Məhkəmə qərarları › İş №2-1(104)-291/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-291/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-291/2025 25.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “CPS Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “vergi ödəcəyisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2476/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.2020-ci il tarixli, **********335600 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "AK X3" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi ünvanı Ağstafa rayonu, Vurğun ŞTQ olan “AK X3” MMC-də (VÖEN **********) xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılmasının təyin edilməsi qərara alınmış, qərarın icrası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir.

3. xx.xx.2024-cü il tarixli, **********175721 saylı Səyyar vergi yoxlaması aktdan görünür ki, “AK X3” MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanması aparılmışdır. Vergi yoxlaması nəticəsində vergilərin azaldılması müəyyən edildi: 242222,91 manat məbləğində mənfəət vergisinin azaldılması, o cümlədən 2017-ci il üzrə 1383,64 manat, 2018-ci il üzrə 179148,89 manat, 2019-cu il üzrə 61690,38 manat; 1221028,45 manat məbləğində əlavə dəyər vergisinin azaldılması, o cümlədən: 2018-ci il ərzində 557024,70 manat, 2019-cu il ərzində 664003,75 manat, ümumilikdə 1463251,36 manat vergilərin azaldılması müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 242222,91 manat azaldılmasına görə azaldılmış məbləğin 50% miqdarında-121111,46 manat, əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 1221025,45 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında -610514,23 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.

4. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********183367 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergiqanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə “AK X3” MMC barəsində 2017-2020-ci il üzrə cəmi 1463251,36 manat vergilərin azaldılması müəyyən edilmiş və 731.625,69 manat maliyyə sanksiyası hesablanmışdır.

5. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə “AK X3” MMC-yə 1 716 168,93 manat ƏDV, 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-24/2022 nömrəli qərarı ilə 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690,38 manat əsas borc, 30845,19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083,76 manat əsas, 816541,88 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(104)-305/2022 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 24/2022 nömrəli qərarı iddia tələbinin təmin edilmədiyi hissədə qismən, yəni 1805,32 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)564/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)- 305/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3808/2023 nömrəli qərarı ilə vergi uçot bazasında "Ak X3" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və "xxxx" MMC-yə qoşularaq ləğv edilmiş "AK X3" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-129/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3808/2023 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1904/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3808/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********183367 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AK X3” MMC 24 dekabr 2020-ci il tarixdə ”CPS Construction” MMC-yə qoşularaq ləğv edilmiş və " CPS Construction” MMC onun hüquqi varisidir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə “Ak X3” MMC-yə 1 716 168,93 manat ƏDV 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır. Həmin qərarın ləğv edilməsi üzrə verilmiş iddia ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 24/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-305/2022 saylı,12 sentyabr 2022-ci il tarixli qərarı və son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-564/2023 saylı,02 may 2023-cü il tarixli qərarı ilə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 83 094,74 manat, o cümlədən, 83 085,17 manat məbləğində ƏDV-nin və 9,57 manat məbəğində əmlak vergisinin az hesablanması müəyyən olunmuşdur. Məhkəmə icraatı dövründə “Ak X3” MMC-nin hüquqi varisi kimi ”CPS Construction” MMC qəbul edilmişdir. ”CPS Construction” MMC tərəfindən yuxarıda qeyd olunan qərarın məcburi icra edilməsi məqsədilə (lazimı şəkildə icra edilmədiyindən) qaldırılan iddia üzrə vergi uçot bazasında "Ak X3" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83 094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və "xxxx" MMCyə qoşularaq ləğv edilmiş "Ak X3" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi barədə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3808/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı qəbul edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2024-cü il 05 sentyabr tarixli 2-1(102)-1904/24 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Bu günə kimi qanuni qüvvəyə minmiş qərar tam şəkildə icra edilməmişdir. İddiaçı qeyd edir ki, 10 dekabr 2024-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən e-məhkəmə sisteminə yerləşdirilən məktubla ləğv olunan bir müəssisəyə 7 illik yenidən səyyar vergi yoxlaması açıldığından məlumatı olmuş, 11 dekabr 2024-cü il tarixdə bununla əlaqadar olaraq Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemindən müraciət edərək yoxlama aktı və məsuliyyətə cəlbetmə barədə qərarın surətinin hüquqi varis İddiaçınə (VÖEN **********) göndərilməsini xahiş edilmişdir. Müraciətə əsasən 16 dekabr 2024-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ləğv olunmuş “AK X5“ MMC-də (VÖEN **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, **********175721 nömrəli səyyar vergi yoxlaması aktını və aparılmış vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış 13 may 2024-cü il tarixli, **********183367 nömrəli vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı rəsmi şəkildə əldə edilmişdir.

13. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə "AK X5" MMC-də növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 25 may 2023-cü il tarixli **********626700 nömrəli qərarın icrası ilə bağlı Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq 14 saylı Ərazi Vergilər İdarəsinin 20 iyun 2023-cü il tarixli **********173333 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarı ilə "AK X3" MMC-də 01 may 2016-cı il tarixdən 01 may 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər, "xxxx" Qapalı Səhmdar Cəmiyyət (VÖEN**********) tərəfindən 24 iyun 2023-cü il tarixli, **********938900 nömrəli, "Turanbank AçıqSəhmdar Cəmiyyətin (VÖEN **********) Qazax şöbəsi tərəfindən 11 iyul 2023-cü il tarixli,**********534700 nömrəli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN**********) tərəfindən 21 sentyabr 2023-cü il tarixli, **********513100, **********512400 və **********511700 nömrəli, "xxxx" Açıq Səhmdar Cəmiyyətin (VÖEN **********) Ağstafaşöbəsi tərəfindən 26 sentyabr 2023-ci il tarixli, **********083700 nömrəli məktublarla daxil olmuş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan idxal - ixrac əməliyyatları barədə məlumatlar, elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal-ixrac əməliyyatları barədə məlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış və vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə alınmış məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 159.1-ci və 166-cı maddələrinə əsasən əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin aylar üzrə düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində cəmiyyət tərəfindən 2018-ci il ərzində 557.024,60 manat və 2019-cu il ərzində 664.003,75 manat, cəmi 1.221.028,45 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci il ərzində 218,68 manat, 2019-cu il ərzində 824,23 manat və 2020-ci il ərzində 134,75 manat, cəmi 1.177,66 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 1.219.850,79 manat (1.221.028,45-1.177,66= 1.219.850,79) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı kameral vergi yoxlaması ilə əhatə olunmuş sonuncu əlavə dəyər vergisinin bəyannamələrinə əsasən işçilərə 2019cu ilin iyul ayında 38.436,99 manat, avqustayında 38.964,15 manat və sentyabr ayında 40.961,48 manat, cəmi 118.362,62 manat əməkhaqqının hesablandığı müəyyən edilmiş və göstərilənləri nəzərə alaraq nəticədə 2019-cu ilin İll rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda işçilərə 2019-cu ilin iyul ayında 38.436,99 manat, avqust ayında 38.964,15 manat və sentyabr ayında 40.961,48 manat, cəmi 118.362,62 manat əmək haqqının hesablandığının göstərilməli olduğu və müvafiq olaraq 29.590,66 manat sosial sığorta haqqının hesablanmalı olduğu, nəticədə 2019-cu ilin İll rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda 16.916,70 manat sosial sığorta haqqının artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 02 aprel 2024-cü il tarixli **********175721 nömrəli "Səyyar Vergi yoxlaması Aktı" ilə rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı ilə "AK X5" MMC-yə 242.222,91 manat mənfəət vergisi, 1.219.985,54 manat əlavə dəyər vergisi və 731.625,69 manat maliyyə sanksiyası hesablanmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2476/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh xx.xx.2017 - xx.xx.2023-cü illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu səbəbdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməzliyinə diqqət yetirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin fəaliyyətinin yoxlanılması, habelə vergidən yayınma halının və vergi hüquq pozuntularının aşkar edilməsi məqsədilə həyata keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi barədə qəbul etdiyi inzibati aktın (səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarı) məhkəmədə mübahisələndirilməsi üzrə qanuni qüvvəyə minmiş qərarı ilə cinayət işinin istintaqı və şəxsin təqsirinin müəyyənləşirilməsi ilə əlaqədar istintaq orqanının müraciəti əsasında dövrün yenidən vergi orqanı tərəfindən yoxlanılması və yoxlamanın nəticəsi üzrə qəbul etdiyi inzibati aktı fərqləndirilməmişdir. Halbuki, hər iki qərar üzrə hesablanmış vergi məbləğləri bir-birindən kəskin fərqlənir. O cümlədən Ali Məhkəmənin qərarı ilə ləğv edilmiş inzibati aktda əks olunan dövrdə digər vergi məbləğlərinin yayındırılmaması faktı reallıqda istisna edilməmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı öz əhəmiyyətini itirir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Səyyar vergi yoxlaması təyin edilən zaman sözügedən norma qüvvədə olmuş və həmin normada normanın qüvvəyə minməsindən sonra müddətlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli **********626700 nömrəli qərarına əsasən 14 saylı Ərazi Vergilər İdarəsinin 20 iyun 2023cü il tarixli **********173333 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə “AK X3” MMC-də 01 may 2016-cı il tarixdən 01 may 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Məhkəmə mübahisə predmetindən kənara çıxmaqla səlahiyyətlərini aşaraq, istintaq orqanlarının fəaliyyətini qanunsuz hesab etməklə mübahisə predmeti olan inzibati aktın əsaslılığını şübhə altına almağa cəhd etmişdir. Halbuki istintaq orqanlarının qərarı mübahisələndirilməmiş, mübahisə predmeti olmamışdır. Mübahisə predmeti səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş məsuliyyət qərarıdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, vergi yoxlaması cinayət təqibi orqanının qərarı əsasında aparılmış, lakin həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

20. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından müəyyən edilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə "AK X3" MMC-də növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********626700 nömrəli qərarın icrası ilə bağlı Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********173333 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə "AK X3" MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama zamanı sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər "Turanbank” ASC-nin Qazax və Ağstafa şöbələri, "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim edilmiş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan idxal-ixrac əməliyyatları barədə məlumatlar, elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal-ixrac əməliyyatları barədə məlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış və vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə alınmış məlumatlar əsasında aparılmış, nəticədə xx.xx.2024-cü il tarixli, **********175721 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.

26. xx.xx.2024-cü il tarixli, **********175721 saylı Səyyar vergi yoxlaması aktdan görünür ki, “AK X3” MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanması aparılmış, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********183367 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergiqanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə “AK X3” MMC barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.

27. İddiaçı tərəfindən 13 may 2024-cü il tarixli, **********183367 nömrəli qərarı mübahisələndirilmiş, birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması qənaətinə gəlməklə iddianın təmini əsası kimi ləğv edilmiş hüquqi şəxs barəsində əlverişsiz inzibati aktın qəbul edilməsi və yoxlanması nəzərdə tutulan dövrlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil aktından məlum olur ki, “AK X4” MMC-nin bütün borclular və kreditorlar qarşısında hüquq və öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlaklar, sonuncuya məxsus olan bütün əmlak, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri İddiaçı MMC-yə keçmiş və İddiaçı MMC-nin təsis sənədləri Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alındığı gündən (xx.xx.2024-cü il) “AK X4” MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varisi hesab edilmişdir.

29. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-3808/2023 nömrəli qərarı ilə vergi uçot bazasında “Ak X3” MMC-yə (hüquqi varis İddiaçı MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquqi varis İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və İddiaçı MMC-yə qoşularaq ləğv edilmiş “Ak X3” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 129/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)- 3808/2023 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1904/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-129/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Göründüyü kimi “AK X3” MMC xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə qoşularaq ləğv edilmiş, İddiaçı MMC onun hüquqi varisidir. Hüquqi şəxsin yenidən təşkil olunması vergi orqanında qeydə alınmasına baxmayaraq cavabdeh orqan hüquqi şəxsin mövcud olmadığı dövrlər üzrə də yoxlanılmasına dair qərar qəbul etmişdir. Belə ki, Vergi Cinayətlərinin Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “AK X3” MMCdə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılmasının təyin edilməsi qərara alınmış və həmin dövrlərin yoxlanılması həyata keçirilmişdir.

31. Beləliklə, “AK X3” MMC xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə qoşulduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55 və 56-cı maddələrinə əsasən “AK X3” MMC-nin hüquq və vəzifələri İddiaçı MMC-yə keçmişdir. Belə olduğu təqdirdə mövcud olmayan hüquqi şəxsin (“AK X3” MMC) borcunun olması və olmayan bir müəssisənin isə vergi məsuliyyətinə cəlb edilməsi barədə inzibati orqanın mövqeyi qanunauyğun hesab edilə bilməz.

32. Bununla yanaşı, barəsində vergi yoxlaması aparılmış “AK X3” MMC-nin xx.xx.2020-ci il tarixdən etibarən heç bir fəaliyyətinin olmaması vergi yoxlamasının nəticələrinə dair məhz cavabdeh orqan tərəfindən tərtib edilmiş sənədlərdə də öz təsdiqini tapır. Belə ki, qeyd olunan sənədlərlə müəyyən olunur ki, həmin tarixdən sonrakı dövr üzrə cəmiyyətin fəaliyyətinə dair vergi yoxlamasının keçirilməsi də mümkün olmamış, hazırda mübahisələndirilən inzibati akt üzrə yalnız hüquqi şəxsin fəaliyyətdə olduğu dövr yəni, 2017-2020-ci illər üzrə yoxlama nəticəsində nöqsanlar aşkar olunmuş və həmin dövrlər üzrə maliyyə sanksiyası tətbiq edilmişdir.

33. Həmin dövrlərin yoxlaması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-24/2022 nömrəli qərarı ilə iddiaçı “AK X3” MMC-nin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi qismən, mənfəət vergisinə münasibətdə 61690,38 manat əsas borc, 30845,19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083,76 manat əsas, 816541,88 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır.

34. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-305/2022 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 24/2022 nömrəli qərarı iddia tələbinin təmin edilmədiyi hissədə qismən, yəni 1805,32 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)564/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-305/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

35. Qeyd olunan məhkəmə aktlarından məlum olur ki, 20 may 2020-ci il tarixli, **********200002 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar ilə iddiaçı müəssisədə 26 iyul 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövrü əhatə etmiş və yoxlama nəticəsində xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Həmin akt əsasında qəbul edilmiş xx.xx.2020-ci tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə 2017-2019-cu illərin mənfəət vergisi üzrə 242.222,91 manat, 2018-2020-ci illərin mənfəət vergisi üzrə 1.715.950,25 manat, 2019-cu ilin əmlak vergisi üzrə 9,57 manat əlavə vergi məbləği hesablanmış və həmin məbləğlərin 50%-i həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.

36. xx.xx.2024-cü il tarixli, **********175721 saylı Səyyar vergi yoxlaması aktdan görünür ki, “AK X3” MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlanması aparılmışdır. Vergi yoxlaması nəticəsində vergilərin azaldılması müəyyən edilmişdir: 242222,91 manat məbləğində mənfəət vergisinin azaldılması, o cümlədən 2017-ci il üzrə 1383,64 manat, 2018-ci il üzrə 179148,89 manat, 2019-cu il üzrə 61690,38 manat; 1221028,45 manat məbləğində əlavə dəyər vergisinin azaldılması, o cümlədən: 2018-ci il ərzində 557024,70 manat, 2019-cu il ərzində 664003,75 manat, ümumilikdə 1463251,36 manat vergilərin azaldılması müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 242222,91 manat azaldılmasına görə azaldılmış məbləğin 50% miqdarında- 121111,46 manat, əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 1221025,45 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında -610514,23 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.

37. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmini əsası kimi xx.xx.2017-xx.xx.2020-ci illərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad etmişdir. Belə ki, cavabdeh orqanın özü obyektiv və hərtərəfli araşdırma prinsipinə tabedir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

38. İşin halları ilə müəyyən olunur ki, cavabdeh orqan cinayət təqibi orqanının qərarını icra etmiş, belə ki, xx.xx.2023-cü il tarixli **********173333 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə "AK X3" MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparmış, yoxlamanın nəticələrini rəsmiləşdirmişdir.

39. Məhkəmə tərkibi qeyd edir ki, nə cinayət təqibi orqanı növbədənkənar səyyar vergi yoxlanılması təyin edilməsinə dair qərar qəbul edərkən, nə də cavabdeh orqan sonuncu qərarı icra edərkən nəzərə almamışdır ki, yoxlanılması nəzərdə tutulan dövrün (xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək) bir hissəsi (26 iyul 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək) olan dövr cavabdeh tərəfindən yoxlanılmış, yoxlamanın nəticələrinə dair qəbul edilmiş inzibati akt-qərar mübahisələndirilmiş, buna dair yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilməklə qanuni qüvvəsini almışdır.

40. Bundan başqa hazırki qərarın 9 və 10-cu bəndində qeyd edilən məhkəmə aktlarının yekun nəticəsindən göründüyü kimi, “Ak X3” MMC barəsində müəyyən edilmiş vergi borclarının silinərək 83094,74 manat vergi borcunun sonuncunun hüquqi varisi və hazırki iş üzrə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması qərara alınmış, qərar qanuni qüvvəyə minmişdir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı MMC “Ak X3” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilən zaman sonuncunun heç bir vergi borcu olmamışdır.

41. Bundan başqa 7 illik dövrün yoxlanılması barədə norma 2020-ci ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə xx.xx.2020-ci il tarixdən əlavə edilmiş həmin normaya görə, “xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

42. Göründüyü kimi, qeyd olunan norma 01 yanvar 2020-ci il tarixdən qüvvədə olduğuna görə, cavabdehin xx.xx.2016-cı il tarixdən olan dövrü əhatə edən səyyar vergi yoxlamasının nəticəsinə dair qərarları həmin dövrə münasibətdə qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı olduğundan və 7 illik dövrün yoxlanılması barədə norma xx.xx.2020-ci il tarixdən qüvvədə olub həmin dövrədək olan münasibətləri tənzimləmədiyindən cavabdeh orqan qanunsuz və əsassız şəkildə həmin dövrü yenidən yoxlamış, nəzərə almamışdır ki, qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində araşdırıla bilməzdi.

43. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarının olmasıdır ( Vergi Məcəlləsi 38.3.6-cı maddə).

44. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.

45. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

46. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

47. Həmçinin mübahisəyə dair iş üzrə materiallarla müəyyən olunur ki, iddiaçı MMC-də aparılan növbədənkənar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, yoxlama müddətində cavabdeh 1 dəfə (xx.xx.2023-cü il tarixində 30 gün müddətinə) yoxlama müddətinin uzadılması barədə qərar qəbul etmiş, 10 dəfə isə (xx.xx.2023-cü il tarixində 26 gün müddətinə, xx.xx.2023-cü il tarixində 24 gün müddətinə, xx.xx.2023-cü il tarixdə 20 gün müddətinə, xx.xx.2023-cü il tarixdə 16 gün müddətinə, xx.xx.2023-cü il tarixdə 16 gün müddətinə, xx.xx.2023-cü il tarixdə 29 gün müddətinə, xx.xx.2024-cü il tarixdə 15 gün müddətinə, xx.xx.2024-cü il tarixdə 22 gün müddətinə, xx.xx.2024-cü il tarixdə 14 gün müddətinə və xx.xx.2024-cü il tarixdə 16 gün müddətinə) müddəti müvəqqəti dayandırmışdır. İş üzrə materiallara görə, vergi yoxlamasının dayandırılmasının əsas məqsədinin sənədlərin əldə edilməsinə və bununla əlaqədar müvafiq müraciətlərin göndərilməsinə bağlı olduğu qeyd edilsə də, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən bu məqsədlə VM-in 43-11-ci maddəsinə istinadən edilmiş yeganə müraciət istisna olunmaqla, bu istiqamətdə hər hansı müvafiq hərəkətlkərin edildiyi, müvafiq sənədlərin əldə olunması üçün müraciətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur.

48. İşin hallarından müəyyən olunur ki, cavabdeh yoxlamanın müddətini 10 (on) dəfə dayandırmış, lakin dayandırma qərarında heç bir əsaslandırılma qeyd etməmiş, lazımi araşdırma aparmamışdır.

49. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi yoxlamanın başlanmasına dair qərar reyestrə daxil edilmədiyindən, müddətinin uzadılması və dayandırılması barədə qərarların da daxil edilmədiyini bildirmişdir.

50. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısa da, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir. Odur ki, iddiaçının iddiasının əsaslı olub təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Beləliklə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2476/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar