Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-309/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2394/2023 nömrəli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı əlillik vəziyyətinə Gəncə Ak.Zülfüqar Məmmədov adına Xəstəxananın xx.xx.2015-ci il tarixli 0509003AABD4 saylı göndərişinə əsasən “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapız izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində çapıq toxuma. Dirsək oynağının sümük ankilozu. Bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili bitişməsi, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapıq izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthi... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçı əlillik vəziyyəti elektron təyinat əsasında qiymətləndirilmiş və “X1 XİX Sinif–Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00- T07 - T00-T07; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapız izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində çapıq toxuma. Dirsək oynağının sümük ankilozu. Bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili bitişməsi, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapıq izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthi... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2657/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N () saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət keçməsi və xx.xx.1992-ci il tarixdə Qubadlı rayonu ətrafında ermənilər tərəfindən atılan artileriya mərmisinin partlaması nəticəsində ağır yaralanması faktı təsdiq olunmuşdur.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərarı ilə İddiaçı "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
5. İddiaçı əlillik vəziyyətinə Gəncə Ak.Zülfüqar Məmmədov adına Xəstəxananın xx.xx.2022-ci il tarixli 0495003AAPLY saylı göndərişinə əsasən “X1 XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sifətin sol yarısının, sağ dirsək oynağının, sol əlin, sol budun, sağ diz oynağının yaralanmasından sonrakı çapıqları. Sağ bazu sümüyünün distal ucunun bitişmiş oynaqdaxili sınığı. Yuxarı ətraf əzələlərin hipotrofiyası. Sağ ətrafın Folkenan işemik konstrakturası. Mil-bilək oynağının və barmaqlarının kəskin açıcı-bükücü konstrakturası. Ətrafın qüsurlu vəziyyəti. Sağ diz oynağının posttravmatik artrozu. Bükücü 90 dərəcə konstrakturası. Sağ diz oynağının posttravmatik artrozu. Sağ yuxarı ətrafın kəskin funksiya pozulması. Sağ dirsək oynağının, sol əlin, sol budun, sağ diz oynağının valqus deformasiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşdırılmış müalicə tövsiyyə olunur səbəbi ilə imtina edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs həmin qərardan şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, İddiaçı əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********9 nömrəli qərar qəbul etmişdir. 7.Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022- ci il tarixli 4252 nömrəli məsləhət vərəqində İddiaçı diaqnozu “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur.
8. “Azərbaycan X5 və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarında İddiaçı diaqnozu “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd edilmişdir.
9. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxananın xx.xx.2022-ci il tarixli D00047268VNK saylı göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu.” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs iddiaçının verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3- 3-1274/2023 nömrəli qərar qəbul etmişdir.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyində nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Təqdim olunmuş iş materiallarında qiymətləndirmə nəticələri olmadığından onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi barədə fikir söyləmək mümkün olmadı. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Həmin diaqnozla onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb oluna bilər.
Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2021-ci il taixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ilin aprelində hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi travma alaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ikinci qrup əlilliyi təsdiq edilmişdir. xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnozu ilə təsdiq edilir ki, “Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çağıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” hərbi travma olmuş və Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Buna görə ona 2015-ci ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliyi xx.xx.2021-ci il tarixdən kəsilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixli qərarı ilə sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli imtina sənədi ilə məlumat verərək guya əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul etmişdir. Halbuki, bundan əvvəl Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnozu ilə təsdiq edilmişdir ki” o, “Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çağıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” hərbi travma olmuş və Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Buradan görünür ki, barəsində ziddiyətli diaqnoz qoyulmuş və onun müharibədə aldığı sümük sınıqları sağalmışdır. Buna görə onun əlillik əlaməti təyin etməmək adı ilə pensiyasını əsassız olaraq kəsmişlər. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Ona görə də inzibati məhkəməyə müraciət etməyə məcbur olur.
14. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: xx.xx.1972ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri sağ yuxarı ətrafda hərəki məhdudluqdan olmuşdur. Müayinə zamanı müqavimət göstərmiş, barmaqlarını yığılı vəziyyətdə saxlamışdır. Əzələ gücü normal olmuşdur. Hərbi qərarda 1992-ci ildə travma aldığı qeyd olunsa da, müalicə və müayinə sənədləri son illəri əhatə etmişdir. Müalicə potensialının tükənmədiyini nəzərə alaraq, diaqnozun ağırlaşmasının dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qolunda hərəkət məhdudluğundan şikayətlənmiş, simulyasiya edərək əlini əyri vəziyyətdə sıxıb saxlamağı müşahidə edilmişdir. Müayinə zamanı sağ əlini açmağa müqavimət göstərmiş, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, hərəkət məhdudluğunu tam simulasiya etmişdir. 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışda diaqnoz “Bədənin çoxsaylı qəlpə yaralarından sol əlin ll-İV barmaqlarının sifətin sol yarısının, başın sağ alın, üst dodağın çapıq toxumaları” kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 4252 nömrəli Məsləhət vərəqində diaqnoz “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli a/k **********/2247 nömrəli arayışda diaqnoz “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2394/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı tələbində ona ikinci dərəcə əlilliyin təyin olunmasını xahiş edir. Lakin İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40-50 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Belə ki, iddiaçının göndərişdə əks olunmuş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol əl pəncəsinin tenarnahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, saq bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozu üzrə “dirsək oynağında sümük ankilozu” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 40-50 faiz aralığındadır və bu da iddiaçıya orqanizminin funksiyalarının 40-50 faiz pozulması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədi ilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi blik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibbi ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respbublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin Səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
23. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15. əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək; 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar... 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 13.3.10. funksional əlverişsiz vəziyyətdə dirsək oynağının ankilozu, ikitərəfli zədələnmə zamanı- 40- 50, Müddətsiz.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin hallarından məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərarı ilə İddiaçı "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, saq baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
30. İddiaçı iki dəfə - X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə və X3 xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol əl pəncəsinin tenarnahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, saq bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozu qoyulmuşdur.
31. İddiaçı Gəncə Birləşmiş xəstəxanasında müxtəlif tarixlərdə-xx.xx.2019xx.xx.2019-cu, xx.xx.2020-xx.xx.2020-ci və xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Əl və ayaq barmaqlarının qazanılma deformasiyaları" diaqnozu ilə, X9 Xəstəlikləri İnstitutunda xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Oynaqların kontrakturası” diaqnozu ilə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Təqdim olunmuş iş materiallarında qiymətləndirmə nəticələri olmadığından onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi barədə fikir söyləmək mümkün olmadı. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Həmin diaqnozla onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb oluna bilər.
33. Ekspert rəyində iddiaçının “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnozu ilə onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacının olmadığı göstərilmişdir.
34. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022ci il tarixli 4252 nömrəli məsləhət vərəqində İddiaçı diaqnozu “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi, “Azərbaycan X5 və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarında da İddiaçı diaqnozu “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd edilmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının göndərişdə əks olunmuş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol əl pəncəsinin tenarnahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, saq bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozu üzrə xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır.
36. Qeyd olunan diaqnoz üzrə “dirsək oynağında sümük ankilozu” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 40-50 faiz aralığındadır və bu da iddiaçıya orqanizminin funksiyalarının 40-50 faiz pozulması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
37. Apellyasiya şikayətində mübahisə edilən məqamlardan biri məhkəmənin inzibati orqanın fəaliyyətinə müdaxiləsi ilə bağlıdır. Qeyd edilir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlilik təyinatına əsas vermədiyi qeyd edilmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
40. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
42. Beləliklə, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında əlilliyin təyin edilməsi üçün əsas mövcud olmuşdur. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2394/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov