Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-33/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı “X6” MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-374/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 734 nömrəli sərəcamından görünür ki, ünvan 1 ünvanında yerləşən Gəncə Metal-plastik kütlə məmulatları zavodunun bazasında “X6” açıq tipli səhmdar cəmiyyəti yaradılması qərara alınmışdır. 2.İddiaçı nizamnaməsinin “Ümumi müddəalar” hissəsi 1.1 bəndində İddiaçı MMCnin xx.xx.1997-ci il tarixli, 3147 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi və 15 avqust 2000-ci il tarixdə 31341 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyinin hüquqi şəxslər dövlət qeydiyyatı Gəncə bölgəsi tərəfindən qeydiyyata alınmışç “X6” ATSC-nin hüquqi varisi olması qeyd edilmişdir. 3.Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X6” MMC xx.xx.2000-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. 4.Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin **********60 nömrəli, xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na və Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsanamə”yə uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 734 nömrəli sərəncamı ilə “SənayeTicarət” X5 X7 məmulatları zavodunun bazasında “X6” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2011-ci il tarixinə tam özəlləşdirilmişdir. 5.xx.xx.1998-ci il tarixli Texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən tikintilərin və torpaq sahəsinin plan cizgisi çəkilmişdir. 6.Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin **********83 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Elektron kadastr məlumat bazasında torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Birinci instansiya məhkəməsində icraat 7.“X6” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanında yerləşən “X6” MMC əmlak kompleksi müəssisəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.xx.xx.2022-ci il tarixdə iddiaçı “X6” MMC-nin qanuni təmsilçisi X2 “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən “X6” MMC əmlak kompleksi müəssisəsinin Dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanda yerləşən İddiaçı MMC əmlak kompleksi müəssisənin texniki pasportu vardır. Həmçinin müəssisə özəlləşdirilmişdir. Buna baxmayaraq müəssisəyə dair çıxarış verilməsindən 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli məktubla imtina edilmişdir. “X6” MMC-nin rəhbəri olduğu, eyni statusa malik "xxxx" ASC cavabdeh tərəfindən qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. 10.Cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı “X6” MMC-nin iddia ərizəsində qeyd etdiyi Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanında yerləşən qeyri-yaşayış binasına dair “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş 07677 nömrəli Texniki pasport 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasına əsas hesab olunur. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüqüqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsullarla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiştələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı iddia tələbi rədd edilməlidir. 11.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 12.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-374/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilmişdir. 13.Birinci instansiya məhkəməsi maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, cavabdehin, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi barədə dəlili əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, habelə torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportu, plan cizgisini təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması imtina üçün əsas ola bilməz. Ona görə ki, cavabdehin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyət növü elektron kadastr məlumat bazasında dövlət kimi qeydiyyata alınmışdır. Bundan əlavə, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Məhkəmə bu istiqamətdə cavabdehin inzibati praktikasını yoxlayarkən müəyyən etmişdir ki, "xxxx"ASC-yə dövlət reyestrindən çıxarış verilərkən cavabdeh hazırki işdə iddiaçı tərəfindən ona təqdim olunmuş sənədlərdən əlavə sənəd tələb etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 14.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. “X6” MMC-nin iddia ərizəsində qeyd olunan qeyri-yaşayış binasına dair 076677 nömrəli texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. Bununla yanaşı daşınmaz əmlakın yerində müayinəsi keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, naturada mövcud olan 151,3 kv metr sığınacaq (zirzəmi) tikilisi iddiaçının təqdim etdiyi texniki pasortda öz əksini tapmamışdır. Həmçinin, daşınmaz əmlakın müəyyən tikililəri tamamilə sökülmüşdür. Daşnmaz əmlaka dair texniki pasportda “X” literli anbar tikilinin sahəsi 34,2 kv metr qeyd edilsə də, faktiki ölçüsü isə 342 kv metr (34,2x10m) uyğunsuzluq mövcuddur. Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi isə 2,6299 ha təşkil edir. 3 saylı Gəncə Ərazi İdarəsinin elektron xəritə məlumatlarına istinadən daşınmaz əmlakın obyektinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.Cavabdeh inzibati orqan hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 20.Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
22.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
23.İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilsə də, hüquqların qeydə alınması tələb edilən əmlak kompleksinin sənəd üzrə hüquqi və faktiki vəziyyəti araşdırılmamışdır. 26.İşin hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 734 nömrəli sərəcamı ilə ünvan 1 ünvanında yerləşən Gəncə Metalplastik kütlə məmulatları zavodunun bazasında “X6” açıq tipli səhmdar cəmiyyətinin yaradılması qərara alınmış, “X6” MMC xx.xx.2000-ci il tarixdə Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na və Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsanamə”yə uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 734 nömrəli sərəncamı ilə “SənayeTicarət” X5 X7 məmulatları zavodunun bazasında “X6” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2011-ci il tarixinə tam özəlləşdirilmişdir. İddiaçı bundan sonra tərəfindən özəlləşdirilmiş əmlak kompleksi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir. 27.İmtina məktubu, etiraz qeydləri və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamış, iddiaçıya məxsus texniki pasport Ərazi İdarəsinin arxiv məlumatlarında aşkarlanmamışdır. Bundan başqa, apellyasiya şikayətində naturada mövcud olan 151,3 kv metr sığınacaq (zirzəmi) tikilisinin iddiaçının təqdim etdiyi texniki pasortda öz əksini tapmaması, daşınmaz əmlakın müəyyən tikililərinin tamamilə sökülməsi də qeyd edilmişdir. 28.Məhkəmə kollegiyası əmlak kompleksi yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmama dəlili ilə bağlı qeyd edir ki, hazırki tələb üzrə kompleksin yerləşdiyi torpaq sahəsi iddia predmeti deyildir. Həmin torpaq sahəsi iddia predmeti olmadığından bu əsasla hüquqların qeydə alınmasında imtina əsassızdır. 29.Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qurum sözügedən torpaqlara münasibətdə sərəncam vermək (mülkiyyətə, icarəyə, istifadəyə) səlahiyyətlərinə malikdir. 30.Bundan əlavə, apellyasiya icraatı zamanı təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, “X6” MMC-nin adına qeyd olunmuş 07677 nömrəli texniki pasportda, yalnız həmin texniki pasportda qeyd olunan tikililərin altında olan torpaq sahəsinin ölçüsü (17943,4 kv metr) göstərilmişdir. Lakin iş materiallarında mövcud olan planda əks olunmuş ümumi sahənin ölçüsü (26300 kv metr) həmin planda və texniki pasportda qeyd olunmamışdır. Belə olan təqdirdə “X6” MMC-nin 076677 nömrəli texniki pasportla onun adına verilən torpaq sahəsindən əlavə faktiki istifadəsində 8356,6 kv metr torpaq sahəsi olduğu müəyyən olundu. “X6” MMC-nin faktiki istifadəsində olan ümumi torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, sənaye istehsalat təyinatlı torpaq sahəsidir. Texniki pasportda göstərilən tikililərin əks olunduğu plana istinadən sözügedən torpaq sahəsi üzərində əlavə tikili müşahidə olunmadı. 31.Apellyasiya şikayətinin digər dəlili olan iddiaçıya məxsus texniki pasportun Ərazi İdarəsinin arxiv məumatlarında aşkarlanmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə mülkiyyət hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. 32.İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, habelə torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportu, plan cizgisini təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması və ya texniki pasportun arxivdə olmaması imtina üçün əsas ola bilməz. 33.Apellyasiya şikayətinin digər dəlili naturada mövcud olan 151,3 kv metr sığnacaq (zirzəmi) tikilisinin iddiaçının təqdim etdiyi texniki pasortda öz əksini tapmaması və daşınmaz əmlakın müəyyən tikililərinin tamamilə sökülmüş olmaqla faktiki vəziyətlə uyğunsuzluğu ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 34.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanında yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində 151,3 kv.metr sahəsi olan yeraltı sığınacaq istisna olmaqla, Gəncə şəhəri, Səfəvilər küçəsi 170 ünvanda yerləşən torpaq sahəsinin üstündə yerləşən “X6” MMC-nin istifadəsində olan, 07677 nömrəli texniki pasortda qeyd edilən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 35.Odur ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul olunduğundan şikayətin naturada mövcud olan 151,3 kv metr sığnacaq (zirzəmi) tikilisinin iddiaçının təqdim etdiyi texniki pasortda öz əksini tapmaması və həmin hissə üzrə hüquqların qeydə alınmasının əsassız olması dəlili məhkəmə araşdırılmasının predmeti olmamışdır. 36.Digər tikililərin faktiki vəziyyətinin müəyyən edilməsi ilə bağlı apellyasiya icraatı zamanı təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, “X6” MMC-nin 076677 nömrəli texniki pasportunda qeyd olunan “A”, “B”, “V”, “V1”, “Q”, “D”, “D1”, “M”, “İ”, “Ü”, “P”, “V”, “E”, “O”, “S1”, “K2”, “X”, “Ş” literli tikililər, “İX” literli talvar qurğusu, o cümlədən “U” literlinin 47,4 kv metr hissəsi mövcuddur. Əmlak kompleksinin ərazisində mövcud olan 151,3 kv metr yeraltı sığınacaq tikilisi “X6” MMC-nin 07677 nömrəli texniki pasportunda əksini tapmayıb (köhnə ttikilidir). Texniki pasportda qeyd olunan “N”, “İV”, “K”, “İ” literli anbar, “N1” literli sanitar qovşağı, “M1” və “K1” literli iş otağı, “L”, “E1”, “S”, “T1” literli xidməti, “T” və “R” literli sex, “Z” literli qazanxana, “F” literli su anbarı, “C” literli hamam tikililəri tamamilə, “U” literli sex tikilisinin isə 469,2 kv metr sökülüb. Mövcud olan “A”, “B”, “V”, “V1”, “Q”, “D”, “D1”, “M”, “İ”, “Ü”, “P”, “V”, “E”, “O”, “S1”, “K2”, “X”, “Ş” literli tikililərdə və “İX” liteli talvar qurğusunda dəyişiklik edilməyib və qeydiyyata alınması uyğundur, lakin əmlak kompleksinin 076677 nömrəli texniki pasportunda “X” literli anbar tikilisinin cizgi planında anbar sahəsinin sərhəd ölçüləri 10m x 34,2m qeyd edilərək mexaniki səhv olaraq sahəsi 34,2 kv metr qeyd edilmişdir. Naturada anbar sahəsi 342 kv.metrdir. 37.Hazırki tələbində iddiaçı məhz səlahiyyətli inzibati orqan tərəfindən verilən hüquqmüəyyənedici sənəd şəhadətnamə və texniki pasport əsasında hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 38.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). 39.“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər 40.Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir. 41.Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 42.İddia tələbinin predmetini və tələbin hədlərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz texniki pasportda olan götəricilərlə bağlı əmlak kompleksi üzərində hüquqlarının qeydiyyatına dair çıxarışın verilməsini tələb etmişdir. 43.Təqdim olunan texniki pasporta da qeyri-yaşayış binasının sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyi ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir. 44.Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). 45.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar). 46.Bundan əlavə, xx.xx.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq göndərilən **********44 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda "xxxx" ASC-nin adına verilmiş çıxarışların verilməsinə əsasın Özəlləşdirilmə barədə sərəncam, rayonlar üzrə səhmdar cəmiyyətlərin yaradılması şöbəsi üzrə dövlət müəssiələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında məlumat, müəssisə əmlakının inventarlaşdırılması, uçotu və qiymətləndirilməsi haqqında akt təşkil etdiyi bildirilmişdir. 47.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Göründüyü kimi cavabdehin inzibati praktikası yoxlanarkən müəyyən edilmişdir ki, "xxxx"ASC-yə dövlət reyestrindən çıxarış verilərkən cavabdeh hazırki işdə iddiaçı tərəfindən ona təqdim olunmuş sənədlərdən əlavə sənəd tələb etməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin olunmaqla yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-374/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. ünvan 9 ünvanda yerləşən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin 076677 nömrəli texniki pasportunda qeyd olunan “A”, “B”, “V”, “V1”, “Q”, “D”, “D1”, “M”, “İ”, “Ü”, “P”, “V”, “E”, “O”, “S1”, “K2”, “Ş” literli tikililər, “İX” literli talvar qurğusu, o cümlədən “U” literli 47,4 kv metr və “X” literli anbar tikilisinin 342 kv metr hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov