Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-307/2023 17.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və onun vəkili X1, üçüncü şəxs X3 iştirakları ilə, “order və sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-697/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Gədəbəy rayon XDS İK-nin 248 nömrəli, 01 noyabr 1990-cı il tarixli qərarı ilə şəhər sakini, Lenin küçəsində 10 nömrəli kommunal mənzildə yaşayan X4 adına qeyd edilmiş 1 otaqlı, sahəsi 20 kv.m olan kommunal mənzil bütün ailə üzvlərinin razılığı ilə İddiaçı adına yazılması qərara alınmışdır. Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli, 32 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yaşayan Təranə Sadıqovanın mərhum atası X4 adına verilmiş mənzilə dair orderin itdiyi və onun atasının öldüyü nəzərə alınaraq X3 adına yeni order verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, **********15 nömrəli bildirişi ilə qeyd olunur ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsində yerləşən mübahisə predmeti olan mənzil üzərində X3 adına 17 aprel 2012-ci il tarixli, **********85-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderin və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiadan “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 3-cü şəxsin adına Gədəbəy rayonu, M.Quliyev küçəsi ev 13, mənzil 3-ə dair verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi” hissəsinin xaric edilməsi və Cavabdeh 07 mart 2012-ci il tarixli 31 nömrəli orderi və Cavabdeh başçısının 12 mart 2012-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə xx.xx.2023-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X4 adına olmuş keçmiş ünvan 2 ünvandakı kommunal mənzil rayon XDS icrayyə komitəsinin 248 saylı 01 noyabr 1990-cı il tarixli qərarı ilə kommunal mənzilinin bütün üzvülərinin razılığı ilə onun adına yazılmış, kommunal müəssisəsinin müdirinə tapşırılmışdır ki, mənzilin adına sənədləşdirilməsi təmin edilsin. O tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib gəlmiş, ailə üzvüləri və o mübahisəli mənzildə qeydiyyatda durub bu gün də qeydiyyatdadır. O, bu yaxınlarda mənzili adına rəsmiləşdirmək istəmiş, ancaq ona bildirmişlər ki, mənzilə dair xx.xx.2012-ci il tarixdə iş üzrə üçüncü şəxsin adına çıxarış verilmişdir. Mənzil 3-cü şəxsin adına özəlləşdirilərkən İcra hakimiyyətinin başçısının sərəncamı ilə mənzil özəlləşdirilərkən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alınmamış, həm də Gədəbəy rayon XDS-nin icraiyyə komitəsinin 01 noyabr 1990-cı il tarixli, 248 saylı qərarı qüvvədə olmuşdur. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mənzilin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair sərncamın mövcudluğundan 06 sentyabr 2022-ci ildə Cavabdeh hüquqşünası araşdırma aparan zaman onlara bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, Gədəbəy şəhəri, M.Quliyev küçəsində yerləşən mübahisə predmeti olan mənzil üzərində X3 adına 17 aprel 2012-ci il tarixli, **********85-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Ona görə də eyni ünvana dair təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-697/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən sərəncamdan xx.xx.2022-ci ildə xəbərdar olmuş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçın özü də sözügedən sərəncamdan xx.xx.2022-ci il tarixdə xəbərdar olduğunu xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi və iddianın mümkün hesab edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməməsi barədə nəticəsi əsassızdır. Belə ki, müvafiq sərəncamın mövcudluğunu sonradan məhkəməyə sənədləri toplayarkən bilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, həmin mənzil ata evi olsa da sonradan iddiaçının adına verilmişdir, 2002-ci ildən uşağının müalicəsi üçün həmin evdən çıxmış, mübahisələndirilən sərəncam və orderdən məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırda mübahisələndərilən inzibati akt- sərəncam iddiaçıya təqdim olunmamış, müvafiq sərəncamın mövcudluğunu sonradan məhkəməyə sənədləri toplayarkən bilmişdir. Üçüncü şəxs izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi hесаb etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli sərəncamın ləğvinə dair məhkəməyə müraciət üzrə prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı prosessual müddətin bərpasına dair ərizəsində sərəncamdan 06 sentyabr 2022-ci il tarixdə Cavabdeh hüquqşünası vasitəsi ilə məlumatlı olmuş, ancaq məhkəməyə 02 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, qeyd olunan olunan normanın tələbinə əsasən, müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. Belə olan halda isə, iddiaçının mübahisələndirilən inzibati aktdan nə vaxt məlumatlı olması (ona bu aktın nə vaxt təqdim olunması) anını dəqiq müəyyən etmək lazımdır ki, 30 günlük müddətin ötürülübötürülmədiyinə qiymət vermək mümkün olsun. İşdə olan sübutlardan və tərəfin izahatından məlum olur ki, iddiaçıya mübahisələndirilən inzibati aktın- sərəncamın rəsmi qaydada təqdim (elan) edilməsinə dair hər hansı sübut yoxdur. İddiaçının nümayəndəsi də verdiyi izahatda sərəncamın ona təqdim (elan) olunmadığını bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsində müddətin axımının başlanma anı imperativ qaydada inzibati aktın təqdim (elan) olunduğu vaxtdan müəyyən edilmiş, şəxsin əlverişsiz inzibati aktı mübahisələndirməsi imkanı onun məlumatlı olması ilə şərtləndirilməmişdir. Belə olan halda idiaçının mübahisələndirilən sərəncam barədə Cavabdeh hüquqşünası tərəfindən şifahi qaydada məlumatlandırılması onun mübahisələndirilən aktdan məlumatlı olması hesab edilmir. Digər tərəfdən mübahisələndirilən inzibati aktdan məlum olur ki, həmin aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamış, inzibati aktın iddiaçıya rəsmi qaydada verilməsini və ya elan edilməsini təsdiq edən hər hansı sübut nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-697/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-307/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-307/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver