Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-31/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, «qərarın ləğv edilməsi və ikinci qrup əlillik dərəcəsinin verilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1022/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirilmə məlumatından görünür ki, xx.xx.2014-cü il tarixli göndərişə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə ilkin, 1 il müddətinə ikinci dərəcə əlillik(=2.2.7.həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi), xx.xx.2015-ci il tarixli, 0232003AAE13 nömrəli Forma 88 üzrə xx.xx.2015-ci il tarixdən təkrar, 1 il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişə əsasən isə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur (Dioqnozun mətni- Onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Teztez kəskinləşən vegetativ damar krizləri ilə).
2. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışların surətlərindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə rayon Poliklinikasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında müalicə almışdır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının 12 oktyabr 2015-ci il tarixli, xxxxxxx0002 nömrəli qiymətləndirməsindən görünür ki, İddiaçı növbəti müayinə tarixi xx.xx.2016-cı il olmaqla ikinci dərəcəli əlillik təyin edilmiş, diaqnoz olaraq on iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla reflyukus, ezofaqit İıst, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, 2-li anemiya, tubootit, tez-tez kəskinləşən vegetativ damar krizləri qeyd edilmişdir.
4. Ömür-dən pay klinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli videoqastmoduodenoskopiyada İddiaçı müayinəsi nəticəsində sliding tip Hiatal Herni, Ezofaqit / Grade B/, Erroziv antral qastrit, 12.b.b.xora xəstəliyi müəyyən edilmişdir. - Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı onikibarmaq bağırsağın xorasının kəskinləşməsi, xroniki pankreatinin kəskinləşməsi diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X6 publik hüquqi şəxsdə müalicə almışdır.
5. Bərdə rayon « Mərkəzi Xəstəxanası » publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 0232003AAVQL nömrəli və xx.xx.2022-ci il tarixli, 0232003AAXAH nömrəli göndərişlərinə Tibbi-Sosial Ekspert Komissiyasının cavablarından görünür ki, əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilmiş İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə TSEK-də müayinədən keçmiş və « əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin » diaqnozu qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspertiza Komissiyası tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmçinin qeyd edilən komissiyanın üzərinə ona müddətsiz ikinci qrup əlillik dərəcəsinin (sağlamlıq imkanlarının 51 faizdən 80 faizədək itirilməsi) verilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə ona 21 saylı TSEK-in müvafiq qərarı ilə “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu ilə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra həmin TSEK-in xx.xx.2015-ci il tarixli qərarı ilə yenidən həmindiaqnoz ilə əlillik müddəti xx.xx.2016-cı ilədək uzadılmışdır. Daha sonra 2016-cı ilin oktyabr ayında onun əlillik müddəti beş il müddətinə, yəni 2021-ci ilin oktyabr ayınadək uzadılmışdır. Bundan başqa, 2016-2021-ci illər ərzində o, hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsa da xəstəliyi sağalmamışdır. Ona görə də Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2021-ci ilin oktyabr ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin həmin komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müayinə və müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab etməsinə baxmayaraq (2016-2021-ci illər ərzində o hər il Bərdə rayon Mərkəzi Xəstəxanasında beş dəfə, hər dəfə də bir ay müddətində, eyni zamanda “Ömürdən pay” klinikasında stasionar və ambulator müalicələr alsada yenə də Bakı şəhəri X5 həmin qərarda göstərilmiş ixtisaslaşdırılmış stasionar müayinə və müalicə almaq üçün Bərdə rayon X3 hüquqi şəxsindən göndəriş alaraq həmin tibb mərkəzinə gedib orada 22 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ixtisaslaşdırılmış stasionar müayinə və müalicə alsa da “12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmış və bu barədə yenidən Bərdə rayon X3 hüquqi şəxsi tərəfindən 2022-ci ilin yanvar ayında adına “Forma 88” tərtib olunaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə yenə də birinci imtina qərarındakı təkrar diaqnoz, yəni əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış stasionar müalicənin davam etdirilməsi diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsinin verilməsindən yenidən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən ona ikinci qrup əllillik dərəcəsinin verilməsindən imtina olunması barədə hər iki qərar eyni məzmunlu olmuş və həmin komissiya tərəfindən qeyd edilən qərarlar səthi, heç bir araşdırma aparılmadan, yəni adına tərtib edilmiş epikizlər nəzərə alınmadan qəbul olunmuş və nəticədə həmin komissiya tərəfindən hər hansı bir əsasnaməyə və yaxud qaydaya, eyni zamanda heç bir qanuna söykənməyən əsassız və qanunsuz qərarların qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, həmin komissiyanın verdiyi əsassız və qanunsuz qərardan belə məlum olur ki, o, ilin on iki ayı stasionar müayinə və müalicə almalıdır. Bundan başqa, 2016-2022-ci illər ərzində o, hər il Bərdə rayon X3 hüquqi şəxsində və axırıncı dəfə isə Bakı səhəri X4 ixtisaslaşdırılmış stasionar müayinə və müalicələr almışdır və həmin tibb müəssisələri tərəfindən də ona ikinci qrup əlillik dərəcəsi verilməsinə səbəb olan onikibarmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastro duodenit, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, çəkinin düşməsi, İİ-li anemiya” diaqnozu öz təsdiqini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən qeyd edilən tibb müəssisələrinin epikrizlərinə inanmamaqla respublika üzrə bütün tibb müəssisələri ləğv olunmalı və onların yerində həmin komissiyanın mütəxəssisləri fəaliyyət göstərməlidir. Göründüyü kimi həmin komissiyanın hər iki qərarı qərəzlidir və vətəndaşı incitmək, süründürməçiliyə yol verməkdən başqa bir şey deyildir.
8. Məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.
9. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Oniki b/bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xr.xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya, tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Həzm sistemi funksiyasının pozulması, ümümi qidalanma zəifliyi. İİ- li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümümi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi , davamsız remissiyalarl Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi . İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegeta damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0232003AAVQL saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsağı; xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, On iki barmaq bağırsağın xora ilə fəsadlaşmış xroniki xora xəstəli Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olmas Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0232003AAXAH saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsağın: xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, Kəskin, qanaxma ilə, On iki barmaq bağırsaq soğanağının qanaxma ilə ağırlaşmış xorası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi dava etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1022/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki xəstəliyi xroniki xəstəlik olduğundan, onun əlilliyinin qiymətləndirilməsi üçün stasionar müalicənin davam etdirilməsinə ehtiyac yoxdur. Bu səbəbdən əlilliyin təkrar qiymətləndirilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
12. Məhkəmə mövqeyini “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamənin 5-ci, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1,2 və 5-ci, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1,2,3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Oniki b/bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xr.xora xəstəliyi, davamsız remissiyalarla. Nevrasteniya, tez-tez kəskinləşən vegetativ damar krizləri ilə. Həzm sistemi funksiyasının pozulması, ümümi qidalanma zəifliyi. İİ-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümümi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegetativ damar krizləri ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: On iki barmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi , davamsız remissiyalarl Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümüı qidalanma zəifliyi . İİ li anemiya. Tubootit. Nevrasteniya. Tez-tez kəskinləşən vegeta damar krizləri ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş müddətinə əlillik dərəcəsi verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0232003AAVQL saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsağı; xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, On iki barmaq bağırsağın xora ilə fəsadlaşmış xroniki xora xəstəli Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olmas Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” səbəbi imtina verilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0232003AAXAH saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mə’də və onikibarmaq bağırsağın: xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq; bağırsağın xorası, Kəskin, qanaxma ilə, On iki barmaq bağırsaq soğanağının qanaxma ilə ağırlaşmış xorası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əla müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi dava etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
15. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da iddiaçı məhkəmə iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır
18. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
19. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.1.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9);
20. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2/1(104)31/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1022/2022 nömrəli qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçıya ikinci dərəcə əlilliyin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılmasıdır.
23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı baxılan hissədə dəyişdirilməlidir.
24. İnzibati orqanın imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, “onikibarmaq bağırsağın xorasının kəskinləşməsi, xroniki pankreatinin kəskinləşməsi, anemiya diaqnozu” müalicəyə tabe olan xəstəlik qrupa aid olmuş və iddiaçıya müvafiq müalicə olunmasını, sağalmadığı təqdirdə yenidən müalicə olunması tövsiyə edilmişdir.
25. Belə ki, xx.xx.2021-ci il tarixli, 0232003AAQL nömrəli və xx.xx.2022-ci il tarixli, 0232003AAXAHH Forma 88 üzrə əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb:-əlavə müalicəyə ehtiyac olması, ixtisaslaşdırılmış stasionar müalicənin davam etdirilməsi qeyd edilmişdir. Qeyd olunan qiymətləndirilmə məlumatlarında xəstəliyin Beynəlxalq təsnifatı Xİ Sinif: Həzm sisteminin xəstəlikləri= K20-K31-Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri=K26-Onikibarmaq bağırsaq xorası. Diaqnozun mətni Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə, onikibarmaq bağırsaq soğanının qanma ilə ağırlaşmış xorası qeyd edilmişdir.
26. İş materiallarında olan 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirilmə məlumatından görünür ki, xx.xx.2014-cü il tarixli göndərişə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə ilkin, 1 il müddətinə ikinci dərəcə əlillik(=2.2.7.həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi), xx.xx.2015-ci il tarixli, 0232003AAE13 nömrəli Forma 88 üzrə xx.xx.2015-ci il tarixdən təkrar, 1 il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişə əsasən isə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Dioqnozun mətni- Onikibarmaq bağırsağın soğanağının qanaxma ilə fəsadlaşmış xroniki xora xəstəliyi, davamsız remissiyalarla. Qastroezofaqeal reflyukus. Ezofaqit İİ st. Həzm sistemi funksiyasının pozulması. Ümumi qidalanma zəifliyi. İİ-li anemiya. Tubootit. Nevrasteniya. Teztez kəskinləşən vegetativ damar krizləri ilə.
27. Göründüyü kimi iddiaçının uzun müddət 2-ci qrup əlil olması və təkrar müayinələrdə də eyni diaqnozun təyin edilməsinə baxmayaraq ona əlillik təyin edilməsindən imtina edilmiş, imtina yalnız əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırılmışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin əsası kimi qeyd edilən xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndində nəzərdə tutulmuş, iddiaçı müxtəlif vaxtlarda, müntəzəm olaraq ambulator və stasionar qaydada müvafiq xəstəlikdən müalicə kursu keçmişdir.
29. Belə ki, “Ambulator, stasionar xəstənin tibbi kartası »ndan çıxarışların surətlərindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə rayon Poliklinikasında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bərdə Mərkəzi Rayon Xəstəxanasında stasionar müalicələr almışdır.
30. Ömür-dən pay klinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli videoqastmoduodenoskopiyada İddiaçı müayinəsi nəticəsində sliding tip Hiatal Herni, Ezofaqit / Grade B/, Erroziv antral qastrit, 12.b.b.xora xəstəliyi müəyyən edilmişdir. - Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı onikibarmaq bağırsağın xorasının kəskinləşməsi, xroniki pankreatinin kəskinləşməsi diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X6 publik hüquqi şəxsdə müalicə almışdır.
31. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.
32. Bundan baqa iş materiallarında olan 13 yanvar 2022-ci il tarixli Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı K20-K31 qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, K26 onikibarmaqbağırsaq xora xəstəliyi diqnozu qeyd edilmişdir.
33. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməsi tarixi müəyyən olunmamış, buna hüquqi qiymət verilməmişdir.
35. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qismən- İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməli, iddiaçıya 13 yanvar 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1022/2022 nömrəli qərarı qismən “İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində” hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov