Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-322/2025 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Yusifov İbrahim Arzuman oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxslər: Samux rayon Sərkar bələdiyyəsi və qeyriləri) iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Yusifov İbrahim Arzuman oğlunun iştirakı ilə, iddiaçı Yusifov İbrahim Arzuman oğlunun (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (bundan sonra - cavabdeh) qarşı (üçüncü şəxslər: Samux rayon Sərkar bələdiyyəsi və qeyriləri) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qərar qəbul etdi. İşin halları
1. Yusifov Arzuman İbrahim oğlunun adına Mənzil Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair ##.##.1987-ci il tarixli texniki pasportdan görünür ki, texniki pasportda həyətyanı torpaq sahəsinin sənəd üzrə ölçüləri 0,15 ha kimi göstərilmişdir.
2. Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən ##.##.2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətayanı torpaq sahələrinə aid cədvəldə Yusifov Arzuman İbrahim oğlu, Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlu və X10 adları 471-cı sırada göstərilmiş və qanuni istifadələrində olan torpaq sahəsinin ölçüsü 0,15 ha olaraq göstərilmişdir.
3. Samux Rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə Yusifov Arzuman İbrahim oğlu, X11, Yusifov İbrahim Arzuman oğlu və X10 mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmiş və 471 nömrə ilə kitabda qeydə alınaraq adlarına JN-***F nömrəli (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir.
4. Yusifov Arzuman İbrahim oğlu ##.##.2019-cu il tarixdə ölmüş və bununla bağlı AZ-II ****** nömrəli “Ölüm haqqında” şəhadətnamə verilmişdir.
5. X10 isə ##.##.2021-ci il tarixdə ölmüş və bununla bağlı AZ-II ****** nömrəli “Ölüm haqqında” şəhadətnamə verilmişdir.
6. Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə nümayəndəliyinin *** nömrəli, ##.##.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçının mərhum atası Yusifov Arzuman İbrahim oğlunun adına nümayəndəliyin 2021-2025-ci illər üçün ** nömrəli təsərrüfatbaşına kitabının 16 səhifəsində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır.
7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon Dövlət Arxivinin *** nömrəli ## ###### 2022-ci il tarixli arxiv arayışından görünür ki, Yusifov Arzuman İbrahim oğlunun Samux Rayon Sərkar kənd İnzibati Ərazi Dairəsinin vahidliyinin 1983-1985-ci illərin 01№-li təsərrüfatbaşına kitabının 15-ci səhifəsində 0,15 ha, o cümlədən tikili altında 0,02 ha torpaq sahəsi Yusifov Arzuman İbrahim oğlu, həyat yoldaşı Üçüncü şəxs, oğlu Yusifov İbrahim Arzuman oğlu, qızları X6, X12, X7 adına qeydə alınmışdır.
8. Samux rayonu Sərkar Bələdiyyəsinin ## ###### 2022-ci il tarixli, ** nömrəli arayışından görünür ki, Yusifov İbrahim Arzuman oğlu mərhum atası Yusifov Arzuman İbrahim oğlunun adına Samux rayon Sərkar kəndində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır və 2000-ci ildən Sərkar bələdiyyəsinə vergi borclarını vaxtlı-vaxtında ödəyir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüquqların qeydiyyata alınması ilə bağlı təkrar müraciət olunarsa müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.
10. “Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 X1n “xxxx” MMC-nin ## ######## 2022ci il tarixli, ************ nömrəli arxiv sənədinin təqdim edilməsi barədə məktubuna qoşma kimi əlavə edilmiş Samux Rayon Aqrar İslahatı Komissiyasının sdəri tərəfindən # ###### 2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Yusifov Arzuman İbrahim oğlu və ailə üzvləri Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlu və X10 qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi vardır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı Yusifov İbrahim Arzuman oğlunun Samux rayonu, Sərkar kəndində yerləşən faktiki istifadəsində olan torpaq sahəsi 0.1472 ha təşkil edir. Həmin faktiki istifadə sahəsinin ölçüsü və konfiqurasiyası ilə, arxiv sənədlərində mövcud olan, Yusifov Arzuman İbrahim oğlunun adına tərtib olunmuş ##.##.1987-ci il tarixli texniki pasportun planında göstərilən sahənin konfiqurasiyası arasında uyğunsuzluq halı mövcuddur. Bununla yanaşı faktiki istifadə sahəsi 0.1472 ha olduğu təqdirdə,Torpağın mülkiyyətə verilməsinə dair JN-471 (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən torpaq sahəsi 0.08 ha olmaqla fərqli konfiqurasiyaya malikdir. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsinin 0.08 ha hissəsi, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən Yusifov Arzuman İbrahim oğlu, X11, Yusifov İbrahim Arzuman oğlu və X10 ümumi mülkiyyətində, 0.08 ha hissəsi isə, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi üzərində və hava məkanında yüksək təzyiqli qaz xətti və yüksək gərginlikli elektrik xətti müşahidə olunmamışdır. Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sahəsinin, kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmə halı aşkarlanmamışdır.
12. cavabdeh1n * nömrəli Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, * nömrəli Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X31 İbrahim oğluna Samux rayonu, Sərkar kəndi ərazisində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Yusifov Arzuman İbrahim oğlu fərdi yaşayış evinə dair ##.##.1987-ci il tarixli texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədilə * nömrəli Gəncə Ərazi Idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsinin Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən JN-466F (KOD 50700048), JN-468F (KOD 50700048) və JN- 483 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan şəhadətnamələr əsasında ayrılmış torpaq sahələrinə dair hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir.
13. cavabdeh1n * nömrəli Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X19 Uçotu İnformasiya Sistemində (bundan sonra TEKUİS) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəsi isə xüsusi mülkiyyət olaraq göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq hissəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədllərin mövcud olması barədə TEKUİS-də məlumat qeyd olunmamışdır. Mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı elektron kadastr bazası məlumatlarına istinadən iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmamışdır.
14. cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Samux rayonu Sərkar kəndi ərazisində aparılmış torpaq islahatı əsasında vətəndaşların xüsusi mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və həmin layihədə öz əksini tapmış torpaq sahələri və eləcə də həmin torpaq sahələrinə dair tərtib olunmuş “Torpağın Mülkiyyətə Verilməsinə Daiar” Şəhadətnamələrdə cizgisi əks olunmuş torpaq sahələri həmin torpaq sahələrinin faktiki vəziyyətləri ilə ciddi uyğunsuzluq halında tərtib olunmuşdur. Belə olan təqdirdə sənədlərdə göstərilən torpaq sahələrinin naturada dəqiq yerləşmə mövqelərini müəyyən etmək mümkün deyildir. Qeyd edək ki, Şəhadətnamə sənədlərində torpaq sahələrinin döngə nöqtələrinin koordinatları (X və Y) əks olunmadığından araşdırma aparılarkən texniki qüsurla işlənmiş kompleks yerquruluşu layihəsinə əsaslanılır. Bu səbəbdən də, mülkiyyətçilərin həyətyanı torpaq sahələrinə dair Şəhadətnamələrdə göstərilən torpaq sahələrinin birinin digərinin torpaq sahələrilə üst-üstə düşməsi halı baş verir. Qeyd edir ki, X19 uçotu informasiya sitemində göstərilən sahələrlədə, həmin ərazidə mülkiyyətçilərin faktiki istifadə sahələri arasında uyğunsuzluq halları mövcuddur. Sözügedən inzibati işdə adları qeyd olunan mülkiyyətçilərinin faktiki istifadə vəziyyətlərinə istinadən bir-birləri ilə mübahisə halı olmadığı müəyyən olundu. 1. Yusifov İbrahim Arzuman oğlunun faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üstüstə düşmə halı mövcud deyildir. 2. X2 ailə üzvərinin faktiki istifadəsində olan 0.31 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmə halı mövcud deyildir. 3. X13 ailə üzvərinin faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmə halı mövcud deyildir. 4. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 oğlunun faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üstüstə düşmə halı mövcud deyildir.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli protokol qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * nömrəli Gəncə Ərazi İdarəsi əvəzinə Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir.
16. cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000ci il tarixli, *** nömrəli qərarı ilə Yusifov Arzuman İbrahim oğlu, X11, Yusifov İbrahim Arzuman oğlu və X10 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.08 ha torpaq sahəsi əkin torpağı deyil, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471 (KOD ********) nömrəli Şəhadətnamədə və arxiv qovluq sənədlərində torpaq islahatı zamanı yuxarıda adları qeyd olunan şəxslərə 0.08 ha həyətyanı torpaq sahəsi ayrılan zaman zəbtlərində torpaq sahəsi olub-olmadığı barədə məlumat qeyd olunmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 471 (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsindən əlavə mülkiyyətçilərin faktiki istifadələrində olan həyətyanı torpaq sahəsi inzibat iş materialları və arxiv sənədlərində mövcud olan Yusifov Arzuman İbrahim oğlunun adına tərtib olunmuş ##.##.1987ci il tarixli texniki pasport sənədinin cizgi planınında göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşir.
17. cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə Samux rayonu Sərkar kəndi ərazisindən Yusifov Arzuman İbrahim oğlu, Üçüncü şəxs, Yusifova Ayşən İbrahim qızı, Yusifova Samirə İbrahim qızı və Yusifova Rüxsarə İbrahim qızının ümumi birgə mülkiyyətinə 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair ## ##### 1999-cu il tarixli, JN-303 (kod ********) nömrəli Dövlət Aktı qeydə alınmışdır. cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarında 2.17 ha torpaq sahəsi ayrılan zaman həmin şəxslərin zəbtlərində torpaq sahəsi olub-olmadığı barədə məlumat mövcud deyildir. Həmin torpaq sahəsi ##.##.2024-cü il tarixli alqısatqı müqaviləsi əsasında X3.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048 JN-***F nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edərək həmin torpaq sahəsinə Yusifov İbrahim Arzuman oğlunun adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçıya 0,08 ha torpaq sahəsi verilmiş və Azərbaycan Respublikası DT və XK-nın Samux Rayon Şöbəsinin KOD 50700048 JN***F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin torpaq sahəsi Yusifov Arzuman İbrahim oğluna, X11, Yusifov İbrahim Arzuman oğluna və X10 verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən texniki səhvə yol verilmiş və şəhadətnamədə 0.15 ha əvəzinə 0.08 ha yazılmışdır. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş texniki səhvi düzəltmək üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir.
20. Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs və X10 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * nömrəli Gəncə Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***F nömrəli şəhadətnamədən kənar qalan və vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu qeyd olunmuşdur.
22. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048, JN-***F nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə Yusifov Arzuman İbrahim oğlunun, Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlunun və X10 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, ##.##.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.C.Hüseynov) iddianın təmin edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-***F nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə Yusifov Arzuman İbrahim oğlunun, Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlunun və X10 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh1 X1n * nömrəli Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-***F nömrəli KOD ******** nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, iddiaçı faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir.
25. Məhkəmə həmin nəticəyə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8.0.5 və 12-ci maddələrinə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrinə istinad etmişdir.
26. Cavabdeh qərardan apellyasiya şikayəti iləməhkəməyə müraciət edərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***F nömrəli şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş ##.##.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***F nömrəli (KOD 50700048) şəhadətnamədən kənar qalan və vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu qeyd olunmuşdur. Qeyd olunan normaların tələbi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən vətəndaş Yusifov İbrahim Arzuman oğlu tərəfindən təqdim olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***F nömrəli (KOD 50700048) Şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. X16 Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli, *** nömrəli qərarı əsasında Yusifov Arzuman İbrahim oğluna, X11, Yusifov İbrahim Arzuman oğluna və X10 birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Lakin vətəndaş Yusifov İbrahim Arzuman oğlunun iddia etdiyi ərazi (0.1476 ha) onun Şəhadətnamə ilə əldə etməli olduğu (0.08 ha) torpaq sahəsindən sahə etibarilə daha artıqdır. Bu halda vətəndaşın iddia etdiyi torpaq sahəsini "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***F nömrəli (KOD 50700048) Şəhadətnamə ilə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması özü-özlüyündə mümkünsüzdür. Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1(114)-2688/2022 qərarının icrası Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən qətnamənin Apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
29. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı X10 münasibətdə ləğv edilmiş, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
30. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə Samux rayon Sərkar kənd bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur.
31. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X15 və X2 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşlar.
32. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli qərardadı qismən X15 və X2 üçüncü şəxs qismində icraata cəlb edilmələri hissəsində ləğv edilmiş, X15 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.
33. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 isə üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişlər.
34. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) # ### 2024-cü il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-***F nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1038 ha müəyyən edilərək torpaq sahəsinə Yusifov Arzuman İbrahim oğlunun, Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlunun və X10 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh1 X1n * nömrəli Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, JN471F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən Yusifov Arzuman İbrahim oğluna verilmiş 0.08 ha torpaq sahəsi, yerdə qalan hissəsi isə JN-466 F (KOD 50700048), JN-468 F (KOD 50700048) və JN-483 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Yusifov Arzuman İbrahim oğluna verilmiş torpaq sahəsinin ölçüsü 0.15 ha kimi göstərilmişdir. Həmçinin Samux rayonu, Sərkar kəndində yerləşən Yusifov Arzuman İbrahim oğluna məxsus fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, fərdi yaşayış evinin 126 kv.m olması, evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü isə sənəd üzrə 0.15 ha göstərilmişdir. Belə olan təqdirdə, bələdiyyə mülkiyyəti kimi müəyyən edilən 0.0238 ha torpaq sahəsinə münasibətdə iddia tələbinin təmin edilməsi yol veriləndir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə (ölçüsü göstərildiyi təqdirdə) münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi Siyahıda öz əksini tapmışdır. Mübahisəli torpaq sahəsinin müvafiq hissəsinin üçüncü şəxslərin mülkiyyətində olmasına dair hazırda qüvvədə olan şəhadətnamələrin olması artıq torpaq sahəsinin həmin hissəsi üzərində iddia tələbinin təmin edilməsi yol verilməzdir. Ona görə də iddia tələbi 0,1038 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir.
36. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı, qərarının iddianın təmin olunmaması hissəsində ləğv edilərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
37. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə, iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iş həmin hissədə təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
38. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi İPM-in 12.1-ci maddəsinin tələbinə əməl etməyərək iddiaçı və ailə üzvlərinə nə qədər pay torpaq sahəsi ayrılmasını müəyyən etmək üçün rayon aqrar islahat komissiyanın qərarı ilə təsdiq edilmiş sənədləri arxiv idarələrindən, yaxud cavabdehdən tələb etməmişdir.
39. Kollegiya qeyd etmişdir ki, göstərilən mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.08 ha hissəsinin, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən Yusifov Arzuman İbrahim oğlu, X11, Yusifov İbrahim Arzuman oğlu və X10 ümumi mülkiyyətində, 0.08 ha hissəsinin isə Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi qeyd olunsa da, torpaq sahəsinin məhz hansı hissələrdə, o cümlədən qismən yaxud tam üst-üstə düşüb-düşməməsi göstərilməmiş, habelə mütəxəssis rəyində qeyd olunan digər şəxslərin kimliyi və konkret nə qədər sahənin üst-üstə düşməsi rəydə qeyd edilməmişdir.
40. Digər tərəfdən, cavabdeh1n * nömrəli Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubundan görünür ki, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X19 Uçotu İnformasiya Sistemində (bundan sonra TEKUİS) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəsi isə xüsusi mülkiyyət olaraq göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq hissəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədlərin mövcud olması barədə TEKUİS-də məlumat qeyd olunmamışdır. Mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı elektron kadastr bazası məlumatlarına istinadən iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi üst-üstə düşmə halı baxımından əlavə araşdırma aparılmalı, üst-üstə düşmə halının necə və hansı qaydada müəyyən edildiyi öyrənilməli, işdəki mütəxəssis rəyi ilə cavabdehin ##.##.2024-cü il tarixli, 3-21-3-33/2- ****/**** nömrəli məktubundakı dəlillər arasındakı ziddiyyətin səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır. Bundan başqa, iddiaçının, Samux rayon Sərkar Bələdiyyəsinin və Samux rayon İHBnin Sərkar
42. kənd üzrə Nümayəndəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş ##.##.2023-cü il tarixli aktdan görünür ki, Yusifov İbrahim Arzuman oğlunun ailəsinin istifadəsində olan 0,1472 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsi işlənərkən həmin torpaq sahəsinin 0.08 ha hissəsinin konfiquriyası səhv işlənmişdir. Bu səbəbdən də Yusifov İbrahim Arzuman oğlunun ailəsinin mülkiyyətinə qanuni istifadəsində olan 0.1472 ha əvəzinə 0.08 ha kimi torpaq sahəsi verilmişdir.
43. Apellyasiya məhkəməsi həmin aktla bağlı araşdırma aparmamışdır.
44. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsi bəhs olunan hüquq normasının işığında da arayışlara hüquqi qiymət verməmişdir.
45. Samux Rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən # ###### 2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Yusifov Arzuman İbrahim oğlu və ailə üzvləri Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlu və X10 qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi vardır.
46. Bundan əlavə, Yusifov Arzuman İbrahim oğlunun adına Mənzil Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair ##.##.1987-ci il tarixli texniki pasportdan görünür ki, həmin ünvanda həyətyanı torpaq sahəsi 0,15 ha qeyd edilmişdir.
47. Apellyasiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə iddiaçının faktiki istifadəsində olan torpağın sahəsi, habelə üzərində mülkiyyət hüquqlarının qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxsin (şəxslərin) hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmalı, araşdırmanın nəticəsi olaraq üçüncü şəxslərin cəlb olunması müzakirə edilməli və əldə edilən nəticəyə əsasən qanuna müvafiq qərar qəbul etməlidir.
48. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
49. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
50. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxnayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
51. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
52. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
53. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
54. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunu
55. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
56. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə (zamana görə redaksiya)
57. Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
58. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
59. Bənd 2.4. Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
60. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
61. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
62. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
63. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
64. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
65. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
66. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
67. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
68. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər
69. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
70. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
71. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
72. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
73. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
74. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
75. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
76. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
77. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
78. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
79. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
80. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
81. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya baxışının hədləri
82. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
83. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edilmişdir. Lakin birinci instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinin ölçüsü 0,1476 ha olaraq müəyyən edilmiş, birinci apellyasiya icraatı zamanı torpaq sahəsinin ölçüsü 0,1038 ha olaraq azaldılmış, kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsinin qərarını iddiaçının şikayəti əsasında iddianın təmin edilməyən hissəsində ləğv etmişdir ki, iddianın rədd edilmiş hissəsi 0,0438 ha torpaq sahəsi üzərində mülkiyyətçilərin hüquqlarının qeydiyyatı ilə bağlı olmuşdur. Kassasiya məhkəməsi məhz iddianın rədd olunmuş 0,0438 ha torpaq sahəsi ilə bağlı araşdırmanın aparılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmiş, iddianın 0,1038 ha hissəsindən cavabdeh kassasiya şikayəti verməmişdir ki, ikinci apellyasiya icraatının baxışını yalnız iddianın təmin olunmayan 0,0438 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması hissəsi təşkil etmişdir. Odur ki, ikinci apellyasiya baxışı zamanı yalnız iddianın təmin olunmayan hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
85. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının atası Yusifov Arzuman İbrahim oğlunun qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi olmuş və bu hal sonuncunun adına Mənzil Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair ##.##.1987-ci il tarixli texniki pasportunda olan qeydlə öz təsdiqini tapmışdır. Bundan sonra 1996-cı il tarixdə Torpaq İslahatı haqqında Qanun qəbul edilmiş və qanuna əsasən yaradılmış Samux Rayon Aqrar İslahat Komissiyası tərəfindən ##.##.2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətayanı torpaq sahələrinə aid cədvəldə Yusifov Arzuman İbrahim oğlu, Üçüncü şəxs, Yusifov İbrahim Arzuman oğlu və X10 adları 471-cı sırada göstərilmiş və qanuni istifadələrində olan torpaq sahəsinin ölçüsü 0,15 ha olaraq qeyd edilmişdir.
87. Lakin qeyd edilən vətəndaşların qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsinin olmasına baxmayaraq Samux Rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli, *** nömrəli qərarına istinadən ##.##.2005-ci il tarixdə JN seriyalı ***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmış və şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin ölçüləri 0,08 ha olaraq göstərilmişdir.
88. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Samux Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Samux rayonu Sərkar kəndi ərazisindən Yusifov Arzuman İbrahim oğlu, Üçüncü şəxs, Yusifova Ayşən İbrahim qızı, Yusifova Samirə İbrahim qızı və Yusifova Rüxsarə İbrahim qızının ümumi birgə mülkiyyətinə 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair ## ##### 1999-cu il tarixli, JN-303 (kod ********) nömrəli Dövlət Aktı qeydə alınmışdır. cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarında 2.17 ha torpaq sahəsi ayrılan zaman həmin şəxslərin zəbtlərində torpaq sahəsi olub-olmadığı barədə məlumat mövcud deyildir. Həmin torpaq sahəsi ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X3.
89. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının faktiki istifadəsində 0.1472 ha həyətyanı torpaq sahəsi vardır.
90. İkinci apellyasiya icraatı zamanı məhkəmənin müraciətinə əsasən aparılmış torpaq sahələrinə yerində baxış və ölçmə işlərinin nəticələri ilə müəyyən edilmişdir ki, 1. Yusifov İbrahim Arzuman oğlunun faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üstüstə düşmə halı mövcud deyildir. 2. X2 ailə üzvərinin faktiki istifadəsində olan 0.31 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmə halı mövcud deyildir. 3. X13 ailə üzvərinin faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üst-üstə düşmə halı mövcud deyildir. 4. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 oğlunun faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmış sənədlərdə göstərilən torpaq sahələrilə üstüstə düşmə halı mövcud deyildir.
91. İddiaçı torpaq sahəsi üzərində mülkiyyətçilərin hüquqlarının dövlət qeydiyyatına alınmasını cavabdehdən xahiş və sonuncu bundan imtina edərək bildirmişdir ki, texniki pasportda torpaq sahəsinin ölçüsü 0,15 ha göstərilməsinə baxmayaraq şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0,08 ha kimi göstərilmişdir. Bu səbəbdən də texniki pasport 0,1472 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas deyildir.
92. Məhkəmə cavabdehin hüquqların dövlət qeydiyyatından imtinasının və apellyasiya şikayətinin oxşar məzmunlu dəlilləri ilə razılaşmış və hesab edir ki, cavabdehin hüquqların dövlət qeydiyyatından imtinası əsassız olmuşdur.
93. İlk olaraq məhkəmə qeyd edir ki, vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrin onların mülkiyyətlərinə Aqrar İslahat Komissiyaları tərəfindən deyil Torpaq İslahatı haqqında Qanuna əsasən verilmişdir.
94. Belə ki, Torpaq İslahatı haqqında Qanunun 9-cü maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir ki, mülkiyyətə verən torpaq sahəsinin həcmi məhz qanuni istifadədə olan ölçülərlə məhdudlaşır.
95. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin həcmi 0,15 ha olmuş, bu hal həm 1987-ci ildə tərtib edilmiş texniki paspot və həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısı ilə təsdiqini tapır.
96. Bundan başqa cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, texniki pasport 0,15 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsas deyildir.
97. İmtinanın bu dəlili ilə məhkəmə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində y”aşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportların (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsaslardan biri olması göstərilmişdir ki, 1987-ci il tarixdə tərtib edilmiş texniki pasportda sənəd üzrə torpaq sahəsinin ölçüsü olaraq 0,15 ha göstərilmişdir.
98. Bu isə onu deməyə əsas verir ki, iddiaçının təqdim etdiyi 1987-ci ildə tərtib edilmiş texniki pasport hüquqların dövlət qeydiyyatı üçün əsaslardan olmuşdur.
99. Bundan başqa məhkəmə qeyd edir ki, JN seriyalı ***F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mülkiyyət sənədi olaraq şəxsin mülkiyətini təsdiq edir ki, onu tərtib edən qurumun hər hansı əsasa söykənməyən hərəkətlərinin nəticəsində vətəndaşlar mülkiyyətlərindən məhrum oluna bilməzlər.
100. Qeyd edildiyi kimi, Torpaq İslahatı haqqında Qanunun 9 və 10-cu maddələrinin tələbləri baxımından iddiaçı və onun ailə üzlərinin qanuni istifadəsində olan 0,15 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Qanunla mülkiyyətə verilmiş əmlakın sonradan ölçülərinin səbəbi bilinməyən əsasla məhdudlaşdırılması hər hansı hüquqi əsasa söykənmir.
101. İddiaçı 0,1476 ha torpaq sahəsi üzərində mülkiyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi üçün hüquqları 0,1476 ha torpaq sahəsi üzərində qeydə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində 0,1472 ha torpaq sahəsinin olması onun və ailə üzvlərinin Torpaq İslahatı haqqında qanununa əsasən mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsinin faktiki ölçülərə uyğun azaldılması mülkiyyət hüququnun pozulması anlamına gəlir.
102. Bunlardan başqa torpaq sahəsinin faktiki yerində mövcudluğu və başqa şəxslərin qeydə alınmış hüquqları ilə üst-üstə düşməsi halı da məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
103. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası məqsədilə ikinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh1 * nömrəli Gəncə Ərazi İdarəsinə təkrar sorğular ünvanlanmış, mübahisə predmeti olan torpaq sahəsi ilə yanaşı, əvvəlki apellyasiya baxışında üst-üstə düşdüyü qeyd edilən qonşu torpaq sahələrinin də faktiki vəziyyəti ayrıca araşdırılmışdır.
104. İş üzrə təqdim edilmiş ## ###### 2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Samux rayonu Sərkar kəndi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş kompleks yerquruluşu layihəsi və həmin layihə əsasında verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələr torpaq sahələrinin faktiki vəziyyətinə uyğun tərtib edilməmiş, layihənin hazırlanması zamanı ciddi texniki uyğunsuzluqlara yol verilmişdir. Həmin məktubda açıq şəkildə göstərilmişdir ki, şəhadətnamələrdə torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən naturada torpaq sahələrinin dəqiq yerləşmə mövqeyini müəyyən etmək mümkün olmur, bu səbəbdən eyni kompleks yerquruluşu layihəsində müxtəlif mülkiyyətçilərə aid torpaq sahələrinin sxematik təsvirləri bir-biri ilə üst-üstə düşür, elektron kadastr uçotu informasiya sistemində mövcud olan məlumatlarla mülkiyyətçilərin faktiki istifadə vəziyyəti arasında isə ciddi uyğunsuzluqlar mövcuddur.
105. Göstərilən cavabdan həmçinin müəyyən edilir ki, yerində aparılmış araşdırmalar zamanı iddiaçı Yusifov İbrahim Arzuman oğlunun faktiki istifadəsində olan 0,1472 ha torpaq sahəsinin, eləcə də əvvəlki apellyasiya baxışında torpaq sahələri ilə üst-üstə düşmə ehtimalı qeyd olunan X2, X13 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 faktiki istifadə etdikləri torpaq sahələrinin başqa şəxslərin adına dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən edilməmiş, həmin şəxslər arasında faktiki istifadə vəziyyətinə münasibətdə hər hansı torpaq mübahisəsinin mövcud olmadığı da təsdiq edilmişdir.
106. Məhkəmə hesab edir ki, bu hal iş üzrə xüsusi əhəmiyyət kəsb edən yeni sübut olmaqla əvvəlki apellyasiya baxışında əsas götürülmüş elektron kadastr məlumatlarının faktiki vəziyyəti tam əks etdirmədiyini və həmin məlumatların mübahisənin həlli üçün mütləq və dəyişməz sübut kimi qəbul edilə bilməyəcəyini göstərir. Belə ki, həmin məlumatların əsaslandığı kompleks yerquruluşu layihəsinin texniki qüsurlarla işlənməsi bilavasitə həmin layihəni hazırlayan və kadastr uçotunu həyata keçirən dövlət orqanı tərəfindən rəsmi qaydada təsdiq edilmişdir. Bu baxımdan yalnız texniki qüsurlu layihə əsasında formalaşdırılmış elektron məlumatlara istinad edilməklə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin hüquqlarını pozduğu nəticəsinə gəlmək mümkün deyildir.
107. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun məqsədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının düzgünlüyünü və etibarlılığını təmin etməkdir. Lakin, dövlət reyestrində və elektron kadastr sistemində olan məlumatların texniki qüsurlu ilkin sənədlər əsasında formalaşdığı dövlət orqanının özü tərəfindən təsdiq edildiyi halda, həmin məlumatlar mübahisənin həlli üçün mütləq sübut kimi qəbul edilə bilməz. Əks yanaşma dövlət orqanının texniki səhvinin nəticələrinin vicdanlı mülkiyyətçinin üzərinə qoyulmasına səbəb olardı ki, bu da mülkiyyət hüququnun mahiyyətinə uyğun deyildir.
108. Digər tərəfdən, iş materiallarında olan 1987-ci il tarixli texniki pasport, arxiv sənədləri, təsərrüfatbaşına kitablar, mütəxəssis rəyləri və digər yazılı sübutlar iddiaçı ailəsinin uzun illər ərzində təxminən 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsindən fasiləsiz, açıq və faktiki istifadə etdiyini təsdiq edir. İşə yeni baxış zamanı əldə edilmiş sübutlar da həmin faktiki istifadə vəziyyətini təkzib etməmiş, əksinə, faktiki istifadədə olan 0,1472 ha torpaq sahəsinin başqa şəxslərin dövlət qeydiyyatına alınmış hüquqları ilə üst-üstə düşmədiyini təsdiqləmiş, həmçinin faktiki istifadə vəziyyətinə münasibətdə həmin şəxslər arasında hər hansı mübahisənin mövcud olmadığı göstərilmişdir.
109. Məhkəmə həmçinin nəzərə alır ki, iş üzrə əldə edilmiş ## #### 2026-cı il tarixli cavab məktubu ilə iddiaçı və onun ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı əsasında 2,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrıldığı, həmin torpaq sahəsinə dair ayrıca dövlət aktının verildiyi və sonradan həmin torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Bu hal bir daha təsdiq edir ki, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağı deyil, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir və həmin iki torpaq sahəsi müxtəlif hüquqi əsaslarla formalaşmış müstəqil daşınmaz əmlak obyektləridir. Buna görə də iddiaçı ailəsinə vaxtilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması hazırkı mübahisənin həllinə təsir göstərən hal kimi qiymətləndirilə bilməz.
110. Qeyd edilməlidir ki, islahat komissiyalarının mövcud praktikalarında zəbt olunmuş həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsinin əvəzinə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxılması həyata keçirilmişdir. Bu hal hər hansı qanuni əsasa söykənməsə də islahat komissiyalarının qərarlarına əsasən həyata keçirilmişdir.
111. Lakin komissiyaların praktikasında kənd təsərrüfatı təyinatlı zəbt olunmuş torpaq sahəsinin əvəzinin həyətayanı torpaq sahəsindən çıxılması mövcud olmamışdır.
112. Məhkəmə araşdırması zamanı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün qanuni istifadədən az göstəriməsinə əsas olmuş hallar aşkar edilməmiş və cavabdeh tərəfindən zəbt halının mövcudluğu təsdiq olunmamışdır.
113. Bundan başqa cavabdeh, öncəki məhkəmə araşdırmaları zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,0238 ha hissəsinin bələdiyyə mülkiyyətində olduğunu iddia etmişdir.
114. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaqların vətəndaşların mülkiyyətinə verilməsi ilə yeni mülkiyyət münasibətləri Torpaq İslahatı haqqında qanunun qəbul edilməsindən sonra formalaşmağa başlamışdır.
115. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət olmuşdur.
116. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur.
117. Torpaq islahatı nəticəsində mülkiyyətin üç növü formalaşmışdır ki, bunlar xüsusi, bələdiyyə və dövlət mülkiyyətidir.
118. Göründüyü kimi, bələdiyyə ilə vətəndaşların torpaq sahələri üzərində mülkiyyət hüquqları eyni anda yaranmış və bu mülkiyyətlərinin birinin digərindən üstünlüyü yoxdur.
119. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadələrində 0,15 həyətyanı torpaq sahəsi olmuş və Torpaq İslahatı haqqında Qanun həmin torpaq sahəsini sonuncuların mülkiyyətinə əvəzsiz olaraq vermişdir ki, islahatı aparan və ya islahatın nəticələrini rəsmiləşdirən bu işə məsul şəxslərin səhvi nəticəsində elektron xəritələr düzgün işlənməmiş və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsinə mülkiyyət sənədi hazırlanmış digər hissəsi isə bələdiyyə mülkiyyəti kimi elektron xəritələrə işlənmişdir.
120. Bu səbəbdən məhkəmə qeyd edir ki, elektron xəritələrdə torpaq sahəsinin başqa subyektin mülkiyyəti kimi qeyd edilməsi əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə qanunla verildiyindən qüsurlu xəritələr əsasında iddiaçı və onun ailə üzvlərini mülkiyyət hüququndan məhrum etmək onların hüquqlarına hüquqa zidd müdaxilədir.
121. Bunlardan başqa məhkəmə eyni zamanda qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin digər göstərişləri ilə yanaşı bir göstərişi də ondan ibarət olmuşdur ki, iddiaçının, Samux rayon Sərkar Bələdiyyəsinin və Samux rayon İHB-nin Sərkar kənd üzrə Nümayəndəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş ##.##.2023-cü il tarixli aktdan görünür ki, Yusifov İbrahim Arzuman oğlunun ailəsinin istifadəsində olan 0,1472 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsi işlənərkən həmin torpaq sahəsinin 0.08 ha hissəsinin konfiquriyası səhv işlənmişdir. Bu səbəbdən də Yusifov İbrahim Arzuman oğlunun ailəsinin mülkiyyətinə qanuni istifadəsində olan 0.1472 ha əvəzinə 0.08 ha kimi torpaq sahəsi verilmişdir. Apellyasiya məhkəməsi həmin aktla bağlı araşdırma aparmamışdır.
122. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aktı tərtib etmiş şəxslərin torpaq sahəsinin konfiqurasiyası və ya mülkiyyətə verilmiş torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi ilə bağlı rəy bildirmək səlahiyyətləri yoxdur, onlar mütəxəssis olmayaraq öz şəxsi fikir və mülahizələrini bildirmişlər.
123. İşin müəyyən edilmiş halları və yerində aparılmış tədqiqatın nəticələri ilə müəyyən edilmişdir ki, iddiaçı və onun ailə üzlərinin faktiki istifadələrində 0,1472 ha torpaq sahəsi vardır, ümumilikdə 0,15 ha torpaq sahəsi onların mülkiyyətlərinə qanunla verilmiş və həmin torpaq sahəsi üzərində başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmayaraq faktiki torpaq sahəsinin ölçüləridə başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür.
124. Bu səbəbdən də işin müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edilən aktı tərtib etmiş qurumların əməkdaşlarından əlavə izahat alınmamış və akt hazırki mübahisənin həllində sübut kimi istifadə olunmamışdır.
125. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının torpaq sahəsinin faktiki və sənəd üzrə konfiqurasiyasının fərqli olması onun təqsirindən baş verməmişdir. Bu hal bu işə məsul olan şəxslərin təqsirindən baş vermişdir ki, xəritələrin işlənməsinə görə məsul şəxslərin hərəkətlərinin nəticələri mülkiyyətçilərin ziyanına şərh edilə bilməz.
126. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olan Daşınmaz Əmlakın Dövlət Resyestri haqqında Qanunun 8-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh iddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatından əsassız imtina etmişdir.
127. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğu qənaətinə gəlir və həmin qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş əsasların mövcud olmadığını hesab edir.
128. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən 0,0438 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
129. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.