Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-309/2025 02.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1453/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Poliklinikasının xx.xx.2022-ci il tarixli, 1069 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Barotravma (xx.xx.2022) nəticəsində soltərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” kimi qeyd edilmişdir.
2. N nömrəli hərbi hissənin Travma haqqında xx.xx.2022-ci il tarixli, 2094 nömrəli arayışında İddiaçı xx.xx.2022-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması nəticəsində “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” xəsarətini aldığı göstərilmişdir.
3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 12526 nömrəli arayışında diaqnoz “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” kimi qeyd edilmişdir.
4. 230 nömrəli hərib hissənin Nevrologiya bölməsinin xəstəlik tarixindən xx.xx.2022-ci il tarixli, 487 nömrəli çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” kimi qeyd edilmişdir.
5. Müdafiə Nazirliyi Baş X5 bölməsinin 623 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar distoniyası, Sol baldırın ön səthinin fleqmonasına görə aparılmış “İrinliyin açılması” əməliyyatından sonrakı (2011) bərkimiş dəri çapığı” kimi qeyd edilmişdir.
6. Müdafiə Nazirliyi Baş X5 bölməsinin 2906 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Əlvan dəmrov” kimi qeyd edilmişdir.
7. Müdafiə Nazirliyi Baş X6 bölməsinin 7565 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı astenik sindrom. Funksional qəbizlik. Əlvan dəmrov. Barotravma (xx.xx.2022) sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” kimi qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 922 saylı qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə” və “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə həm dinc dövrdə, həm də müharibə dövründə hərib xidmətə yararsız hesab edilmişdir.
9. N nömrəli hərbi hissədə 2-ci taborun döyüş dəstək tağımının, 2-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı son zamanlar mütəmadi olaraq baş ağrılarından şikayət edir. Özünə qapanma, halsızlıq, əsəbilik və davranışlarında yoldaşlarına qarşı aqressivlik hiss olunur. Özündən çıxmağa meyllik artıb və hərəkətlərinə nəzarət zəifləmişdir. Yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkir.
10. N nömrəli hərbi hissədə 2-ci taborun döyüş dəstək tağımının, 2-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı son zamanlar mütəmadi olaraq baş ağrılarından və yuxusuzluqdan şikayət edir. Deməsinə görə, pis yuxular görür və bu yuxular onun stress yaşamasına səbəb olur. Daimi olaraq davranışlarında yoldaşlarına qarşı əsəbilik hiss olunur, özündən çıxmağa meyllik artıb, davranışlarında aqressivlik müşahidə olunur və hərəkətlərinə nəzarət zəifləmişdir. Göstərilən davranışlar onda xx.xx.2022-ci il tarixində döyüş tapşırıqlarının icrası zamanı düşmən tərəfindən atılan mərmi partlamasından aldığı xəsarətdən sonra müşahidə olunmuşdur.
11. “X9” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli, 11078674 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2357 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri F06.3” kimi qeyd edilmişdir.
13. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli, 12701123 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri” kimi qeyd edilmişdir.
14. “X9” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023cü il tarixli, 11620596 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
15. Gəncə şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı intihara cəhd etməsi faktında hər hansı cinayət tərkib əlaməti olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
16. “X9” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli, 12778451 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” və “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.
17. “X9” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli, 12778214 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” və “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.
18. “X9” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) 12288727 nömrəli çıxarışında İddiaçı diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
19. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X8” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, İ00159202PSİ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez bşı verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.
20. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyanı olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Müalicənin davam etdirilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1637/2024 nömrəli qərar qəbul edilmişdir.
21. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X8” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, D00187758JDZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez bşı verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.
22. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024- cü il tarixli, 3-17-4/3-3- 5830/2024 nömrəli qərar qəbul edilmişdir.
23. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 1539 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı dair xx.xx.2023-cü il tarixli, 922 nömrəli xəstəlik haqqında şəhadətnamə hal-hazırda qüvvədədir.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 1876 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı hal-hazırda Üzvi (2022-ci ildə hərbi əməliyyat gedişatında aldığı qapalı kəllə beyin travması nəticəsində yaranmış) ağır dərəcədə ifadə olunmuş affektiv (depressiv) pozuntu. Posttravmatik stress pozuntusu, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.3 və F43.1) müəyyən edilir. İddiaçı X3 xx.xx.2023-cü il tarixli göndərişdə göstərilən diaqnozlar öz təsdiqini tapır. İddiaçı aşkar edilmiş xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alması” ilə bağlı olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkündür. Evlidir, 3 övladı var. İşsizdir, kirayədə yaşayır. 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şücaət göstərərək vətənin dar günündə canından qanından keçməyə hər an hazır olduğu anda ağır yaralanmış, ona xx.xx.2020-ci ildə keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər diaqnozu qoyulmuşdur. Dəfələrlə intihar cəhdləri olmuşdur. Həyatda olmağı ailəsinin sayəsindədir. Lakin onun haqqı olan əlilliyi ona təyin etmirlər. Buna dair aidiyyəti üzrə müraciətlər etsə də, heç bir əsaslı tibbi müayinə edilmədən dəfələrlə imtina edilmişdir. İmtina səbəbi olaraq bildirilmişdir ki, sənədlər elektron qaydada tam doldurulmamış sonuncu müayinədə Gəncə Nevroloji xəstəxananın səhv yazdığı bildirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina edilmişdir. Bununla əlaqədar olaraq o, aidiyyəti üzrə müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə olunduqdan sonra xx.xx.2024-ci il tarixli, 3-17-4/2-V-10370/2024 nömrəli məktubu ilə diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi haqqında qərar yanlış qəbul olunmuşdur. Hesab edir ki, vətəndaş olaraq bu onun səhvi deyil. O, rəsmi və şifahi qaydada aidiyyəti üzrə müraciət edərək bildirmişdir ki, maddi durumunun aşağı olduğu üçün hər dəfə gedib gələ bilmir. Onuda qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinası xx.xx.2024-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Ailəsi çox kasıb yaşayır, məcburi köçkün ailəsi və az təminatlı ailə olaraq onların ailəsinin maddi durumu çox acınacaqlı vəziyyətdədir. Halhazırda sinir və psixotrop dərmanlardan mütəmadi olaraq istifadə edir. Onuda qeyd edir ki, təkrar müayinə üçün dəfələrlə rəsmi qaydada aidiyyəi üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun yenidən təkrar müayinə olunmağından dolayısı yollarla imtina edilmişdir.
27. İddiaçı xx.xx.2025-ci il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir
28. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə göndərilmiş və etirazda göstərilmişdir ki, Ağdam rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 922 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2022) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki dirsək oynağı nahiyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış-didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12778214 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılardan, əsəbilikdən, səbrsizlikdən, qıcıqlara qarşı həssas olmasından, gecə yuxusunun pozulmasından, döyüşlə bağlı səhnələrin xatırlanmasından şikayətlənmişdir. Müayinə zamanı çox danışmış, nümayişkar davranmış, emosionallığı məqsədliliyinə uyğun olmuş, əhval-ruhiyyə fonu normal diapazonda izlənilmişdir. Təfəkkürü məntiqi, ardıcıl müşahidə edilmişdir. Sualları tam qavramış, dramatik cümlələrdən istifadə etmişdir. Baxış zamanı sol saidin iç səthində 3-4 ədəd orta dərinlikdə çapıqlar izlənilmişdir. Təqdim etdiyi dərmanlar hər biri yeni alınmış, istifadə edilməmiş olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv daxilolmalarla, cari qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati İcraat haqqında” Qanunun 16.2-ci maddəsi).
29. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
30. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1453/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri” iddiaçının qiymətləndirildiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır. Buna baxmayaraq, sözügedən xəstəlik adıçəkilən Meyarlara Əlavənin 7.4.1-ci yarımbəndində təsbit olunmuş “F31” XBT kodu altında olan “bipolyar affektiv pozuntu” xəstəliyinə uyğun gəlir. Bundan əlavə isə, iddiaçıda mövcud olan “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” (yanaşı xəstəlik) də iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Odur ki, iddiaçıda mövcud olan xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
33. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1453/2025 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X3 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri. Uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Ağdam rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 922 nömrəli Şəhadətnamə verilmişdir. Həmi şəhadətnamədə “Partlayış travması (xx.xx.2022) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki dirsək oynağı nahiyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış-didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılardan, əsəbilikdən, səbrsizlikdən, qıcıqlara qarşı həssas olmasından, gecə yuxusunun pozulmasından, döyüşlə bağlı səhnələrin xatırlanmasından şikayətlənmişdir. Müayinə zamanı çox danışmış, nümayişkar davranmış, emosionallığı məqsədliliyinə uyğun olmuş, əhvalruhiyyə fonu normal diapazonda izlənilmişdir. Təfəkkürü məntiqi, ardıcıl müşahidə edilmişdir. Sualları tam qavramış, dramatik cümlələrdən istifadə etmişdir. Baxış zamanı sol saidin iç səthində 3-4 ədəd orta dərinlikdə çapıqlar izlənilmişdir. Təqdim etdiyi dərmanlar hər biri yeni alınmış, istifadə edilməmiş olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv daxilolmalarla, cari qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyər olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildirilir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmamış, iş üzrə ekspertiza təyin etməmiş, inzibati orqanın diskresion səlahiyətlərinə müdaxilə edərək, iddianı təmin etmişdir. Halbuki, iddiaçıda qeyd olunan diaqnozların əlamətləri əyani müayinə zamanı müəyyən edilməmişdir. Belə olan halda da, birinci instansiya məhkəməsi iddianı təmin edə bilməzdi. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etdi.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.5.1. posttravmatik stres pozuntusu. F43.1 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski) zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 7.4.1. bipolyar affektiv pozuntu. F31 7.4.1.1. əmək qabiliyyətini azaldan, ətrafdakılarla tez-tez münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən teztez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayan) affektiv epizodlar, sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
41. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
44. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
45. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
46. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
47. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
48. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
49. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
50. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
51. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
52. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
53. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
54. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.
55. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Belə ki, yuxarıda olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
59. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 922 nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə” və “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
60. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə “X8” publik hüquqi şəxs tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, D00187758JDZ nömrəli göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, teztez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.
61. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 5830/2024 nömrəli qərar qəbul edilmişdir.
62. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5830/2024 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.
63. Belə ki, Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı “F.06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyi Baş Klinik Hospitalında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4, “S.06.3 baş beynin silkələnməsi” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyi Baş Klinik Hospitalında stasionar müalicələrdə olmuşdur.
64. Həmçinin, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2357 nömrəli tibbi rəyində İddiaçı qoyulmuş diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri F06.3” kimi müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri” iddiaçının qiymətləndirildiyi dövrdə (xx.xx.2024-cü il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən də işin müəyyən edilmiş halı olmuşdur.
66. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə iddiaçıya qoyulmuş diaqnozda əks olunan xəstəliyin adıçəkilən Meyarlara Əlavənin 7.4.1-ci yarımbəndində təsbit olunmuş “F31” XBT kodu altında olan “bipolyar affektiv pozuntu” xəstəliyinə uyğun olması qənaətinə gəlmişdir.
67. Məhkəmə kollegiyası məhkəmənin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, bipolyar affektiv pozuntu əhval-ruhiyyənin güclü emosional dəyişikliyi nəticəsində insanın depressiv vəziyyətə salan psixi pozuntu halıdır. Həm “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə əvvəllər mövcud olmuş “F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu” adlı xəstəlikdə, həm də hazırda mövcud olan “F31- bipolyar affektiv pozuntu” adlı xəstəlikdə qiymətləndirmə meyarı kimi əmək qabiliyyətinin azalması, ətrafdakılarla teztez problemlər (münaqişə) yaranması, sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması halları müəyyən edilmişdir. Bütün bunlar isə iddiaçıda olan xəstəliklərin “F31- bipolyar affektiv pozuntu” adlı xəstəliyin əlamətlərinə uyğun gəldiyini deməyə əsas verir.
68. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində göndəriş rəsmiləşdirilən zaman onda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməməsi, yəni onda olan xəstəlik əlamətlərinin yuxarıda adıçəkilən Meyarlara Əlavənin qüvvədə olan normasına deyil, qüvvədən düşmüş normasına istinadən müəyyən edilməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir.
69. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda qeyd olunan əsas diaqnozdan əlavə yanaşı xəstəlik - “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” da olmuşdur.
70. Həmin xəstəliyin qiymətləndirmə meyarı kimi - 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halları müəyyən edilmişdir.
71. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.11-ci bəndinin məzmununa görə orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir.
72. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda göstərilmişdir ki, o, son zamanlar mütəmadi olaraq baş ağrılarından və yuxusuzluqdan şikayət edir. Deməsinə görə, pis yuxular görür və bu yuxular onun stress yaşamasına səbəb olur. Daimi olaraq davranışlarında yoldaşlarına qarşı əsəbilik hiss olunur, özündən çıxmağa meyllik artıb, davranışlarında aqressivlik müşahidə olunur və hərəkətlərinə nəzarət zəifləmişdir.
73. Həmçinin, Gəncə şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı intihara cəhd etməsi faktı üzrə araşdırma aparılmış və xəsarətdən aldığı müalicələr kömək etmədiyi üçün ağrılarının kəsmədiyi səbəbdən qolunu kəsərək intihara cəhd etdiyi məlum olmuşdur.
74. Beləliklə istinad olunan sənədlərlə müəyyən olunur ki, İddiaçı “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” xəstəliyinin də əlamətləri ona əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
75. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 922 saylı qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “F06.3 və F43.1” diaqnozlu travmaların səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
76. Həmçinin məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1876 nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı hal-hazırda Üzvi (2022-ci ildə hərbi əməliyyat gedişatında aldığı qapalı kəllə beyin travması nəticəsində yaranmış) ağır dərəcədə ifadə olunmuş affektiv (depressiv) pozuntu. Posttravmatik stress pozuntusu, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.3 və F43.1) müəyyən edilir. İddiaçı X3 xx.xx.2023-cü il tarixli göndərişdə göstərilən diaqnozlar öz təsdiqini tapır. İddiaçı aşkar edilmiş xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alması” ilə bağlı olmuşdur.
77. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunmasına əsas verir.
78. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
79. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
80. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1453/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.