Məhkəmə qərarları › İş №2-1(104)-298/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-298/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-298/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2445/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2023-cü il tarixli, **********0326 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərardan görünür ki, "xxxx" MMCyə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektronqaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş və sözügedən akt müəssisənin rəhbəri X13 tərəfindən imza edilməkdən imtina olunmuşdur. «Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfadaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların» xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında «meyvə-tərəvəz», malların alışı cəmi məbləğ qrafasında «57247548,55», elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilmiş malın məbləği qrafasında da «57247548,55» məbləği qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, **********0305 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərardan görünür ki, "xxxx" MMCyə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 003910 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinə məxsus Qusar rayonu, Yeni Həyat kəndində yerləşən anbar binasında mal və materialların saxlanılması fakti aşkar edilməmişdir. ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsininn 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023-cü il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli qərarının məzmunundan görünür ki, "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli, **********618600 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri (məlumatları) beş gün ərzində əsaslandırılmış yazılı izahatla birlikdə vergi orqanına təqdim etməsi tələb olunmuşdur. «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasınaa və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 010017 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 10:25-də Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi anbarda heç bir mal qalığının olmadığı aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akta əsasən hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh orqanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarların ləğv edilməsini xahiş etmişdir, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2023cü il tarixli əldə edilmiş çıxarışa və xx.xx.2023-cü il tarixli **********0326 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi yoxlamasına əsasən xx.xx.2023- cü il tarixli 010024 seriya nömrəli akt tərtib edilmiş və həmin aktın nəticə hissəsində "xxxx" MMC operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim edilmədən satış olduğu müəyyən olundu. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində maliyyə sanksiyasının, tətbiq edilməsi təklif olunur. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş aktda qeyd edilən məlumatlar tamamilə əsassız məlumatlardan ibarətdir. Vergi orqanı tərəfindən tərtib edilmiş akt tamamilə əsassız və qanunsuz olduğu üçün akta əsasən hər hansı qanunsuz hərəkət qadağan edilməlidir. Belə ki, operativ vergi nəzarəti aparan vergi orqanı əməkdaşları tərəfindən yoxlama düzgün aparılmamış və miqdarı, çeşidi, növü bilinməyən 57247548,65 manat məbləğdə meyvə və tərəvəz еqaimə olmadan satıldığı qeyd edilmiş, lakin müəssisə ixracla məşğuldur. Meyə tərəvəz xarab olan məhsul olduğu üçün onlar saxlanılmadan ölkə xaricinə ixrac edilir. İxrac qanuni olaraq gömrük nəzarətində yük gömrük bəyannamələri ilə rəsmiləşdirilir. Yoxlama iki nəfər şəxs tərəfindən aparılmışdır. X7 və Yaşar Qasımov adlı müfəttişlər 57 milyon məbləğdə meyvə-tərəvəzi necə hesablamış, bu məhsul satışı nə vaxt başlamış, necə başa çatmışdır? Müəssisənin aylıq dövriyyəsi ixrac bəynnamələrində öz əksini tapmışdır. Müəssisə yerli bazardan meyvə-tərəvəzi alır və ixrac edir. Bu aktda isə guya 57247548,65 manat dəyərində meyvə-tərəvəzin bir günə satışı həyata keçirilmişdir. Bu tamamilə qanunsuz və heç bir əsası olmayan bir aktdır. Ümumiyyətlə bu qədər miqdarda və məbləğdə meyvəni qablaşdırmaq üçün hansı sahə lazımdır? Bu məhsul yığımı, qablaşdırılması saxlanması və satışı bir gün içərisində mümkün deyil. Qeyd edilənlərdən əlavə olaraq meyvə tərəvəz 57247548,65 manat dəyərində qeyd edilmiş bu aktda hansı meyvələr, tərəvəzlərdir? Qeyd edilənlər heç bir məntiqi və qanuni əsası olmayan akt yazıldığını göstərir. Yoxlama zamanı meyvə və tərəvəz olaraq növlərinin və miqdarının müəyyən edilməsi zamanı hər hansı ekspert və mütəxəssis cəlb edilməmiş, yoxlama keçirilməsi qaydalarına əməl edilməmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2445/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın qismən təmin edilməsi, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1064 nömrəli qərarının ləğv edilməsi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarın qismən, yəni 5.206,75 manat mənfəət vergisi istisna olmaqla qalan hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0326 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda «xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş» qeyd edilmiş, digər tərəfdən isə iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/5435 nömrəli ekspert rəyinə dair cavabdehin xx.xx.2023-cü il tarixli mülahizəsində xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda yuxarıda qeyd olunmuş ifadənin vergi ödəyicisinin 2022-2023-cü il ərzində olan dövrlər üzrə elektron qaimə faktura təqdim etmədən topdan satış etdiyinin nəzərədə tutulduğu göstərilmişdir. Bu isə öz-özlüyündə əhəmiyyətli ziddiyyət yaratmaqla bir növ operativ vergi nəzarətinin məqsədlərindən yayınmaqdır. Müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsini məhkəmə mümkün hesab etmir. Belə ki, 57.247.548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, araşdırma zamanı kifayət qədər anbar sahəsi və işçi qüvvəsi aşkar olunmamışdır. Həmçinin iş materillarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57.247.548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sözügedən faktı təsdiq edən sənədlər təqdim edilməmişdir. İş materiallarında operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57.247.548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən «Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfadaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların» xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında yalnız ümumi olaraq «meyvə-tərəvəz» ifadəsi qeyd edilmiş, həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilməmişdir ki, bu hal da sözügedən qərarın qanuniliyini əsaslı şübhə altına alan hallardan biridir. Məhkəmə xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarın qanuniliyi ilə bağlı qeyd edir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında dəlil olaraq ifadə edir ki, cavabdehin "Operativ vergi nəzarətinin həyata keçirilməsihaqqında" qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad ediməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3cümaddəsinin birinci cümləsindən və "İnzibati icraat haqqında” Qanunun61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmənin qeyd olunan qeyri-müəyyən olan dəlili yoxlamanın nəticələrini şübhə altına almadığı hesab edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2023-cü il tarixli KY231898833 saylı Çıxarışa əsasən Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd olunmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan, yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Bununla da, məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Məhkəmə qərarında dəlil olaraq ifadə edir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Məhkəmənin qeyrimüəyyən olan dəlili ilə bağlı bildirilir ki, iddiaçının təqdim etdiyi 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin Xərclər hissəsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), "Nəqliyyatxərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 38.725.834,19 manat göstərilməsinə baxmayaraq alış aktı vasitəsilə mal əldə edilmiş vətəndaşlardan alınmış izahatlara əsasən heç bir alış aktı tərtib edilmədiyi və mal satılmadığı bildirilmişdir. Bundan başqa 221,13-cü və 233,5-ci sətrlər üzrə cəmi 215.732,79 manat xərc əks etdirilməsinə baxmayaraq zəruri sənədlər və bank çıxarışları təqdim edilməmişdir. İddiaçı tərəfindən 2022-ci il və 2023-cü ilin yanvar-mart aylarında aparılmış əməliyyarları üzrə müvafiq araşdırmalar aparılan zaman 2022-ci il ərzində 38.923.477,0 manat dəyərində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 10.104.118,0 manat dəyərində kənd təsərrüfatı mallarının ixracının olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci ildə e-qaimə faktura əsasında 518.766,0 manat, vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən alış aktı əsasında 20.789.135,0 manat, 2023-cü il ərzində e-qaimə faktura əsasında 24.516.832,0 manat, alış aktı əsasında 79.565.432,0 manat dəyərində kənd təsərrüfatı malları alındığı, Qazax rayonu yuxarı Salahlı kəndində 102 kv.metr sahəsi olan icarə obyekti və Qusar rayonu Yeni Həyat kəndində 400 kv.metr sahəsi olan anbar binasının təsərrüfat subyekti kimi qeydiyyatda olduğu aşkar edilərək vergi orqanı tərəfindən **********583900 saylı xidməti məktubla iddiaçıya 2022-ci və 2023-cü il tarixlərdə elektron alış aktı əsasında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən müxtəlif növ kənd təsərrüfatı məhsullarının təqdim edilib-edilməməsinin, təqdim edildiyi təqdirdə malların həcmi və məbləği nəzərə alınmaqla malların mənbəyinin araşdırılması, malların sahibkarlıq məqsədilə təqdim edildiyi hallarda qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatların verilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin 3 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələrinə müraciətlər edilmişdir. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş cavab məktubuna əsasən Xaçmaz rayon sakinləri Ağayev Şahbala, Tağıyev Rəsul, Babayeva Turanə tərəfindən iddiaçını tanımadıqlarını və heç bir mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Lənkəran rayonu Xurxatan kənd sakini Əliyev Xudayar və Lənkəran şəhər sakini Məmmədova Südabə tərəfindən təqdim edilmiş izahat məktublarına əsasən iddiaçını tanımadığlarını və mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Göyçay rayon sakinləri fiziki şəxs X9 tərəfindən iddiaçıya yalnız 1200 manatlıq xurma satıldığını, X3 iddiaçıya mal satmadığını, X4 isə Göyçay rayonunda qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Bakı şəhərində yaşadığı üçün əlaqə saxlamaq mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəfindən cavabdehin nəzarət əhatəsinə aid olan Qazax rayon sakini X6 alış aktı əsasında 96.146.782,64 manat dəyərində kənd təsərrüfatı məhsullarının əldə edildiyi müəyyən edilmişdir. Malların mənbəyinin araşdırılması məqsədilə fiziki şəxs X10 xx.xx.2023-cü il tarixli **********930300 saylı məktub göndərilmişdir. Fiziki şəxs X8 etibarnamə üzrə nümayəndəsi Vəkil təqdim etdiyi izahat məktubuna əsasən X8 iddiaçıya mal satmadığını və X8 xəstə olması ilə əlaqədar tibbi arayış təqdim etmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 may 2023-cü il tarixli **********618600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 18 may 2023-cü il tarixli **********998500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə Qərar”la iddiaçıya 2022-ci ilin mənfəət vergisi üzrə 1.446.658.67 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar iddianın təmin edilmiş hissəsində tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə ekspertin rəyi ilə razılaşır mövqeyi ilə cavabdeh razılaşmır. Belə ki, Təqdim edilmiş 26 iyul 2023-cü il tarixli 9/5435 saylı Ekspet rəyində vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın (meyvə tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçrilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, təqdim edimiş iş materiallarında qeyd edilənlər (kifayət qədər anbar sahəsi və işçi qüvəsi) müəyyən olunmur. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçrilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində iddiaçı tərəfindən 57.247.548,65 manat dəyərində meyvə tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaiməfaktura təqdim edilmədən satışın olması müəyyən edilərkən həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və.s halların nəzərə alınması müəyyən edilmir. Bununla bağlı bildirilir ki, keçrilmiş operativ vergi nəzarəti zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli 010024 saylı akta “xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrinə iddiaçı tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaiməfaktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən edildi” dedikdə vergi ödəyicisinin 2022-2023-cü il ərzində olan dövürlər üzrə elektron qaimə-faktura təqdim etmədən topdan satış etdiyi nəzərdə tutulmuşdur. Həmçinin, 9/5435 saylı Ekspet rəyində xx.xx.2023-cü il tarixli **********1064 saylı və 18.05.203-cü il tarixli **********998500 saylı qərarlarla müəyyən olunan halların (hesablamalar və.s) düzgün olması müəyyən olunmur. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış & Hesabat” informasiya sistemindən 01 mart 2023-cü il tarixdə çıxarılmış məlumata əsasən iddiaçı 01 yanvar 2022-ci il tarixdən 01 mart 2023-ci il tarixədək 581.670,5 manat (ƏDV-siz) dəyərində kənd təsərrüfatı mallarını elektron qaimə-faktura əsasında, 100.354.567,74 manat dəyərində kənd təsərrüfatı mallarını alış aktı əsasında aldığını və 43.688.689,59 manat dəyərində kənd təsərrüfatı mallarını isə ixrac etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə cavabdehin xx.xx.2023-cü il tarixli **********0326 saylı və 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********0305 saylı “Operativ vergi nəzarətinin həyata keçrilməsi haqqında qərar”larına əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində və Qusar rayonu, Yeni Həyat kəndində yerləşən iddiaçıya məxsus obyektlərdə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri Habil Həbilovun yoxlamaya təqdim etdiyi arayışda qeydedilən ticarət əlavəsi 10-12% nəzərə alınaraq 581.670,50 + 100.354.567,74 – 43.688.689,59 = 57.247.548,65 manat kənd təsərrüfatı malları əskik gəldiyi müəyyən edilmişdir. Aparılmış yoxlama zamanı əskik gələn 57.247.548,65 manat dəyərində kənd təsərrüfatı mallarının cəmiyyətə məxsus obyektlərdə olmadığı və saxlanca verilmədiyinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilmədən satış edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixdə DVX seriyalı 010024 saylı akt tərtib edilmişdir iddiaçının rəhbəri Habil Həbilov tərtib edilmiş aktı imzalamaqdan və surətini almaqdan imtina etmişdir. Bu səbəbdən “iddiaçıya məxsus obyeklərdə vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilmiş aktlar, xx.xx.2023-cü il tarixli **********114700 saylı OVN materiallarına baxılma barədə bildiriş, alış sənədləri və digər sənədlər vergi ödəyicisinə göndərilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 17 aprel 2023-cü il tarixli **********1064 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la iddiaçı 5.724.754.86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, 9/5435 saylı Ekspet rəyində vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1.446.658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsədə, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçrilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seryalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə dair məhkəməyə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxılanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2023cü il tarixli əldə edilmiş çıxarışa və xx.xx.2023-cü il tarixli **********0326 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi yoxlamasına əsasən xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akt tərtib edilmiş və həmin aktın nəticə hissəsində "xxxx" MMC operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim edilmədən satış olduğu müəyyən olunduğu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində maliyyə sanksiyasının, tətbiq edilməsi təklif olunmuşdur. Belə ki, operativ vergi nəzarəti aparan vergi orqanı əməkdaşları tərəfindən yoxlama düzgün aparılmamış və miqdarı, çeşidi, növü bilinməyən 57247548,65 manat məbləğdə meyvə və tərəvəz e-qaimə olmadan satıldığı qeyd edilmiş, lakin müəssisə faktiki olaraq ixracla məşğul olmuş, pərakəndə və yerli bazarda satışı olmamışdır. Meyə tərəvəz xarab olan məhsul olduğu üçün onlar saxlanılmadan ölkə xaricinə ixrac edilir. İxrac qanuni olaraq gömrük nəzarətində yük gömrük bəyannamələri ilə rəsmiləşdirilir. Sənədlərdən göründüyü kimi yoxlama iki vergi işçisi tərəfindən aparılmışdır. X7 və Yaşar Qasımov adlı müfəttişlərin 57 milyon məbləğdə meyvətərəvəzin hesablaması, sayılması, çeşidlənməsi fiziki cəhətdən mümkün olan deyil. Müəssisənin aylıq dövriyyəsi ixrac bəynnamələrində öz əksini tapmışdır. Müəssisə yerli bazardan meyvə-tərəvəzi alır və ixrac edir. Bu aktda isə guya 57247548,65 manat dəyərində meyvə-tərəvəzin bir günə satışı həyata keçirilmişdir. Bu tamamilə qanunsuz və heç bir əsası olmayan bir aktdır. Ümumiyyətlə bu qədər miqdarda və məbləğdə meyvəni qablaşdırmaq üçün hansı ölçüdə sahə lazımdır. Bu məhsul yığımı, qablaşdırılması saxlanması və satışı bir gün içərisində mümkün deyil. Qeyd edilənlərdən əlavə olaraq meyvə tərəvəz 57247548,65 manat dəyərində qeyd edilmiş bu aktda hansı meyvələr, tərəvəzlərdir. Bu məqam da inzibati orqan tərəfindən aydınlaşdırılmamışdır. İnzibati orqanın həm operativ yoxlama aktı, həm də kameral yoxlama qərarı bir birini təqsib edir. Yoxlama zamanı meyvə və tərəvəz var idisə, onun növünün və miqdarının müəyyən edilməsi zamanı hər hansı ekspert və mütəxəssis cəlb edilməmiş, yoxlama keçirilməsi qaydalarına əməl edilməmişdir. Qeyd edilir ki, məhkəmə tərəfindən işin faktiki hallarının müləyyən edilməsi üçün və iş üzrə xüsusi bilik lazım olduğundan məkhəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranmış müəyyən suallara aydınlıq gətirilmişdir: Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyindən görünür ki, 57.247.548,65 manat məbləğdə malların, yəni meyvə tərəvəzin əskik gəlməsi müəyyən olunmur; 57.247.548,65 manat dəyərində malların e-qaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilmədiyi qeyd olunmuşdur. Həmçinin qeyd edilir ki, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuşdur; Təsərrüfat daxiliyerdəyişmə qaimə fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilmir; 5.724.754,86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan 57.247.548,65 manat meyvə-tərəvəzin vergi ödəyicisinə və ya vergi ödəyicilərinə elektron qaimə-faktura olmadan satışı və ümumiyyətlə 57.247.548,65 dəyərdə malların satışının olması müəyyən edilməmişdir; Tədqiq olunan dövr üzrə "xxxx" MMC-nin meyvə- tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilməmişdir; Vergi ödəvicisinin 2022-ci il üzrə hesabladığı 5.206,75 manat mənfəət vergisinin düzgünlüvü müəvvən edilmişdir. Qeyd edilir ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasya şikayəti formal mülahizələrə istinad edilərək hazırlanmışdır. Təqdim edilmiş apellyasiya şikayətində heç bir əsaslı sübut mövcud deyil. İnzibati orqan hesablamasını təsdiq edəccək hər hansı dəlil təqdim edə bilmir. Müəssisə tərəfindən 2022-ci il və 2023-ci ilin yanvar-mart aylarında aparılmış əməliyyatlar müvafiq araşdırmalar aparılan zaman 2022-ci il ərzində 38.923.477,0 manat dəyərində, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cu il tarixədək olan dövr üzrə 10.104.118,0 manat dəyərində kənd təsərrüfatı mallarının ixracının olduğunun müəyyən edildiy qeyd edilmişdir. Həmçinin vergi orqanı tərəfindən müxtəlif fiziki şəxslərə sorğuların ünvanlandığı və həmin soğulara əsasən kənarlaşmaların yaranması səbəbilə kameral vergi yoxlamasının keçirildiyi və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarın qəbul edildiyi qeyd edilmişdir. Bu barədə bildirilir ki, müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə takturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsi də mümkün hesab edilməmişdir. Belə ki, 57.247.548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, araşdırma zamanı kifayət qədər anbar sahəsi və işçi qüvvəsi aşkar olunmamışdır. Həmçinin, iş materillarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57.247.548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sözügedən faktı təsdiq edən sənədlər təqdim edilməmişdir. İş materiallarında operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57.247.548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən «Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfadaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların» xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında yalnız ümumi olaraq «meyvə-tərəvəz» ifadəsi qeyd edilmiş, həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü müəyyən edilməmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş qərarların əsassız və qanunsuz olmasının səbəblərindən biri isə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Qeyd etmək istəyirik ki, 2022 ci il mənfəət vergisi üzrə 11 may 2023-cü il tarixdə tarixdə uyğunsuzluq məktubu daxil olmuş vergi orqanı tərəfindən tələb edilən elektron alış aktları, elektron qaimə fakturalar və digər xərc sənədləri faktiki olaraq AVİS altsistemində mövcud olması barədə cavabla məktub ünvanlanmışdır. Lakin, daha sonra vergi orqanı tərəfindən məktublara məhəl qoyulmamış və 2022-ci il mənfəət vergisi üzrə 18 may 2023-cü il tarixli **********998500 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmiş və həmin qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 1446658,67 manat əlavə vergi məbləğləri hesablanmışdır. Bundan əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin məsuliyyətə cəlb edilməsi haqqında **********1064 saylı qərarı ilə 5724754,86 maliyyə sanksiyası hesablanmış, hesablanmaya əsas olaraq xx.xx.2023cü il tarixli 010024 seriya nömrəli aktda göstərilən 57247548,65 manat dəyərində satışın 1 gündə və 1 saat ərzində edilməsinə istinad edilmişdir. Yəni vergi orqanı tərəfindən guya operativ vergi nəzarəti əsasında müəssisədə 57247548,65 manat dəyərində satışın 1 gündə və 1 saat ərzində edilməsi və bu satışın rəsmiləşdirilməməsi əsas götürülərək həmin məbləğin 10% nisbətində olan dəyərdə 5724754,86 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin daha sonra kameral vergi yoxlaması əsasında qəbul edilmiş qərarda isə malların alış aktlarının, bank sənədlərinin olmamasını yəni ümumiyyətlə həmin malların alınmadığını əsas götürmüş, müəssisəyə 1446658.67 manat maliyyə sanksiyası hesablanmışdır. Nəzərinizə çatdırmaq istədiyimiz bir digər əsas məqam isə bundan ibarətdir ki, tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu ilə müaciət edilmişdir Sorğuya Komitə tam cavab verməsə də, məktubda 2023-cü ilin yanvar-mart ayları üzrə Qazax rayonu üzrə tərəvəz istehsalının 5.0 ton, ölkə üzrə 2022-ci il meyvə tərəvəzin pərakəndə ticarət dövrüyyəsi 9500.7 milyon manat, topdan satış ticarət dövrüyyəsi isə 2230.3 milyon manat təşkil etdiyi qeyd edilmişdir. Bu cavab əslində bütün sualları aydınlatmasa da, iddiaçı tərəfindən vergin orqanının hərəkətlərinin, əsassız akt və qərarlarının ifşa edilməsi üçün istifadə edilə bilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativvergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə– malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********0326 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərara əsasən, iddiaçıya məxsus obyektdə (fəaliyyət növü malların saxlanılması və anbara yığılması üzrə fəaliyyət) operativ vergi nəzarəti həyata keçirilmiş, «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən sözügedən akt əsasında qəbul edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsininn 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023-cü il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bundan başqa cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli qərarı ilə "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin qərarları mübahisələndirir. Məhkəmə kollegiyası iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərara münasibətdə qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan əsaslardan birinin olması mütləq şərtdir. Lakin cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Bundan əlavə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda «xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş» qeyd edilmiş olsa da, cavabdeh qeyd olunan əməliyyatların həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatları əsasında iddiaçıya maliyyə sanksiyası hesablamışdır. Belə ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyinə dair cavabdehin xx.xx.2023-cü il tarixli mülahizəsində xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda yuxarıda qeyd olunmuş ifadənin vergi ödəyicisinin 2022-2023-cü il ərzində olan dövrlər üzrə elektron qaimə faktura təqdim etmədən topdan satış etdiyinin nəzərədə tutulduğu göstərilmişdir. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2023-cü il tarixli inzibati akt qəbul olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Belə ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsini məhkəmə mümkün hesab etməməsinə dair mövqeyilə razılaşaraq, belə mövqeyi əsaslı hesab edir. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57.247.548,65 manat dəyərində satışın həyata keçirilməsini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən, müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində olan 102 kv.m. sahəsi olan anabarında 57247548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsinin mümkünlüyünə məhkəmə tərəfindən qiyməf verilməlidir. Belə ki, 57247548,65 manat dəyərində satışın (meyvə və tərəvə üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, təqdim edilmiş iş materiallarında qeyd edilənlər (kifayət qədər anbar sahəsi və işçi qüvvəsi ) müəyyən olunmur. Həmçinin qeyd edilir ki, məhkəmə mühasibat ekspertizası mühasibat sənədləri, hesabatları və s. sənədlər əsasında aparlan tədqiqatdır ki, təqdim edilmiş iş materiallarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57247548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilmir. Bununla yanaşı qeyd edilir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023- cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı Aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Həmçinin qeyd edilir ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 20 iyul 2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2023-cü il tarixdə (1 ədəd disk və xx.xx.2023-cü il tarixli məktubun əsli) əlavə sənədlər Mərkəzə təqdim edilmişdir. Həmin sənədlər və yuxarıda göstərilənlər nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə gəlir və xərcində kənarlaşmanın (alış aktlarına və s. dair) olmadığı müəyyən olunur. Beləliklə, bütün yuxarıda göstərilənlər və təqdim edilmiş iş materialları nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023cü il tarixli **********998500 saylı qərarlarla müəyyən olunan olunan halların (hesablamalar və s.) düzgün olması müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, hazırkı tədqiqatla bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: ********.65 manat məbləğdə malların, yəni meyvə tərəvəzin əskik gəlməsi müəyyən olunmadı; ********.65 manat dəyərində malların eqaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilmir. Həmçinin qeyd edilir ki, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuşdur; Təsərrüfat daxili yerdəyişmə qaimə fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilmir; 5724754.86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan ********.65 manat vergi ödəyicilərinə elektron qaiməfaktura meyvə tərəvəzin vergi ödəyicisinə və ya olmadan satışı və ümumiyyətlə ********.65 dəyərdə malların satışının olması müəyyən edilmədi; Tədqiq olunan dövr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin meyvə tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilmir; Vergi ödəyicisinin 2022-ci il üzrə hesabladığı 5206,75 manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilir. Həmçin məhkəmə kolegiyası iddiaçı tərəfindən mübahisələndirilən digər, yəni xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarın qanuniliyinə münasibətdə qeyd edir ki, sözügedən qərarla iddiaçıya 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilmişdir. Lakin cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Buradan da göründüyü kimi inzibati orqan tərəfindən qəbul edilmiş bir qərar üzrə alış aktları həmin inzibati orqan tərəfindən qəbul edilsə də, digər qərara əsasən isə qəbul edilməmişdir. Yuxarıda qeyd edilən eksper rəyinə əsasən isə vergi ödəyicisinin 2022-ci il üzrə hesabladığı 5.206,75 manat mənfəət vergisinin düzgün hesablanmışdır. Cavabdeh inzibati orqanın tərəfindən bildirilən hallar istər məhkəmə araşdırması, istərisə ekspert tədqiqatı zamanı öz təsdiqini tapmadığından məhkəmə kollegiyası iş üzrə əldə edilmiş ekspert rəyini daha mötəbər və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2445/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar