Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-286/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3751/2023 saylı qərarından cavabdeh Təhsildə X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin “hüquqşünaslıq” fakültəsinə qəbul edilmiş, həmin fakultənin 1-ci kursunu əyani təhsilalma formasında oxumuş, daha sonra öz ərizəsi əsasında 2-ci kursun əvvəlində qiyabi təhsilalma formasına keçmiş, 4-cü kursadək qiyabi təhsilalma formasında oxumuşdur. 4-cü kursda universitetin nizamnaməsini və yataqxanada yaşama qaydalarını pozduğuna görə xx.xx.2016-cı il tarixli, 628-ст saylı əmrlə universitetdən xaric edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini başa vurduqdan sonra 2021-ci ilin yanvar ayında Vladimir Dövlət Universitetinin rektoruna ərizə ilə müraciət edərək hüquq fakultəsində təhsilini davam etdirmək üçün həmin universitetə bərpa olunmağını xahiş etmiş, ərizəsi əsasında həmin universitetin hüquq fakultəsinin 4-cü kursuna əyani-qiyabi təhsil formasına bərpa olunmuş və 2022-ci il tarixdə təhsilini başa vurduğundan ona müvafiq diplom təqdim edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının təhsilalma forması üzrə təhsil qaydalarının, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənmədiyindən onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin 30 iyun 2022-ci il tarixdə onun adına verilmiş, qeydiyyat nömrəsi 2614 olan Bakalavr Diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, həmin fakultənin 1-ci (birinci) kursunu əyani təhsilalma formada oxumuş, ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında 2-ci (ikinci) kursun əvvəlində qiyabi təhsilalma formasına keçmiş, 2-ci (ikinci), 3-cü ( üçüncü) və 4-cü (dördüncü) kursu qiyabi təhsilalma formasında oxumuş, 4-cü (dördüncü) kursun yaz semestrində imtahanların 5-ni (beşini) müvəffəqiyyətlə verdikdən sonra təhsilini dayandıraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 2021-ci ilin yanvar ayında Vladimir Dövlət Universitetinin rektoruna ərizə ilə müraciət edərək hüquq fakultəsində təhsilimi davam etdirmək üçün həmin universitetə bərpa olunmağını xahiş etmiş, ərizəsi əsasında həmin universitetin hüquq fakultəsinin 4-cü ( dördüncü ) kursunun yaz semestrinə bərpa olunmuşdur. Rusiya Federasiyasının Təhsil Nazirliyinin apardığı islahatlar nəticəsində bir neçə il əvvəl Vladimir Dövlət Universitetinin Hüquq institutunda (2013-cü ildən hüquq fakultəsi hüquq institutu adlandırılmışdır) qiyabi təhsilalma forması ləğv edilərək əyaniqiyabi təhsilalma forması ilə əvəz edildiyinə görə 4- cü kursun yaz semestrini (əvvəl 4-cü kursun yaz semestini qiyabi təhsilalma formasında oxumuşdur) və 5-ci kursu əyani-qiyabi təhsilalma formasında oxumuşdur. 2022-ci ildə Vladimir Dövlət Universitetinin Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir.Rusiya Federasiyasının Moskva şəhərində diplomuna Apostil verilmişdir. İddiaçı diplomunun Azərbaycan Respublikasında tanınması üçün qanuna müvafiq olaraq tələb olunan bütün sənədlərini 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X1yn qaydada göndərmiş və 250 AZN xidmət haqqı ödəmişdir. Təhsildə X7 tərəfindən diplomu, diploma əlavə, Apostilin verilməsi, xarici pasportu və s. tələb olunan təqdim etdiyi bütün sənədlər yoxlanaraq nə təqdim edilən sənədlərdə, nə də təhsilində heç bir saxtakarlıq aşkar edilməmiş, doğruluğu təsdiq edilmişdir. Ekspertiza yoxlamaları başa çatdıqdan sonra sonuncu mərhələ olan müsahibə mərhələsinə buraxılmışdır. Təhsildə X7 tərəfindən iddiaçıya mesaj göndərilərək müsahibə mərhələsinə buraxılmağı bildirilmiş, karantinlə əlaqədar müsahibənin onlayn qaydada xx.xx.2023-cü il tarixdə keçiriləcəyi haqqında məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə onlayn qaydada tədris dilində (rus dilində) müsahibə keçirilmiş və müsahibədən müvəffəqiyyətlə keçmişdir. xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyətə Təminat Agentliyi tərəfindən ona mesaj göndərilərək bildirilmişdir ki, diplomumun əlavəsində təhsilalma forması əyani-qiyabi yazıldığına görə onun diplomumun tanınması mümkün deyildir. İddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X7 ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3751/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 2614 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin Təhsildə X7nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə cavabdehin imtinasına nəzərən qeyd etmişdir ki, iddiaçının təhsilalma forması (“qiyabi-əyani”) üzrə təhsil qaydalarının, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənməməsi iddiaçının ziyanına şərh edilməli olan məsələ deyil. Belə ki, işdə olan sənədlərlə iddiaçının təhsil müddəti ərzində, yəni 2012-2022-ci illərdə Rusiya Federasiyasına hər il gedib gəlməsi müvafiq dövlət orqanın sorğuya cavab məktubu ilə, eləcə də onun təhsilalma formasının “qiyabi-əyani” olması təhsil aldığı təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş diplomla öz təsdiqi tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən formal əsaslara görə imtina etmişdir. Bu səbəbdən də məhkəmə iddianın əsaslı olması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Reszublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edi'miş "Təhsildə X7nin Nizamnaməsi"nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Rescublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Qaydaların 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.7-ci bəndində 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəyin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilməsi təsbit edilsə də, qərar sözügedən müddəanın tələbləri nəzərə alınmadan qəbul edilmişdir. Sözügedən qaydaların 3.7-ci bəndinə əsasən xarici ölkələrdə verilən təhsilin istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olması, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməməsi mənfi rəy verilə bilməsi üçün əsas kimi çıxış edə bilər. Birinci instansiya məhkəməsi qərarının əsaslandırma hıssəsində yalnış mövqedən çıxış edərək qüvvədə olmayan, lakin inzibati icraat zamanı tətbiq olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na natamam şəkildə istinad edərək imtina üçün əsas olan bu hala qiymət vermədən yekun nəticəyə gəlməsi maddi ve prosessual hüquq normalarının tələblərinin kobud pozulması deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2010-cu il tarixii 147 nömrəli qərarı ilə təsdiq edilmis "Formal təhsilin təşkili Qaydaları"nın 3-cü bəndinə əsasən, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir. Həmin qaydaların 4-cü bəndində, formal təhsilin qanunvericiliklə müəyyər edilmiş əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilirdiyi, göründüyü kimi qeyd olunan təhsil səviyyələri üzrə əyani-qiyabi təhsil formasına yol verilmədiyi göstərilsə də, məhkəmə öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərarında sorğu əsasında müvafiq dövlət qurumundan alınmış məlumatlara əsaslanaraq iddiaçının tədris müddəti ərzində ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində giriş-çıxışının olmasını xaricdə alınmış kvalifikasiyanın tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün kifayət edəcək və mötəbər dəlil kimi özü-özlüyündə yetərli olduğunu hesab etmişdir. Lakin məhkəmə iddiaçının Rusiya Federasiyasında olma müddətlərinin tədris illəri üzrə nədən ibarət olması, bu müddətlərin tədris prosesi ilə əlaqəsini nəzərə almamışdır ki, Tənsildə X7 sənədin əsliliyinə deyil, iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunu müəyyən edir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz göndərərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, həmin fakultənin 1-ci (birinci) kursunu əyani təhsilalma formada oxumuş, ailə vəziyyətimlə əlaqədar öz ərizəsi əsasında 2-ci (ikinci) kursun əvvəlində qiyabi təhsilalma formasına keçmiş, 2-ci (ikinci), 3-cü (üçüncü) və 4-cü (dördüncü) kursları qiyabi təhsilalma formasında oxumuş, 4-cü (dördüncü) kursun yaz semestrində imtahanların 5-ni (beşini) müvəffəqiyyətlə verdikdən sonra təhsilini dayandıraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişəm. 2020-ci il vətən müharibəsində iştirak etmişdir. 2021-ci ilin yanvar ayında Vladimir Dövlət Universitetinin rektoruna ərizə ilə müraciət edərək hüquq fakultəsində təhsilini davam etdirmək üçün həmin universitetə bərpa olunmağını xahiş etmiş, ərizəsi əsasında həmin universitetin hüquq fakultəsinin 4-cü (dördüncü) kursunun yaz semestrinə bərpa olunmuşam. Rusiya Federasiyasının Təhsil Nazirliyinin apardığı islahatlar nəticəsində bir neçə il əvvəl Vladimir Dövlət Universitetinin Hüquq institutunda (2013-cü ildən hüquq fakultəsi hüquq institutu adlandırılmışdır) qiyabi təhsilalma forması ləğv edilərək əyani-qiyabi təhsilalma forması ilə əvəz edildiyinə görə 4cü kursun yaz semestrini (əvvəl 4-cü kursun yaz semestrini qiyabi təhsilalma formasında oxumuş) və 5-ci kursu əyani-qiyabi təhsilalma formasında oxumuşdur. 2022-ci ildə Vladimir Dövlət Universitetinin Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir. Rusiya Federasiyasının Moskva şəhərində diplomuna Apostil verilmişdir. Diplomunun Azərbaycan Respublikasında tanınması üçün qanuna müvafiq olaraq tələb olunan bütün sənədlərini 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X2yn qaydada göndərmiş və 250 AZN xidmət haqqı ödəmişdir. Təhsildə Keyfiyyətə Təminat Agentliyi tərəfindən diplomu, diploma əlavəsi, Apostilin verilməsi, xarici pasportu və s. tələb olunan təqdim etdiyi bütün sənədlər yoxlanaraq nə təqdim etdiyi sənədlərdə, nə də təhsilində heç bir saxtakarlıq aşkar edilməmiş, doğruluğu təsdiq edilmişdir. Ekspertiza yoxlamaları başa çatdıqdan sonra sonuncu mərhələ olan müsahibə mərhələsinə buraxılmağına icazə verilib. Təhsildə X7 tərəfindən ona mesaj göndərilərək müsahibə mərhələsinə buraxılmağı bildirilmiş, karantinlə əlaqədar müsahibənin onlayn qaydada xx.xx.2023-cü il tarixdə keçiriləcəyi haqqında məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə onlayn qaydada tədris dilində (rus dilində) onun müsahibə keçirilmiş və müsahibədən müvəffəqiyyətlə keçmişdir. xx.xx.2023-cü il tarixdə Təhsildə X7 tərəfindən ona mesaj göndərilərək bildirilmişdir ki, diplomunun əlavəsində təhsilalma forması əyani-qiyabi yazıldığına görə diplomunun tanınması mümkün deyildir. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Aleksandr Qriqoryeviç və X3rdaşları adına Vladimir Dövlət Universitetinin “hüquqşünaslıq” fakültəsinə qəbul edilmiş, həmin fakultənin 1-ci kursunu əyani təhsilalma formasında oxumuş, daha sonra öz ərizəsi əsasında 2-ci kursun əvvəlində qiyabi təhsilalma formasına keçmiş, 4-cü kursadək qiyabi təhsilalma formasında oxumuşdur. 4-cü kursda universitetin nizamnaməsini və yataqxanada yaşama qaydalarını pozduğuna görə xx.xx.2016-cı il tarixli, 628-ст saylı əmrlə universitetdən xaric edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini başa vurduqdan sonra 2021-ci ilin yanvar ayında Vladimir Dövlət Universitetinin rektoruna ərizə ilə müraciət edərək hüquq fakultəsində təhsilini davam etdirmək üçün həmin universitetə bərpa olunmağını xahiş etmiş, ərizəsi əsasında həmin universitetin hüquq fakultəsinin 4-cü kursuna əyani-qiyabi təhsil formasına bərpa olunmuş və 2022-ci il tarixdə təhsilini başa vurduğundan ona müvafiq diplom təqdim edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının təhsilalma forması üzrə təhsil qaydalarının, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər hansı qanunvericilik aktları ilə tənzimlənmədiyindən onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Azərbaycan Rescublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən xarici ölkələrdə verilən təhsilin istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olması, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilməməsi mənfi rəy verilə bilməsi üçün əsas kimi çıxış edə bilər. Apellyatorun arqumenti yuxarıda qeyd edilən haldan ibarət olsa da, lakin apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-286/2024 saylı qərardadına əsasən cavabdehə iddiaçının eyni tələbli müraciətinin qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-29-61/2- 252/202 saylı məktubda bildirilmişdir ki, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardad əsasında İddiaçı Rusiya Federasiyasının Vladimir Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2022 -ci il tarixli, № 103324 ******* nömrəli diplom üzrə əldə etdiyi diplom tanınması üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq inzibati orqan tərəfindən yenidən inzibati icraat aparılır. Bundan sonra aparılmış inzibati icraat zamanı iddiaçının sənədləri cavabdeh tərəfindən iddiaçının ərizəsi icraata qəbul edilmiş və onun şəxsi kabinetini vasitəsilə bildiriilmişdir ki, peşə tanınması üzrə növbəti imtahanın keçirilmə yeri və tarixi təyin olunan kimi məsələ ilə bağlı şəxsi kabinetinə məlumat göndəriləcəkdir. Sadalanan hallardan göründüyü kimi artıq cavabdeh tərəfindən iddiaçının müraciət ərizəsi icraata qəbul edilmiş və onun sənədləri peşə tanınması imtahanında iştirak etməsi üçün yönəldilmişdir. Cavabdeh inzibati orqanın bu hərəkətləri məhkəmə kollegiyasına artıq onu deməyə əsas verir ki, iddiaçının aldığı əyani-qiyabi təhsil forması əsasında əldə etdiyi kvalifikasiyanın dövlət standartlarına uyğun olması dövlətin səlahiyyətli orqanı tərəfindən qəbul edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları uzun müddət qüvvədə olmuş, daha sonra isə Nazirlər Kabineti tərəfindən 03 fevral 2023cü il tarixdə qəbul edilmiş 34 nömrəli qərarla yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” və bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı zaman məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları qüvvədə olmuşdur. Ona görə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi hazırkı işin həllinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının normaları tətbiq olunmalıdır. İddiaçının təhsil aldığı vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Eyni ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2023-cü il 1 mart tarixdən qüvvəyə minmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. Normaların məzmunundan da göründüyü kimi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş hər hansı sənəd, diplom, yaxud başqa bir şəhadətnamə şəxsin ali təhsil proqramının uğurla bitirdiyini təsdiq edir. Hazırkı halda da, iddiaçıya onun təhsil aldığı xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş diplom iddiaçının həmin ölkədə olduğu yetərli müddət ərzində ali təhsil proqramını uğurla bitirdiyini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi hallarına münasibətdə sözügedən ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma, tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması 1 saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X3rşı [BP], № 44774/98, AİHM 2005-Xİ, § 154). Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3751/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-286/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-286/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver