Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-301/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, “xüsusi icazənin verilməsi və qey.” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-203/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında video-konfrans vasitəsilə baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xüsusi icazə verməklə bağlı vəzifə qoyulması, cavabdehin şikayətçinin müraciətinə cavab verməməsini, əvvəllər verdiyi cavablarda xüsusi icazə verilməsindən imtina edilməsinin qanunsuz sayılmasını, bu imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntusu kimi tanınması və digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fonunda şikayətçiyə dəyən mənəvi zərərə və şikayətçinin 5 ay ərzində özünü ifadə edərək yaradılıcılıqla məşğul olaraq qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10.000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9586/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək ölkəyə DJİ MavicPro marka və modelli pilotsuz uçan aparatın gətirilməsi üçün icazə istəyib, eyni zamanda "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının 17-ci bəndində göstərilən məsafədən idarə edilən pilotsuz uçan aparatları üçün rəyləri nəzərə alınacaq digər dövlət qurumlarına da müraciət edib. Həmin dövlət qurumlarının verdiklər cavablarda qeyd olunur ki, rəylərin aidiyyəti qurumlardan toplanması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə həvalə olunmuşdur, bu rəy tələb olunarsa, Agentliyə təqdim olunacaqdır. Cavabdeh Dövlət Mülki Aviasiya Agentliyindən iddiaçı ilə telefon əlaqəsi saxlayaraq əlavə texniki məlumatlar barədə məlumat alınmış, iddiaçı müvafiq texniki məlumatlar barədə cavahdehi məlumatlandırmışdır. Lakin cavabdeh 2018-ci ildən bu günə qədər iddiaçı tərəfindən göndərilmiş müraciətlərə nə müsbət rəy verməmiş, nə də bəzi hallarda ümumiyyətlə cavab verməmişdir. Sonuncu müraciətlə bağlı digər vətəndaşlara mənfi və müsbət cavab verildiyi halda cavabdeh iddiaçının ərizəsinə ümumiyyətlə cavab verməmişdir. İddiaçı idxal etmək istədiyi DJİ-Mavic Pro markalı və modelli pilotsuz uçan aparatla Azərbaycanın müxtəlif regionlarında təbiətdə foto və videolar çəkmək, bununla yaradıcılıqla məşğul olmaq, uğurlu və keyfiyyətli kadrları internet resurslarında foto və video saytlarında satmaqla gəlir əldə etməyi planlaşdırırdı. Cavabdehin xüsusi icazə verməməsi onu həm yaradıcılıq, özünü ifadə etmək imkanlarından məhrum etmiş, həm də əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadıqda və inzibati orqan tərəfindən inzibati icraatın “X3” MMC-nin müraciətinə əsasən aparıldığını nəzərə alaraq, İddiaçı cavabdeh DMAA-ya qarşı “xüsusi icazənin verilməsi və kompensasiyanın ödənilməsi” tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. İddiaçı əsl iddiaçı ilə əvəz olunduğu halda isə iddiaçının “X3” MMC olacağını və hüquqi şəxsin qeydiyyatının Bakı şəhəri, Səbail rayonu olduğunu nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinə əsasən ərazi aidiyyətinin müəyyənləşdirilməsini və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərilməsini xahiş edilir. Həmçinin şikayət ərizəsində inzibati orqana edilən müraciətlə bağlı müsbət və ya mənfi cavabın verilmədiyi qeyd olunmuşdur. Həmin iddia ilə razılaşmayaraq bildirilir ki, “X3” MMC-nin “DJİ Mavic Air” markalı pilotsuz uçan aparatın (PUA) idxal və istifadəsinə icazə verilməsi barədə 2022-ci il 17 yanvar tarixli müraciətinə dair Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Fərman) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahı”sının 17-ci hissəsinə uyğun olaraq, 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) rəyləri nəzərə alınmaqla, müvafiq Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın (Qaydalar) 2.6-cı maddəsinə uyğun olaraq (2.6. Ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat verilir), DMAA tərəfindən 2022-ci il 5 iyul tarixli 124-1-11/2335-22 nömrəli inzibati akt qəbul edilərək poçtla ünvanına göndərilmiş və 2022-ci il 8 iyul tarixində, saat 17:10-da qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-203/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2022-ci il tarixli sərəncam göndərilərək iddiaçının əsl iddiaçı “X3” MMC ilə əvəz edilməsi ilə bağlı ərizə təqdim etmək hüququ izah olunmuş və bunun üçün ona xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək müvafiq ərizənin təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46 və 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Sərəncam iddiaçının ərizədə qeyd etdiyi “Bakı şəhəri, C.Cabbarlı 44, Caspian Plaza 1/8 HHC” ünvanına xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmasına baxmayaraq iddiaçı müvafiq ərizə təqdim etməmiş, eləcə də məhkəmə iclasına gəlməmişdir. Beləliklə, iddiaçıya məhkəmənin müvafiq sərəncam göndərilməklə yardım göstərilməsinə baxmayaraq qanununun tələblərini yerinə yetirilməməsini məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi kimi qiymətləndirir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həm fiziki şəxs kimi, həm də “X4” MMC-nin tək təsisçisi kimi RİNN və DMAA-na müvafiq PUA-lar üçün icazə verilməsi ilə bağlı müraciət etmiş, ondan tələb olunan texniki məlumatları nazirliyə təqdim etmişdir. Lakin ona müsbət, bəzən isə heç bir cavab verilməmişdir. Cavabdeh digər fiziki və hüquqi şəxslərə müsbət cavab verməsi, məhkəmə prosesini süni şəkildə uzatması ilə AİHK-nın 10 və 14cü maddələrinin tələblərini pozmuşdur. Dövlət 2005-ci ildən etibarən PUA-ların mülki məqsədlər ilə bağlı icazə mexanizmini hazırlamaqdan, qanunvericilikdə müvafiq dəyişikliklərdən imtina etməklə vətəndaşın hüququnu pozmuşdur. Apellyasiya icraatı zamanı İddiaçı ərizə təqdim edərək iddiaçının əsl iddiaçı hüquqi şəxs “X3” MMC ilə dəyişdirilməsini, inzibati işin əsl iddiaçının hüquqi ünvanı üzrə müvafiq məhkəməyə göndərilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 03 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçı “X3” MMC ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizəni və şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh orqana hüquqi şəxs “X3” MMC-nin yeganə təsisçisi olaraq müraciət etmişdir. Odur ki, hazırki tələb üzrə iddiaçı əsl iddiaçı ilə əvəz olunduğundan hüquqi şəxsin qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində inzibati işə baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi izahatında bildirmişdir ki, hazırki halda iddiaçının fiziki şəxs olaraq iddia tələbi üzrə subyektiv hüququnun olması mümkün deyildir və inzibati orqana hüquqi şəxs “X3” MMC tərəfindən müraciət edilmişdir. Belə olan halda hazırki iddia ərazi aidiyyəti üzrə hüquqi şəxsin qeydiyyatda olduğu yerin məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi hazırki tələb üzrə ilkin iddiaçı təsisçisi olduğu hüquqi şəxsin adından tələb üzrə cavabdeh inzibati orqana müraciət etdiyindən, birinci instansiya məhkəməsi İddiaçı 21 noyabr 2022-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən yardım ünvanlayaraq iddiaçının əsl iddiaçı “X3” MMC ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı tərəfindən ərizə təqdim olunmadığından iddia tələbi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bundan sonra, iddiaçı ərizə təqdim edərək azadlığı müvəqqəti məhdudlaşdırıldığından yardımla bağlı sərəncam onun iddia ərizəsində qeyd edilən ünvanına göndərilsə də, ona çatdırılmadığnı, həmçinin sərəncama uyğun olaraq ərizə təqdim etmək imkanının olmadığını bildirmiş, hazırki məhkəmə iclasında sərəncama uyğun olaraq iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını və inzibati işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 saylı qərarının 3.1-ci bəndində qeyd olunur inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndində qeyd olunur ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü maddəsinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinin tələblərinə əsasən hazırki tələb üzrə subyekt qismində yalnız fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər çıxış edə bilərlər. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi” Qaydaları: 2.1.Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir: 2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq aşağıdakılar göstərilmiş ərizə: 2.1.1.1. hüquqi şəxslər üçün-adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2. fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü: 2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.1.2.1.ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında üvafiq sənədin surəti; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” vahid məlumat bazasından görünür ki, “X3” MMC-nin qanuni təmsilçisi İddiaçı, hüquqi ünvanı ünvan 3 İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi mübahisələndirilmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırki iş üzrə inzibati orqanının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir, iddiaçı hüquqi şəxsin hüquqi ünvanı isə ünvan 4 Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı hüquqi şəxsin qeydə alındığı yer üzrə səlahiyyətli olan məhkəmə - Bakı İnzibati Məhəkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-203/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi və qey.” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-301/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-301/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver