Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-303/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1694/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə və AТ-İİİ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980- xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus AТ-İİİ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək X4 (Kраснодарский станкостроительный завод) təmir sexində, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həmin zavodun dəmiryolu sexində, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Əmək” KİC-nin Krasnodar vilayət şurasında (Краснодарский краевой совет ДСО «ТРУД»), xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Xanlar rayon futbol cəmiyyətində, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri 1 nömrəli Şərab Zavodunda (Гянджинский Винзавод №1), xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Gəncə Təcrübə-İstilik Kombinatında (Гянджинский эксперименталный тепличный комбинат), xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Yeni Ələt X1, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X10, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində müxtəlif vəzifələrdə işləmişdir. Başqa işə keçirmə haqqında xx.xx.2006-cı il tarixli 109 nömrəli əmr ilə İddiaçı X2 seksiya mexaniki vəzifəsindən refrijerator seksiya (rəhbər) mexaniki vəzifəsinə keçirilmişdir. İşə qəbul haqqında xx.xx.2018-ci il tarixli 349 nömrəli əmri ilə İddiaçı Şərq X2 seksiya rəhbər mexaniki vəzifəsinə qəbul olunmuşdur. İşə qəbul haqqında xx.xx.2018-ci il tarixli 18-AEXP-519 nömrəli əmri ilə İddiaçı "xxxx" MMC-də X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinə qəbul olunmuşdur. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-M-14013/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 4 gün (xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023cü il tarixli 3-17-M-2528/2023 nömrəli məktubunda bildirilmişdir ki, son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6%, 11,4%, 10% və 14,7% artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 423 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 456 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış və təqribən 71 min nəfərə e-pensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya mebləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti https: //esosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) 21.4-cü (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) bəndində "refrijerator qatarlarının (seksiyaların) mexanikləri" vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. Bu baxımdan "refrijerator qatarlarının (seksiyaların) böyük mexaniki" vəzifəsi Siyahıda nəzərdə tutulan "refrijerator qatarlarının (seksiyaların) mexanikləri" peşesinə uyğun götürülərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərə alına bilər. Eyni zamanda bildirilir ki, yuxarıda adıçəkilən Qərarla təsdiq olunmuş Siyahıda müraciətdə qeyd edilən "rəhbər mexanik" vəzifəsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının əsli, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd (olduğu halda), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı və pensiya təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etməyi tövsiyə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 03 fevral 2022-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna təqdim etməklə ona pensiya hesablanmasını xahiş etmişdir. Onun ərizəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda baxılmışdır. Cavabdehin 25 yanvar 2023-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubundan görünür ki, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü onun əmək kitabçasında iş stajının yalnız 3 il 7 ay 4 gün olmaqla 12 il 6 ay iş stajı normasından az olması səbəbindən mümkün hesab edilməmişdir. Hesab edir ki, imtina əsassız və məntəqsiz olmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu pozur. Belə ki, o, xx.xx.2004-cü ildən o zaman “X8 Vaqon Deposu” (VÇD 4 kod altında) mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2006-cı ildən isə rəhbər mexanik, xx.xx.2019-cu ildən isə böyük mexanik vəzifəsinə təyin edilmişdir. Məlumat üçün bildirir ki, X1 mexanik vəzifəsini icra edən şəxs soyuducu vaqonların işləməsinə nəzarət edir, lazımı servis-təmir xidmətləri yerinə yetirməklə yüklərin daşınma zamanı təyinat məntəqəsinə çatanadək müşaiyət etməklə məhsulun lazımı keyfiyyətdə çatdırılmasını təmin edir. Yükün soyuducu vaqonlara yükləndiyi gündən boşaldılana qədər olan müddətdə mexanik, böyük mexanik və ya rəhbər mexanik yükü müşaiyət edir, eyni işləri icra edir və sutkanı növbəlilik prinsipi ilə, yən 24 saatın 12 saatını bir növbə olmaqla icra edir. Böyük və ya rəhbər mexanik işçi heyətini idarə edən, rəhbər şəxs anlamında deyil. O da sadə mexanikdir və sadəcə inventarlara görə, işin təşkilinə görə əlavə cavabdehlik daşıyır. Yəni yükün daşınması zamanı müşaiyəti 2 nəfər həyata keçirir və hər ikisi növbəlilik əsasında mexanik olaraq xidmət aparır. Yükləri müşaiyət edərkən həm mexanik, həm də böyük və ya rəhbər mexanik eyni xidməti vaqon otağında, eyni gərginlikli cərəyan, zəhərli qazlar altında, xidmət aparır. Bu işçilərdən biri isə (böyük və ya rəhbər mexanik) həm də inventarların qorunması və s. cavabdehlik daşıyır ki, onu da ya rəhbər mexanik, ya da böyük mexanik kimi rəsmiləşdirirlər. İddia ərizəsinə əlavə edilmiş növbətçilik qrafikindən də yuxarıda göstərilənlər öz təsdiqini tapır. Bundan başqa işlədiyi Depo tərəfindən verilmiş arayışla da onun güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququnun olması təsdiqlənir. Onu da qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2022-ci ilin 03 fevral tarixdən yaranmışdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz edərək bildirmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının güzəştli iş stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Belə ki, iddiaçının güzəştli iş stajı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olmaqla ümumilikdə 03 il 07 ay 04 gün təşkil edir və həmin müddət tələb olunan 12 il 6 aydan azdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1694/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni Ələt X1 Refrijerator seksiyasının dublyor mexaniki vəzifəsində, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X2 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000— 23598)” peşəsinə uyğundur. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından həmin dövrdə pensiya təyinatı üçün digər şərtlərlə yanaşı minimum pensiya kapitalının toplanması ilə bağlı tələb olsa da, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etdiyindən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan da bu xüsusatı mübahisələndirməmiş, bu barədə mübahisə açmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. Həmçinin iddiaçı iddia tələbində də ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması. Lakin iddiaçının güzəştli iş stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Belə ki, iddiaçının güzəştli iş stajı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olmaqla ümumilikdə 03 il 07 ay 04 gün təşkil edir və həmin müddət tələb olunan 12 il 6 aydan azdır. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni Ələt X1 Refrijerator seksiyasının dublyor mexaniki vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X2 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi dövrlərin onun güzəştli iş stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, inzibati icraat və məhkəmə icraatı zamanı sözügedən dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün aidiyyəti üzrə göndərilsə də müsbət həllinin mümkün olmadığını və şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” XXVİİİ. Nəqliyyat 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri nəzərə almaqla 12 il 6 aydan az olmaqla 3 il 7 ay 4 gün olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X2 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi dövrlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2024-cü il tarixli, 13-1/2-M-887/1-42/2024 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair “ arayışında qeyd edilir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni-Ələt refrijerator vaqon deposunun refrijerator seksiyalarının mexaniki vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X2 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək X11 Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X11 refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndin 27-ci abzasında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” peşəsi təsbit olunmuş və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİİ bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Bununla yanaşı birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-5976/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-1/2- 6601/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. Sözügedən iş yerində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq iş şəraitinin zərərli amillərinin göstəriciləri həmin sahədə müəyyən edilmiş normativ tələbləri üstələmədiyindən böyük və rəhbər mexanik vəzifələrində çalışan işçilərin əməkhaqlarına zərərli və təhlükəli amillərə görə əlavə faiz dərəcələri təyin edilməmişdir. Bundan başqa "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AÜXP1648-23 nömrəli cavab məktubunda bildirilmişdir ki, “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X11 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X11 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni Ələt X1 Refrijerator seksiyasının dublyor mexaniki vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq X2 seksiyasının rəhbər mexaniki vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək "xxxx" MMC-nin X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının böyük mexaniki vəzifəsində işlədiyi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1694/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.