Məhkəmə qərarları › İş №2-1(104)-307/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-307/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-307/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-25/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 50/**********8 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, ona 09 oktyabr 2006-cı il tarixdən əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmuş, pensiyasının məbləği dövlət qulluqçusu kimi hesablanaraq 17 il 03 ay dövlət qulluğu sayılan vəzifələrdə işlədiyi illərə əsasən xx.xx.2006-cı il tarixdən 232,55 manat, xx.xx.2010-cu il tarixdən 304,31 manat, xx.xx.2014-cü il tarixdən 469,26 manat, xx.xx.2018-ci il tarixdən 501,29 manat, xx.xx.2019-cu il tarixdən 675,39 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiqlənmiş 2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stalına görə əlavələrin yenidən hesablanması Qaydalarının 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının artımı məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq staijının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Onun dövlət qulluğu sayılan vəzifələrdə iş stajı 17 il 03 ay təşkil etdiyi üçün artım əmsalı 56,75% təşkil edir, pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən bütün əlavələrlə birlikdə 949,81 manat, xx.xx.2018-ci il tarixə isə 643,01 manat təşkil etmişdir. Qaydalara əsasən 949,81-643,01=306,80 x 56,75%=174,10- pensiyasının artım fərqidir. xx.xx.2018-ci il tarixdə pensiya məbləği 501,29+174,10 (artım fərqi)=675,39 manat- xx.xx.2019-cu il tarixdən pensiyanın yeni məbləğidir. Pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün hesablanıb və ödənilir.

2. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli sorğuya Baş İdarə tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, **********987600 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 fevral 2014-cü il tarixli 32 nömrəli Qərarına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin işçilərinin aylıq vəzifə maaşları 2014-cü ilin 1 yanvar tarixindən artırılaraq:- şöbə rəisinin əmək haqqı-340 manat, Baş dövlət vergi müfəttişinin əmək haqqı-310 manat, Böyük dövlət vergi müfəttişinin əmək haqqı-305 manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2018-ci il tarixli 124 nömrəli Qərarına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin işçilərinin aylıq vəzifə maaşları 2018-ci ilin 1 mart tarixindən artırılaraq:- şöbə rəisinin əmək haqqı-347 manat, Baş dövlət vergi müfəttişinin əmək haqqı-341 manat, Böyük dövlət vergi müfəttişinin əmək haqqı-336 manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2019-cu il tarixli 421 nömrəli Qərarına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin işçilərinin aylıq vəzifə maaşları 2019-cu ilin 1 sentyabr tarixindən artırılaraq:- şöbə rəisinin əmək haqqı- 565 manat, Baş dövlət vergi müfəttişinin əmək haqqı-520 manat, Böyük dövlət vergi müfəttişinin əmək haqqı-510 manat olmuşdur.

3. Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun dövlət qulluğu stajının 17 il 5 ay 10 gün (xx.xx.1985-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir.

4. Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı müraciətinə əsasən pensiyası 724 manat 35 qəpik məbləğindən 661 manat 67 qəpik məbləğinə hesablanmışdır.

5. Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin 99/xx/xx-15290 nömrəli “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” Arayışında qeyd olunmuşdur ki, İddiaçı (SSN: **********439) xx.xx.2006-cı ildən xx.xx.2009-cu il tarixədək 2 il 10 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 4709,35 manat manat pensiya kapitalı vardır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 fevral 2023-cü il 3-17-1/29326/2023 nömrəli məktubuna əlavə edilmiş “İddiaçı pensiyasının hesablanmasına dair” mütəxəssis tərərfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial X10 şəhəri Nizami rayon şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırda Vergilər Xidməti) sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 294,83 manat, rütbə maaşı 33,00 manat, qulluq staijına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,88 manat olmaqla orta aylıq əmək haqqısı 539,01 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (539,04 manat) 80 faizi-431,21 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stalına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq staijı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq staijının hər ili (il tam olmadıqda isə natamam “ildəki iş staijı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 5 ay 10 gün qulluq stajına görə İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 324,63 manat, rütbə maaşı 33,00 manat, qulluq staiına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 202,53 manat olmaqla orta aylıq əmək haqqısı 587,46 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (539,01 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (587,46 manat) arasındakı fərq həbləğinin (48,45 manat) 57,25 faizi-27,74 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (431,21 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 458,95 manat müəyyən edilmişdir. Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən adıçəkilər şəxsin 1 sentyabr 2018-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 40567 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatları müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 864,77 mana taşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəl Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (587,46 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (864,77 manat) arasındakı fərq məbləğinin (277,31 manat) 57,25 faizi-158,76 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (458,95 manat üzərinə əlavə olunmaqla onun əmək pensiyasının məbləği 617,71 manat müəyyən edilmişdir. “X8 xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manal, rütbə maaşı 33,00 manal, qulluq stalina görə əlavəsi 104,09 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 941,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsli vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (864,77 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (941,56 manal) arasındakı fərq məbləğinin (76,79 manat) 57,25 faizi-43,96 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (617,71 manal) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 661,67 manat müəyyət edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Zabi Ələsgərova 564,12 manat artıq pul vəsaiti ödənilib.

7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 9/1544 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan suallara cavab olaraq iş materiallarında olan sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 317-1/2-29326/23 saylı məktubu ilə təqdim olunan İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyi nəzərə alınmaqla, X8 xidmət haqqında Əsasnamə"nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq stalına görə əlavəsi 104,09 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 941,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (864,77 manat) ilə 1 yanvar 2020 ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (941,56 manat) arasındakı fərq məbləğinin (76,79 manat) 57,25 faizi-43,96 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (617,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 661,67 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 564,12 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 26.4 maddəsinə əsasən İddiaçı əmək pensiyası xx.xx.2023-cü il tarixdən ümumilikdə 768.13 manat məbləğdə olduğu və indeksləşdirilərək 881.05 manat təşkil edildiyi müəyyən olunur.

8. 21 sentyabr 2023-cü il tarixli, 9/5436 nömrəli ekspert rəydə qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində qeyd edilənləri nəzərə alaraq, iş materiallarında olan sənədlərə və 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunla təsdiq edilmiş X8 xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla İddiaçı hesablanmalı olan əmək pensiyasının məbləği 17007,66 manat məbləğində müəyyən edildi. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində, 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində, 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində, 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində. Bundan başqa qeyd edilir ki, İddiaçı pensiya məbləği xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş qanunvericiliyinə əsasən xidmət illərinə görə əlavə hesablanmaqla yaranmış fərq məbləği aşağıdakı kimi müəyyən edilir: Ödənilməlidir: Ödənilmişdir: Fərq: xx.xx.2020-ci il tarixdən: 798,63 manat 661,67 manat; 136,96x24ay=3287,04

xx.xx.2022-ci il tarixdən: 798,63+79,89=878,52 manat 661,67+66,16=727,83 manat 150,69x12ay=1808,28

xx.xx.2023-cü il tarixdən: 878,52+14,7%=1007,66 manat 727,83+14,7%=834,82 manat 172,84x8ay=1382,72 Yəni, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməli olan əmək pensiyası məbləği ilə ödənilmiş pensiya məbləğləri arasında yaranmış fərq məbləği 6478,04 manat məbləğində müəyyən edilir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli, 9/4119 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1) İddiaçı ödənilən pensiya məbləği hesablanarkən onun əmək haqqısı rayon şöbəsi üzrə təsnifatla 4-cü qrafadakı (cild 2 səh. 15) əmək haqqı əsas götürülərək hesablanması müəyyən edilir. 2)İddiaçıya ödənilən pensiya məbləği Nazirlər Kabinetinin təsdiq etdiyi vergi orqanlarında işləyən işçilərin maaş cədvəlinə vergi orqanının fəaliyyət göstərdiyi ünvana əsasən təsnifata bölünərək həmin təsnifata uyğun olaraq hesablanması müəyyən edilir. İddiaçının pensiyası Gəncə-Sumqayıt təsnifatına uyğun olaraq 2-ci qrafada göstərilən vəzifə maaşına uyğun hesablanmalı olduğu halda cavabdeh orqan rayon vergilər şöbələri üzrə təsnifata uyğun olaraq 4-cü qrafadakı vəzifə maaşını əsas götürərək hesablaması müəyyən edilir. 3) İddiaçıya pensiya işi üzrə ödənilən məbləğ xx.xx.2020-ci il tarixdən xidmət illərinə görə əlavə 7,5%-lə 38,23 manat hesablanması müəyyən edilir. 4) İddiaçıya xx.xx.2020-ci il tarixdən xidmət illərinə əlavə 30%-lə hesablanarsa pensiyanın məbləği 160,07 manat təşkil etməklə, 121,84 manat əksik hesablanma müəyyən edilir. 5) İddiaçıya pensiya təyin edilən zaman əmək haqqının 80%-i həcmində pensiya hesablanması müəyyən edilir.

10. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-18/2- 49570/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-1997-ci illər aralığında Baş X4 Gəncə şəhəri üzrə vergi orqanının strukturu Gəncə şəhəri Kəpəz rayonu X7, Gəncə şəhəri Nizami rayonu X7 və Gəncə şəhəri üzrə X2b. Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayonu X7 Gəncə şəhəri üzrə X6 tabe olub.xx.xx.2000-ci il tarixindən Kəpəz rayonu, Nizami rayonu və Gəncə şəhəri üzrə X3 ləğv olunaraq Gəncə şəhəri üzrə Vergilər İdarəsi adı altında birləşib.

11. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********196600 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-1997-ci illər aralığında Baş X4 Gəncə şəhəri üzrə vergi orqanının strukturu Gəncə şəhəri Kəpəz rayonu X7 1990-cı il tarixindən 2000-ci ilin mart ayının 3-dək fəaliyyət göstərib. xx.xx.2000-ci il tarixindən Gəncə şəhəri üzrə Vergilər İdarəsi adı altında birləşib. Fəaliyyət göstərdiyi dövrdə Gəncə şəhəri Kəpəz rayonu X7 Gəncə şəhəri üzrə X4 şöbə rəisi vəzifəsinin əmək haqqları eynilik təşkil etməmişdir. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 32 nömrəli qərarına əsasən vergi işçilərinin aylıq vəzifə maaşı xx.xx.2014-cü il tarixdən 2 nömrəli əlavəyə uyğun olaraq təyin olunmuşdur ( 2 nömrəli əlavə iş materiallarına əlavə edilir). İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Kəpəz rayonu üzrə X5 Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsinin rəisi vəzifəsində işləmiş və xx.xx.1993-cü il tarixli 27 nömrəli əmrə əsasən həmin Müfəttişliyin Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir.

12. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********536800 nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Gəncə şəhəri üzrə Vergilər İdarəsinin Vergi borclarının məcburialınması işinin təşkili şöbəsinin sabiq böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri (hal-hazırki 2-ci dərəcəli müfəttiş xüsusi rütbəsinə bərabər tutulur) İddiaçı aşağıdakı tarixlərdə aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1990-cı il tarixdən Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi (Əmr – 151 08/İV – 1990-il); xx.xx.1990-cı il tarixdən Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsinin rəisi (Əmr – K335 15/Vİİİ – 199-il); xx.xx.1993-cü il tarixdən 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib (Əmr – 85 xx.xx.1993); xx.xx.1994-cü il tarixdən Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin baş dövlət vergi müfəttişi (Əmr – 27 xx.xx.1994); xx.xx.1996-cı il tarixdən Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin böyük dövlət vergi müfəttişi (Əmr – 53 xx.xx.1996); xx.xx.1998-ci il tarixdən Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin baş dövlət vergi müfəttişi (Əmr 46 xx.xx.1998); xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilmişdir (Baş DVM-nin Ləğvetmə komissiyasının xx.xx.2000-ci il tarixli 17 saylı və Gəncə DVM-nin xx.xx.2000-ci il tarixli “007” 31 saylı əmri); xx.xx.2000-ci il tarixdən Gəncə şəhəri üzrə Vergilər İdarəsinin Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin böyük dövlət vergi müfəttişi (xx.xx.2000-ci il “001” 32 saylı əmr); xx.xx.2001-ci il tarixdən Gəncə şəhəri üzrə Vergilər İdarəsinin Operativ sahə nəzarəti bölməsinin böyük dövlət vergi müfəttişi (Əmr-k-225 xx.xx.2001-ci il); xx.xx.2001-ci il tarxdən Gəncə şəhəri üzrə Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması şöbəsinin böyük dövlət vergi müfəttişi (xx.xx.2001-ci il K-786 saylı Əmr); xx.xx.2002-ci il tarixdən Gəncə şəhəri üzrə Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin böyük dövlət vergi müfəttişi (xx.xx.2002-ci il k-1162 saylı Əmr); xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib (xx.xx.2002-ci il tarixli K-1266 saylı Əmr).

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı - “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları əsas götürülməklə hesablanması və qalığın ödənilməsi; 2014, 2018, 2019-cu ildəki əmək haqqına olan artım nəzərə alınmaqla hesablanıb ona ödənilməmiş qalıq məbləğin və gecikdirilməsi səbəbindən dəymiş maddi və mənəvi ziyanın alınıb verilməsi; bu zaman gecikdirilmiş məbləğ üçün bir il üçün məbləğin 5% məbləğində təzminatın hesablanıb verilməsi, 01 yanvar 2020-ci il tarixdən onun pensiyasına ödənilməli olan 30% əlavənin ödənilməmiş hissəsinin alınıb ona verilməsi və əlavənin 30% həcmində ödənilməsi; ona pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-i həcmində pensiyanın bu formada axıradək ödənilməsinə dair qərar çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Gəncə şəhəri Kəpəz rayonu üzrə X6 işə qəbul olunmuş, xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə əlaqədar rayon vergi müfəttişlikləri ləğv edilmiş və o, həmin tarixdən Gəncə şəhəri üzrə vergilər idarəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixədək orada işlədikdən sonra xx.xx.2002-ci il tarixdə işdən çıxmışdır. 2006-cı ildə noyabr ayından xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra ona 17 il 5 ay 10 gün əmək stajına görə Azərbaycan Respublikasının Dövlət qulluqçularının pensiya təyinatı haqqında 28 iyun 2005-ci il tarıxli 968 İİQD nömrəli qanuna əsasən işlədiyi dövrün 3 vəzifə üzrə (27 ay şöbə qəisi, 21 ay baş müfəttiş, 12 ay böyük müfəttiş) 60 aylıq orta aylıq əmək haqqını nəzərə alaraq ona 80% miqdarında pensiya təyin etdilər. Pensiyaya çıxdıqdan sonra 2013-cü ildə Azərbaycan Respublikasının Dövlət qulluqçularının pensiya təyinatı haqqında Qanunun 7.1. maddəsinə əsasən öz istəyilə Gəncə şəhəri Vergilər İdarəsindən 1993-1998-ci illəri əhatə edən dövr üçün 60 aylıq gəliri barədə arayış alıb DSMF-nin Nizami rayon şöbəsinə ərizəsilə birlikdə təqdim edərək pensiyasının yenidən haqq-hesab edilməsini xahiş etmiş, həmin vaxtdan 2020-ci ilin sentyabr ayına qədər pensiyada bütün haqq-hesablar həmin hesablanmaya uyğun aparılmışdır. Onun 2014, 2018 və 2019-cu illərdə artımla əlaqədar pensiyası düzgün hesablanmamışdır, dəfələrlə DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etdikdən sonra 2018, 2019-cu illər ərzində olan artımları, yuxarıda qeyd etdiyi kimi pensiyaya çıxdıqdan sonra əmək haqqının 80% həcmində deyil, AR Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması qaydalarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Təminatı Nazirliyının kollegiyasının qərarı ilə 2017- ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına quluq stajına görə əlavələrin yenidən hesablanmasına kollegiyanın qəbul etdiyi qaydalara müvafiq olaraq pensiyası yenidən 57,25%-ə haqqhesab edilmişdir. Lakin 2014-cü il üzrə olan artımı yenidən hesablamamışdır. Bundan başqa “X8 xidmət haqqında” Əsasnamənin xx.xx.2020-ci il tarixdə qüvvəyə minən dəyişikliklərinə əsasən pensiyasına 15 ildən artıq qulluq illərinə görə əmək haqqının 30% həcmində əlavə ödənilməlidir. Lakin ona hazırda 20% əlavə ödənilir. O, hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

15. Cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial X10 şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Xidməti sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 294,83 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,88 manat olmaqla orta aylıq əmək haqqısı 539,01 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (539,01 manat) 80 faizi - 431,21 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stafının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 5 ay 10 gün qulluq stajına görə İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 324,63 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 202,53 manat olmaqla orta aylıq əmək haqqısı 587,46 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (539,01 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (587,46 manat) arasındakı fərq məbləğinin (48,45 manat) 57.25 faizi-27,74 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (431,21 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 458,95 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən adıçəkilən şəxsin 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 864,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (587,46 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən şonrakı orta aylıq əmək haqqısı (864,77 manat) arasındakı fərq məbləğinin (277,31 manat) 57,25 faizi-158,76 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (458,95 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyasının məbləği 617,71 manat müəyyən edilmişdir. “X8 xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq staiına görə əlavəsi 104,09 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 308,80 manat olmaqla orta aylıq əmək haqqısı 941,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı (864,77 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (941,56 manat) arasındakı fərq məbləğinin (76,79 manat) 57,25 faizi - 43,96 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (617,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 661,67 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində İddiaçı 564,12 manat artıq pul vəsaiti ödənilib. Odur ki, iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş pensiyanın vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı-“Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları əsas götürülməklə hesablanması və qalığın ödənilməsi; 01 yanvar 2020-ci il tarixdən onun pensiyasına ödənilməli olan 30% əlavənin ödənilməmiş hissəsinin alınıb verilməsi və əlavənin 30% həcmində ödənilməsi; pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-i həcmində pensiyanın bu formada axıradək ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-25/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda iş stajı 17 il 5 ay 10 gündür. İddiaçı pensiyaya çıxdığı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixli, 9/1544 nömrəli ekspert rəyini sübut kimi qəbul etmir. Belə ki, həmin rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, sözügedən ekspertiza cavabdeh inzibati orqanın mütəxəssisi ilə birgə keçirilmişdir. Yəni, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş orqanın əməkdaşı iş üzrə obyektivliyin təmin olunması üçün təyin edilmiş ekspertiza prosesinə cəlb edilmişdir ki, bu hal öz-özlüyündə ekspert rəyinin obyektivliyini şübhə altına almaq üçün danılmaz faktdır. Məhkəmə iş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5436 nömrəli ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, sözügedən rəyin verilməsi zamanı cavabdeh orqanın mütəxəssisi iştirak etməmiş, rəy iş materialları nəzərə alınmaqla verilmişdir. Odur ki, həmin nəticə xx.xx.2023-cü il tarixli, 9/1544 nömrəli ekspert rəyindən daha əsaslı və mötəbər hesab edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5436 nömrəli ekspert rəyinə əsasən Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının işlədiyi şöbə rəisi vəzifəsi üzrə vəzifə maaşı Gəncə şəhəri üzrə şöbə rəisinin vəzifə maaşı ilə uyğunlaşdırılmışdır. Lakin adıçəkilən şəxsin əmək kitabçası və ona dair xx.xx.2006-cı il tarixli **********852100 nömrəli arayışda qeyd olunan məlumatları nəzərə alaraq, onun əmək pensiyası sözügedən ekspert rəyində göstərildiyi kimi Gəncə şəhəri üzrə deyil, Gəncə şəhəri Kəpəz rayonu üzrə X4 sabiq fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin rəisi üzrə hesablanmalıdır. Bundan başqa, adıçəkilən şəxsin xx.xx.1990-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində vəzifəsi, əmək haqqı və digər gəlirləri, işlədiyi yer (şəhər və ya rayon üzrə olmaqla) barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat yəzirliyi yanında Dövlət Vergi Xidmətinə Mərkəzi Filial tərəfindən sorğu göndərilib. Həmin sorğuya daxil olan cavaba əsasən adıçəkilən şəxsin əmək pensiyası sözügedən ekspert rəyində göstərildiyi kimi Gəncə şəhəri üzrə deyil, Gəncə şəhəri Kəpəz rayonu üzrə hesablanmalıdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. İddiaçı apellyasiya şikayətinə qarşı xx.xx.2024-cü il tarixli etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıya pensiya hesablanması zamanı onun istəyinə uyğun olaraq 1992-1997-ci illər üzrə işlədiyi müddətə uyğun hesablanma aparılmışdır. Həmin dövrdə isə əlavələr nəzərdə tutulmamış, iddiaçı Vergi xidmətinin Gəncə şəhəri üzrə deyil, rayon üzrə işləmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi, təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onun işlədiyi vəzifə Gəncə şəhəri üzrə nəzərə alınmalı və həmin vəzifəyə uyğun hesablanmalıdır.

Tətbiq edilən hüquq:

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) 20.11.3. Dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

27. “X8 Xidmət Haqqında” Əsasnamə

73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: -1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; -5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; -10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; -15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

28. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

30. Belə ki, işdə olan sənədlərə əsasən iddiaçı ona təyin edilmiş pensiyanın vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı – “Gəncə, Sumqayıt şəhərləri üzrə vəzifə maaşları əsas götürülməklə hesablanması və qalığın ödənilməsi; 2014, 2018, 2019cu ildəki əmək haqqına olan artım nəzərə alınmaqla hesablanıb ona ödənilməmiş qalıq məbləğin və gecikdirilməsi səbəbindən dəymiş maddi və mənəvi ziyanın alınıb verilməsi; bu zaman gecikdirilmiş məbləğ üçün bir il üçün məbləğin 5% məbləğində təzminatın hesablanıb verilməsi, 01 yanvar 2020-ci il tarixdən onun pensiyasına ödənilməli olan 30% əlavənin ödənilməmiş hissəsinin alınıb ona verilməsi və əlavənin 30% həcmində ödənilməsi; ona pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-i həcmində pensiyanın bu formada axıradək ödənilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilmişdir.

31. İmtina onunla əsaslandırılmışdır ki, ona 09 oktyabr 2006-cı il tarixdən əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmuş, pensiyasının məbləği dövlət qulluqçusu kimi hesablanaraq 17 il 03 ay dövlət qulluğu sayılan vəzifələrdə işlədiyi illərə əsasən xx.xx.2006-cı il tarixdən 232,55 manat, xx.xx.2010-cu il tarixdən 304,31 manat, xx.xx.2014-cü il tarixdən 469,26 manat, xx.xx.2018-ci il tarixdən 501,29 manat, xx.xx.2019-cu il tarixdən 675,39 manat təşkil edir. Onun dövlət qulluğu sayılan vəzifələrdə iş stajı 17 il 03 ay təşkil etdiyi üçün artım əmsalı 56,75% təşkil edir, pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən bütün əlavələrlə birlikdə 949,81 manat, xx.xx.2018-ci il tarixə isə 643,01 manat təşkil etmişdir. Qaydalara əsasən 949,81- 643,01=306,80 x 56,75%=174,10- pensiyasının artım fərqidir. xx.xx.2018-ci il tarixdə pensiya məbləği 501,29+174,10 (artım fərqi)=675,39 manat- xx.xx.2019-cu il tarixdən pensiyanın yeni məbləğidir. Pensiyanın məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən düzgün hesablanıb və ödənilir.

32. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdeh orqan tərəfindən onun yaşa görə əmək pensiyası yenidən hesablanarkən vergi orqanlarının struktur bölmələrində ikinci qrafadakı- “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları əsas götürülməklə hesablanmasına və o pensiyaya çıxdıqdan sonra əmək haqqına tətbiq olunan əlavələrin (01 yanvar 2020-ci il tarixdən 30% həcmində və pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-nin) də onun pensiyasının üzərinə hesablanmasına nail olmaqdır.

33. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda iş stajı 17 il 5 ay 10 gündür. İddiaçı pensiyaya çıxdığı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5436 nömrəli ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, sözügedən rəyin verilməsi zamanı cavabdeh orqanın mütəxəssisi iştirak etməmiş, rəy iş materialları nəzərə alınmaqla verilmişdir. Odur ki, həmin nəticə xx.xx.2023-cü il tarixli, 9/1544 nömrəli ekspert rəyindən daha əsaslı və mötəbər hesab edilməlidir.

34. Birinci instansiya məhkəməsinin qərarının məzmunundan aydın olur ki, məhkəmə yalnız xx.xx.2023-cü il tarixli, 9/5436 nömrəli ekspertin rəyinə əsaslanmaqla qərar qəbul etmiş, qanunvericiliyin tələblərini hazırki işin faktiki hallarınına uyğun tətbiq etməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası, xx.xx.2016-cı il tarixdən isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə iddiaçının ona təyin edilmiş pensiyanın məbləği ilə razılaşmaması və yuxarıda qeyd olunan artımların onun pensiyasına tətbiq olunmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzrərinə qoyulmasına nail olmaqdır.

36. Belə olan halda məhkəmə araşdırmasının predmeti iddiaçıya pensiyanın hansı inzibati ərazi vahidi üzrə vəzifə maaşları əsas götürülməklə hesablanmalı olması və sözügedən artımların iddiaçının münasibətdə tətbiq edilməsinin mümkünlüyüdür.

37. Məhkəmə kollegiyasının müvafiq sorğularına əsasən təqdim olunmuş Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-18/2-49570/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-1997-ci illər aralığında Baş X4 Gəncə şəhəri üzrə vergi orqanının strukturu Gəncə şəhəri Kəpəz rayonu X7, Gəncə şəhəri Nizami rayonu X7 və Gəncə şəhəri üzrə X2b. Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayonu X7 Gəncə şəhəri üzrə X6 tabe olub. xx.xx.2000-ci il tarixindən Kəpəz rayonu, Nizami rayonu və Gəncə şəhəri üzrə X3 ləğv olunaraq Gəncə şəhəri üzrə Vergilər İdarəsi adı altında birləşib.

38. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********196600 nömrəli məktubunda qeyd edilmişdir ki, 1992-1997-ci illər aralığında Baş X4 Gəncə şəhəri üzrə vergi orqanının strukturu Gəncə şəhəri Kəpəz rayonu X7 1990-cı il tarixindən 2000-ci ilin mart ayının 3-dək fəaliyyət göstərib. xx.xx.2000-ci il tarixindən Gəncə şəhəri üzrə Vergilər İdarəsi adı altında birləşib. Fəaliyyət göstərdiyi dövrdə Gəncə şəhəri Kəpəz rayonu X7 Gəncə şəhəri üzrə X4 şöbə rəisi vəzifəsinin əmək haqqları eynilik təşkil etməmişdir. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 32 nömrəli qərarına əsasən vergi işçilərinin aylıq vəzifə maaşı xx.xx.2014-cü il tarixdən 2 nömrəli əlavəyə uyğun olaraq təyin olunmuşdur. (2 nömrəli əlavə iş materiallarına əlavə edilir). İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Kəpəz rayonu üzrə X5 Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsinin rəisi vəzifəsində işləmiş və xx.xx.1993-cü il tarixli 27 nömrəli əmrə əsasən həmin Müfəttişliyin Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir.

39. Göründüyü kimi iddiaçı yalnız xx.xx.2000-ci il tarixində Gəncə şəhəri Kəpəz rayonu X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən Baş X4 Ləğvetmə komissiyasının 17 saylı və Gəncə X4 xx.xx.2000-ci il tarixli “007” 31 saylı əmri ilə ləğv edildikdən sonra Gəncə şəhəri üzrə Vergilər İdarəsində işləməyə başlamışdır. Fəaliyyət göstərdiyi dövrdə Gəncə şəhəri Kəpəz rayonu X7 və Gəncə şəhəri üzrə X4 şöbə rəisi vəzifəsinin əmək haqqları eynilik təşkil etməmişdir.

40. Belə olan halda iddiaçının pensiyası “Gəncə, Sumqayıt şəhərləri” üzrə vəzifə maaşları deyil, “rayon vergilər şöbələri” üzrə əsas götürülməklə hesablanmalıdır və cavabdeh orqan iddiaçının tələbini bu hissədə təmin etməməkdə haqlı olmuşdur.

41. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi- iddiaçının pensiyaya çıxdıqdan sonra əmək haqqına tətbiq olunan əlavələrin (01 yanvar 2020-ci il tarixdən 30% həcmində və pensiyaya çıxdığı vaxtdan təyin edilmiş əmək haqqının 80%-nin) də onun pensiyasının üzərinə hesablanması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə 15 ildən çox işlədiyini əsas gətirərək belə bir tələb irəli sürsə də, mövqeyində haqlı deyildir. Belə ki, onun işlədiyi dövrdə və pensiya təyin edilməsi zamanı nəzərə alınmasını tələb etdiyi (onun özünün istəyinə uyğun olaraq nəzərə alınan) 1992-1997-ci illərdə artımlar nəzərdə tutulmamışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.” Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

43. Bundan başqa, məhkəmə iclasında dindirilmiş mütəxəssis X9 bildirmişdir ki, iddiaçı 2006-cı il tarixdə xəstəliyə görə, 2020-ci il tarixindən isə yaşa görə pensiyaya çıxmışdır. Sözügedən dövrdə iddiaçı Gəncə şəhəri Kəpəz rayonunda işlədiyi üçün 2006-cı il tarixində pensiyaya çıxan zaman pensiyası “rayon-şəhər üzrə” meyarı əsas götürülməklə hesablanmışdır. Həmin dövrdə Kəpəz və Nizami rayonu vergi orqanları hesabatları Nazirliyə deyil, Gəncə şəhəri üzrə vergi orqanına vermişlər. Bundan başqa iddiaçının işlədiyi dövrdə qulluq əlavəsi olmamışdır. Pensiya hesablanarkən 1992-1997-ci il tarixləri (5 il) əsas götürülmüşdür, belə ki, o, həmin tarixlər üzrə arayış təqdim etmişdir. Həmçinin, iddiaçıya 8 ay “Gəncə-Sumqayıt şəhərləri üzrə” meyar əsas götürülməklə pensiya verilmiş, onun ərizəsi əsasında yenidən hesablama aparılarkən yanlışlığa yol verildiyi aşkarlanmış və pensiyasının məbləği azaldılmışdır.

44. Göründüyü kimi, iddiaçının pensiyasına tətbiq edilməsini arzuladığı artım məbləğləri onun vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrində və verilmiş ödənclərdəki artımlarda mövcud olmamışdır. Belə olan halda, iddiaçı 1992-1997-ci illərdə Gəncə şəhəri üzrə X5 işləmədiyindən və pensiyasına tətbiq edilməsini arzuladığı artım məbləğləri onun vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrində və verilmiş ödənclərdəki artımlarda mövcud olmadığından apellyasiya şikayəti təmin edilməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-25/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar