Məhkəmə qərarları › İş №2-1(104)-30/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-30/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-30/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X15 və üçüncü şəxs X2 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı xx.xx.1999-cu il tarixli 352 saylı qeydin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4553/2024 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cu il tarixli 352 nömrəli qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum əri X4 atası X13 1995-ci ildə vəfat etmişdir. Ondan ünvan 1 ünvanında yerləşən mülk miras qalmışdır. Bu günlərdə o, bilmişdir ki, həmin mülkə dair əri X4 qardaşı X3 adına cavabdeh təşkilat tərəfindən xx.xx.1999-cu il tarixli 352 invertar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas isə qeydiyyat vəsiqəsinin özündən göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Lakin verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, 1995-2009-cu illərdə X9 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdır. Bu da onu göstərir ki, cavabdeh təşkilat mübahisəli evlə bağlı qeydiyyat apararkən qanun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, qeydin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin qeydiyyat vəsiqəsinin ləğvindən əvvəl qeydiyyat vəsiqəsinin ləğvi üçün əsas olan sənədlər mübahisələndirilməlidir, lakin hazırkı iş üzrə qeyd mövcud olmayan sənəd üzrə aparıldığından onlar birbaşa qeydi mübahisələndirmişlər. Onlar cavabdeh təşkilata müraciət edərək həmin qeydin ləğv edilməsi ilə bağlı ərizə vermişlər. Cavabdeh orqan tərəfindən 29 avqust 2022-ci il tarixli **********36 saylı məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.1999-cu il tarixli 352 invertar saylı qeyd mövcud olmayan vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-215/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 1377a nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilərək X3 qeydin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh orqan və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-640/2023 nömrəli qərardadı ilə cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)- 215/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmasını, yəni iddiaçının vərəsəlik qaydasında mübahisəli əmlakla bağlı vərəsə kimi əmlak hüquqlarının olub-olmamasını, həmçinin mübahisəli əmlakla bağlı reyestrdə qeydiyyatın X5 adından X10 adına rəsmiləşdirildiyini və yaxud birbaşa qeydiyyatın sonuncunun adından aparıldığını, həmçinin həmin daşınmaz əmlakı hansı əsaslarla əldə etməsini araşdırmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(114)-4553/2023 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və işin baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 atası X13 1995-ci ildə vəfat etmişdir. Ondan ünvan 1 ünvanında yerləşən mülk miras qalmışdır. Bu günlərdə o, bilmişdir ki, həmin mülkə dair əri X4 qardaşı X3 adına cavabdeh təşkilat tərəfindən xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas isə qeydiyyat vəsiqəsinin özündən göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Lakin verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, 1995-2009-cu illərdə X9 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdır. Bu da onu göstərir ki, cavabdeh təşkilat mübahisəli evlə bağlı qeydiyyat apararkən qanun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, qeydin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin qeydiyyat vəsiqəsinin ləğvindən əvvəl qeydiyyat vəsiqəsinin ləğvi üçün əsas olan sənədlər mübahisələndirilməlidir, lakin hazırkı iş üzrə qeyd mövcud olmayan sənəd üzrə aparıldığından onlar birbaşa qeydi mübahisələndirmişlər. Onlar cavabdeh təşkilata müraciət edərək həmin qeydin ləğv edilməsi ilə bağlı ərizə vermişlər. Cavabdeh orqan tərəfindən 29 avqust 2022-ci il tarixli **********36 saylı məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.1999-cu il tarixli 352 invertar saylı qeyd mövcud olmayan vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. İddiaçı mübahisəli evə ərə gələrək, hazırkı vaxtadək orada yaşamışdır. İddiaçı mərhum əri X4 vərəsəsi kimi onun ölümündən sonra həmin evi faktiki olaraq qəbul etdiyinə görə onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. İddiaçının qaynatası olan Şəmistan1995-ci ildə, qaynı Mübariz 2007-ci ildə, əri Mehman isə 2021-ci ildə ölmüşdür. İddiaçının mərhum ərinin ölümünədək onların yaşadıqları sözügedən evə dair Mübarizin adına qeydiyyat vəsiqəsi verilməsindən məlumatları olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X21 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi (vəkil) Vəkil2 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə mübahisəli ünvandakı evə dair sənədlərin əslini cavabdeh orqandan tələb edib məhkəmə iclasında baxış keçirərək hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İddiaçının əri Mehmanın xx.xx.2021-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka dair miras açılmış ola bilərdi ki, sözügedən ev 1999-cu ildə artıq X3 adına qeyd edildiyindən, iddiaçı mərhum əri X4 ölümündən sonra həmin evi faktiki olaraq qəbul etməsi halına istinad edə bilməz. İddiaçı sözügedən fərdi yaşayış evinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. İlk növbədə qeyd edilməlidir ki, hazırda iddia tələbinin mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İşin faktiki halları ilə müəyyən edilir ki, Qazax rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli 21 nömrəli iclas protokoluna əsasən Qazax şəhər sakini X9 şəhərin Orçonokidze küçəsindəki 67 nömrəli kvartalın ikinci döngəsindəki 21 nömrəli sahədən 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onun adına 352 nömrəli torpaq qeydi verilmiş və Qazax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 01 nömrəli iclas protokoluna əsasən X5 ünvan 3 ünvandakı yaşayış köhnə və yararsız olduğu üçün ona həmin evi söküb yenidən tikdirməsinə icazə verilmişdir. Həmin evə dair X6 xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydin aparılmasına əsas kimi 3M-52 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (xx.xx.1999-cu il tarixli) göstərilmişdir. Məhkəmə araşdırması zamanı X5 ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanlarında və notariat arxivində məlumatın aşkar edilmədiyi müəyyən edilmişdir. Üçüncü şəxs və onun nümayəndəsi həmin xüsusata aydınlıq gətirə bilməmiş, cavabdeh inzibati orqanın nümayəndəsi isə vərəsəlik hüququ haqqında şəhadətnamə olmadan X9 məxsus daşınmaz əmlakın onu oğlu X3 adına hansı qaydada sənədləşdirilərək mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin verilməsini izah edə bilməmişdir. Halbuki, ataları X5 xx.xx.1995-ci ildə ölümündən sonra iddiaçının mərhum əri X14 da həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Məhkəmə iclasında həm də müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən X3 adına sənədləşdirilən həmin ev sonuncunun xx.xx.2007-ci il tarixdə ölümündən sonra xx.xx.2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri X16, X11 və X1 paylı mülkiyyətlərinə keçmiş və hər birinin 1/3 hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X16 və X7 evdən öz paylarına düşən hissələrini X8 bağışlamışlar və sonuncunun sözügedən ev üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır. Hazırda İddiaçı sözügedən ünvan 3 ünvandakı evə dair X3 adına aparılmış xx.xx.1999-cu il tarixli 352 saylı qeydin ləğv edilməsini tələb edərək, tələbinin faktiki əsası kimi o hala istinad edir ki, əri X4 qardaşı X3 adına verilmiş xx.xx.1999-cu il tarixli 352 invertar nömrəli qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas kimi vərəsəlik hüququ haqqında şəhadətnamə göstərilsə də, sorğular nəticəsində müəyyən edilmişdir ki, 1995-2009-cu illərdə X9 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdır. Bu da onu göstərir ki, cavabdeh təşkilat mübahisəli evlə bağlı qeydiyyat apararkən qanun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır. Məhkəmə sorğusu əsasında X26 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair qovluq alınmış və qovluğa baxış keçirilərkən X6 xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsi verilərkən həmin vəsiqədə qeydin aparılmasına əsas kimi 3M-52 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə göstərilsə də, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə qovluqda aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda İddiaçı X5 oğlu X4 arvadı, X12 isə X5 digər oğlu, X14 vəfat etdiyindən və X5 vərəsələrinin mübahisələndirən mirası qəbul etməsinə dair hər hansı sənəd mövcud olmadığından İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olduğundan birinci instansiya məhkəməsi iddiaçının vərəsəlik qaydasında mübahisəli əmlakla bağlı vərəsə kimi əmlak hüquqlarının olub-olmamasını araşdırmadan iddianı mümkünsüz saymaqda haqlı olmamışdır. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Qanunvericiliyin iddianın mümkünlüyünə dair şərtlərindən də görünür ki, hazırki iddianın mümkünsüz hesab edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4553/2024 saylı2024 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar