Məhkəmə qərarları › İş №2-1(104)-319/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-319/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-319/2025 22.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızının iştirakının iştirakı ilə, İddiaçı cavabdeh Samux rayonu Alıuşağı kənd bələdiyyəsinə (üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı) qarşı Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokolqərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 104/2024 nömrəli qərarından üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarı və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarı qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(104)-561/2024 nömrəli qərardadı ilə (hakimlər A.İsgəndərova (sədrlik edən və məruzəçi, R.Mamedov, A.Bayramov) üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-225/2025 nömrəli qərarı ilə (hakimlər S.Kərimov-sədrlik edən, R.Nəbizadə, A.Hüseyn) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2-1(104)- 561/2024 nömrəli qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Samux rayonu bələdiyyəsinin 2006-cı il tarixli alğısatqı ilə bələdiyyədən aldığı 0.08 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Samux rayonu, Alıuşağı bələdiyyəsindən həyətyanı torpaq sahəsi kimi 0.08 ha torpaq sahəsini satın almışdır. Samux rayonu Alıuşağı kənd bələdiyyəsinin 14 fevral 2006-cı il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən 0.08 ha torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. O, həmin torpaq sahəsində ev tikmişdir. Bu yaxınlarda bilmişdir ki, yəni xx.xx.2023-cü ildə 3 saylı Ərazi İdarəsindən arayış alarkən ona məlum olmuşdur ki, cavabdeh onun torpaq sahəsini nikahdan qabaqkı iş üzrə 3-cü şəxsə satmışdır. Ona görə də iddia qaldırıb ona satılmış torpaq sahəsinin iş üzrə 3-cü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsini xahiş etmək məcburiyyətindədir. Hesab edir ki, bələdiyyənin iş üzrə 3-cü şəxsə onun aldığı torpağın satılmasına dair qərarı ləğv edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Əhmədova Hicran Məhəmməd qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ailə qurmuş, 2021-ci ildə boşanmışdır. Birgə nikah dövründə 0,12 ha bələdiyyə torpaq sahəsi zəbt etmişdir. Bələdiyyə həmin torpaq sahəsinin sənədləşdirilməsini desə də maddi imkan olmadığından bu mümkün olmamışdır. 2021-ci ildə iddiaçı ilə ayrıldıqdan sonra, 2022-ci ildə ata-anası ona çıxarış və texniki pasport almaqda köməklik etmişdir. 2022-ci ildə Samux rayon Alıuşağı bələdiyyəsi 0,12 ha torpaq sahəsini onunla alqı-satqı etdikdən sonra həmin torpaq sahəsinə xx.xx.2022-ci ildə çıxarış almışdır. Bundan sonra torpaq sahəsində hasar çəkdirmiş, ev tikdirmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, Samux rayonunun Alıuşağı kəndində yaşayır. 2009-cu ildə iddiaçı ilə ailə qurmuş, 2021-ci ildə ayrılmışdır. Ayrıldıqdan sonra özünə torpaq sahəsi alıb, ev tikdirmişdir. Hazırda da 2 azyaşlı uşağı ilə həmin evdə yaşayır. İddiaçının onun aldığı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Samux rayonu Alıuşağı kəndinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün Alıuşağı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi qardaşı X1, Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 0,08 ha torpaq sahəsi ona ayrılmışdır və hər iki torpaq sahəsi qonşu torpaq sahələridir. Həmin torpaq sahəsində valideynləri tərəfindən çiy kərpicdən iki otaqlı ev tikilərək qardaşı Vüqar həmin evdə yaşamağa başlamışdır. 2009-cu ildə o, iş üzrə üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı ilə ailə qurmuş, sonuncu köçərək onunla bərabər valideynləri ilə yaşamaqda davam etmişdir. Lakin bir müddət sonra həyat yoldaşı Hicran Əhmədova valideynləri ilə yola getmədiyinə görə o, arvadı Hicran Əhmədova ilə birlikdə yaşamaq üçün qardaşı Vüqarın yaşadığı evə, qardaşı Vüqar isə valideynlərinin yaşadığı evə köçmüşdür. O, sonradan üçüncü şəxslə birlikdə mövcud evin qarşısında daş materialdan yeni ev tikdirərək həmin evə köçmüşlər. Lakin 2020-ci ildə münasibətləri pozulduğuna görə Hicran Əhmədova ilə ilə nikahları pozulmuş, o, həmin evdən çıxaraq valideynləri ilə yaşamağa başlamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, bələdiyyə 2006-cı ildə ona satılmış torpaq sahəsinə çıxarış almamasından istifadə edib yenidən həmin sahə də daxil olmaqla 0,12 ha torpaq sahəsinin üçüncü şəxs Hicran Əhmədovaya satılması ilə bağlı alğı-satqı müqaviləsi bağlamışdır. Halbuki həmin torpaq sahəsinin 0,08 hissəsi 2006-cı ildə ona satılmışdır. Üçüncü şəxs həmin sahədə ev tikməyib, həmin ev onun tərəfindən tikilmişdir Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair üçüncü şəxsin , həmin şikayətin təmin edilməməsinə dair iddiaçının izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əvvəlcə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsi üçüncü şəxsə satıldığı zaman artıq həmin torpaq sahəsinin 0,08 ha hissəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı mövcud idi. Mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı mövcud olduğundan, sonradan həmin torpaq sahəsinin üçüncü şəxsə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2021-ci il tarixli və həmin torpaq sahəsinin bilavasitə üçüncü şəxsə satılması barədə xx.xx.2022-ci il tarixli qərarları 0,08 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Samux rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-39RA/2-173/2025 saylı arayışından görünür ki, İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsinin satılması barədə Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı protokol qərarın və ona aid sənədlərin surətləri Samux rayon Dövlət Arxivində mühafizə olunur (Əsas: Fond 102). İş materiallarında olan Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli protokol qərarından görünür ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0,08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyətində olan və alqısatqı predmeti olan torpaq sahəsindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli AQS seriyalı 689236 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Samux rayonu Alıuşağı bələdiyyəsinin hesabına həyətyanı sahə üçün 300 manat ödəniş edilmişdir. İş materiallarında olan Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə təyinatı ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında sürüşmə zonasında yerləşmədiyindən fərdi yaşayış evinin tikilməsi, satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır. İş materiallarında olan Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokol qərarı ilə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərini qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmilləşdirilmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zolağında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən bu əsasnamənin 11-ci 14-cü 21-ci 23-cü 24-cü 25-ci 25-1 və 27-ci maddəsində müəyyən edilmiş qaydaya əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İş materiallarında olan Əhmədov İddiaçı Hicran Məhəmməd qızının adına daşınmaz əmlakın qeydiyyata alınıb-alınmamasına dair arxiv arayışının verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2022ci il tarixli **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Əhmədova Hicran Məhəmməd qızının adınadır. Məhkəmə sorğusuna əsasən X2 Təchizatı və Satışı İdarəsi tərəfindəın göndərilmiş xx.xx.2025-ci il tarixli 1/1081 nömrəli məktubundan görünür ki, 21249398 zavod №-li elektrik sayğacı, **********00311 abonent kodunda əks olunur. Həmin kodda abonent kimi, hal-hazırda Əhmədova Hicran Məhəmməd qızı əks olunur. 2007-2015-ci illər arası olan müddətə gəldikdə bildiririk ki, həmin dövr "xxxx" ASC dövrünə aiddir, bu dövr ərzində istifadə olunan informasiya bazasına “Qərb” RETSİ-də yetki yoxdur, bu səbəbdən hər hansı məlumat təqdim edilməsi mümkün deyil. Əlavə olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixdə “ASAN Xidmət” mərkəzində ad dəyişmə prosesi aparılmış, abonent İddiaçı adı Əhmədova Hicran Məhəmməd qızı ilə əvəz edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir. Həmin torpaq sahəsi həmin tarixdən etibarən iddiaçının istifadəsinə verilmiş və onun tərəfindən fərdi yaşayış evi qismində tikili inşa edilərək, 2010cu ildən ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2021-ci ilin oktyabr etibarən iddiaçı ilə üçüncü şəxsin ailə münasibətləri pozulduqdan sonra iddiaçı mübahisəli torpaq sahəsində yerləşən həmin evdən çıxmış, üçüncü şəxs isə uşaqları ilə yaşamağa davam etmiş, həmin evlə paralel digər tikilini də tikdirmişdir. Bundan sonra 2021-ci ildə üçüncü şəxs cavabdeh bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmiş, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Həmin qərar əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır. Daha sonra Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokolqərarı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu bəndinə əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmış və xx.xx.2022-ci il tarixli AN- İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi dörd bir tərəfdən mişar daşı ilə hasara alınmışdır. Torpaq sahəsində mövcud olmuş çiy kərpicdən olan tikili sökülmüş, ondan bir qəər aralıda daşdan yaşayış üçün yeni tikili inşa olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, 0.12 ha torpaq sahəsi üçüncü şəxsə satıldığı zaman artıq həmin torpaq sahəsinin 0.08 ha hissəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı mövcud olduğundan birinci instansiya məhkəməsi Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarı və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarı qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar arasında ziddiyətlər olduğundan birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 1 ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinetdə yerləşdirilməklə (Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar