Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-289/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2269/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işləmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 257451 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 xx.xx.1985ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 17 il 4 ay 11 gün təşkil edir. Qeyd olunar peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 7-ci, 8-ci, 13-cü, 14-cü və 15-ci abzasları). Motor vaqon seksiyasının (MVS) maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahıda 21.4cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-30939/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin güzəştli iş stajının qanunvericiliklə nəzərdə tutulan həddən az olduğundan müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. O, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1982-ci il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1982-ci il tarixdə X4 fəhlə işinə qəbul olunaraq, xx.xx.1983-cü il tarixdə elektrovoz təmir sexinə çilingər işinə dəyişirilmiş, xx.xx.1985-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi X8 teplovoz üzrə maşinist köməkçisi, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi mator vaqon elektrik seksiyasının maşinist köməkçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2002ci il tarixə kimi mator vaqon seksiyasının maşinist köməkçisi, xx.xx.2002-ci il tarixdə MVS üzrə maşinist köməkçisi işinə təyin olunmuş, xx.xx.2002-ci il tarixdə MVS üzrə maşinist vəzifəsinə irəli çəkilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tariхə kimi Azərbaycan Dövlət Dəmir X12 X6 vağzalında təcrübəçi bilet kassiri işləmişdir. xx.xx.2010-cu il tarixdən hal-hazıra kimi X7 Birliyinin Sərnişin daşımaları Departamentinin Gəncə vağzalına bilet kassiri işləyir. Hal-hazırda da həmin vəzifədə işləyir. Cəmi əmək stajı 36 il, 17 gün təşkil edir ki, bunun da 17 il, 4 ay, 11 günü ağır peşə hesab edilən işdə işləmişdir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə 2006-cı ilin yanvar ayının 01-nə kimi 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 06 ayını zərərli, ağır işdə işləyən kişilər 57 yaşı taman olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Qeyd etdikləri əmək kitabçasının təsdiqlənmiş surətindən də təsdiq olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi arayışdan da təsdiq olunur ki, 36 il əmək stajından 17 il, 4 ay, 11 gününü güzəştli peşədə işləmişdir. Mator vaqon elektrik seksiyalarının maşinisi və maşinist köməkçiləri, elektrovoz maşinist və maşinist köməkçiləri kimi yüksək gərginlikli (3500 volt) elektrik enerjisi altında işlədiyindən, həmin peşə də ağır peşə hesab edilir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz edərək bildirmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü M.Məmmədov güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının güzəştli iş stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Belə ki, iddiaçının güzəştli iş stajı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olmaqla ümumilikdə 03 il 07 ay 04 gün təşkil edir və həmin müddət tələb olunan 12 il 6 aydan azdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2269/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işlədiyi illər güzəştli iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün üçüncü şərtlə bağlı tələbin ödənilmədiyini qeyd edərək, imtinasını iddiaçının çalışdığı “motor-vaqon seksiyalarının maşinisti” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilməməsi ilə əsaslandırmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində çalışdığı dövrləri güzəştli iş stajına daxil etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işləməsini mübahisələndirməmişdir. Odur ki, məhkəmə “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, “motor vaqon seksiyasının maşinist köməkçisi” və “motor vaqon seksiyasının maşinisti” vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olubolmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 257451 nömrəli arayışından görünür ki, motor vaqon seksiyasının (MVS) maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahıda 21.4-cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-1/2-5099/2023 nömrəli məktubundan görünür ki, “motor vaqon elektrik seksiyası” və “motor vaqon seksiyası (MVS)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyatı vasitələrindəndir. Odur ki, sadalanan dövrlər iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsaslandırarkən qeyd etmişdir ki, “motor vaqon elektrik seksiyasının maşinist koməkcisi” “motor vaqon seksiyasının maşinist koməkçisi” və “motor vaqon seksiyasının maşinisti” vəzifələrinin siyahıda qeyd edilməməsinə əsaslanaraq həmin dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. Məhkəmə "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyası hüququ olan səxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. İddiaçı iddia ərizəsində xx.xx.1961-ci il tarixdə anadan olduğunu, xx.xx.1980ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğunu, ilk əmək fəaliyyətinə xx.xx.1982-ci ildə başladığını qeyd etmişdir. Daha sonra müxtəlif müəssiələrdə işlədiyini və 36 il il 17 gün ümumi, 17 il 4 ay 11 gün güzəştli iş stajına malik olduğunu qeyd etmişdir. İddiaçı kifayət qədər ümumi və güzəştli iş stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 8 il 21 gün olmaqla, tələb olunan müddətdən (12 il 6 aydan) az olduğunu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1993-cü il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X3 motor vaqon seksiyalarının maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmadığı, həmçinin "Vahid Tarif- İxtisas Sorğu kitabçasının dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti vəzifəsinin qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların "Nəqliyyat bölməsində nəzərdə tutulub. Göründüyü kimi, qanunvericilikdə yalnız iddiaçının xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək güzəştli iş stajı 7 il 7 ay 28 gün təşkil edir. Göründüyü kimi, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 21 gün (xx.xx.1985xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.2002xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı apellyasiya şikayətinə dair məhkəmə kollegiyasiyasına etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən öz qüvvəsində saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin qərarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına kimlər çıxa bilərlər, bunların hamısı obyektiv, hərtərəfli, maddi və prosessual hüquq normalarına istinad edilməklə araşdırılmışdır. İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazını bildirir və hesab edir ki, cavabdehin apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Yalnız umumi sözlərdən ibarətdir. Onunla eyni vəzifədə işləyən şəxslərin hamısı artıq pensiya alırlar. Birinci instansiya məhkəməsi bu xüsusatları axıradək tam, hərtərəfli araşdırmış və qanuni qərar çıxarmışdır. Cavabdehin apellyasiya şikayətində Gəncə İnzibati məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasını əsaslandırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmaqla (xx.xx.1985-xx.xx.1992-ci il; xx.xx.1992xx.xx.1992-ci il; xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.2022-xx.xx.2002-ci il tarixləri arasındakı dövrləri nəzərə almaqla) 8 il 21 gün olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işlədiyi dövrlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub-olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında 21.4-cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15- ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil etməsi təsdiq olunmuşdur. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 257451 nömrəli arayışından (48-ci vərəq) bildirilmiş ki, İddiaçı "xxxx" QSC-nin X8 xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək elektrovoz maşinist köməkçisi, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək motor vaqon elektrik seksiyasının maşinist köməkçisi, xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək teplovoz maşinist köməkçisi, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək motor vaqon seksiyasının (MVS) maşinisti peşələrində çalışmış və bu peşələr üzrə onun iş stajı 17 il 4 ay 11 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə emək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuşdur. Motor vaqon seksiyasının (MVS) maşinisti peşəsinin iş xüsusiyyətləri sözügedən Siyahıda 21.4-cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Bundan başqa məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X2 aid pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 X8 “elektrovoz maşinist köməkçisi” və “mator-vaqon elektrik seksiya (elektik qatarı) maşinisti köməkçisi” vəzifəsində işlədiyi dövrlər ona güzəştli şərtlər pensiya təyin edilən zaman onun güzəştli iş stajına daxil edilmişdir. Lakin iddiaçıya münasibətdə isə cavabdeh orqan onun eyni vəzifələrdə işlədiyi dövrü güzəştli iş stajı dörvü kimi qəbul etməmiş və bununla da etimadın qorunması prinsipini pozmuşdur. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv araşdırmanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddiaçının X8 işlədiyi müddətdə sağlamlığa zərərli işlərdə işləməsinə görə güzəştlərdən istifadə edib-etməməsinin müəyyən edilməsi məqsədilə verilmiş sorğuya əsasən əldə edilmiş “X11” QSC-nin xx.xx.2024-cü il tarixli, 13- 1/2-3676/2024 saylı məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı X8 işlədiyi dövrlərdə fəaliyyət göstərdiyi peşələr üzrə zərərli işdə işləməsinə görə ona əlavə ödənişlər edilmişdir. Buna dair sənədlərin təsdiq edilmiş surəti həmin məktuba əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “elektrovoz maşinist köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “motor vaqon elektrik seksiyasının maşinist köməkçisi”, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixədək xx.xx.2002-ci il tarixdək “teplovoz maşinist köməkçisi”, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinist köməkçisi” və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “motor vaqon seksiyasının maşinisti” vəzifələrində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında 21.4-cü bəndin 8-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşələri, motor vaqon elektrik seksiyasının maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi peşələrinin iş xüsusiyyətləri isə 21.4-cü bəndin 15-ci abzasında əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2269/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.