Məhkəmə qərarları › İş №2-1(104)-297/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-297/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-297/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1958/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə nəticəsindən görünür ki, xx.xx.2014-cü ildə İddiaçı ikinci dərəcə əlillik təyin edilmişdir. Dioqnozun mətni: Kəskin bağırsaq keçməmzliyi, Qarın boşluğunun bitişmə xəst. Peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasının xaric edilməsi c/ə-dan sonra vəziyyət (2012).

2. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, İddiaçı “kəskin bağırsaq keçməzliyi, qarın boşluğunun bitişməsi, xəs.peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi kistasının xaric edilməsi, əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına “Göygöl rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən ünvanlanmış TQS 088, 0327003AAG2W saylı göndərişdə qeyd olunmuşdur ki, İddiaçı K56.5-bağırsaq bitişmələri keçməzliyi ilə xx.xx.2020-ci il və xx.xx.2021-ci ildə müraciət etmişdir. Ambulator tibbi yardım: xəstəyə 5-ci dəfə TSEK tərəfindən göndəriş verilmiş, 2-ci qrup əlildir, xəstə ağır vəziyyətdədir. Dəfələrlə imtina edib, odur ki, şikayətçidir. Qarında olan arabir kəskinləşən ağrılarda, köpdən, xroniki qəbzlikdən, ümumi halsızlıq, zəiflikdəndir. Deməsinə görə 2012ci ildə kəskin bağırsaq keçməzliyinə görə loparatomiya keçməzliyin ləğvi cərrahiyyə məliyyat olunub. 2014-cü ildən yenidən kəskin bağırsaq keçməzliyinə görə Gəncə şəhər TTYX-da relaporatomiya keçməməzliyin ləğvi bitişmələrin ayrılması cərrahiyyə əməliyyatı olunub. Laparatomiya xolesistekomiya. xx.xx.2021.

4. Alt sistemdən çıxarışlardan görünür ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərin natamam doldurulması- Səbəb: əsas dioqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, xx.xx.2022, xx.xx.2022-ci il tarixli göndərişlər əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

5. Alt sistemdən sonuncu çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qiymətləndirilməsi nəticəsində "K56.5 bağırsaq bitişmələri, keçməzlik ilə, aparılmış cərrahiyyə əməliyyatı sonrası qarın boşluğunun bitişməsi xəstəliyi" diaqnozuna əsasən əlillik əlaməti təyin edilməməsi səbəbi ilə imtina edilmişdir. İmtina edilmənin səbəbi kimi Dioqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Sənədlərə əsasən xəstəliyin hal-hazırki mərhələsi əlillik təyinatı üçün əsas vermir. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicəsini davam etdirmək məsləhət görülür.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2011-ci ildə təyin edilmiş ikinci qrup əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixdə Tibbi-sosial Ekspertiza Komissiyası tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. 2019-cu ildə gözləmədiyi halda əlilliyi şübhə altına alınaraq dayandırılmış və həmin vaxtdan indiyə kimi dəfələrlə Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin müəyyən edilməsi ilə əlaqədar Forma-088 tərtib edilərək cavabdehə göndərilmişdir. Hər dəfə də əsassız olaraq əlilliyinin bərpa edilməsinə imtina verilmişdir. Sonuncu imtina ona xx.xx.2023-cü il tarixdə göndərilmişdir. 2011 və 2014-cü illərdə, sonucu dəfə 2019-cu ildə bağırsağında cərrahiyyə əməliyyatı keçirmiş və buna baxmayaraq səhhəti daha da pisləşmişdir. Hal-hazırda da bağırsaqlarda bağırsaq xoraları müəyyən edilmiş və bitişmələr vardır.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55- K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasının xaric edilməsi s/ə-dan son/vəz-t. (2012), MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasınıl....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst. peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi, kistasınıln xaric edilməsi c/ə-dan son/vəz-t. (2012).Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi,kistasınıl, MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Kəskin bağırsaq keçməməzliyi. Qarın boşluğunun biti.mə xəst,peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya bitişmələrin ləğvi, kistasınıl.......” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə, Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin....” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digərxəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin....” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin... səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndəriş-əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Bağırsaq bitişmələri, keçməməzlik ilə, Kəskin bağırsaq keçməməzliyinə görə aparılmış (2012) laporatomiya və (2014-cü il ) Relaporatomiya keçməməzliyi ləğvi c/ə-dan sonrakı qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi. Ağırlaşma K59.9 Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Həzm funksiyasının pozulması. Yanaşı xəstəliklər R14 Meteorizim və buna yaxın vəziyyətlər, Meteorizim. Tiflit. Koloptoz 2-dərəcə. Dolixokolon 2-dərəcə. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası, 12b/b-ın xora xəstəliyi., MEYAR: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55- K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası..., Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Aparılmış c/ə-dan sonrakı qarın boşluğunun bitişmə xəstəliyi. Ağırlaşma K91.8 Həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi proseduralardan sonra əmələ gələn digər pozğunluqları, Həzm sisteminin funksional pozğunluğu. Ağırlaşma K26 Onikibarmaq bağırsağın xorası, 12 b/b-ın xoraları Duodenoqastral reflüks, Eroziv panqastrit, Kardia məngənəsinin çatmamazlığı (İİ dərəcəli). Ağırlaşma K52.9 Dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit, Spastik xroniki kolit. Siqmoid bağırsaqda bitişmələrlə. Yanaşı xəstəliklər İ84.2 Ağırlaşmasız müşayiət olunan daxili babasil, Daxili babasil (İİ dərəcəli). Ağırlaşma K59 Bağırsağın digər funksional pozğunluqları, Xroniki qəbizlik. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, 2010Appendektomiya. 2012-Kəskin bağırsaq keçməməzliyinə görə Laparatomiya, keçməməzliyin ləğvi, 2014-Təkrar bağırsaq keçməməzliyinə görə Relaporatomiya keçməməzliyin ləğvi, bitişmələrin ayrılması c/ə-dan s/v.., MEYAR: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin stasionar müalicə günlərinin sayı yetərli deyil. İxtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicə tövsiyə edilir...” səbəbi ilə imtina edilmişdir. Göygöl Rayon Mərkəzi Xəstəxanasınınxx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası...; Diaqnozun mətni: Əsas diaqnoz K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Aparılmış c/ə sonrakı qarın boşluğunun bitişmə xəstəliyi. MEYAR: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Sənədlərə əsasən xəstəliyin hal hazırki mərhələsi əlillik təyinatı üçün əsas vermir. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicəsini davam etdirmək məsləhət görülür.....” səbəbi ilə imtina edilmişdir. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 07 aprel 2021-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir.Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1958/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 4879 nömrəli məktubunda qeyd edilmişdir ki, T403/2023 saylı rəyin nəticə hissəsində göstərilmiş “Keçməməzliklə bağırsaq bitişmələri, qarın boşluğunun əməliyyatdan sonrakı bitişmə xəstəliyi” diaqnozu ilə əlaqədar iddiaçı komissiya üzvləri tərəfindən müayinə edilərkən vəziyyəti stabil olduğundan əlavə bərpaedici müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Lakin, bu xəstəlik hər-hansı təkrar infeksiya ilə yoluxma nəticəsində təkrar kəskinləşə bilər və bu zaman o, istər ambulator, istərsə də stasionar müalicəyə cəlb oluna bilər. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.

14. Məhkəmə kollegiyası iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2023-cü il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” və Əlavəyə əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 3.4.2. bağırsaq bitişmələri, keçməzlik ilə- K56.5 3.4.2.2.- həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi- 65- 80- müddətsiz.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.

23. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə əlilliyi xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, aparılmış s/ə sonrakı qarın boşluğunun bitişmə xəstəliyi” diaqnozu, “Diaqnoz əlillik əlaməti təyin etməməsi”. Ətraflı: Sənədlərə əsasən xəstəliyin hal-hazırkı mərhələsi əlillik təyinatı üçün əsas vermir. Xəstəyə ixtisaslı tibb müəssisəsində müalicəsini davam etdirmək məsləhət görülür” səbəbi ilə əlilliyinin bərpa edilməsindən imtina edilmişdir.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 26 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, İddiaçı “kəskin bağırsaq keçməzliyi, qarın boşluğunun bitişməsi, xəs.peritonit. Sağ yumurtalığın kistasına görə aparılmış laparatomiya, bitişmələrin ləğvi kistasının xaric edilməsi, əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, son müayinə tarixi xx.xx.2020-ci il qeyd edilmişdir.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına “Göygöl rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən ünvanlanmış TQS 088, 0327003AAG2W saylı göndərişdə qeyd olunmuşdur ki, İddiaçı K56.5-bağırsaq bitişmələri keçməzliyi ilə xx.xx.2020-ci il və xx.xx.2021-ci ildə müraciət etmişdir. Ambulator tibbi yardım: xəstəyə 5-ci dəfə TSEk tərəfindən göndəriş verilmiş, 2-ci qrup əlildir, xəstə ağır vəziyyətdədir. Dəfələrlə imtina edib, odur ki, şikayətçidir. Qarında olan arabir kəskinləşən ağrılarda, köpdən, xroniki qəbzlikdən, ümumi halsızlıq, zəiflikdəndir. Deməsinə görə 2012ci ildə kəskin bağırsaq keçməzliyinə görə loparatomiya keçməzliyin ləğvi cərrahiyyə əməliyyat olunub. 2014-cü ildən yenidən kəskin bağırsaq keçməzliyinə görə Gəncə şəhər TTYX-da relaporatomiya keçməməzliyin ləğvi bitişmələrin ayrılması cərrahiyyə əməliyyatı olunub. Laparatomiya xolesistekomiya. xx.xx.2021.

26. Göründüyü kimi iddiaçıya 2014-cü ildən 2-ci dərəcə əlillik təyin edilmiş, müayinələr zamanı onda olan diaqnoz “K56.5-bağırsaq bitişmələri keçməzliyi” dəyişməmişdir. Eyni zamanda İddiaçı 0327003AAG2W saylı göndərişdə eyni səbəbdənbağırsaq keçməzliyi iki dəfə cərrahiyyə əməliyyatı keçirmişdir.

27. Qeyd edilən hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” və Əlavəyə əsasən İddiaçı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün əsasdır.

28. Belə ki, adıçəkilən əsasnamənin 3.4.2. bəndində bağırsaq bitişmələri, keçməzlik ilə- K56.5 nəzərdə tutulmuş, 3.4.2.2.- bəndində qiymətləndirilmə üzrə həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi- 65-80- müddətsiz- qeyd edilmişdir.

29. İş materiallarında olan sənədlərdə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi və göndərişlərdə qeyd olunan xəstəliklə bağlı iki dəfə (təkrar) cərrahiyə əməliyyatı keçirməsi öz təsdiqini tapmışdır.

30. Bundan əlavə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipindən çıxış edərək iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur. Ekspert rəyinin təhlili zamanı müəyyən olunur ki, cavabdeh orqanın əlilliyin təkrar təyininə dair imtina qərarı ilə rəy eynilik təşkil etmiş, rəydə hər hansı tədqiqatın və ya müayinələrin aparılması müəyyən olunmamışdır.

31. Bununla bağlı qeyd edilməlidir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyi ona əliliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır və həmin xəstəlik- sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilir, İddiaçı sonuncu müayinə tarixindən xx.xx.2023-cü ildən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1958/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü ildən müddətsiz orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar