Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-33/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-408/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ИТ-İ ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir.
2. Azərbaycan Respublikası X7 xx.xx.2023-cü il tarixli, 9-3/2-2338/2023 nömrəli məktubunda bildirilmişdir ki, 1980-ci və 1982-1990-cı illərdə Gəncə (Kirovabad) Rayon X6 təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir.
3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C- 160076/2023 nömrəli məktubundan görünür ki, İddiaçı stajı 15 ildən az (12 il 4 ay 11 gün (xx.xx.1990 – xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) olduğuna görə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Azərbaycan Respublikası X7 xx.xx.2024-cü il tarixli, 9-3/2-1567/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X2 iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsalmaliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli, 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli, 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon, şəhər məlumat hesablama mərkəzləri (stansiyaları) rayon, şəhər statistika İdarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli, 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X3 fəaliyyəti təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-174054/2024 nömrəli məktubundan görünür ki, X1 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adı çəkilən şəxsə dair Mərkəzi Filialda pensiya işi mövcud olmadığından məktubda qeyd edilən pensiya işinin göndərilməsinə dair məsələyə münasibət bildirilməsi mümkün olmamışdır.
6. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-262900/2024 nömrəli məktubundan görünür ki, X4 Fondun Gəncə rayon şöbəsi tərəfindən 5 fevral 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda X9 (Kirovabad) X2 çalışdığı illər (1982-1990-cı il arasındakı dövr) onun dövlət qulluğu iş stajına daxil edilmişdir.
7. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-301521/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1980-xx.xx.1980-ci il və xx.xx.1982xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər ərzində işlədiyi Gəncə (Kirovabad) şəhər X6 və həmin Mərkəzdə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Eyni zamanda rayon, şəhər məlumat hesablama mərkəzlərində işləmiş şəxslərin əmək fəaliyyətlərinin dövlət qulluğu stajlarına daxil edilib-edilməməsi, aid edildiyi təqdirdə isə hazırda mövcud olan hansı dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmasına dair tərəflərindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu verilmişdir. Cavab olaraq göndərilmiş məktubda 1991-ci ildən sonra həmin mərkəzlərdə işləmiş şəxslərin əmək fəaliyyətləri müddətlərinin dövlət qulluğu stajı kimi nəzərə alındığı qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.2023 tarixdən adi qaydada pensiya alır. Bildirir ki, onun 42 il əmək stajı vardır. Belə ki, onun əmək stajının 20 ildən çoxu dövlət qulluğu vəzifəsində çalışmışdır. O pensiyanın təyinatını dəyişərək yaşa görə dövlət qulluqçusu pensiya təyinatına keçirilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, lakin cavabdeh ona xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filial onun yalnız xx.xx.1990-cı il tarixdən xx.xx.2002-ci il tarixləri arasındakı dövrləri dövlət qulluqçusu kimi qəbul etmişdir. Lakin xx.xx.1980-ci il tarixdən Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika idarəsinin Kirovabad şəhər məlumatların hesablanması şöbəsində mexanik vəzifəsində xx.xx.1980-ci il tarixə qədər işləmiş, xx.xx.1980-ci il tarixində hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixində Dövlət Statistika Komitəsinin Kirovabad şəhər Statistika idarəsində iqtisadçı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1985-ci ildə böyük iqtisadçı vəzifəsinə, xx.xx.1988-ci ildə isə 2-ci dərəcəli iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Beləliklə, Dövlət Statistika Komitəsinin Kirovabad şəhər Statistika idarəsində 10 ildən yuxarı əmək fəaliyyəti olmuşdur. Hesab edir ki, ona 15 ildən az hesabladığı dövlət qulluğu stajı cavabdehin imtinası tam qanunsuz və əsassızdır.
10. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyasının növünün dəyişdirilib dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu 1980-1990-cı illərdə Gəncə şəhər X2 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrinə iş müddətinin dövlət qulluğu stajı hesab edilib-edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası X7 məktubunda qeyd edilmişdir ki, qeyd edilən müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin müəssisədəki əmək fəaliyyəti dövrü dövlət qulluğu stajına daxil edilmir. Əsas olaraq istinad olunan normativ akt Azərbaycan SSR-nin Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də Azərbaycan SSR-nin şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin 28-ci bəndi göstərilmişdir. Qeyd olunun bəndə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Beləliklə iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-408/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə iddia tələbini rədd edərkən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müvafiq normalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-408/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının 2-ci səhifəsininin 3-cü bəndində onun əmək kitabçasında Gəncə şəhəri X2 böyük iqtisadçı vəzifəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyini qeyd edir. Həmin bənddə göstərir ki, X7 məktubuna əsasən Gəncə (Kirovabad) şəhər X6 təsərrüfat hesabına maliyyələşdirdiyi üçün onun qeyd olunan 10 ildən çox iş stajını dövlət qulluğunda qulluq stajına daxil edilməmişdir. Qanunun qeyd olunan norması dövlət orqanı yalnız dövlət büdcəsindən yox, eyni zamanda büdcədən kənar vəsaitlər hesabına da maliyyələşir. Yəni məhkəmənin qeyd etməsi ki, onun xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı ilədək Hesablama Mərkəzindəki 10 ildən çox iş stajının dövlət qulluğu stajı kimi tanınmamasının səbəbi Mərkəzin təsərrüfat hesabına maliyyələşdirilməsidir. Belə ki, məhkəmənin mövqeyi qanuna ziddir. Qanunun 1.1.4-cü maddəsi çox aydın göstərir ki, büdcədən kənar vəsaitlər hesabına, yəni təsərrüfat hesabına maliyyələşən dövlət orqanında iş stajı dövlət qulluğu stajı kimi tanınmalıdır. Mərkəzdə işlədiyi 10 ildən çox stajı dövlət qulluğu stajı kimi tanınsa onun dövlət qulluğu stajı 15 ildən çox, yəni 20 ildən çox təşkil edir. Məhz bu səbəbdən ona dövlət qulluğu pensiyası təyin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-65111/2024 nömrəli etiraz daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu 1980-1990-cı illərdə Gəncə şəhər X2 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrində iş müddətinin dövlət qulluğu stajı hesab edilib-edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-206427/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası X7 xx.xx.2023-cü il tarixli, 9-3/2-2338/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, yuxarıda qeyd edilən müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin müəssisədəki əmək fəaliyyəti dövrü dövlət qulluğu stajına daxil edilmir. Əsas olaraq istinad olunan normativ akt Azərbaycan SSR-nin Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də Azərbaycan SSR-nin şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin 28-ci bəndi göstərilmişdir. Qeyd olunan bəndə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Belə ki, dövlət statistikası rayon və şəhər məlumat hesablama stasiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsalat-maliyyə planlarına və xərclər smetalarına uyğun olara onların təsərrüfat fəaliyyət nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyə edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunların uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik ola dövlət təsisatıdır. Əlavə olaraq bildirir ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron sisteminin “Pensiya” altsistem məlumatına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə İddiaçı qanunvericilikə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.11 - bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarına; 20.11.2 dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sosial və partiya orqanlarında iş müddəti də daxil edilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, birinci instansiya instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.
40. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ona xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 20 ildən artıq dövlət qulluğu vəzifəsində işlədiyini iddia edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
41. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sosial və partiya orqanlarında iş müddəti də daxil edilir.
42. Qeyd edilməlidir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sosial və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1980ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 işlədiyi müddəti onun dövlət qulluğunda qulluq stajı kimi nəzərə almamışdır.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.
45. İddiaçının 1980-ci və 1982-1990-cı illərdə Gəncə (Kirovabad) Rayon X2 əmək fəaliyyəti ilə məşğul olduğu dövrün dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınıbalınmaması barədə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə müvafiq sorğu ilə müraciət edilmiş, X7 xx.xx.2024-cü il tarixli, 9-3/2-1567/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X2 iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsalmaliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli, 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli, 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon, şəhər məlumat hesablama mərkəzləri (stansiyaları) rayon, şəhər statistika İdarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli, 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X3 fəaliyyəti təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
46. Göründüyü kimi, X7 xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının 1980-ci və 1982-1990-cı illərdə Gəncə rayon X2 iş müddətinin dövlət qulluğunda staj kimi nəzərə alına bilməməsi kifayət qədər əsaslandırılmaqla göstərilmişdir.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının həmin müəssisədə işləmiş digər şəxsin iş müddətinin cavabdeh orqan tərəfindən dövlət qulluğunda staj kimi nəzərə alınması ilə bağlı dəlilinə münasibətdə cavabdehə bu məsələyə aydınlıq gətirilməsi üçün sorğu ilə müraciət edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-301521/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1980xx.xx.1980-ci il və xx.xx.1982-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər ərzində işlədiyi Gəncə (Kirovabad) şəhər X6 və həmin Mərkəzdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda rayon, şəhər məlumat hesablama mərkəzlərində işləmiş şəxslərin əmək fəaliyyətlərinin dövlət qulluğu stajlarına daxil edilib-edilməməsi, aid edildiyi taqdirdə isə hazırda mövcud olan hansı dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmasına dair tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu verilmişdir. Cavab olaraq göndərilmiş məktubda 1991-ci ildən sonra həmin mərkəzlərdə işləmiş şəxslərin əmək fəaliyyətləri müddətlərinin dövlət qulluğu stajı kimi nəzərə alındığı qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası həmçinin bu xüsusa münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Fiziki və hüquqi şəxslərə bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etmək inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin əsas şərti kimi çıxış edir. Lakin bu diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən tətbiq edilən praktika qanuna əsaslanmalı və mövcud normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 işlədiyi müddətin dövlət qulluğunda iş stajı kimi nəzərə alınmalı olduğunu iddia etsə də, onun əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilməsi mümkün deyildir. Belə ki, iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə ziddir. Odur ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
51. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin ediməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-408/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.