Məhkəmə qərarları › İş №2-1(104)-283/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-283/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-283/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2539/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 4/3-7232 nömrəli, 24 iyun 2022-ci il tarixli məktubla onun müraciətinin təmin olunmnasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2703 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildə Xanlar Rayon Hərbi Kommissarlığı tərəfindən həqiqi hərbi xitmətə çağırılmış və SSRİ-nin Müdafiə Nazirliyin N nömrəli hərbi hissəsində atıcı vəzifəsində xidmət etmişdir. 14 iyun 1989-ci ildə tarixdə hərbi xidmətini başa vuraraq Sovet ordusundan tərxis olmuşdur. Daha sonra, erməni təcavüzü səbəbindən yenidən hərbi xitmətə çağırılmış və döyüş zonası göndərilərək orada düşmənlərə qarşı vuruşmuşdur. Qarabağda döyüşlərdə iştirak etməsi faktı hərbi bileti, habelə arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışı onun N nömrəli hərbi hissənin komandanının xx.xx.1992-ci il tarixli 10 nömrəli əmrinə əsasən 3 qrupda qumbaratan təyin olunmasını, döyüşlərdə iştirak etmək üçün hərbi hissənin komandanın xx.xx.1992-ci il tarixli əmrinə əsasən döyüş əməliyyatı bölgəsinə göndərilməsini və hərbi hissə komandirinin 08.06 1992-ci il tarixli, 30 nömrəli əmrinə əsasən ailə vəziyyəti ilə bağlı şəxsi heyətin sırasından çıxarılmasını göstərir. Onun hərbi hissənin şəxsi heyətindən çıxarılmasına səbəb isə Qarabağ döyüşlərində iştirak edən qardaşı X1 döyüş zamanı çoxlu sayda qəlpə yarası alaraq vətən uğrunda həlak olmasıdır Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022- ci il tarixli 4/2-6376 nömrəli məktubundan və əna əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992- ci il tarixli 10 nömrəli əmri ilə İddiaçı, 3-cü qrupa qrantamyot heyəti vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixli N nömrəli hərbi hissə komandirinin əmri ilə döyüş əməliyyatlarına göndərilmiş, xx.xx.1992-ci il tarixli N nömrəli hərbi hissə komandirinin əmri ilə döyüş əməliyyatlarında iştirak etdiyi müddətdə 3 qat pul ödənilmişdir. Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyətinə görə siyahıdan çıxarılması qeyd edilsədə İddiaçı adının üstündən xətt çəkilmişdir. Bundan başqa, iş materialına əlavə edilmiş Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 4/3-11544 nömrəli məktubu və əna əlavə edilmiş qoşmada iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidmətinin əmrlərlə təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına (hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxılma yazılmış və üzərindən xətt çəkilərək düzəliş olunub) görə iddiaçıya "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunub. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxılma yazılmış və üzərindən xətt çəkilərək düzəliş olunduğundan İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsi verilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2539/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına (hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxılma yazılmış və üzərindən xətt çəkilərək düzəliş olunmuşdur) görə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci Qarabağ müharibəsi zamanı o faktiki olaraq döyüşlərdə iştirak etmişdir. Bu fakt məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə təstiq olunur. Arayışın məzmunundan müəyyən olunur ki, o N nömrəli hərbi hissəsinin komandanının xx.xx.1992-ci il tarixli 10 nömrəli əmrinə əsasən 3 qrupda qumbaraatan təyin edilmiş, döyüşlərdə iştirak etmək üçün hərbi komandanın xx.xx.1992-ci il tarixli əmrinə əsasən döyüş əməliyyatı bölgəsinə göndərilmişdir. Hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 30 nömrəli əmrinə əsasən ailə viziyyəti ilə bağlı, yəni Qarabağ döyüşlərində iştirak edən qardaşı Habil Mustafayevin həlak olması səbəbindən hərbi hissəsinin şəxsi heyətin çıxarılmışdır. Lakin, məhkəmə Müdafiə Nazirliyinin arxiv arayışını nəzərə almaq istəməmiş və Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və vəsiqələrini verilməsi üzrə komissiyanın xx.xx.1992-ci il tarixli 4/3-11544 nömrəli məktubuna isinad edərək belə nəticəyə gəlmişdir onun döyüşlərdə iştirakı xx.xx.1992-ci il tarixdən sonrakı əmrlərlə təstiqlənməmiş və o hərbi xidmətdən qanuni əsaslar üzrə ehtiyata buraxılmamış, hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxma yazılmış olsa da, üzərindən xətt çəkilərək düzəliş edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün gətirdikləri dəlillər əsassıdır, N nömrəli hərbi hissəsinin komandanının xx.xx.1992-ci il tarixli 10 nömrəli əmrinə əsasən o 3 qrupda qumbaraatan təyin edilmiş, döyüşlərdə iştirak etmək üçün hərbi komandanın xx.xx.1992-ci il tarixli əmrinə əsasən döyüş bölgəsinə göndərilmiş, döyüşlərdə faktiki iştirak etmiş və hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrinə əsasən ailə vəziyyəti ilə bağlı xidmətdən təxris olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrinin üzərindən xətt çəkilməsi, onun hərbi döyüşlərdə iştirak etməyini inkar edən fakt deyil. Bundan əlavə əgər cavabdeh tərəfindən onun barəsində olan məlumatlar (əmrlər, sərəncamlar və sair) saxlanılmamışsa və ya qəsdən yoxa çıxarılıbsa - bu onun problemi deyil. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün gəldiyi dəlillər əsassıdır, N nömrəli hərbi hissəsinin komandanının xx.xx.1992ci il tarixli 10 nömrəli əmrinə əsasən mən 3 qrupda qumbaraatan təyin edilmiş, döyüşlərdə iştirak etmək üçün hərbi komandanın xx.xx.1992-ci il tarixli əmrinə əsasən döyüş bölgəsinə göndərilmiş, döyüşlərdə faktiki iştirak etmiş və hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrinə əsasən ailə vəziyyəti ilə bağlı xidmətdən təxris olunmuşdur. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2703 nömrəli arayışından (səh. 3) görünür ki, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 10 nömrəli əmrilə (əsas: səh.-10, bənd-10) 3-cü qrupda "qumbaraatan" təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrində (əsas: səh.-15, §2; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) 3cü qrupun sıravisi İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrində (əsas: səh.-31, sıra-55; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində oldugu üçün 3 (üç) qat əmək haqqı ödənilmiş şəxsi heyətin siyahısında 3-cü qrupun qumbaraatanı, sıravi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində (əsas: səh.-41. bənd-5; qeyd: əmrdə atasının adı yazılmamış, soyad və adının üzərindən xətt çəkilmiş, düzəliş hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) sıravi İddiaçı ailə vəziyyətinə görə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992- xx.xx.1993cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti əmrlərlə təsdiqlənməməsi və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmaması olmuşdur (hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 30 nömrəli əmrində ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxılma yazılmış və üzərindən xətt çəkilərək düzəliş olunmuşdur). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)...əmrlərdən çıxarışlar...əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi hissədən tərxis olunması və siyahılardan çıxarılması barədə sübut yoxdur. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2539/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar