Məhkəmə qərarları › İş №2-1(104)-320/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-320/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-320/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-874/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçının xidmət dövründə xx.xx.1992- xx.xx.1994-cü illərdə xidmət yerində olmağı tam təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

2. Qazax Hərbi Prokurorluğunun xx.xx.2011-ci il tarixli, 12/HP2831 nömrəli məktubundan görünür ki, Qazax hərbi prokurorluğunda 1971-ci il təvəllüdlü, N №-li hərbi hissədə xidmətdə olmuş əsgər İddiaçı barəsində cinayət işi və ya araşdırma materialı yoxdur.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 07 sentyabr 1992-ci il tarixdən ümumi ərzaq təminatından çıxarılmış və 3 (üç) günlük quru ərzaq payı ilə təmin edilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrindən çıxarışdan görünür ki, Az.R.Müdafiə Nazirinin N №-li xx.xx.1994-cü il tarixli əmrinə əsasən hissəni özbaşına tərk edərək fərarilik etmiş, buraxıldığı qısamüddətli məzuniyyətdən vaxtında geri qayıtmamış, göndərildiyi müalicə ocaqlarından müalicə müddətləri bitməsinə baxmayaraq geri qayıtmamış İddiaçı hissənin ş/h-nin siyahısından çıxarılmış və onun hərbi qeydiyyat X6 məntəqəsinin sərəncamına göndərilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3171 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 11 №-li əmrində (əsas: §-1, səh-9, sıra-10, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) çağırışçıların qəbulu məntəqəsindən xidmətlərini davam etdirmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, Gədəbəy RHK-nın çağırışçısı, “Гумватов Халыг Хидаят” oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 7 №-li əmrində (əsas: §-1, sıra-20, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissədən Qubadlı döyüş rayonuna ezamiyyətə göndərilərək xx.xx.1992-ci il tarixdən ümumi ərzaq təminatından çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 143 №-li əmrində (əsas: §-2, səh-39, sıra- 2, əmrdə atasının adı “Hidayət” yazılmışdır) Zəngilan döyüş bölgəsində olan, 1-ci batareyanın 2-ci dəstəsinin dəstə nömrəsi, sıravi X2 döyüş mövqeyni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 152 №-li əmrində (əsas: §-21, səh- 10, sıra-2, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X2 döyüş mövqeyni özbaşına tərk edib geri qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən bütün növ təminatlarla təmin olunması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 317 №-li əmrilə (əsas: §-10, səh-16, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X4 xəstəliyi ilə əlaqədar olaraq Zəngilan döyüş mövqeyindən Mərkəzi Hərbi Hospitala göndərildiyindən xx.xx.1993-cü il tarixdən hərbi hissənin ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 4 №-li əmrilə (əsas: §-10, sıra-7, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 hospitaldan qayıtmış hesab edilərək xx.xx.1994-cü tarixdən hərbi hissədə ümumi ərzaq təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 5 №li əmrilə (əsas: §-3, sıra-4, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 batareyanın yerləşdiyi Goranboy döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 192 №-li əmrilə (əsas: §-5, səh-12, sıra4, əmrdə atasının adı “Hidayət” yazılmışdır) sıravi X4 2-ci dəstənin dəstə nömrəsi vəzifəsindən azad edilərək 13-cü batareyanın 4-cü dəstəsində dəstə nömrəsi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 196 №-li əmrilə (əsas: §-2.4, səh-25, sıra-1, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, sıravi X4 diviziyonun yerləşdiyi Ağdam döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, 4-cü dəstəsinin dəstə nömrəsi, sıravi X4 hərbi hissəni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 273 №-li əmrilə (əsas: §-10, səh-26, sıra3, əmrdə atasının adı “Hidayət” yazılmışdır) fərari hesab edilərək bütün təminat növlərindən çıxarılmış və ştatdan kənar sayılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 358 №-li əmrində (əsas: §-2, səh-2, sıra-533, əmrdə atasının adı “Hidayət” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissəni özbaşına tərk etdiklərinə və geri qayıtmadığına görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri X6 məntəqəsinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında, 4-cü ADN-nın əsgəri, sıravi İddiaçı Hidayət oğlunun adı qeyd olunmuşdur.

6. Gədəbəy rayon Hərbi Komissarlığının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanladığı xx.xx.2011-ci il tarixli göndərişdən görünür ki, İddiaçı tibbi şəhadətləndirilməsi məqsədi ilə Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir.

7. Xəstəlik vərəqindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Keçirilmiş kəskin virus hepatiti “A”-dan sonraki vəziyyət. Aşağı ətrafların venalarının İ birinci dərəcəli varikoz genişlənməsi” diaqnozu ilə hərbi hospitalda stasionar müalicədə olmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 252 nömrəli qərarından görünür ki, Gədəbəy RHK tərəfindan 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etmiş, Qazax hərbi prokurorunun xx.xx.2011-ci il tarixli, 12/HP-2674 saylı məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-сü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Keçirilmiş kəskin virus hepatiti “A”-dan sonraki vəziyyət. Aşağı ətrafların venalarının İ birinci dərəcəli varikoz genişlənməsi”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/2-15061/2025 saylı məktubundan görünür ki, Gədəbəy rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 2-1(104)-320/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb məssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürür. Qeyd edək ki, vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2013-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.2014-ci il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Daha sonra şəxsin əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaşın ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonuncu dəfə İddiaçı dair Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən K00220896QXX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti xx.xx.2024-c¸ il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

10. TSEK arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuşdur. İ Qarabağ müharibəsi zamanı o, 1992-ci il tarixdə Gədəbəy Rayonu Hərbi Komissarlığı tərəfindən torpaqların müdafiəsi üçün müddətdən artıq hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Goranboy rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində əsgər kimi xidmət etmişdir. Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 1993-cü ilin avqustsentyabr aylarında vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərində yerləşən Papanin adlanan hərbi hospitala yerləşdirilmişdir. Hərbi hospitalda bir ay müayinə və müalicə olmuş, daha sonra iki ay müddətinə ev şəraitində müalicənin davam etdirilməsi üçün məzuniyyətə göndərilmişdir. Məzuniyyətdə olduğu dövürdə öz vəsaiti hesabına ev şəraitində müalicələr almışdır. Məzuniyyət müddəti bitdikdən sonra xidmət etdiyi hərbi hissəyə geri dönmüşdür. 1994-cü ilin iyun-avqust aylarında həmin hərbi hissəni Ağcabədi rayonunun Boyat kəndində xidmət etmiş, daha sonra Gədəbəy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. İddiaçı qeyd edir ki, 1995-ci ilin may ayında ona bu hərbi hissədə əmrdə olmadığı barədə məlumat vermişlər. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtinanın qanunsuz və əsassız olduğunu hesab edir.

13. Cavabdeh orqanın iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-3773/2024 nömrəli etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilməlidir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, İddiaçı 12 avqust 1992-ci il tarixdən 24 dekabr 1994-cü il tarixədək xidmət yerində olmadığından Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən 07 fevral 2023-cü il tarixli qərar ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 874/2025 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi bilet, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Çünki baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-874/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsi zamanı erməni faşistlərinin torpaqlarımızı işğal edən zaman 1992-ci il tarixdə Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən torpaqlarımızın müdadfiəsi üçün müddətdən artıq hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Goranboy rayonunda yerləşən N saylı hərbi hissənin tərkibində əsgər kimi xidmət etmişdir. Torpaqlarımızın müdafiə olunması uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin avqust-sentiyabr aylarında ağır xəstələnib Bakı şəhərində yerləşən Papanin adlanan hərbi hospitalina yerləşdirilmişdir. Hərbi hospitalda bir ay müayinə və müalicə olunduqdan sonra iki ay müddətinə ev şəraitində müalicəni davam etdirmək üçün məzuniyyətə göndərilmişdir. Məzuniyyətdə olduğu dövürdə öz vəsaiti hesabına ev şəraitində müalicələr almışdır. Məzuniyyət müddəti bitdikdən sonra xidmət etdiyi hərbi hissəyə geri dönmüşdür. 1994-cü ilin iyun-avqust aylarında həmin hərbi hissəni Bakı şəhərinə qaytarıb Ağcabədinin Boyat kəndinə göndərmişlər. Həmin hərbi hissədə iki ay xidmət etdikdən sonra Gədəbəy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Onu da qeyd edir ki, 1995-ci ilin may ayında ona bu hərbi hissədə əmrdə olmadığı barədə məlumat vermişlər. Nəzərə çatdırılır ki, ona qarşı olunan haqsızlıqların araşdırılması üçün Müdafiə Nazirliyinə və digər adiyyəti üzrə şöbələrinə rəsmi müraciətlər etmişdir. Müraciətlərinə verilən cavablarda, arxiv arayışları və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının qərarı və sair sənədlər təsdiq edir. O, 1ci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə zəruri olan sənədlərlə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2024-cü il tarixli, 2/2- 4905 №-li məktubla əsasən bildirilmişdir ki, xidməti dövründə xx.xx.1992-ci il tarixdən xx.xx-1994-cü il tarixədək xidməti yerində olması tam təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Sənədlərdə olan uyğunsuzluqların aydınlaşdırılması üçün məhkəmə qaydasında baxılması məqsədə uyğun görmüşdür. Beləliklə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2024-cü il tarixli, 2/2-4905 №-li məktubla əsassız olaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi də qeyd olunan məsələlərə aydinlıq gətirmədən, sadalanan qanunların və beynəlxalq hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, qanunların düzgün tədbiq edilməməsi ilə birtərəfli, ədalətsiz qərar çıxarmış və nəticə ehtibarı ilə hüquqlarının kobud şəkildə pozulmasına yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1-ci Qarabağ müharibəsi zamanı səhhətində ağır xəstəlik yarandığına görə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

23. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir

26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

28. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

32. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

33. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

34. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

35. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

36. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

38. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

42. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

43. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasının əsası kimi, iddiaçının xidmət dövründə xx.xx.1992-xx.xx.1994-cü illərdə xidmət yerində olmasının tam təsdiqlənməməsi göstərilmişdir.

44. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3171 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 11 №-li əmrində (əsas: §-1, səh-9, sıra-10, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) çağırışçıların qəbulu məntəqəsindən xidmətlərini davam etdirmək üçün göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, Gədəbəy RHK-nın çağırışçısı, “Гумватов Халыг Хидаят” oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 7 №-li əmrində (əsas: §-1, sıra-20, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissədən Qubadlı döyüş rayonuna ezamiyyətə göndərilərək xx.xx.1992-ci il tarixdən ümumi ərzaq təminatından çıxarılan hərbi qulluqçuların siyahısında, sıravi X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 143 №-li əmrində (əsas: §-2, səh-39, sıra-2, əmrdə atasının adı “Hidayət” yazılmışdır) Zəngilan döyüş bölgəsində olan, 1-ci batareyanın 2-ci dəstəsinin dəstə nömrəsi, sıravi X2 döyüş mövqeyni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 152 №-li əmrində (əsas: §-21, səh-10, sıra-2, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X2 döyüş mövqeyni özbaşına tərk edib geri qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən bütün növ təminatlarla təmin olunması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 317 №li əmrilə (əsas: §-10, səh-16, əmrdə atasının adı “Hidayət” yazılmışdır, vəzifəsi göstərilməmişdir) 1-ci batareyanın hərbi qulluqçusu, sıravi X4 xəstəliyi ilə əlaqədar olaraq Zəngilan döyüş mövqeyindən Mərkəzi Hərbi Hospitala göndərildiyindən xx.xx.1993-cü il tarixdən hərbi hissənin ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 4 №-li əmrilə (əsas: §-10, sıra-7, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 hospitaldan qayıtmış hesab edilərək xx.xx.1994-cü tarixdən hərbi hissədə ümumi ərzaq təminatı ilə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 5 №li əmrilə (əsas: §-3, sıra-4, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 9-cu batareyanın hərbi qulluqçusu, dəstə nömrəsi vəzifəsində, sıravi X4 batareyanın yerləşdiyi Goranboy döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 192 №-li əmrilə (əsas: §-5, səh-12, sıra4, əmrdə atasının adı “Hidayət” yazılmışdır) sıravi X4 2-ci dəstənin dəstə nömrəsi vəzifəsindən azad edilərək 13-cü batareyanın 4-cü dəstəsində dəstə nömrəsi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 196 №-li əmrilə (əsas: §-2.4, səh-25, sıra-1, əmrdə atasının adı “Hidayət” yazılmışdır) 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, sıravi X4 diviziyonun yerləşdiyi Ağdam döyüş bölgəsinə göndərilərək xx.xx.1994-cü il tarixdən ümumi ərzaq təminatından çıxarılmışdır. 4-cü ADN-nın 10-cu batareyasının hərbi qulluqçusu, 4-cü dəstəsinin dəstə nömrəsi, sıravi X4 hərbi hissəni özbaşına tərk etdiyinə və geri qayıtmadığına görə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 273 №-li əmrilə (əsas: §-10, səh-26, sıra3, əmrdə atasının adı “Hidayət” yazılmışdır) fərari hesab edilərək bütün təminat növlərindən çıxarılmış və ştatdan kənar sayılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 358 №-li əmrində (əsas: §-2, səh-2, sıra-533, əmrdə atasının adı “Hidayət” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissəni özbaşına tərk etdiklərinə və geri qayıtmadığına görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri X6 məntəqəsinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında, 4-cü ADN-nın əsgəri, sıravi İddiaçı Hidayət oğlunun adı qeyd olunmuşdur.

45. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 252 nömrəli qərarından görünür ki, Gədəbəy RHK tərəfindan 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etmiş, Qazax hərbi prokurorumun xx.xx.2011-ci il tarixli, 12/HP-2674 saylı məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-сü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Keçirilmiş kəskin virus hepatiti “A”-dan sonraki vəziyyət. Aşağı ətrafların venalarının İ birinci dərəcəli varikoz genişlənməsi”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

46. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/2-15061/2025 saylı məktubdan görünür ki, Gədəbəy rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 2-1(104)-320/2025 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra – Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb məssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürür. Qeyd edək ki, vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2013-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.2014-ci il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Daha sonra şəxsin əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaşın ikinci dərəcə əlillik təyinatı xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonuncu dəfə İddiaçı dair Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən K00220896QXX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti xx.xx.2024-c¸ il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

47. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən TSEK arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

48. Göründüyü kimi iddiaçıya xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə, xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

49. Məhkəmə kollegiyası göstərilən işin hallarını və hazırkı qərarın 25-ci bəndində qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır.

50. Belə ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı xəstələnərək uzun müddət stasionar və ambulator müalicə aldığına görə, sonradan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 12-ci bəndinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İddiaçının oktyabr-noyabr 1993-cü il tarixlərdə xidmət zamanı keçirdiyi ağır xəstəliyə görə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan ona münasibətdə bu qayda tətbiq edilməməlidir.

52. Məhkəmə kollegiyası həmçininin qeyd edir ki, iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və ya fərarilik etməsi nəticəsində hər hansı məsuliyyətə cəlb edilməsi iş materialları ilə müəyyən edilmir, bunu təsdiq edən sübutlar mövcud deyil və cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bu xüsusda cavabdehin arqumentlərini əsassız hesab edir.

53. Beləliklə qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-874/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar