Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-325/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndələri X7 və X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1117/2025 saylı qərardadından İddiaçı və nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edib, onun üzərinə, qanunsuz sökdürdüyü darvazanın və giriş yolunun bərpa edilməsi öhdəliyinin qoyulması və vurulmuş zərər hesabına 13.000 manat kompensasiya ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri X4 küçəsi 11A nömrəli ünvan kimi qeyd edilmiş, faktiki olaraq həmin küçədə yerləşməyən, Koroğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi, ilkin onun ilkin mülkiyyətçisi olan X8 ilə iddiaçının arasında bağlanmış 31 oktyabr 2017-ci tarixli, 3M27 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi əsasında, iddiaçının ilkin mülkiyyətçiyə ödədiyi 15.000 manat pulun müqabilində İddiaçı faktik mülkiyyətinə keçmişdir. Bundan sonra Tərtər rayon notariat ofisində rəsmiləşmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi həmin ilkin müqavilənin davamı olaraq rəsmiləşdirilmiş və iddiaçının adına xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarışda ilkin müqavilədə göstərildiyi kimi torpaq sahəsinin hüquqi ünvanı mexaniki olaraq H.Z. Tağıyev küçəsi 11A kimi qeyd edilmişdir. Faktiki olaraq isə iddiaçının adına ilkin müqavilə əsasında keçmiş 0.05 ha torpaq sahəsinin H.Z.Tağıyev küçəsinə aidiyyatı olmamış, həmin torpaq sahəsinin yerləşmə yeri, yəni olduğu yer H.Z.Tağıyev küçəsinə paralel yerləşən Koroğlu küçəsi olmuşdur. Bildirilir ki, Naftalan şəhərində X5 küçəsi ilə Koroğlu küçəsi bir-birinə paralel küçələrdir. 2017-ci ilə qədər ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi faktiki olaraq 10 sotdan ibarət olmuşdur. Həmin vaxta qədər həmin 10 sot torpaq sahəsi Naftalan bələdiyyəsinin mülkiyyətində olmaqla, bir tərəfdən H.Z.Tağıyev küçəsi ilə, digər tərəfdən isə Koroğlu küçəsi ilə həmsərhəd yerləşmişdir. Naftalan Bələdiyyəsi 2017-ci ildə həmin 10 sot torpaq sahəsinin 5 sotunu İzulət Bağırovaya, 5 sotunu isə onun ailə üzvü Kamil Həsənliyə satmış, hər bir torpaq sahəsinə onların adına ayrı-ayrılıqda çıxarışlar verilmişdir. Bundan sonra onlar H.Z.Tağıyev küçəsinə baxan 5 sot torpaq sahəsini X2 adlı şəxsə, Koroğlu küçəsinə baxan 5 sotu isə İddiaçı satmaq barədə razılaşmışlar. Yuxarıda qeyd edildiyi kimi Naftalan şəhəri Dövlət Notariat Kontorunda 3M-27 nömrəli reyestrlə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli alqı-satqısı barədə ilkin müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1.1 bəndində də, aydın göstərilmişdir ki, satıçı tərəflər olan İzulət Bağırova və Kamil Həsənli hər biri öz mülkiyyətlərində olan 5 sot torpaq sahəsini birinci şəxsin, yəni alıcı İddiaçı və onun təqdim etdiyi digər şəxsin mülkiyyətinə keçirmək barədə öhdəlik götürmüşlər. 2017-ci ildə Naftalan Bələdiyyəsinə mülkiyyətində olan hər iki 5 sot torpaq sahəsinə koordinatları və istinad nöqtələri müəyyən edilmiş, hər bir torpaq sahəsinə ayrıca Kadastr sənədi verilmişdir. Torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getdiyinə görə, avtomatik olaraq digər 5 sot torpaq sahəsi 11A adlandırılmışdır. Həmin torpaq sahəsinin formal ünvanı H.Z.Tağıyev küçəsi 11A göstərilsə də, həmin küçəyə aidiyyatı və çıxışı olmamışdır. Kadastr sənədlərinə görə hər iki torpaq sahəsi mülkiyyət hüququnun ayrıca subyekti kimi ara kəsmə nöqtələri olmaqla, biri H.Z.Tağıyev küçəsinə, digəri isə Koroğlu küçəsinə həmsərhəd yerləşməklə göstərilmişdir. Bunları qeyd etməklə bildirilir ki, iddiaçının mülkiyyətində olan hazırki torpaq sahəsinin heç vaxt H.Z.Tağıyev küçəsinə aid olmamış, 2017-ci ildən rəsmi sənədlərə əsasən Koroğlu küçəsinə bitişik yerləşməklə, həmin küçəyə çıxışı açıq olmuşdur. İddiaçı 2017-ci ildə ilkin müqavilə əsasında həmin 5 sot torpaq sahəsini alan vaxtı, həmin torpaq sahəsi 3 tərəfdən qonşularla arabarısı ilə hasarlı olmuş, torpaq sahəsinin bir tərəfi, yəni hazırki Koroğlu küçəsinə baxan hissəsi tam açıq vəziyyətdə olmuşdur. O, həmin torpaq sahəsini alandan bir müddət sonra, yəni 2018-ci ilin əvvəllərində açıq sahəyə özü hasar çəkdirib oraya dəmir darvaza qoydurmuşdur. Təqribən 20 metr uzunluğunda barını çəkdirib darvaza qoydurmağa təqribən 15-20 gün ərzində ustalar işləmişlər. Bu müddətdə heç bir inzibati orqan, (polis, icra, bələdiyyə və sair) tərəfindən tikiliyə müdaxilə olunmamışdır. Tikili başa çatdıqdan bir müddət sonra da, iddiaçıya hər hansı bir etiraz və ya xəbərdalıq edilməmişdir. Bundan bir necə ay sonra, yəni 2018-ci ilin may ayında Naftalan İcra Hakimiyyəti tərəfindən onun darvazı texniki vasitələr ilə kəsilərək sökülüb yararsız hala salınmış, və 3 metr enində olan darvaza yeri cavabdeh tərəfindən hörülərək bağlanmışdır. Bundan sonra iddiaçı həmin qanunsuzluğun aradan qaldırılması üçün müxtəlif yerlərə müraciət etsə də, müsbət nəticə olmadığına görə, inzibati məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-173/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərarı ilə onun Cavabdehnə qarşı iddiası təmin edilməmişdir. Onlar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibat Kollegiyası özünün xx.xx.2023-cü il tarixli 2-1(104)- 833/2023 nömrəli qərardadı ilə apelyasiya şikayətini “qismən təmin” etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.20203-cü il tarixli qərarını ləğv edərək, iddia tələbini mümkün saymamışdır. Həmin qərardan onlar Ali Məhkəmənin İnzibati Kollegiyasına kasassiya şikayəti verərək, məhkəmənin xx.xx.2023-cü il tarixli 2l(104)-833/2023 nömrəli qərardadının ləğv edilib, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Ali Məhkəmənin 28.02.24-cü il tarixli qərardadı ilə kassasiya şikayəti guya müddətin ötürülməsi ilə bağlı mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Qərardadda göstərilmişdir ki, iddiaçı apellyasiya şikayətini xx.xx.2024- cü il tarixdə poçtun təqdim edilmiş xəbərnaməsi ilə almış və apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə verildiyindən, müəyyən olunmuş 10 günlük prosessual müddət ötürülmüşdür. Əslində isə 10 günlük müddət ötürülməmişdir. Çünki 8 yanvarda alınmış qərardaddan 18 yanvar tarixdə verilmiş kasassiya şikayəti 10 gün ərzində verilmişdir. Onlar Ali Məhkəmənin İnzibati Kollegiyasına müddətin bərpasına dair xx.xx.2024-cü il tarixli ərizə göndərərək, müddətin buraxılmamasının nəzərə almaqla, həmin iş üzrə verilmiş kassasiya şikayətinin mümkün sayılmasını və şikayətin qəbul edilməsini xahiş etmişlər. Müddətin bərpasına dair ərizəni həm poçt vasitəsi ilə, həm də, elektron portal vasitəsi ilə vermələrinə baxmayaraq, Ali Məhkəmədə həmin ərizəyə mahiyyəti üzrə baxılmamış və onlara rəsmi cavab verilməmişdir. Ali Məhkəmənin həmin əsassız qərardadı dərhal qüvvəyə minib, şikayət verilməsi nəzərdə tutulmadığına görə, yeni əsasla yeni iddia qaldırmaq məcburiyyətində qalmışlar. Yuxarıda qeyd edilənlərə əsasən əvvəlki iddia üzrə mübahisə predmeti olan torpaq sahəsinin hüquqi ünvanı düz göstərilmədiyinə görə, onlar Ərazi Reyest İdarəsinə müraciət edərək, mülkiyyətdə olan torpaq sahəsinin düz qeyd edilməyən ünvanının dəyişdirilərək düzəliş edilməsini xahiş etmişlər. 7 saylı Ərazi İdarəsi düzgün olmayan qeydiyyatda düzəliş edərək, Daşınmaz Əmlak olan torpaq sahəsinin yerləşdiyi yer üzrə ünvanının ünvan 3rış vermişdir. Bundan sonra biz Cavabdehnə müraciət edərək, hüquqi ünvanı Naftalan şəhəri Koroğlu küçəsi, giriş 13 olan xüsusi mülkiyyətə aid torpaq sahəsinin Cavabdeh sabiq rəhbərliyinin göstərişi əsasında 2018-ci ilin may ayında bağlanmış darvaza yerinin açılaraq bərpa edilməsini xahiş etmişlər. Naftalan İcra Hakimiyyəti özünün 27 iyun 2024-cü il tarixli imtina məktubu ilə ərizəyə mahiyyəti üzrə cavab verməmiş, qeyd etmişdir ki, guya torpaq sahəsinin Koroğlu küçəsinə heç bir vaxt giriş və çıxışı olmamış, H.Z.Tağıyev küçəsində yerləşən digər mülkiyyətçinin torpaq sahəsindəki çıxışdan istifadə etməyi tövsiyyə olunmuş, torpaq sahəsinə başqa hissədən giriş yolunun verilməsinin mümkün olmadığını qeyd etmişdir. Torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getmişdir. 2017-ci ildə Naftalan Bələdiyyəsi həmin 10 sot torpaq sahəsinin 5 sotunu İzulət Bağırovaya, 5 sotunu isə onun ailə üzvü Kamil Həsənliyə satmış, hər bir torpaq sahəsinə onların adına ayrıayrılıqda çıxarışlar verilmişdir, çıxarışlar verilərkən torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getdiyinə görə avtomatik olaraq digər torpaq sahəsi 11A adlandırılmışdır. İddiaçıya aid torpaq sahəsinin formal ünvanı çıxarışlarda H.Z.Tağıyev küçəsi 11A göstərilsə də, həmin küçəyə aidiyyatı və çıxışı olmamışdır. Kadastr sənədlərində də, hər iki torpaq sahəsi mülkiyyət hüququnun ayrıca subyekti kimi, ara kəsmə nöqtələri göstərilməklə, biri H.Z.Tağıyev küçəsinə, digəri isə Koroğlu küçəsinə həmsərhəd yerləşməklə rəsmiləşdirilmişdir. Bundan sonra H.Z.Tağıyev küçəsində yerləşən İzulət Bağırovanın adma olan 5 sot torpaq sahəsini X2 adlı şəxs almış, digər yəni, Kamil Həsənlinin adına olan Koroğlu küçəsində yerləşən 5 sot torpaq sahəsini isə İddiaçı almışdır. Bundan başqa iddiaçı 2018-ci ildə barı çəkib darvaza qoydurduqdan dərhal sonra həmin torpaq sahəsində ev tikdirməyə başlamaq istəmişdir. Cavabdeh tərəfindən onun darvazası sökülüb giriş yolu bağlandığına görə o, ev tikmək planını həyata keçirə bilməmiş və 6 il müddətində ev tikməyə başlaya bilməmişdir. Nəzərə alınsa ki, bu müddətdə dövlət hər il 10 %-dan artıq olmaqla infılyasiya barədə rəsmi məlumat vermişdir. Hesab edirlər ki, 6 il ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı inşaat materialları, usta xərcləri və digər xərclər nəzərə alınmaqla, bahalaşma (infılyasiya) ilə əlaqədar ən azı 20.000 manat zərərə düşmüşdür. Belə ki, iddiaçıya 2018-ci ildə nəzərdə tutduğu kürsülü və sahəsi 150 kv.m olan evin tikilməsi xərcləri 60 min manata başa gələcəyi halda, hazırda 90 min manat həddində başa gəlməsi mümkündür. Bunları nəzərə alaraq, iddiaçı cavabdehdən ona vurulmuş ən azı 20.000 manat zərərin yarısını, yəni 10.000 manat tələb etməkdə haqlıdır. Bu hesabla ümumi zərərin minimum miqdarını 13.000 manat dəyərləndirməklə tələb edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1117/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələbi ilə cavabdeh tərəfindən qanunsuz sökülmüş darvazanın və giriş yolunun bərpa edilməsi və vurulmuş zərər hesabına kompensasiya ödənilməsini tələb edir. Qeyd olunan tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasına baxmayaraq, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının olması iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış təqdim edərək, ünvanın dəyişərək artıq yeni ünvanın ünvan 7sı zamanı və tərəflərin izahatından məlum olmuşdur ki, iddiaçının tələbi mahiyyət baxımı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)- 173/2023 qərarı ilə nəticə verilmiş iddia tələbi ilə eyni tələbdir. Qeyd edilən ərazidə sadəcə ünvan dəyişilərək yeni qaydalarla yeni ünvan verilmişdir, iddiaçının sökülmüş darvazanın və giriş yolunun bərpa edilməsini tələb etdiyi ərazi isə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)-173/2023 qərarı ilə nəticə verilmiş iddia tələbində qeyd edilən ərazi ilə eyni ərazidir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1117/2025 saylı qərardadı ləğv edib iddianı mümkün saymaqla mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirdi və şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə eyni iddia tələbi, eyni əsas və eyni predmet barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması əsası ilə iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi cavabdehin imtinasının əsassız hesab edilərək onun qanunsuz sökdürdüyü darvazanın və giriş yolunun bərpa edilməsi və vurulmuş zərər hesabına 13.000 manat kompensasiya ödənilməsi öhdəliyinin onun üzərinə qoyulmasına dair qərar çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin əsaslandırmasında qeyd etdiyi eyni tələb, eyni əsas və eyni predmet barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarında isə iddiaçının tələbi ünvan 8 ünvanda yerləşən 0.05 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə zəruri gedişgəliş yolunun açılmasına və öz vəsaiti hesabına giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasından ibarət olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı üzərində mülkiyyət hüququnun qeydə alındığı daşınmaz əmlakın ünvanı Naftalan şəhəri, X6 küçəsi, 11A olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı üzərində mülkiyyət hüququnun qeydə alındığı torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları və daşınmaz əmlakın ünvanı AZ4600, ünvan 10 olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, Ünvan Reyestri İnformasiya Sisteminə əsasən Naftalan şəhəri X6 küçəsi ilə ünvan 11 ünvanlardır. Belə ki, əvvəlki iş üzrə iddia ünvan 12 yerləşən həyətyanı sahəyə gediş-gəliş yolunun açılması, qapının qoyulmasına mane olunmaması və 5.000 manat kompensasiyanın ödənilməsinə dair olmuşdur. Hazırkı iş üzrə isə iddia Naftalan şəhəri, Koroğlu küçəsi, giriş 13 ünvanında yerləşən sahəyə dair cavabdehin qanunsuz sökdüyü darvaza və giriş yolunun bərpası, həmçinin 13.000 manat kompensasiyanın ödənilməsi barədədir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı təsdiq edir ki, qeyd olunan ünvanlar müxtəlif ünvanlardır. Ünvanların müxtəlifliyi isə əvvəlki işlə hazırkı iş arasında predmet və əsasın fərqli olduğunu, beləliklə, “eyni tələb, eyni əsas və eyni predmet” şərtlərinin mövcud olmadığını göstərir. Bundan əlavə Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsi sənədləşdirilən zaman X4 küçəsi 11 ünvanı ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və X6 küçəsi 11A ünvanı ilə isə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmiş və Koroğlu küçəsinə heç bir vaxt giriş və çıxışı olmamışdır. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən ünvan heç bir giriş-çıxışı olmayan boş əraziyə şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmadan rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin irəli sürdüyü “çıxarışın razılaşdırılmadan rəsmiləşdirilməsi” arqumenti iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın qüvvəsini aradan qaldırmasına əsas vermir. Həmçinin məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın yerləşdiyi küçə ictimai yoldur, küçənin girişində “Koroğlu küçəsi, giriş 13” yazılmış lövhə mövcuddur, Koroğlu küçəsində yerləşən digər qonşu torpaq sahələrinin də ictimai yola giriş-çıxış qapıları vardır, iddiaçıya məxsus torpaq sahəsinə aid giriş-çıxış qapısı isə əvvəllər mövcud olmuş, lakin sonradan aradan qaldırılmışdır. Bu hallar göstərir ki, iddiaçıya məxsus torpaq sahəsinin ictimai yola çıxışı faktiki olaraq mümkündür və cavabdehin iddia etdiyi kimi “giriş-çıxışı olmayan boş ərazi” mövqeyi əsassızdır. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Hazırki iş üzrə isə göründüyü kimi iddiaçının torpaq sahəsinin öz sahəsindən ictimai yola keçidi mövcuddur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Naftalan şəhəri, Koroğlu küçəsi, giriş 13 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsinin üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instanasiya məhkəməsi işə yenidən baxarkən yuxarıda qeyd olunan halları nəzərə alaraq iddia tələbinə həmin nöqteyi nəzərdən qiymət verməlidir. Beləliklə kollegiya hesab edir ki, əvvəlki və hazırkı iddia tələbi müxtəlif ünvanlara aid torpaq sahəsinə dair olmuş, işlərin predmeti və əsası fərqlidir, odur ki, eyni tələb, eyni əsas və eyni predmet şərtləri mövcud olmadığından birinci instansiya məhkəməsinin iddianı mümkün saymaması əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1117/2025 saylı qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-325/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-325/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver