Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-306/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi İİ mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli...” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikinə əsasən: Əsas diaqnoz - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, teztez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı). Yanaşı xəstəliklər – F45.2 - İpoxondrix pozğunluq, İpoxondrix pozğunluq. Yanaşı xəstəliklər – F48.0 - Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunsun) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet ağır forma İİ tip. İnsulinə tələbi olan. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU Proliferativ diabetik retinnopatiya. VİSOU-0.3k/etmir.” Diaqnozu ilə Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftamologiya reyestrində heç bir məlumat yoxdur) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə qərarlardan verilmiş şikayətlərə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində xx.xx.2021-ci il tarixli Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” Diaqnozu ilə Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının 4399003AAAS0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinədə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə (xx.xx.2026-cı ilədək) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Müraciət əsasında o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsinə əsasən xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır. Əlillik vəziyyətini yenidən qiymətləndirmək üçün İddiaçı dair tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (Forma-88) rəsmiləşdirilməsi məqsədi ilə tibb müəssisəsi tərəfindən ətraflı müayinə edilməsi və qanunamüvafiq qərar verilməsi barədə xx.xx.2023-cü il tarixində Nazirlik tərəfindən Daxili İşlər Nazirliyininə rəsmi müraciət edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarının dəyişdirilərək, xx.xx.2021-ci il tarixdən İİ qrup əlilliyinin bərpa edilməsi və həmin tarixdən almadığı illərin və ayların pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü il tarixdən 1997-ci il tarixə kimi Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Mühafizə şöbəsinə polis nəfəri vəzifəsinə təyin edilib, xəstəliyi ilə əlaqədar xidməti işini yerinə yetirə bilmədiyindən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalında 6 ay stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin 27 avqust 2013-cü il tarixli 1707/h saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmağının səbəbi ağır xəstəliklərinin olması olmuşdur. Bu tibbi sənədlərdən də tam təsdiq olunur. O, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon Mühafizə Şöbəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DİN-nin Tibb Xüsusi həkim komissiyasından keçirilmişdir. Həkim komissiyasının onun barəsində verdiyi N-324 saylı xəstəlik haqqında şəhadətnamədə onun xəstəlikləri ilə bağlı diaqnoz "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertaniya xəstəliyi İl mərhələ, tez-tez təkrar olunan krizislərlə. Diabetok-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xronik hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit "B" (daşıyıcısı)" qoymuşdur. Bu qeyd olunan xəstəliklərlə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü ilin sentyabr ayından ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun xəstəlikləri ilə bağlı İİ qrup əlillik təyin olunduqdan sonra hər il stasionar müalicələr götürməklə TSEK-in komissiyasından keçmişdir. Ona İİ qrup əllilik təyin olunmamışdan əvvəl xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Endokrinoloji xəstəxanada, xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə və xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə kimi Şəmkir rayon xəstəxanasında, xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasında, xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. 2016-cı ilin sentyabr ayının 29-da TSEK növbəti müayinə vaxtı ona 5 il müddətinə İl qrup əlillik dərəcəyi təyin etmiş və həmin müddət xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Bu müddət ərzində o, xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixə kimi Respublika Əlillərin Bərpa mərkəzində reablitasiya kursu keçmiş, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi "Şagan" əlillər üçün pansionat müəssisəsində, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2019cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən 5 illik əlillik müddəti tamam olduğundan yenidən sistemə forma-88 göndərilmişdir. Həmin sənəddə onun bu müddət ərzində hansı tibb müəssisələrində stasionar müalicədə olmağı ətraflı qeyd edilmişdir. Nəticə olaraq diaqnoz: "İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, teztez təkrarlanan krizislərlə. Diabetik-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepetoxolesistid. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Hepatit B" AR DİN-nin XHK-nin xx.xx.2013-cü il tarixli 324 nömrəli XHŞ-yə əsasən qoyulmuşdur. Yanakı xəstəlikləri isə Ekhinococcus granulosus tərəfindən törədilən qaraciyər invaziyası, digər dəqiqləşdirilmiş hipotireozlar Tiroid vəzin subtotal rezeksiyası, xroniki səthi qastrit qastropatiya. Hiatal herniya. Qida borusunun mikozu, İpoxondriz pozğunluq. İpoxondrix pozğunluq, Delta amilsiz virus mənşəli xroniki B hepatiti, Bazu sümüyünün aşağı ucunun sınığı Sağ bazu sümüyünün yerdəyişməyən sınığı, Nevrasteniya kəskin gedişli, ipoxondrix və vegetativ əlamətlər, yüngül kəllə hipentenziyası əlamətləri ilə, Kəkələmə (hıqqana-hıqqana danışma), Miopiya, Essensial (birincili) hipentenziyadan ibarətdir. Bundan başqa gözləri 30 faiz görür. Akademik Z.Əliyeva adına Milli Ovtomologiya Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 6244 saylı tibbi rəyi ilə də tam təsdiq olunur. DİN-də KT nasaz olduğundan İstanbul Klinikasında xx.xx.2021-ci il tarixdə KT müayinəsində olmuşdur. Qaraciyərdə İVa və İV senqmentlərdə 9X11 sm ölçüdə exinokox kistası müəyyən edilmişdir. İİ və İİİ senqmentlərdə 12X10 sm exinokok kistası aşkar olunmuşdur. xx.xx.2002-ci ildə DİN Hospitalında cərrahiyyə şöbəsində qara ciyərin qiqant ölçülü exnokok kistasından əməliyyat olunmuşdur. DİN-nin Tibb İdarəsinin 25 may 2022-ci il tarixli göndərişinə əsasən 26 may 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi- Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Baş psixatrı, professor Fuad İsmayılovun müayinəsində olmuş və ona "uzunmüddətli somatikləşmiş pozuntu F-45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F- 62.1 diaqnozu qoyulmuşdur. F.İsmayılovun tibbi rəyi əsasında DİN-in xx.xx.2022-ci il tarixdə 2 nömrəli kliniki psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə almışdır. ElmiTədqiqat X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müalicə almış və onun ayaqlarının keyləşməsinin EMQ müayinəsi aparılmışdır və ona G-632 dibetik polinevropatiya distal parez diaqnozu qoyulmuşdur. Bundan əlavə DİN-nin göndərişi əsasında Topçubaşov adına Xüsusi Elmi Cərrahiyyə mərkəzində Dopler və endrikonoloqun və cərrahın müayinəsindən keçmişdir. Cərrahın rəyinə görə 179.2 Aterosvlerdə hər iki tərəflərin peroferin agepoteyası İİİ dərəcə xroniki işemiyadır. DİN-nin A.Heydərov adına Hospitalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Hospitalda kardiolioq tərəfindən ona koronor angioqrafiya məsləhət görülmüşdür. Bunun əsasında o, xx.xx.2022-ci il tarixdə sığortanın göndərişi əsasında X7 xəstəxanasında koronar angioqrafiya olunmuşdur. Orada ona bildirmişlər ki, konservativ daimi müalicə, lazım gələrsə cərrahi müalicə olunmalıdır. Onun son vaxtlar hər iki dizində və belində ağrılar əmələ gəldiyindən yeriyə bilmədiyindən X4 tam müayinə olunub, həkimlərin göndərişi əsasında hər iki dizdən və bel omadan MRT olunmuşdur. Onun sağ və sol dizlərində aşkarlanan bayır yan bağın (LCL) femura birləşmə yerində yırtıq, lojasında ödem suprapetellər bursada (ACL) biffiz mikoid degenariyası, Medial meniskasun arxa buynuzunda İİ dərəcəli degenerasiya, leteral meniskusun arxa buynizinda İİ dərəcəli degenerasiya aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə isə müayinə zamanı bel nahiyyəsində L4-L5 səviyyəsində vertebral kanalın stenozu, L5-S1 interventebral diskin arxa, mərkəzi protuziyası aşkarlanmışdır. Sığortanın göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsindən keçmişdir. Onda aşkarlanan qara ciyərində sol pay seqment İİİ-də ən geniş yerində 62X33 mm ölçülərdə bir-birinə birləşərək əmələ gələn 3 enokok kistası aşkar edilmişdir. O, bununla bağlı məcbur əməliyyat olunmalıdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Elmi Tədqiqat X8 ayaq və bel nahiyyəsinə görə stasionar müalicə olunmuş və ona M170 birincili iki tərəfli qonortoz İ dərəcə, fəallıq İİ mərhələ, fC İİ dərəcə diaqnozu qoyulmuşdur. Yanaşı xəstəliyinin ağırlaşması C632, diabetik polinevropatiya M545 luşobboligiya iki tərəfli K76.1. E.11E.13. F.45.0 və F62.1. Ona bu qədər sağalmaz xəstəliklərin olmasına baxmayaraq Reablitasiya Agentliyinin qərarı başa düşülən deyil. Cavabdeh orqanın onun 2-ci qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin etməsini iddiaçı qanunsuz və əsassız hesab edir. Ona görə ki, polis orqanlarından ağır xəstəliyi ilə bağlı DİN-nin tibb müəssisəsinin müvafiq rəyi əsasında işdən azad olunmuşdur. 10 ildən artıqdır ki, o, Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına hospitalında hər il müayinə və müalicə olunduğunu, hazırda vizual görünüşdə də onun həqiqətən də 2-ci qrup xəstə olduğunu nəzərə almamış, tam qanunsuz və əsasız olaraq onun İİ qrup əlilliyini dəyişdirib, İİİ qrup əlillik təyin edilməsi yolverilməz olmaqla, onun Konstitusiyada nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyilə bağlı İİ qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin edilməsini əsassız və qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2957/2023 nömrəli qərarı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilərək, həmin tarixdən ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyi xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, Göndərişin natamam doldurulması - Səbəb: Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur - Səbəb: xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır. İnzibati orqan tərəfindən iddiaçının əlillik vəziyətinin obyektiv müayinəsi əsasında əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnoza əsasən xəstənin son beş (5) ildə müayinə və müalicə müddəti yoxdur. Respublika Psixatriya Mərkəzində müayinə və müalicə məsləhət görülür barədə qərar verilmişdir. Eyni zamanda xəstəliyinin diaqnozu psixatriya xəstəliyi olduğunu nəzərə alaraq dövlət tərəfindən təmin edilən dərmanların alınmadığı sistem üzərindən görülür. Bu səbəbdən stasionar yatışın olması zərurəti vardır. Lakin bu tibb alt sənədlərində də öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Fəxrəddin Sabir oğluna əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının İİİ dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2021-ci il tarixdən İddiaçı İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixdə iddiaçıya əlillik təyin edilərkən əlilliyin dərəcəsi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçının 2013-cü ildən 2021-ci ilə qədər müxtəlif xəstəlikləri ilə əlaqədar İİ dərəcə əlilliyi olmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçının əsas diaqnozu - E11.7- “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrarlanan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İponevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B”(daşıyıcı) müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yanaşı xəstəliklər– “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” diaqnozu əsasında İİİ dərəcəli əlillik təyin edilmişdir. Halbuki iddiaçıda cavabdehin xx.xx.2021-ci il tarixli qərarında qeyd etdiyi yanaşı xəstəliklərdən başqa əsas diaqnoz üzrə xəstəlikləri də mövcud olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının yalnız yanaşı xəstəliklərini nəzərə almaqla ona İİİ dərəcəli əlillik təyin etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçının əsas diaqnoz üzrə xəstəlikləri də nəzərə alınmaqla əlilliyi İİ dərəcə müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 saylı qərarını ləğv edərək və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu baş vermişdir. Məhkəmə sırf şəxsdə xəstəliyin olması səbəbindən ona əlillik təyin edilməsi kimi yanlış nəticəyə gəlmişdir. Bildirir ki, əlilliklə əlaqədar vətəndaşın sağlamlıq durumunun qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “onun barəsində olan cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və cavabdehin onun barəsində əlilliyin təyin edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarının 3-cü dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilərək xx.xx.2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilməsini xahiş etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(104)-306/2025 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, iddia tələbinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları 11.2. Şəkərli diabet - E10-E14 11.2.7. şəkərli diabet çoxsaylı fəsadlarla - E10-E14 Qiymətləndirmə: 11.2.7.2. orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək yeni qərar çıxarılmalı, ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. İşin hallarını ətraflı nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı və məqsədi ona ikinci dərəcəli əlilliyin təyin olunmasına nail olmaqdan ibarətdir. Belə ki, birinci instansiya məhkəməsindəki birinci icraat zamanı da Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-239/2024 saylı qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış və iddiaçı həmin qərarla razılaşmış və qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Odur ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini iddiaçının sonuncu dəfə əlilliyinin qiymətləndirilməsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarı təşkil edəcəkdir. Beləliklə işin hallarından görünür ki, İddiaçı xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixlərdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal hipertoniya xəstəliyi İİ mər tez-tez təkrarlanan krizlərlə diabetik angiopatiya haliyeyopatiya xr xripoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə hepatit B” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbi. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OU diabetik angiopatiya. Diabetik polinevropatiya” diaqnozu ilə, hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə, Hərbi xidmət dövrü ilə əlaqədar, “İpoxondrix pozğunluq, Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə” Diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetikretinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə geri qaytarılmış, əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu, “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Göründüyü kimi iddiaçının sonuncu dəfə, xx.xx.2023-cü il tarixli qiymətləndirilməsi nəticəsində ona “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Göndərişə əsasən iddiaçıya qoyulan əsas diaqnoz – “E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip, İnsulinə tələbi olan” kimi müəyyən edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli forma 88 haqqında məlumat qrafikində xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsində də iddiaçıya “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirildiyi zaman xx.xx.2023-cü il tarixə düşdüyündən iddiaçıya əlillik “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları” əsasında təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 11.2.7. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “şəkərli diabet çoxsaylı fəsadlarla” XBT-10 kodu “E10- E14” kimi təsbit olunmuş və həmin Əlavənin 11.2.7. bəndin 11.2.7.2. yarımbəndinə əsasən “orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə” orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, həkim müayinəsinin nəticəsi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 324 nömrəli qərarı (şəhadətnaməsi) ilə İddiaçı "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, veqetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B” (daşıyıcı)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin iddiaçıya əvvəllər də, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2021-ci il tarixlərdə əlillik təyin edilən zaman onun əlilliyinin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar” olması müəyyən edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əlilliyi göndəriş əsasında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 saylı qərarı qismən ləğv edilərək yeni qərar çıxarılmalı və iddia tələbi qismən təmin edilərək İddiaçı barəsində cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1235/2025 saylı qərarı qismən ləğv edilsin. Yeni qərar çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, hərbi xidmət dövrü ilə əlaqədar, 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.