Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-283/2025 12.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-666/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 113 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanının 036 əç nömrəli 23 aprel 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci və 33-cü maddələrinin “b” bəndinə müvafiq olaraq kiçik-çavuş İddiaçı bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyi üçün 6-cı S-125 zenit raket divizionunun radiotexniki batareyasının baş-operatoru (əl ilə müşaiyət) təyin edildiyinə görə 02 may 2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, 3-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAXŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, 3-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 2-ci divizionunun şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-207 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya kiçik-çavuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: kiçik çavuş
3. Vəzifəsi: 2-ci bölmənin təsərrüfat manqasında sürücü
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2014 113 nömrəli əmr
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):- 3-cü OK istiqamətində iki ədəd PUA məhv edilib, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə.
8. İştirak etdiyi ərazilər: Şəmkir, Samux rayonu
9. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etmişdir.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: yoxdur
11. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur
12. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): buraxılmayıb
14. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: yoxdur 15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): yoxdur Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 513 nömrəli cavab məktubunda bildirilmişdir ki, kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək 2-ci Qarabağ müharibəsi zamanı Şəmkir rayonu ərazisində sürücü vəzifəsində maddi texniki təminat tədbirlərini həyata keçirib. Bundan əlavə, qeyd etdiyi əmrlər məxfi olduğu üçün Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 010 nömrəli Qərarının 978-ci bəndinə əsasən (xüsusi əhəmiyyətli, tam məxfi, məxfi sənədlərin tabelik münasibətlərində olmayan dövlət hakimiyyəti orqanlarına, komitələrə, idarələrə, təşkilatlara, müəssisələrə və s. göndərilməsi (verilməsi) Müdafiə nazirinin və ya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin icazəsi ilə həyata keçirilir) surətlərini göndərə bilmirlər. Məhkəmənin sorğusuna N nömrəli xx.xx.2024-cü il tarixli 1010 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları X4 və X3 Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli döyüş əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatlarında və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdurlar. Hər ikisinə veteran adı və vəsiqəsi verilib. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0110 nömrəli komanda məntəqəsi və zenit-raket divizionlarının oktyabr ayında döyüş növbəsinə daxil olma əmrində göstərilmişdir ki,
2. Tapşırıq: 998-ci zrbr terkibində KM, 1-ci S-125-2TM zenit-raket divizionu, 2-ci S-125-2TM zenit- raket divizionu, 3-cü S-125-2TM zenit-raket divizionu, 4-cü S-125-2TM zenit-raket divizionu, 4-cü BUK-MB zenit-raket divizionu tərkibində 41-ci BUK-MB zenit-raket batareyası, 42-ci BUK-MB zenit-raket batareyası və S-125 texniki batareya olmaqla, qırıcı aviasiya, 952 zrbr 1-ci 9K37MB "Buk-MB" zrdn və ümumqoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə olaraq atəş imkanları daxilində GƏNCƏ şəhərini və GƏNCƏ hava limanını, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, 3 OK və səfərbərliklə yaradılacaq 6 OK qoşun qruplaşmalarını düşmənin hava zərbələrindən müdafiə etsin, hava düşməninin briqadanın atəş zonasının üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alsın. Hava düşməni zenit-raket kompleksinin məhvetmə zonasının uzaq sərhəddində, yaxud tapşırığı yerinə yetirmə həddinə qədər məhv edilsin. 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0109 nömrəli marş əmrində göstərilmişdir ki, 3.1. Qərara aldım; Hərəkət marşrutu: Briqadanın ehtiyat komanda məntəqəsi üçün Gəncə (0808) – Seyidlər (2404) – Yenikənd (3208) – Səməd Vurğun (3200); 1-ci zrdn üçün Poylu (5636) – Zəlimxan (5640); 2-ci zrdn üçün Qapanlı (2400) - Yeniabad (2896) – Səməd Vurğun (3200); 3-cü zrdn üçün Gəncə (0808) - Quşqara (0804) - Könüllü (1204); 3.1.2. Bölmələrin səfər düzülüşü, kolonların tərkibi və tənzimlənmə məntəqələri: Briqadanın EKM üçün Gəncə - Səməd Vurğun marşrutu üzrə; KRAZ-65101 (B395HM, sehra KM). 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0113 nömrəli Döyüş əmrində göstərilmişdir ki, 3.1.1.3. Briqadanın döyüş düzülüşü, döyüş əməliyyatları zamanı yerdəyişmə (manevr) qaydaları (2) Döyüş əməliyyatları zamanı yerdəyişmə (manevr) Briqadanın müdafiə sisteminin əsl xüsusiyyətləri haqqında düşmənin çaşdırılması, döyüş düzülüşünün gizlədilməsi və gözlənilməz atəşin tətbiqi, qorunan obyektlərin mühafizəsini nəzərə alaraq və atəş zərbəsinin altından çıxarılması məqsədilə aşağıdakı kimi təşkil olunsun: Manevr etmə variantları briqadanın ümumi atəş sisteminin saxlanılması məqsədi ilə qorunan obyektlərin mühafizəsini nəzərə alaraq mərhələli şəkildə aşağıdakı kimi təşkil olunsun: – 1-ci növbədə 1-ci və 3-cü S-125-2TM zenit-raket divizionları; – 2-ci növbədə 2-ci S-125-2TM və 4-cü S-125-2TM zenit-raket divizionları. 3.2.3. 2-ci S-125-2TM zenit-raket divizionu – 4-cü BUK –MB zenit-raket divizionu- Əlimərdanlı (3108 4), 3-cü S-125-2TM zenit-raket divizionu-Könüllü (1204 9) və 4-cü S- 125-2TM zenit-raket divizionu-Səməd Vurğun (3200 5) ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində Şimal-Qərb, Qərb və Cənub-Qərb istiqamətlərindən Şəmkir və Yemikənd su elektrik siyahılarını, Dəllər aerodromuna düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinini qarşısını alsın, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etsin.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Müdafiə Nazirliyinin nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyasına müraciət edərək, ərizəsinə əsassız olaraq imtina edilmişdir. Onun tərəfindən təqdim edilən sənədlərdə döyüşdə iştirakı qeyd edilmişdir, lakin həmin sənədlər nəzərə alınmamışdır. Hazırda da, N saylı hərbi hissənin 2-ci bölməsində sürücü olaraq xidmətdədir. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, N nömrəli hədi hissənin 02 may 2014-cü il tarixli 113 nömrəli əmri ilə 02 may 2014-cü il tarixdən bağlaşma əsasında hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. 27 sentyabr 2020-ci il tarixdən bilavasitə döyüş əməliyatlarında iştirak edən quru qoşunlarının hava dəstəkləyən zenit raket divizionunun döyüş heyəti tərkibində manevrlərdən fəal iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. Hərbi hissənin təqdim edilmiş arayış-məlumata əsasən "Vətən müharibəsi" dövründə iddiaçının xidməti N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Şəmkir, Samux rayonunda yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı" adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı Sərdər oğlu döyüş əməliyyatları aparılan ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirilməsi deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı öz vəzifəsini icra etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Hüseynov X5, Samux rayonunda yerləşən hərbi hissədə xidmət etmiş və xidmət vəzifələrini yerinə yetirmişdir. Həmçinin həmin arayışdan görünür ki, iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsəqəsi verilir. İddiacı N nömrəli hərbi hissədə xidmət etmiş, həmin hərbi hisssə Şəmkir, Samux rayonunda yerləşmiş və o, ərazilərdə döyüş əməliyyatları aparılmamışdır. Buna görə də, iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Belə olan halda hesab edirik ki, İddiaçı Sərdər oğluna "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi üçün daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-666/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan imtinasında təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazi (Şəmkir, Samux rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə döyüş növbəsinə cəlb edilmiş, bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir. İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməli olması əks olunmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin Gəncə İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 513 nömrəli məktubdan da görünür ki, İddiaçı döyüş əməliyyatları zamanı Şəmkir rayonu ərazisində sürücü vəzifəsində maddi-texniki təminat tədbirlərini həyata keçirmişdir. Məktubdan və arayış məlumatdan da göründüyü kimi iddiaçı döyüş əməliyyatları zamanı sürücü kimi Şəmkir rayonu ərazisində yerləşən bölmənin tərkibində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək havahücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Şəmkir və Samux rayonlarında yerləşən N nömrəli hərbi hissədə hava hücumundan müdafiə bölmələrinin tərkibində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı hava hücumundan müdafiə bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, maddi-texniki təminat üzrə tapşırıqları yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Şəmkir və Samux rayonları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Bundan başqa qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 010 nömrəli əmrləri ilə döyüş növbəsinə cəlb edildiyini, həmçinin bilavasitə döyüş əməliyyatlarında iştirak edən quru qoşunlarını havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etməsini əsas gətirərək iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin əsas gətirdiyi iki xüsusata aydınlıq gətirmək istəyir: 1. Arayış-məlumatda iddiaçının döyüş növbəsinə cəlb edilməsi qeyd edilib. Adından da göründüyü kimi iddiaçı döyüş əməliyyatları zamanı növbətçiliyə cəlb edilmişdir. İddiaçının döyüş növbəsinə cəlb edilməsi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas deyil. Hava hücumundan müdafiə bölmələrində sülh dövründə də döyüş növbətçiliyinə cəlb edilmə halları var və iddiaçının döyüş əməliyyatları zamanı cəlb edildiyi döyüş növbətçiliyi eynilik təşkil edir. Hər iki dövrdə də (sülh və müharibə dövrü) döyüş növbətçiliyinə cəlb edilən şəxs eyni vəzifələri yerinə yetirir. 2. Birinci instansiya məhkəməsi arayış-məlumatda olan qeydini (bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havadan dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etmişdir) əsas gətirərək iddianı təmin etmişdir. Bildirmək istəyir ki, döyüş əməliyyatları zamanı bölmələr manevrlər edərək (yerdəyişmə edərək) düşməndən yayınırlar. Arayışməlumatda da qeyd edildiyi kimi zenit-raket divizionunun döyüş heyəti manevr hərəkətləri icra etmişdir. Həmin vaxt iddiaçı sürücü kimi zenit-raket divizionunun döyüş heyətinin manevr etməsində (yerdəyişmə etməsində) fəal iştirak edərək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Hörmətli məhkəmə, göründüyü kimi iddiaçı döyüş əməliyyatları zamanı bilavasitə döyüş təminatı üzrə tapşırıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Ümumiləşdirmə edərək qeyd etmək istəyir ki, Şəmkir və Samux rayonlarında yerləşən hava hücumundan müdafiə bölmələrində hərbi xidmət keçmiş İddiaçı o şərtlə "müharibə veteranı adı və vəsiqəsi" verilə bilər ki, o, həmin ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş olsun və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş olsun. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarını yerinə yetirmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır Hazırda iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissənin 2-ci bölməsinin təsərrüfat manqasında sürücü olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, təqdim olunmuş arayışməlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiyanın “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, kiçik çavuş İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 2-ci bölmənin təsərrüfat manqasında sürücü vəzifəsində olmuş, xx.xx.2014-ci il tarixli, 113 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 02N nömrəli və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrlərinə əsasən hərbi hissə və bölmə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə şəxs hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində 3-cü OK istiqamətində xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə iki ədəd PUA məhv edilib, Şəmkir, Samux rayonu ərazilərində iştirak etmiş, həmin dövrdə bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının hava dəstəkləyən zenit-raket divizionun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışına əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, 3-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAXŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, 3-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 2-ci divizionunun şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, göründüyü kimi İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsas dəlili “arayışməlumat”da qeyd olunmuş ərazinin (Şəmkir, Samux rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlməməsi”ndən ibarətdir. Buna münasibətdə kollegiya bildirir ki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etməklə qoruduğundan və hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də Əsasnamənin 1ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi məcburi şərt kimi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. (Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2401/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur.) Bununla yanaşı iş materiallarına əlavə edilmiş məhkəmənin icraatında olmuş oxşar iş üzrə sorğuya cavab olaraq göndərilmiş N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçular barədə arayış-məlumatı və müharibə veteranı vəsiqələrinin surəti məhkəməyə göndərilmişdir: N nömrəli hərbi hissə komandirinin kiçik çavuş X2 barədə olan “arayış-məlumat”dan görünür ki, sonuncu xx.xx.2020-ci tarixdən N nömrəli hərbi hissənin 2-ci S-125-2TM zenit raket divizionunun start batareyasının start heyətinin baş sürücüsü – heyət nəfəri vəzifəsində xidmət etmişdir. “Zəfər” altsistemindən çıxarışdan da görünür ki, X1 veteranlıq statusu vardır. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri). Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-666/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.