Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-293/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialına qarşı “2-ci qrup əlilliyə görə dayandırılmış pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. 1.Birinci instansiya məhkəməsində icraat: İddiaçının tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1997-2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinin əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, 1997-ci ildən 2005-ci ilədək Kəlbəcər rayon Rabitə Qovşağında poçtalyon işləmişdir. İşlədiyi illər ona 2-ci qrup əlilliyə görə pensiya təyin olunmasına imkan verdiyi üçün ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən aparılmış funksional yoxlama zamanı məlum olmuşdur ki, işlədiyi dövrün düzgünlüyü araşdırılarkən Kəlbəcər rayon Rabitə Qovşağının rayonun arxiv idarəsində mühafizə edilən sənədlərə əsasən təsdiqini tapmamışdır. Ancaq Kəlbəcər rayon Dövlət Arxivində mühafizə edilən əmək haqqı ödəniş cədvəllərində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər Rabitə Qovşağında əmək haqqı ödəniş cədvəllərində onun adının qeyd edilməsi öz əksini tapmışdır. "xxxx" MMC-nin Kəlbəcər rayon poçt filialının xx.xx.2021-ci il tarixli KRQ 21-08-23 saylı məktubla xx.xx.2006-cı (olduğu kimi köçürülmüşdür) ildən xx.xx.2005-ci ilə qədər əmək haqqı alması öz əksini tapmışdır. Əmək kitabçasında da 1997-2005-ci illərdə Kəlbəcər rayon Rabitə Qovşağında poçtalyon işləməsi qeyd edilmişdir. Ancaq cavabdeh təşkilat bu sübutlara qiymət vermədən xx.xx.2021-ci ildən pensiyasını əsassız olaraq dayandırmışdır. Ona görə cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və onun üzərinə 1997- 2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması vəzifəsi qoyulmalıdır. Cavabdehin iddiaya qarşı etirazı: Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı barəsində 2-ci qrup əlilliyə görə əmək pensiyası dayandırılmış, ona xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 9782 manat məbləğində əmək pensiyasının geri ödənilməsi barədə inzibati akt qəbul edilərək, icra və probasiya orqanlarına icra üçün göndərilmişdir. Bundan sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialına qarşı “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında onun barəsində ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barəsində qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. Belə ki, İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, o, xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İddiaçı barəsində xx.xx.2017-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi müəyyən olunmuşdur. Həmin tarixdən əlilliyə görə əmək pensiyası almaq hüququ olan İddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: 38 yaş - 15 yaş = 23, 23 x 4 ay / 12 ay = 7 il 8 ay. İddiaçı barəsində əlillik dərəcəsi təyin olunan vaxtda tələb olunan 7 il 8 ay sığorta stajına malik olduğu üçün, ona xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Buna görə də ona xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 9782 manat məbləğində əmək pensiyası ödənilmiş, sonradan iddiaçının pensiya işinin audit yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ******* nömrəli əmək kitabçasının surətində 1997-2005-ci illərdə “Kəlbəcər rayon Rabitə qovşağfnda poçtalyon işlədiyi qeyd edilsə də, işlədiyi dövrün araşdırılması zamanı sözügedən müəssisənin arxiv sənədləri aşkar olunmamışdır. Bu səbəbdən İddiaçı təyin olunmuş əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qanunvericiliyin tələbinə əsasən isə şəxsin xx.xx.2006-cı ilə qədər işlədiyi dövr əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları ilə də öz təsdiqini tapmalıdır. İddiaçının işlədiyini iddia etdiyi “Kəlbəcər rayon Rabitə qovşağının” arxiv sənədlərinin yerində qarşılıqlı yoxlaması zamanı müəyyən olunmuşdur ki, həmin müəssisənin 1997-2005-ci illərə dair arxiv sənədləri mühafizə olunmur. Qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarı ilə (hakim U.Osmanov) iddia tələbi təmin edilməmişdir.
2. Apellyasiya məhkəməsində birinci icraat:
Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun əmək fəaliyyətinə dair arxiv sənədləri mövcuddur. Həmin arxiv sənədlərində aparılmış qeydlər onun əmək kitabçasında aparılmış qeydlərlə ziddiyyət təşkil etmir. Əmək kitabçasının doldurulması idarə və müəssisə rəhbərlərinin səlahiyyətinə aiddir. Dövlətin idarə, müəssisə və təşkilatlarına aid rəsmi sənədlər həmin idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri tərəfindən tərtib edilərək, Qanunla müəyyən edilmiş vaxtdan sonra arxivə təhvil verilir. Yəni arxiv sənədlərində olan düzəliş və qaralamalar onun iş qaydalarına və vəzifə səlahiyyətlərinə aid deyildir. Onun əmək kitabçası və arxiv sənədləri iş materiallarında mövcud olduğu halda məhkəmə cavabdehin mövqeyindən çıxış edərək hər hansı mötəbər sübut olmadığını bildirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(104)-271/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim X1, X2 və X3 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 204/2022 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 18 saylı Regional Ərazi filialının üzərinə İddiaçı 1997- 2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır.
3.Kassasiya instansiyasında icraat:
Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(104)-271/2022 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin 18 saylı Regional Ərazi filialı kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(102)-1960/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(104)-271/2022 saylı qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Apellyasiya məhkəməsində ikinci icraat:
İddiaçı nümayəndəsi Nümayəndə1 cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizəsini təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsinin 18 saylı Regional Ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialı ilə əvəz edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-293/2023 saylı, 05 may 2023cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 18 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialı ilə əvəz edilməsi qərara alınmışdır. Həmçinin İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, 2-ci qrup əlilliyə görə dayandırılmış pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-293/2023 saylı, 05 may 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
İşdə olan sübutlar:
X8 Sistemindən çıxarışdan görünür ki, İddiaçı pensiyası audit yoxlaması nəticəsində dayandırılmış, dayandırılmanın səbəbi isə qeyd edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialının nümayəndəsi X7 izahat verib bildirmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Buna görə də ona xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 9782 manat məbləğində əmək pensiyası ödənilmişdir. Sonradan iddiaçının pensiya işinin audit yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ******* nömrəli əmək kitabçasının surətində 1997-2005-ci illərdə “Kəlbəcər rayon Rabitə qovşağında poçtalyon işlədiyi qeyd edilsə də, işlədiyi dövrün araşdırılması zamanı sözügedən müəssisənin arxiv sənədləri aşkar olunmamışdır. Bu səbəbdən İddiaçı təyin olunmuş əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması ilə bağlı hər hansı bir inzibati akt mövcud deyildir. Sadacə olaraq audit yoxlaması nəticəsində alt sistemdə paensiyanın dayandırılması qeyd olunmuşdur ki, müvafiq çıxarışı da məhkəməyə təqdim etmişdir.
Tədbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əmək pensiyaları haqqında” Qanun:
Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardar: ... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, lakin cavabdeh inzibati orqanın iddiasına əsasən audit yoxlması nəticəsində ona təyin edilmiş pensiya dayandırılmışdır. İddiaçının mahiyyət etibarı ilə hüquqi marağı təyin olunmuş, lakin ödənişi dayandırılmış pensiya ödənişinin bərpa edilməsi olsa da birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını və çatmaq istədiyi məqsədi müəyyən etmədən, buna müvafiq olaraq isə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən yardım etmədən verilmiş tələb üzrə işə baxmışdır ki, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də apellyasiya instansiyasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya yardım göstərilmiş, iddiaçı da cavabdeh Dövlət Sosial Müdafiə X10 şəxsin 18 saylı regional ərazi filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialı ilə əvəz edilməsi, o cümlədən 2-ci qrup əlilliyə görə dayandırılmış pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-293/2023 saylı, 05 may 2023-cü il tarixli qərardadı ilə ərizələr icraata qəbul edilərək, dəqiləşdirilmiş tələblər üzrə işə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmasına dair inzibati akt qüvvədə olduğu halda, cavadbeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə riayət etmədən, hər hansı bir inzibati icraat başlamadan və inzibati akt qəbul etmədən “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməlklə pensiya ödənişini dayandırmışdır. Belə olduğu təqdirdə isə dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmişdir. Halbuki, cavadbeh inzibati orqan “Əmək pensiyaları haqqında Qanunun 37.8ci maddəsində nəzərdə tutulan əmək pensiyasının dayandırılması əsaslarından hər hansı birini müəyyən etdiyi təqdirdə müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə araşdırma aparmalı və araşdırmanın nəticəsi olaraq müvafiq inzibati akt (qərar) qəbul etməli, yalnız bundan sonra pensiyanın ödənişinin faktik olaraq dayandıra bilərdi. Lakin, yuxarıda qeyd olunduğu kimi cavadbeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən hər hansı bir icraat aparılmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən cavadbeh inzibati orqana müvafiq inzibati icraatın aparılması ilə bağlı müvafiq sənədlərin və qərarların məhkəməyə təqdim edilməsi təklif edilsə də cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yalnız X8 Sistemindən çıxarış təqdim edilmişdir ki, həmin çıxarışda da İddiaçı pensiyasının audit yoxlaması nəticəsində dayandırılması göstərilməklə, dayandırılmanın səbəbi isə ümumiyyətlə qeyd edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt hüquqi qüvvəsini saxlamıdşır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)- 204/2022 saylı qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(114)-204/2022 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 2-ci qrup əlilliyə görə dayandırılmış pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.