Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-310/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1987/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli 9332 nömrəli arayışından görünür ki, Daşkəsən MRX-nın xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və ona "Üzvi emosional labil (astenik) pozuntu F06.6" diaqnozu qoyulmuşdur. 3. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə "F06.6- F43.1-Barotravma. Üzvi mənşəli labil pozuntu, stress pozuntusu." diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2021-ci il tarixli 1608/21 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər X3-Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınaraq tibbi rəy verilmişdir. Ona “F06.6-Barotravma, üzvü mənşəli emosional labil pozuntu. F43.1-Posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 7440 nömrəli arayışından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən İddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub və ona "Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntular ilə F07.8" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı müayinə olunaraq, "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlavış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və M 2,0D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.8 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.8-F06.6- Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu. Üzvi mənşəli labil pozuntu. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "F07.0-F07.8-Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları. F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik sefalgiya" diaqnozu ilə stasionar müalicələrdə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixdə Maqnit rezonans görüntüləmə müayinəsinin protokolundan görünür ki, İddiaçı beyin MR müayinəsi nəticəsində periventrikulyar, peritriqonal sahədə mm-lik qlioz sahələri. Retrosereballar araxnoidal (15x10mm) aşkar edilmişdir. X1 EEQ müayinənin nəticəsi üzrə verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı müayinəsi zamanı baş beynin bioelektrik aktivliyində dezorqanizə olunmuş EEQ-fon yazısı müşahidə olunur. Alfa ritm çəkilişdə iştirak etmir. Requlyar yaxşı modulə olan yüksək amplitudalı teta dalğalar hər iki yarımkürədə dominantdır. Dalğaların zonal paylanması anormaldır. Yarımkürələrarası asimmetriya izlənmir. Ritmlər yaşa uyğun formalaşmır. Spayklar – 240 mkv lokalizasiyalı izlənir. Funksional sınaqlar-gözün yumub açılması aktivasiya reaksiyası izlənmir. Ekstraserebral artefaktlar-okuloqrafik əzələ. Hərəki-kardioqrafik. HV-ya vaxtı yavaş-ləng dalğaların üstünlüyü ilə. FS-ya cavab alınmadı. Oyaqlıq-fon aktivliyi zamanı beyin qabığının oyanıqlığı ilə yanaşı hər iki yarımkürədə olmaqla əsasən alın-gicgah nahiyələrində fiksə olan spayk tipli aktivlik qeyd edilir. Maksimal pozitivlik sol C3A1 boyu izlənir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0327003AAJDZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Sonradan həmin qərardan verilmiş şikayətə baxılarkən xx.xx.2022ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixli **********9 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin V00051587KHİ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Sonradan həmin qərardan verilmiş şikayətə baxılarkən xx.xx.2023cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir. Forma 88 saylı göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: - Əsas diaqnoz – F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu; - Yanaşı xəstəliklər – F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu; - Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən stasionar çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "F07.0- F43.1- Partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları. Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuş, müalicənin nəticəsində rayon psixiatrının nəzarəti məsləhət görülmüşdür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X9” X13 xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymələndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 saylı göndərişdə qeyd edilmiş “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Postravmatik stres pozuntusu. Qulağın barotravması” diaqnozdakı xəstəliklər onun psixi statusu, anamnestik məlumatları, aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən edilmişdir. TSEK-da şəxsin müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Həmin xəstəliklər nəzərə şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına aid etmək mümkün olmadı. Eyni zamanda, həmin rəyin təsviri hissəsində (5-ci səhifənin sonuncu abzası) qeyd olunmuşdur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu. Qulağın barotravması” xəstəliklərindən əziyyət çəkir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İkinci Qarabağ müharibəsində iştirak etdiyi zaman aldığı xəsarətlər səbəbindən fəaliyyət qabiliyyəti olmadığı üçün ona pensiya təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1998-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. O, bir müddət bundan öncə pensiya almaq məqsədilə DSMF-nin Gəncə şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Şöbənin vəzifəli şəxsləri xahişini təmin etməkdən imtina etmişlər. Belə ki, Şöbə onun 44 günlük Qarabağ müharibəsində iştirak etməyi və döyüş zamanı aldığı xəsarətlərlə bağlı heç bir əsas olmadığını səbəb göstərərək hüququnun pozulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol vermiş və müraciətini təmin etməkdən imtina etmişdir. Yəni, təqdim etdiyi sənədlərə məhəl qoymayaraq ona əlillik verilməklə pensiyanın təyin olunmasından imtina edirlər. Hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulmasına səbəb olmuş hərəkətlər kimi qiymətləndirilməli və qeyri qanuni sayılmalıdır. İİ Qarabağ müharibəsində işğal altında olmuş Azərbaycan Respublikasının müxtəlif rayonlarında döyüşlərdə snayperçi olmuşdur. Xidməti medalları ilə sübut olunur. Döyüş zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini itirmişdir. X7 xx.xx.2022-ci il tarixli 2 saylı Komputer EEQ analizindən görünür ki, müayinə zamanı baş-beyinin bioelektrik aktivliyində bir neçə problemlərin olması aşkar edilmişdir. Biləsuvar MRX-sı tərəfindən verilmiş stasionar tibbi kartasından çıxarışında görmənin pozulması posttravmatik stress pozuntusu müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 236 saylı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Biləsuvar MRX-da, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Tovuz RMX-da, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhəri 2 nömrəli Şəhər Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində, xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə Gəncə şəhər Psixiatrik Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022- ci il tarixlərdə Gəncə şəhər Psixiatrik Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicə almağı qeyd olunmuşdur. MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntu, Partlayış travması nəticəsində soltərəfli xroniki koxlear nervit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqla 4 metr, sağ qulaqla 6 metr məsaəfədən eşitmə ilə, hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3.0D və 2.0D nəticəsində görmə itiliyinin 0.2-yə azalması, korreksiya ilə 0.8 olması müşahidə olunur. Həmin şəhadətnamənin davamı hissəsində Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə və digər xəsarətləri sadalanmışdır. Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın oftalmalogiya şöbəsi X13 04 noyabr 2022-ci il tarixli 1908 saylı tibbi rəyinə əsasən göz almasının ön hissəsinin və göz dibinin patalogiyasız, diaqnozda hər iki gözdə mürəkkəb miopik astiqmatizm, sol gözdə refreaksion ampliopiya diaqnozu qoyulmuşdur. Daşkəsən Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1608/21 saylı məktubda Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 nömrəli əmrinə əsasən onu Gəncə şəhər X4 Psixiatr Komissiyası tərəfindən müayinə olunmağı məsləhət olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və bununla bağlı tibbi rəy verilmişdir. Təqdim olunmuş Tibbi stasionar çıxarışlarda şəxsiyyət dəyişkənliyi, baş ağrıları, qıcolma, gözlərinin zəif görməsi və s. qeyd olunmuşdur. Psixi Sağlamlıq Mərkəzinin X13 xx.xx.2022-ci il tarixli 7440 saylı məktubunda Üzvi mənşəli (qapalı kəlləbeyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.8 diaqnozu qoyulmuşdur. X10 Mərkəzinin tibbi arayışında Xroniki posttravmatik baş ağrısı diaqnozu qoyulmuşdur. MN-nin 266 saylı h/h-nin arayışında Partlayış nəticəsində alınan zərbə nəticəsində Barotravma diaqnozu qoyulmuşdur. Yuxarıda qeyd olunanlar ona əlilliyin təyin edilməsi üçün əsasdır. Bununla bağlı ƏƏSMN-nin DSMF-nin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən imtina edilmiş, əlillik əlamətinin təyin edilməməsi barədə bildiriş göndərilmişdir. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X13i göstərməklə, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1987/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X13in üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, xəstəlik tarixçəsindən çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Eyni zamanda bütün müalicələrin yekununda rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür ki, bu da iddiaçının sağalmadığını bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərarlar qəbul edilmişdir. Eyni zamanda həmin qərarlardan verilmiş şikayətlərə baxılarkən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərarlar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2”nə istinad etməklə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindəm çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Eyni zamanda bütün müalicələrin yekununda rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür ki, bu da iddiaçının sağalmadığını bir daha təsdiq edir. İddiaçıqa dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Bildirilir ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşılmır və eyni zamandan məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin niüəyyən olunması meyarları"nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Nəzərinə çatdırılıe ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməkdə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 7.5.1. bəndinə əsasən, posttravmatik stres pozuntusu - XTB-10 (F43.1) zamanı orqanizmin funksiyasının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə müəyyən edilimişdir. Həmin əlavənin 7.6.2. bəndinə əsasən, baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – XTB-10 (F06) zamanı orqanizmin funksiyasının pozulması 35-60 faiz olmaqla 2 il müddətinə müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli qərar-xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlavış travması nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıresitmə, pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və M 2,0D nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya ilə 0.8 olmaqla" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Bundan başqa Gəncə Şəhər Psixiatriya Xəstəxanasının 1608/21 nömrəli, xx.xx.2021-ci iol tarixli məktubunun surətindən görünür ki, iddiaçı Həkimm Psixiatr Komissiyası tərfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir. Diaqnoz: F06.6 – Barotravma, üzvi mənşəli emosional labil pozuntu; F- 43.1 – Posttravmatik stress pozuntusu kimi qeyd edilmişdir. Bununla yanaşı Daşkəsən MRX-nın xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” X13 tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona "Üzvi emosional labil (astenik) pozuntu F06.6" diaqnozu qoyulmuşdur. Həmçinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” X13 tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ikinci dəfə müayinə olunmuş "Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntular ilə F07.8" diaqnozu qoyulmuşdur. İddiaçı ona müvafiq əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2022ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Həmin qərarlardan iddiaçı tərəfindən verilmiş şikayətlərdən sonra iddiaçının əyani müayinəsi keçirilməklə xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasını əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı məxsus göndərişlərdə “F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu və F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.5.1 və 7.6.2-ci bəndlərində öz əksini tapmışdır. Qeyd olunan Əlavənin həmin bəndlərinə əsasən iddiaçıya qoyulmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz müəyyən edilmiş və bu diaqnoza görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 9423 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməli olması ilə bağlı mövqeyini də əsaslı hesab edir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı sonuncu imtina tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1987/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-310/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-310/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver