Məhkəmə qərarları › İş №2-1(104)-289/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-289/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-289/2023 29.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-43/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçınə 2018-ci il hesabat dövrü üzrə 7187.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət könüllü olaraq xx.xx.2018-ci il tarixdə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Cəmiyyət tərəfindən bütün fəaliyyət dövrü ərzində 2 halda xx.xx.2018ci il tarixdə **********5776 saylı X6 (YGB) ilə 58480.00 manat dəyərində, xx.xx.2018-ci il tarixli **********9931 saylı YGB ilə isə 69530.00 manat dəyərində, mal idxal olunmuşdur. İdxal olunmuş mallar gömrük orqanında qeydiyyatdan keçmiş, əlavə dəyər vergisi və qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları və xidmət haqları gömrük orqanının hesabına ödənilmişdir. İdxal olunmuş malların cəmi faktura dəyəri 128010.00 manat olmuşdur. Dövlət rüsumlarının və xidmət haqlarının cəmi məbləği 10174.50 manat olmuş, malın alış dəyəri 138184.50 manat təşkil etmişdir. Gömrük orqanına 32344.21 manat əlavə dəyər vergisi ödənilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə ƏDV-siz 164660.66 manata satılmışdır. Həmin dövrün bəyannamələri tərtib edilərək elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Göstərilənlərdən başqa cəmiyyətin heç bir əməliyyatı olmamışdır. Cəmiyyət tərəfindən 32344.21 manat əlavə dəyər vergisi gömrük orqanında dövlət büdcəsinə ödənildiyinə görə Azərbaycan Resublikasının Vergi Məcəlləsinin 157.3.2ci, 170-ci və 175.1.2-ci maddələrinə əsasən iyul 2018-ci ilin ƏDV bəyannaməsində əvəzləşdirilmiş və büdcənin cəmiyyətə 32344.21 manat borcu yaranmışdır. İdxal olunmuş mallar xx.xx.2019-cu il tarixdə 164660.66 manata satılmışdır. Satılmış malın ƏDV-si 29683.92 manat olmuşdur. Cəmiyyət tərəfindən aprel 2019-cu il ƏDV bəyannaməsi vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsi düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edildiyi kimi cəmiyyətə 2018-ci ildə 2 halda mal idxal olunmuş və gömrük orqanı tərəfindən rəsmiləşdirilmişdir. İdxal olunan mallar 2018-ci ildə satılmadığı üçün mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində mal qalığı kimi göstərilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə satılmışdır. Lakin vergi orqanının hərəkətliliyi nəticəsində satılmış malın dəyəri malalan təşkilat tərəfindən bugünə kimi cəmiyyətə ödənilməmiş qalmışdır. Cəmiyyətin göstərilən əməliyyatlardan başqa heç bir əməliyyatı olmamışdır. Vergi orqanı tərəfindən cəmiyyətə, cəmiyyətin gəlir yə xərci olmadan vergi hesablanmışdır. Vergi orqanı vergiləri rəsmi sənədlərə əsasən hesablamalıdır. Ancaq cəmiyyətə heç sir sənəd olmadan qanunsuz vergi hesablamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-43/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 9/4739 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi verilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçınə hesablanmış vergi düzgün hesablanmışdırmı? Ekspert rəyində qeyd olunan sualla bağlı aşağıdakı cavab verilmişdir: - 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzərə alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187,50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin aprel ayında 2 dəfə idxal əməliyyatları həyata keçirilmişdir (bax gömrük bəyannamələrinə, vergi orqanının etirazına, invoyslara və s.).Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, satış əməliyyatları 2019-cu ilin aprel ayında aparılmışdır (bax xx.xx.2019ci il tarixli, 507034 saylı elektron qaiməyə). Lakin qeyd edilir ki, müəssisə tərəfindən təqdim edilmiş, yəni satılmış malların dəyərinin ödənilməsi ilə bağlı ödəniş sənədləri də iş materiallarında mövcud deyildir.Yəni, təqdim edilmiş iş materiallarına əsasən 2018-ci ildə müəssisə tərəfindən mənfəət vergisinin hesablanması üçün satışla (təqdim etmə) bağlı əməliyyatlar aparılmamışdır. Beləliklə bütün yuxarıda gösətrilənlərə əsasən 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzəra alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187.50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyinə qarşı etiraz təqdim edərək, sözügedən rəyin sübut kimi qəbul olunmamasını xahiş etmişdir. Məhkəmə ekspert rəyinə etirazla bağlı qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin əsaslı olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək şikayətin təmin edilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2018-ci ilin aprel və may ayları ərzində idxal edilmiş ƏDV nəzərə alınmadan ümumi dəyəri 179690.05 (ƏDV məbləği 32344.21 manat) manat mallar üzrə, yəni 2018-ci ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələrində və həmçinin 2018-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində hər hansı dövriyyə əks etdirilmədiyindən 2018-ci ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə elektron məlumat bazasına əsasən əlavə araşdırma aparılmış və Cəmiyyətə xx.xx.2018-ci il tarixli **********052900 nömrəli "Kameral yoxlama üçün zəruri olan sənədlərin tələb olunmasına dair" məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən məktuba cavab olaraq dəqiqləşdirilmiş bəyannamə, əlavə sənəd və ya izahat təqdim edilmədiyindən kameral qaydada 38813.5 manat məbləğində əlavə vergi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********409400 nömrəli vergilərin hesablanmasına dair vergi orqanının müvafiq qərarı göndərilmişdir. Sonradan vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********117000 nömrəli qərar qəbul edilərək cəmiyyətə hesablanmış 38813,03 manat vergi məbləği 6468.84 manat azaldılaraq 32344,21 manat müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən 2018-ci il üçün son dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərkən həmin il üzrə hər hansı dövriyyə məlumatı göstərilməmişdir. Həmin mənfəət vergisi bəyannaməsinin kameral qaydada yoxlanılması həyata keçirilərkən cəmiyyətə 2018-ci ilin oktyabr ayında ƏDV üzrə 32344.21 manat vergi hesablandığı müəyyən olunmuşdur. Buradan da məlum olmuşdur ki, cəmiyyətin 2018-ci il üzrə dövriyyəsinin olmasına baxmayaraq bu dövriyyəni 2018-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində bəyan etməmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cəmiyyətə **********715500 nömrəli xx.xx.2022-ci il tarixli "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən həmin məktubda qeyd olunan problemlər aradan qaldırılmamışdır. Bu səbəbdən də cəmiyyət tərəfindən 2018-ci il ərzində alınmış malların dəyəri xərc kimi qəbul edilərək Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Qərarının 6.1, 6.1.2 və 6.1.3-cü maddələrində göstərilənləri rəhbər tutaraq şərti rentabellik norması tətbiq edərək vergi orqanı tərəfindən cəmiyyətə xx.xx.2022-ci il tarixli **********425900 nömrəli qərarla 7187,60 manat məbləğində 2018-ci il hesabat dövrü üzrə mənfəət vergisi hesablanmışdır. Məhkəmə iddiaçının iddiasının təmin edilməsi barədə qərarının əsaslandırma hissəsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi təşkil etmişdir. Həmin qərarın əsaslandırma hissəsinə diqqət etdikdə görmək olur ki, məhkəmə həmin rəyi olduğu kimi qərarına köçürmüşdür. Belə olan halda da ekspert rəyinin əsassızlığı barədə qeydlər birbaşa məhkəmə qərarının da əsassızlığına toxunmuş olur. Qeyd olunan rəyin tədqiqat hissəsinə nəzər yetirdikdə görmək olur ki, ekspert də, həmin rəyi əsas götürmüş və qərarının əsaslandırma hissəsinə köçürmüş məhkəmə də yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsindən də göründüyü kimi ƏDV-nin ödəyicisi gəlir və ya mənfəət vergisinin ödəyicisidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. Yəni ilin hər hansı ayında vergi ödəyicisinin ƏDV üzrə öhdəliyi yaranmışdırsa, bu hal vergi ödəyicisinin dövriyyəsinin olmasını, dövriyyəsinin olması da həmin il üzrə mənfəət vergisi üzrə vergitutma obyektinin yarandığını təsdiq edir. Başqa sözlə il ərzində vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları həmin ilin yekunu üzrə vergi ödəyicisinin mənfəətini formalaşdırır ki, bu da mənfəət vergisinin hesablanmasını şərtləndirir. İşin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının 2018-ci il oktyabr ayında dövriyyəsi olmuş və bununla bağlı olaraq vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********117000 nömrəli qərar qəbul edilərək iddiaçıya 32344,21 manat ƏDV hesablanmışdır. İddiaçıya 2018-ci il üzrə mənfəət vergisinin ƏDV dövriyyəsi əsasında hesablanması ödəyiciyə göndərilmiş "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) göndərilməsi haqqında məktubda, həmçinin cavabdeh tərəfindən iddiaçının iddiasına qarşı hazırlanmış etiraz məktubunda da qeyd olunmuşdur. Lakin bütün bu qeyd olunan hallar ekspert tərəfindən rəydə, məhkəmə tərəfindən isə qərarda nəzərə alınmamışdır. Qeyd olunan ekspertiza rəyi ilə bağlı etiraz mülahizəsi birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmişdir. Lakin məhkəmə nə iddiaya qarşı etiraz, nə də ekspert rəyinə qarşı etiraz qeydlərini araşdırmamış, ekspert rəyində qeyd olunan və heç bir hüquq normasına əsaslanmayan fikirləri mötəbər hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. X7 Məhkəməsi vergi orqanı tərəfindən təqdim edilmiş etiraz qeydlərini və ona əlavə edilmiş sənədləri araşdırmamışdır. X3 Məcəllənin 12.1 və 12.2-ci maddələrinin tələbi baxımından məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə sübutlar toplamağa borcludur. Lakin məhkəmə işə baxarkən qeyd olunan maddələrin tələblərinə əməl etməmiş, öz xidməti vəzifəsinə görə araşdırmalı olduğu halları araşdırmamışdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin yuxarıda qeyd olunan maddələrin tələblərinə qərar qəbul edilərkən məhkəmə tərəfindən əməl olunmamışdır. İlk olaraq cavabdeh inzibati orqan ekspert qarşısında qoyulmuş sualın hüquqiliyi məsələsinə toxunmağı zəruri hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Göründüyü kimi iş üzrə ekspertiza o zaman təyin edilir ki, xüsusi bilik tələb edən suallar ortaya çıxsın. Lakin hazırkı iş üzrə ekspert qarşısında qoyulmuş sual xüsusi bilikdən istifadə nəticəsində cavablandırılmalı sual olmayıb, birbaşa qanunvericiliyin tətbiqi ilə cavabı müəyyən edilə bilən sualdır. Belə ki, vergi orqanının mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli **********425900 nömrəli qərarl vergi ödəyicisinin 2018-ci il üzrə mənfəət vergisinin hesablanması ilə bağlıdır. Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, vergilərin hesablanması qaydası, vergilərin ödənilməsi qaydası və müddəti müəyyən edilmişdirsə, vergi müəyyən edilmiş sayılır. Bütün bu sadalanan elementlər də Vergi Məcəlləsinin müvafiq normalarında göstərilmiş qaydalarda müəyyən olunur. Çünki vergi orqanı tərəfindən vergilər hesablanarkən də Vergi Məcəlləsinə və aidiyyəti normativ hüquqi aktlara istinad olunur. Vergi orqanının hesabladığı vergilərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanıb-hesablanmadığını, yəni aidiyyəti normativ hüquqi aktların düzgün tətbiq edilib-edilmədiyini ekspert yox, məhkəmənin özü müəyyən etməli idi. Lakin məhkəmə bunu özü müəyyən etməyərək qanunvericiliyin düzgün tətbiq olunub-olunmadığı məsələsinin araşdırılmasını ekspertə həvalə etmişdir. Məhkəmənin mötəbər hesab etdiyi ekspert rəyi ilə bağlı qeyd etməyi zəruri hesab edilir ki, rəyin mətnindən də göründüyü kimi ekspert iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri tədqiqat qeydləri kimi təqdim etmiş, özü hər hansı araşdırma aparmamış, araşdırmasında vergilərin düzgün hesablanmadığını necə müəyyən etdiyini, hansı normativ hüquqi akta istinad etdiyini, vergilərin hansı formada hesablanmalı olmasını göstərməmiş, nəticədə də vergilərin düzgün hesablanmamasının müəyyən olunduğunu yazmışdır. Apellyasiya şikayətinin "maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər" hissəsində də qeyd edildiyi kimi ekspert vergi ödəyicisinin 2018-ci ilin oktyabr ayı ƏDV üzrə dövriyyəsinin olduğunu nəzərə almamış, özü müstəqil şəkildə hər hansı araşdırma aparmadan iddiaçının iddia ərizəsində qeyd etdiklərini əsas gətirərək və öz rəyinə köçürərək yekunda vergilərin düzgün hesablanmadığını qeyd edib, iş üzrə yanlış nəticəyə gəlmişdir. Yekunda da həmin rəyi mötəbər hesab etmiş məhkəmə əsassız olaraq prosessual hüquq normalarını pozaraq, idddiaçının iddiasını təmin etmişdir. İddiaçının mübahisələndirdiyi qərar isə kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərardır və bu qərarın qəbul edilməsi ilə maliyyə sanksiyası və faizlər deyil, vergi ödəyicisi tərəfindən yayındırılmış vergi məbləğləri bərpa edilir. Məhkəmə həmçinin qərarında qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqaisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin məhkəmə qərarında əsaslandırmır ki, hansı səbəbdən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyi məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli olduğu halda qiymətləndirilməmiş, həmin rəydə qeyd olunanlar məhkəmə iclasında tədqiq olunmamış, cavabdeh tərəfindən təqdim olunmuş etiraz mülahizəsi ilə tanış olmadan qərar verilmişdir. Halbuki həmin etiraz mülahizəsində rəyin əsassızlığı ilə bağlı kifayət qədər tutarlı dəlillər qeyd olunmuşdur. Belə olan halda da Məhkəmə Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli 9/4739 nömrəli ekspert rəyi üzrə 150 manat ekspertiza xərcinin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmasını qərara almışdır. Məhkəmə qərarını bu hissədə də əsassız hesab edirik. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv edilməlidir. İddiaçı məhkəməyə apellyasiya şikayətinə dair etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən bütün fəaliyyət dövrü ərzində 2 halda xx.xx.2018-ci il tarixdə **********5776 saylı X6 (YGB) ilə 58480.00 manat dəyərində, xx.xx.2018-ci il tarixli **********9931 saylı YGB ilə isə 69530.00 manat dəyərində mal idxal olunmuşdur. İdxal olunmuş malların cəmi faktura dəyəri 128010.00 manat, Dövlət rüsumlarının və xidmət haqlarının cəmi məbləği 10174.50 manat olmuş, malın alış dəyəri 138184.50 manat təşkil etmişdir. Gömrük orqanına 32344.21 manat Əlavə dəyər vergisi ödənilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə ƏDV-siz 164660.66 manata satılmış, Satılmış malın ƏDV-si 29683.92 manat olmuşdur. Göstərilənlərdən başqa cəmiyyətin heç bir əməliyyatı olmamışdır. Cəmiyyət tərəfindən ƏDV və Mənfəət vergisinin bəyannamələri düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Cəmiyyət tərəfindən aparılan bütün əməliyyatları təsdiq edən sənədlər və vergi bəyannamələri İnzibati Məhkəməyə təqdim edilmişdir. Vergi orqanı tərəfindən cəmiyyətə heç bir əsas olmadan bilərəkdən, ya bilməyərəkdən dəfələrlə qeyri-qanuni vergilər hesablanmışdır. Hələ 2020-ci ildə əvvəl vergi orqanına qarşı cəmiyyətə qanunsuz vergi hesablanması barədə tərəfindən iddia qaldırılmışdır. Bir neçə ay məhkəmə çəkişməsi getmiş, hakim vergi orqanının nümayəndəsindən təsdiqedici sənədlər tələb etdikdə vergi orqanı əsas olmadığı üçün iddia verilmiş qərarı ləğv edərək həmin qərarın vergi orqanı tərəfindən ləğv edildiyi bildirilmiş, məhkəmə işi dayandırılmış və həmin gün vergi orqanı başqa bir qərarla əsassız olaraq yenidən həmin dövrə cəmiyyətə vergi hesablamışdır. Sadəcə olaraq vergi orqanının həmin qərarı məhkəmə işinə maneçilik törətmək üçün verilmişdir. İddia qaldırılmasına səbəb olmuş vergi orqanının bu qərarına aid heç bir sənəd yoxdur və vergi orqanı bir dənədə sənəd sübut kimi təqdim edə bilməz. Bir cəmiyyətin cəmi 3 əməliyyatı ola, 2 gömrük bəyannaməsi və 1 elektron qaimə fakturası, belə olan halda vergi orqanı hansısa sənəd hardan əldə edə bilər? Cəmi 3 əməliyyatı olan bir cəmiyyətə vergi orqanı bu qədər əsassız vergi hesablaması, həm Dövlət qanunlarına zidd, həmdə sahibkarlığın inkişafina vurulan bir zərbədir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmə baxışının xx.xx.2023-cü il tarixə təyin edildiyini və həmin tarixdə Gəncə şəhərində olmadığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və nəticədə İddiaçınə 2018-ci il hesabat dövrü üzrə 7187.50 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi verilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçınə hesablanmış vergi düzgün hesablanmışdırmı? Ekspert rəyində qeyd olunan sualla bağlı aşağıdakı cavab verilmişdir: - 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzərə alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187,50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin aprel ayında 2 dəfə idxal əməliyyatları həyata keçirilmişdir (bax gömrük bəyannamələrinə, vergi orqanının etirazına, invoyslara və s.). Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, satış əməliyyatları 2019cu ilin aprel ayında aparılmışdır (bax xx.xx.2019-ci il tarixli, 507034 saylı elektron qaiməyə). Lakin qeyd edilir ki, müəssisə tərəfindən təqdim edilmiş, yəni satılmış malların dəyərinin ödənilməsi ilə bağlı ödəniş sənədləri də iş materiallarında mövcud deyildir. Yəni, təqdim edilmiş iş materiallarına əsasən 2018-ci ildə müəssisə tərəfindən mənfəət vergisinin hesablanması üçün satışla (təqdim etmə) bağlı əməliyyatlar aparılmamışdır. Beləliklə bütün yuxarıda gösətrilənlərə əsasən 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzəra alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187.50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyinə qarşı etiraz təqdim edərək, sözügedən rəyin sübut kimi qəbul olunmamasını xahiş etmişdir. Məhkəmə ekspert rəyinə etirazla bağlı qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin əsaslı olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmamışdır. Yuxarıda göstərilən normaların tələblərini önə çəkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2018-ci ilin aprel və may ayları ərzində ƏDV nəzərə alınmadan ümumi dəyəri 179690.05 (ƏDV məbləği 32344.21 manat) manat mallar idxal edilmişdir. İdxal edilmiş mallar üzrə, yəni 2018-ci ilin avqust və sentyabr ayları üzrə ƏDV bəyannamələrində və həmçinin 2018-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində hər hansı dövriyyə əks etdirilmədiyindən 2018-ci ilin oktyabr ayı ƏDV bəyannaməsi üzrə elektron məlumat bazasına əsasən əlavə araşdırma aparılmış və Cəmiyyətə xx.xx.2018-ci il tarixli **********052900 nömrəli “Kameral yoxlama üçün zəruri olan sənədlərin tələb olunmasına dair” məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən məktuba cavab olaraq dəqiqləşdirilmiş bəyannamə, əlavə sənəd və ya izahat təqdim edilmədiyindən kameral qaydada 38813.5 manat məbləğində əlavə vergi hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********409400 nömrəli vergilərin hesablanmasına dair vergi orqanının müvafiq qərarı göndərilmişdir. Sonradan vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********117000 nömrəli qərar qəbul edilərək cəmiyyətə hesablanmış 38813,03 manat vergi məbləği 6468.84 manat azaldılaraq 32344,21 manat müəyyən olunmuşdur. Beləliklə də, qərar qəbul olunan zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Belə ki, apellyator şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə iddiaçının iddiasının təmin edilməsi barədə qərarının əsaslandırma hissəsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4739 saylı ekspert rəyi təşkil etmişdir. Həmin qərarın əsaslandırma hissəsinə diqqət etdikdə görmək olur ki, məhkəmə həmin rəyi olduğu kimi qərarına köçürmüşdür. Belə olan halda da ekspert rəyinin əsassızlığı barədə qeydlər birbaşa məhkəmə qərarının da əsassızlığına toxunmuş olur. Qeyd olunan rəyin tədqiqat hissəsinə nəzər yetirdikdə görmək olur ki, ekspert də, həmin rəyi əsas götürmüş və qərarının əsaslandırma hissəsinə köçürmüş məhkəmə də yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsindən də göründüyü kimi ƏDV-nin ödəyicisi gəlir və ya mənfəət vergisinin ödəyicisidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. Yəni ilin hər hansı ayında vergi ödəyicisinin ƏDV üzrə öhdəliyi yaranmışdırsa, bu hal vergi ödəyicisinin dövriyyəsinin olmasını, dövriyyəsinin olması da həmin il üzrə mənfəət vergisi üzrə vergitutma obyektinin yarandığını təsdiq edir. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin dəlillərini nəzərə almaqla hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi mübahisələndirilən qərarın və həmin qərarla hesablanmış məbləğin vergi qanunvericiliyinin normalarına uyğun olması halına düzgün qiymət verməmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən edilir ki, 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzərə alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187,50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunur. Həmçinin ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin aprel ayında 2 dəfə idxal əməliyyatları həyata keçirilmişdir (bax gömrük bəyannamələrinə, vergi orqanının etirazına, invoyslara və s.). Həmçinin təqdim edilmiş iş materiallarından göründüyü kimi, satış əməliyyatları 2019-cu ilin aprel ayında aparılmışdır (bax xx.xx.2019ci il tarixli, 507034 saylı elektron qaiməyə). Lakin qeyd edilir ki, müəssisə tərəfindən təqdim edilmiş, yəni satılmış malların dəyərinin ödənilməsi ilə bağlı ödəniş sənədləri də iş materiallarında mövcud deyildir. Yəni, təqdim edilmiş iş materiallarına əsasən 2018-ci ildə müəssisə tərəfindən mənfəət vergisinin hesablanması üçün satışla (təqdim etmə) bağlı əməliyyatlar aparılmamışdır. Beləliklə bütün yuxarıda gösətrilənlərə əsasən 2018-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının olmaması (satış və ya təqdim etmənin olmaması) nəzəra alınmaqla İddiaçınə xx.xx.2022-ci il tarixli, **********425900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla əlavə olaraq hesablanmış 7187.50 manat məbləğində mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsindən də göründüyü kimi ƏDV-nin ödəyicisi gəlir və ya mənfəət vergisinin ödəyicisidir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. Yəni ilin hər hansı ayında vergi ödəyicisinin ƏDV üzrə öhdəliyi yaranmışdırsa, bu hal vergi ödəyicisinin dövriyyəsinin olmasını, dövriyyəsinin olması da həmin il üzrə mənfəət vergisi üzrə vergitutma obyektinin yarandığını təsdiq edir. Başqa sözlə il ərzində vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları həmin ilin yekunu üzrə vergi ödəyicisinin mənfəətini formalaşdırır ki, bu da mənfəət vergisinin hesablanmasını şərtləndirir. İşin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının 2018-ci il oktyabr ayında dövriyyəsi olmuş və bununla bağlı olaraq vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********117000 nömrəli qərar qəbul edilərək iddiaçıya 32344,21 manat ƏDV hesablanmışdır. Lakin bütün bu qeyd olunan hallar ekspert tərəfindən rəydə nəzərə alınmamışdır. Həmçinin məhkəmə kollegiyası həmin ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, ekspert tədqiqatı yalnız iş materiallarında olan sənədlər çərçivəsindən aparılmış və rəy tərtib edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən vergi qərarı kameral vergi yoxlaması aparılmaqla qəbul edilmiş qərardır. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, kameral vergi yoxlaması vergi orqanında sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi orqanı tərəfindən qəbul edilmiş kameral vergi yoxlaması haqqında qərarda uyğusuzluq olduğu təqdirdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək həmin qərarın ləğv edilərək yenidən qərar qəbul edilməsini tələb edilə bilərdi. Lakin iş materiallarında da göründüyü kimi vergi ödəyicisi tərəfindən belə bir addım atılmamışdır. Qeyd olunanlardan başqa Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci l tarixli, **********409400 saylı qərarlarının ləğv edilməsi tələbinə dair inzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət könüllü olaraq xx.xx.2018-ci il tarixdə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış və qeydiyyat xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Cəmiyyətə fəaliyyət dövrü ərzində 2 halda - xx.xx.2018-ci il tarixdə **********5776 saylı X6 (YGB) ilə 58480.00 manat dəyərində, xx.xx.2018-ci il tarixli **********9931 saylı YGB ilə isə 69530.00 manat dəyərində mal idxal olunmuşdur. İdxal olunmuş mallar gömrük orqanında qeydiyyatdan keçmiş, əlavə dəyər vergisi və qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları və xidmət haqları gömrük orqanının hesabına büdcəyə ödənilmişdir. İdxal olunmuş malların cəmi faktura dəyəri 128.010 manat, dövlət rüsumlarının və xidmət haqlarının cəmi məbləği 10.174,50 manat olmuş, malın alış dəyəri 138.184,50 manat təşkil etmişdir. Gömrük orqanına 32.344,21 manat əlavə dəyər vergisi ödənilmişdir. Həmin mallar xx.xx.2019-cu il tarixdə ƏDV-siz dəyəri 164.660,66 manat olmaqla rəsmi qaydada satılmışdır. Həmin dövrün bəyannamələri tərtib edilərək elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Göstərilənlərdən başqa cəmiyyətin heç bir əməliyyatı olmamışdır. Cəmiyyət tərəfindən 32.344,21 manat əlavə dəyər vergisi gömrük orqanında dövlət büdcəsinə ödənildiyinə görə Vergi Məcəlləsinin 157.3.2-ci, 170-ci və 175.1.2-ci maddələrinə əsasən iyul 2018-ci ilin ƏDV bəyannaməsində əvəzləşdirilmiş və büdcənin cəmiyyətə 32.344,21 manat borcu yaranmışdır. İdxal olunmuş mallar xx.xx.2019-cu il tarixdə 164.660,66 manata satılmış, malın ƏDV-si 29.683,92 manat olmuşdur. Cəmiyyət tərəfindən aprel 2019-cu il ƏDV bəyannaməsi vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq düzgün tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Beləliklə cəmiyyət gömrük rüsumları da daxil olmaqla 138.184,50 manat dəyərində mal idxal etmiş, həmin malı 164.660,66 manata satmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən konstitusion hüquqlarının pozulduğunu, Vergi Məcəlləsinin tələblərinin pozulduğu, vergilərin hesablanmasının əsası olmadığı və digər hallara əsasən vaxtında iddia qaldırmasının zəruri olduğunu bilməmişdir. Bu səbəbdən də, iddia müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1790/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi təmin edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2018-ci il tarixli, **********969400 saylı və xx.xx.2018-ci il tarixli, **********409400 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi apelyatorun dəlilləri əsaslıdır. Çünki, qeyd olunan normaları birinci instansiya məhkəməsi öz qərarında əsaslandırmış olsa da, həmin nomralara səthi yanaşmış və gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Beləliklə də, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Bu zaman cavabdeh orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. İddia tələbi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-43/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli, **********425900 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar