəsinə təyin olub işləmişdir. 8 il 3 ay iş stajı əldə etmiş və müvafiq qaydada əmək haqqı qazanıb almışdır. Əmək kitabçası ən etibarlı sənəd hesab olunmalıdır, çünki dövlət tərəfindən təmin olunmuş sənədlər əsasındatərtib olumuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixli İT-İ ******* saylı əmək kitabçasının, diplomun və hərbi xidmətdə olmasıyla bağlı xx.xx.2022-ci il tarixli 01 nömrəli arayışa əsasən xx.xx.1974-xx.xx.1979-cu illər əyani təhsil müddəti, xx.xx.1979xx.xx.1981-ci illər hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan digər illər onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və 17 il 6 ay təşkil edir. İddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdə “Aqrar” (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X3 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999xx.xx.2000-ci illərdə “Azərsukanal” X2 Bakmil Təmir-tikinti sahəsində işləməsinə dair sənədlər arxivə təhvil verilməməsi və onun işləməsinə dair mötəbər sübut müəyyən edilmədiyi üçün sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 8 il 1 ay 12 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta staljına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1811/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1988-xx.xx.1992-ci illərdə “Aqrar” (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X3 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X2 Bakmil Təmir-tikinti sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdə “Aqrar” (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X3 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X2 Bakmil Təmir-tikinti sahəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 il 7 ay 12 gün sığorta stajı var. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizə təqdim edərək bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya artıq müvafiq pensiya təyin edilmişdir və bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən təqdim edilmiş “Pensiya təyinatı alt sistem”ə işlənmiş xx.xx.2023-cü il tarixli elektron qərardan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov,Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-269/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-269/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver