Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-331/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-172/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 167657 saylı arayışından görünür ki, 18 mart 2000ci il 118 saylı qərar ilə İddiaçı ikinci qrup əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 332125 saylı müayinə aktından görünür ki, 29 mart 2007-ci il tarixli müayinə zamanı İddiaçı ikinci qrup əlillik yenidən təyin edilmiş, növbəti müayinə tarixi 29 mart 2008-ci il müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 502203 saylı “təkrar müayinə keçən əlillər üçün” müayinə aktından görünür ki, İddiaçı növbəti müayinə tarixi 13 mart 2009-cu il olmaqla ikinci qrup əlillik qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 682349 saylı “təkrar müayinə keçən əlillər üçün” müayinə aktından görünür ki,İddiaçı ikinci qrup əlillik müddətsiz təyin edilmişdir.
5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 319 nömrəli qərarının surətindən görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin yanvar ayında aldığı yaralanma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
6. 12 fevral 2018-ci il tarixli, 4110003AAC8K Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarıxx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; diaqnozu ilə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 avqust 2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2018-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmiş və xx.xx.2018-ci ilədək 19 il müddətsiz əlil olmuşdur. Sonradan hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbı Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və 19 ildən sonra müddətsiz əlillik təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. Belə ki, o 1999-cu ildən 2018ci ilədək 2-ci qrup müddətsiz hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 19 il müddətsiz əlil olmuş və xx.xx.2018-ci ildə əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək 19 ildən sonra müddətsiz təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə təyin edilmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci ildə ona müddətsiz əlillik təyin edilməli idi. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə 5 illik təyin edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o xx.xx.2018-ci ilə qədər 21 il qiymətləndirilmişdir və 21 ildən çoxdur 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq əlilliyinin 5 il müddətinə əlillik təyinatı dəyişdirilərək müddətsiz təyin edilməli və cavabdehin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müddətsiz təyin edilməlidir.
10. Cavabdeh inzibati orqanın iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə AR-ın MN-in MHHK-ın 319 №-li qərarı-xx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ilk dəfə təyin edildiyi və növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-172/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ikinci qrup əlilliyin müddətsiz müəyyən edilməsi müəyyən şərtlərdən asılı edilmişdir ki, həmin şərt isə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması ilə bağlıdır. İddiaçıya 1999-cu ildən ikinci dərəcə əlillik təyin edilmişdir. Arayışlardan isə görünür ki, təyin edilmiş əlillik 2009-cu ilədək hər dəfə bir il müddətinə uzadılmış və iddiaçıya xx.xx.2009-cu il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının əlilliyinin müddətsiz təyin edilməsinə, baxmayaraq əsassız olaraq xx.xx.2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona 05 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə (1999-cu ildən 2018-ci il tarixədək) təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilməli idi.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7- 8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə AR-ın MN-in MHHK-ın 319 №-li qərarı-xx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ilk dəfə təyin edildiyi və növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq norma tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları vasitəsi ilə həyata keçirilir. Bu kondeksdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-912/2022 saylı iş üzrə qəbul etdiyi 24.05. 2022-ci il tarixli qərarından görünür ki, hazırki mübahisədə olduğu kimi həmin mübahisə dərəcəli əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı olmuşdur ki, kassasiya instansiya məhkəməsi qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsin olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyanın göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müəyyən olunmasının göstərişini verir.Eyni zamanda diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsidir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə o, ele hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanaraq doğru qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanı diskresion səlahiyyətini öz səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə məhkəmə yalnız bu səlahiyyətin necə həyata keçirildiyini yoxlaya bilər.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə etiraz ərizəsində bildirmişdir ki, 1999-cu ildə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmiş və xx.xx.2018-ci ilədək 19 il müddətsiz əlil olmuşdur. Sonradan hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbı Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və 19 ildən sonra müddətsiz əlillik təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. Belə ki, o 1999-cu ildən 2018-ci ilədək 2-ci qrup müddətsiz hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 19 il müddətsiz əlil olmuş və xx.xx.2018-ci ildə əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək 19 ildən sonra müddətsiz təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə təyin edilmişdir. Cavabdehin əlillik müddətini 5 il nəzərə alması qanunsuzdur, çünki onun ümumilikdə 24 ildən çoxdur ki, 2-ci qrup əlil statusu vardır.
c) tərəflərin izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
19. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
20. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İşin hallarından görünür ki, iddiaçıya 1999-cu il tarixindən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 10 il müddətinə hər il müayinədən keçmiş, nəticədə ona xx.xx.2009-cu il tarixdən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti 12 fevral 2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarıxx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəlləbeyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; diaqnozu ilə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
26. İddiaçı 1999-cu il tarixdən onun əlilliyinin qiymətləndirildiyini və fasiləsiz olaraq 24 il müddətinə ikinci dərəcəli əlil olmasını əsas gətirərək ona 12 fevral 2018-ci il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Cavabdeh inzibati orqanın təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində İddiaçı əlilliyinin 12 fevral 2018-ci il tarixdə yenidən qiymətləndirilməsinin müvafiq qanunvericlik normalarına uyğun olması, eyni zamanda əlillik yenidən qiymətləndirilib, əlilliyin dərəcəsinin təyin edilməsindən sonra 10 illik müddətsiz axımın hesablanmasının mümkün olması qeyd edilmişdir.
28. Bundan əlavə, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
29. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
30. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə əsasən ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir.
32. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçının əlillik təyinatı aşağıdakı qaydada aparılmışdır:
33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının TSE-0 167657 saylı arayışından görünür ki, 18 mart 2000ci il 118 saylı qərar ilə İddiaçı ikinci qrup əlillik təyin edilmişdir.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 332125 saylı müayinə aktından görünür ki, 29 mart 2007-ci il tarixli müayinə zamanı İddiaçı ikinci qrup əlillik yenidən təyin edilmiş, növbəti müayinə tarixi 29 mart 2008-ci il müəyyən edilmişdir.
35. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 502203 saylı “təkrar müayinə keçən əlillər üçün” müayinə aktından görünür ki, İddiaçı növbəti müayinə tarixi 13 mart 2009-cu il olmaqla ikinci qrup əlillik qeyd edilmişdir.
36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 682349 saylı “təkrar müayinə keçən əlillər üçün” müayinə aktından görünür ki,İddiaçı ikinci qrup əlillik müddətsiz təyin edilmişdir.
37. 12 fevral 2018-ci il tarixli, 4110003AAC8K Forma-88 üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarıxx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; diaqnozu ilə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
38. İddiaçı 13 mart 2009-cu il tarixdən müddətsiz ikinci qrup əlillik təyin edilsə də cavabdeh inzibati orqan sonradan 12 fevral 2018-ci il tarixdə şəxsin əlilliyini yenidən qiymətləndirmiş və əlillik müddəti 5 il müəyyən olunmuşdur.
39. Cavabdeh inzibati orqan tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya müddətsiz ikinci qrup əlilliyin təyin olunması qüvvədə olduğu halda ona 12 fevral 2018-ci ildə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin tələblərini pozmuşdur.
40. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. 41.Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-172/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov