Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-296/2025 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı iddiaçı2 nümayəndəsi X2 iştirakı ilə, “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X2 Samux rayonu, Aşağı Ağasıbəyli kəndində yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən ##.##.2024-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, sənəd üzrə 0.3299 ha torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən 0.2425 ha torpaq sahəsindən (0.0874 ha) az olduğu və torpaq sahəsinin yeni uçot xəritəsinə uyğun qeydiyyata alınmasına razılıq ərizəsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
İşdə olan sənədlər:
2. Torpağa mülkiyyət hüququna dair JN9166 KOD ******** nömrəli dövlət aktına əsasən, Samux rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə X1, X5, iddiaçı2, X3, iddiaçı1, X4 və X6 təsərrüfatı məhsulları istehsalı məqsədilə cizgidə göstərilən sərhəd daxilində 3.59 ha torpaq sahəsi verilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 1.0071 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı2, X7, X4, iddiaçı1, X3, X5 və X1 hər birinin 1/7 payı olmaqla mülkiyyətlərindədir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Samux rayonu, Aşağı Ağasıbəyli kəndində yerləşən 2.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı2, X7, X4, iddiaçı1, X3, X5 və X1 hər birinin 1/7 payı olmaqla mülkiyyətlərindədir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.3299 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı2, X7, X4, iddiaçı1, X3, X5 və X1 ümumi birgə mülkiyyətindədir.
6. Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin: - ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim edilən faktiki torpaq sahəsi ilə torpaqların elektron kadastr uçotu informasiya sitemində (TEKUİS və AZCAD) göstərilən sahə eynilik təşkil edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli,*** nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) sözügedən 0.3299 ha torpaq sahəsinin ölçüsü 0.2426 ha təşkil edir. - ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən iddiaçı2 və digər şəxslərin ümumi birgə mülkiyyətlərində olan 0.3299 ha torpaq sahəsi həmin Çıxarışın verilməsinə əsas olan JN-*** saylı “Torpağa mülkiyyət hüquqna dair“ Dövlət Aktı və Torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində 0.3299 ha olaraq göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsi 166M nömrəsi ilə 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində göstərilən ölçü və koordinatlardan fərqli olaraq faktiki istifadə vəziyyətinə uyğun 0.2426 ha olaraq göstərilmişdir. Belə olan təqdirdə sözügedən torpaq sahəsinin əksik 0.0873 ha torpaq sahəsinin hal-hazırda hərhansı üçüncü şəxsə məxsus torpaq sahəsilə üst-üstə düşübdüşməməsi halının müəyyən edilməsi mümkün deyildir. - ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-*** saylı Dövlət Aktında göstərilən 3299.0 kv.m torpaq sahəsi, TEKUİS və AZCAD məlumatlarında əks olunmuş ***M nömrəli sahə ilə 799.0 kv.m hissədə, 167 M nömrəli sahə ilə 215.0 kv.m hissədə, ***M nömrəli sahə ilə 417.0 kv.m hissədə, ***M nömrəli sahə ilə 439.0 kv.m hissədə, yol və arxla isə 253.0 kv.m hissədə üst-üstə düşür. - ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, TEKUİS və AZCAD məlumatlarında əks olunmuş ***M nömrəli, ***M nömrəli, ***M nömrəli və ***M nömrəli torpaq sahələrinə dair Dövlət Aktlarının nömrələrini əks etdirir. Torpaq sahələrinin mülkiyyətçiləri inzibati iş üzrə tərəflərlərdən olmadığı üçün həmin torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən faktiki istifadə vəziyyətlərini müəyyən etmək mümkün olmamışdır. JN-*** saylı Dövlət Aktında və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış 3299.0 kv.m torpaq sahəsinin və elcədə qonşu torpaq sahələrinin kompleks yerquruluşu layihəsinə əsasən naturada yerləşmə vəziyyətləri ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən həmin torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri fərqlidir. Belə ki, mütəxəssis rəyində qeyd olunduğu kimi sözügedən 3299.0 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0.2426 ha olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluq halları səbəbdən, JN-*** saylı Dövlət Aktında və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış 3299.0 kv.m torpaq sahəsi ilə JN-*** nömrəli, JN-*** nömrəli, JN-*** nömrəli və JN-*** nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən vəziyyətlərinə əsasən üst-üstə düşməsi halı mövcuddur. JN-*** nömrəli Dövlət Aktı əsasında həmin torpaq sahəsinə dair torpaqların elektron kadastr uçotu informasiya sistmindəki koordinatlar əsasında ##.##.2024-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli Çıxarış sənədi qeydə alınmışdır. - ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, JN-*** saylı Dövlət Aktında və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış 3299.0 kv.m torpaq sahəsi, JN-165M, JN 167M, JN-219M və JN-***M saylı torpaq sahələrinin, elektron baza məlumatlarına (TEKUİS və AZCAD) məlumatlarına əsasən sənəd üzrə naturada yerləşmə vəziyyətləri ilə üst-üstə düşür. JN-*** saylı torpaq sahəsi elektron baza məlumatlarına (TEKUİS və AZCAD) məlumatlarında iddiaçının naturada təqdim etdiyi istifadə vəziyyətinə uyğun olaraq 0.2426 ha olaraq göstərilmişdir. TEKUİS və AZCAD məlumatlarında yuxarıda qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Üst-üstə düşmə torpaq islahatına dair tərib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri ilə, elektron baza məlumatlarına (TEKUİS və AZCAD) məlumatlarına əsasən həmin torpaq sahələinin naturada yerləşmə vəziyyətləri arasındakı uyğunsuzluq halı səbəbindən mövcuddur.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar iddiaçı2, X7, X4, iddiaçı1 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu, Ağasıbəyli kəndindən onlara verilmiş 0.3299 ha torpaq sahəsinin ölçüləri ilə faktiki istifadələrində olan 0.2425 ha torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğuna görə, çatışmayan 0.0874 ha torpağın onlara verilməklə, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçılar – iddiaçı2, X7, X4, iddiaçı1, X3, eləcə də mərhumlar X8 və X1 Samux rayonunun Ağasıbəyli kəndindəki bələdiyyə torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,3299 ha pay torpağı verilmişdir. İddiaçılar həmin pay torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarış verilməsindən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda iddiaçılara 0,3299 ha torpaq verildiyi qeyd olunsa da, faktiki olaraq istifadələrində 0,2425 ha torpaq sahəsi vardır. Dəfələrlə DƏDRX-nin * saylı Gəncə Ərazi İdarəsinə və Samux rayon Ağasıbəyli Bələdiyyəsinə 0.0874 ha torpaq az verilməsini bildirib bu uyğunsuzluğun aradan qaldırılmasını, sənəd əsasında onlara verilmiş 0.3299 ha torpaq sahəsi ilə faktiki istifadələrində olan 0.2425 ha torpaq sahəsinin koordinatlarını müəyyən edib, qalan 0.0874 ha torpağın iddiaçılara verilməsini xahiş etmişlər. DƏDRX-nin * saylı Gəncə Ərazi İdarəsinin mühəndisi ##.##.2023-cü il tarixdə Samux rayon Bələdiyyəsində bələdiyyənin iştirakı ilə Akt tərtib edib uyğunsuzluğun aradan qaldırılmasına çalışsa da, bələdiyyə həmin Akta imza etməkdən imtina etmişdir. İddiaçılar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək müvafiq Dövlət Aktı və çıxarış əsasında Samux rayonunun Ağasıbəyli kəndində yerləşən 0.3299 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi, eləcə də çatışmayan porpağın iddiaçılara verilməsi ilə bağlı müraciət etmişlər, lakin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Gəncə Ərazi İdarəsi ##.##.2024-cü il tarixli, 3-21- *-**/*-****/**** saylı məktubla imtina edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər.
9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli etirazın məzmunu ##.##.2024-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianı təmin etməsini torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə əsaslandırmışdır. Bu hala münasibətdə qeyd olunmalıdır ki, torpaq sahəsi üzərində hüquqlar qeydə alınarkən texniki cəhətdən araşdırma aparılmamış, belə ki, torpaq sahəsinə müayinə baxışı keçirilməmiş və faktiki torpaq sahəsi barədə məlumatlar əldə edilməmişdir. Müraciət forması tək çıxarışın verilməsi və torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı olduğu üçün Ərazi İdarəsi tərəfindən müraciət araşdırılarkən yalnız hüquqmüəyyənedici sənədə, yəni JN-166 Dövlət Aktına uyğun çıxarış verilmiş və çıxarış verilərkən torpaq sahəsinin faktiki az olması barədə məlumat Ərazi İdarəsinə məlum olmamışdır. Daha sonra “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması barədə müraciətlərin araşdırılması zamanı torpaq sahəsinə əyani müayinə baxışı keçirilmişdir. ##.##.2022-ci il tarixində və ##.##.2023-cü il tarixində tərtib edilmiş müayinə aktlarında sənəd üzrə torpaq sahəsinin 0,3299 ha, faktiki torpaq sahəsinin isə 0,2425 ha olduğu qeyd edilmiş, həmçinin Yeni uçot xəritəsində (TEKUİS və AZCAD) də torpaq sahəsinin 0,2425 ha kimi qeyd edilməsi müəyyən olunmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəm kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
18. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçılar gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
25. İşin halları ilə müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə X1, X5, iddiaçı2, X3, iddiaçı1, X4 və X6 təsərrüfatı məhsulları istehsalı məqsədilə cizgidə göstərilən sərhəd daxilində 3.59 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi cavabdeh orqan tərəfindən 3 müxtəlif ərazidə 1.0071 ha, 2.25 ha və 0.3299 ha olmaqla iddiaçılara ayrılmış, bu barədə müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar rəsmiləşdirilmişdir.
26. İddiaçı tərəf Samux rayonu, Aşağı Ağasıbəyli kəndində yerləşən 0.3299 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin alınması üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən əraziyə baxış keçirilmiş, uçot xəritəsinə əsasən 0.0874 ha azalma olduğu aşkarlanmış, iddiaçı tərəf azalma olması səbəbindən sənədin icra olunmasını istəməmiş, bu barədə müayinə aktı tərtib edilmiş (cild İ, səh. 17 və 60), yekunda cavabdeh inzibati orqan tərəfindən müraciətin müsbət həllindən imtina edilərək, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, sənəd üzrə 0.3299 ha torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən 0.2425 ha torpaq sahəsindən (0.0874 ha) az olduğu və torpaq sahəsinin yeni uçot xəritəsinə uyğun qeydiyyata alınmasına razılıq ərizəsinin təqdim edilməməsi ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilmişdir.
27. Apellyasiya şikayətinin də yeganə dəlili faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olması və bu səbəbdən də həmin torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədinin verilməsinin mümkünsüzlüyü ilə bağlıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə tam təkzib edilir. Belə ki, mübahisə yeni uçot xəritəsinə əsasən sözügedən 0.3299 ha torpaq sahəsində 0.0874 ha azalma olması və iddiaçı tərəfin həmin torpaq sahəsinin yeni uçot xəritəsinə uyğun (0.2425 ha olaraq) qeydiyyata alınmasına razılıq verməməsi ilə bağlıdır.
29. Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim edilən faktiki torpaq sahəsi ilə torpaqların elektron kadastr uçotu informasiya sitemində (TEKUİS və AZCAD) göstərilən sahə eynilik təşkil edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) sözügedən 0.3299 ha torpaq sahəsinin ölçüsü 0.2426 ha təşkil edir.
30. Belə olan halda mübahisəli 0.0874 ha torpaq sahəsinin faktiki vəziyyətinin araşdırılmasına zərurət yaranmış, Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı2 və digər şəxslərin ümumi birgə mülkiyyətlərində olan 0.3299 ha torpaq sahəsi həmin çıxarışın verilməsinə əsas olan JN-*** saylı “Torpağa mülkiyyət hüquqna dair“ Dövlət Aktı və Torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində 0.3299 ha olaraq göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsi 166M nömrəsi ilə 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində göstərilən ölçü və koordinatlardan fərqli olaraq faktiki istifadə vəziyyətinə uyğun 0.2426 ha olaraq göstərilmişdir. Belə olan təqdirdə sözügedən torpaq sahəsinin əksik 0.0873 ha torpaq sahəsinin hal-hazırda hər-hansı üçüncü şəxsə məxsus torpaq sahəsilə üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi mümkün deyildir.
31. Həmçinin, ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-*** saylı Dövlət Aktında göstərilən 3299.0 kv.m torpaq sahəsi, TEKUİS və AZCAD məlumatlarında əks olunmuş ***M nömrəli sahə ilə 799.0 kv.m hissədə, 167 M nömrəli sahə ilə 215.0 kv.m hissədə, ***M nömrəli sahə ilə 417.0 kv.m hissədə, ***M nömrəli sahə ilə 439.0 kv.m hissədə, yol və arxla isə 253.0 kv.m hissədə üst-üstə düşür.
32. Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan uyğunsuzluq halları səbəbdən, JN-*** saylı Dövlət Aktında və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış 3299.0 kv.m torpaq sahəsi ilə JN-*** nömrəli, JN-*** nömrəli, JN-*** nömrəli və JN-*** nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən vəziyyətlərinə əsasən üst-üstə düşməsi halı mövcuddur. JN-*** nömrəli Dövlət Aktı əsasında həmin torpaq sahəsinə dair torpaqların elektron kadastr uçotu informasiya sistmindəki koordinatlar əsasında ##.##.2024-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarış sənədi qeydə alınmışdır.
33. Məhkəmə kollegiyası tərəfindən JN-*** saylı Dövlət Aktında göstərilən 3299.0 kv.m torpaq sahəsi ilə yuxarıda qeyd edilən torpaq sahələrinin faktiki, yoxsa sənəd üzrə üst-üstə düşməsinin araşdırılması məqsədilə cavabdeh orqana sorğu ünvanlanmış, sonuncu ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli cavab məktubunda bildirmişdir ki, TEKUİS və AZCAD məlumatlarında yuxarıda qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi halı mövcud deyildir. Üst-üstə düşmə torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri ilə, elektron baza məlumatlarına (TEKUİS və AZCAD) əsasən həmin torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri arasındakı uyğunsuzluq halı səbəbindən mövcuddur.
34. Göründüyü kimi iddiaçının plan və ölçü sənədi almaq istədiyi 0.3299 ha torpaq sahəsində yeni uçot xəritəsinə əsasən 0.0874 ha azalma olması bildirilsə də, TEKUİS və AZCAD məlumat bazalarına əsasən həmin torpaq sahəsinin başqa torpaq sahəsi ilə üstüstə düşməsi halı mövcud deyildir, uyğunsuzluq yalnız torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri ilə bağlıdır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, TEKUİS və AZCAD məlumat bazalarında mübahisəli torpaq sahəsinin (0.0874 ha) başqa torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmadığından və iddiaçı tərəfin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirilmədiyindən, o cümlədən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış mövcud olduğundan, torpaq sahələrinin naturada yerləşmə vəziyyəti həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz.
36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü maddəsinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin – cavabdeh inzibati orqanın vəzifəsi kimi nəzərdə tutulmuşdur.
37. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov