Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-331/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı “cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsi tələbinə” dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2835/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, mübahisəli iş üzrə hərrac protokolunun və qərarının sübut olaraq toplanmasında köməklik edilməsini, iş üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında özüməməxsus olan yəni 12 iyul 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisi olduğu Qazax şirə və şərab sexinin Azərittifaqın razılığı ilə almış olduğu 2 ha torpaq sahəsində yerləşən inzibati binalar mövcuddur ki, həmin əmlaklarda anadan olandan bəri işləməklə orada da yaşamışlar. Həmin mübahisəli ərazi ilə bağlı olaraq çox saylı məhkəmə qətnamələri mövcuddur. Həmin məhkəmə qərarlarından tam olaraq görmək olar ki, mübahisə olunan torpaq sahəsi və üzərində yerləşən inzibati binalar məhz Azərittifaqa aid olmasına baxmayaraq, hansısa bir yolla həmin əraziləri guya ki, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin tabeliyində olmuş “Azəryun” İstehsalat Birliyinin bazasında "xxxx" ASC-ti yarandığını, həmin sərəncama 3 N-li əlavədə Qazax Ərazi Yun Tədarükü və Qəbulu İdarəsi “Azəryun” İstehsalat Birliyinin tərkibinə daxil olan hüquqi şəxs statuslu ərazi yun tədarükü və qəbulu idarələrinin siyahısına verilmişdir. Hətta bir məhkəmə qətnaməsinə qeyd edilmişdir ki, aparılmış olan araşdırma nəticəsində məlum olmuşdur ki, mübahisəli əmlak X1 Birliyinin balansında olmaqla dövlət mülkiyyəti olmuş və 1999-cu il tarixdə özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Amma ki, həmin əmlak məhz Azərittifaqa aid olmaqla onların balansında olmuş və həmin əmlakı onun və mərhum atasının işlədiyin işin əvəzində əmlak olaraq yəni əmək haqqı əvəzi verilmişdir. Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən şirə, şərab sexi binasının və torpaq sahəsinin yerləşmiş olduğu ərazi Qazax şəhər sakini olan İddiaçı tam mülkiyyətində olduğu halda, həmin əmlakın hərraca çıxarılması üçün hansı idarə və ya təşkilatın rəsmi razılığı alındığını və ya hüquq müəyyənedici hansı sənədlər mövcud olduğu barədə rəsmi sorğu belə vermələrinə baxmayaraq, heç bir cavab ala bilmirlər. Bir də ki, Əmlak Məsələləri Dövlət Komitəsi həmin sənədlərin saxtalaşdırılmasında, məhkəmələrə müvafiq sənədlər göndərməklə qanunsuzluqlar etmişlər. Çünki o, hesab edir ki, X2 İdarəsinin balansında hansı əmlakın olması barədə rəsmi sənədlərin araşdırılması halı olduqca zəruridir. Belə ki, “Azərittifaq” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirlməsi Departamentinin vermiş olduğu sorğusuna cavab olaraq bildirmişlər ki, 1990-cı ildə Qazax şəhəri N.Nərimanov küçəsində Azərittifaqın balansına daxil edilməklə onun vəsaiti hesabına istehsal sexi və yun qəbulu məntəqəsinin tikintisinin aparıldığını, sonradan cəbhəçilər tərəfindən təyin edilmiş səriştəsiz rəhbərliyin səhlənkarlığı ucbatından sexin yararsız vəziyyətə düşdüyünü, bundan istifadə edən Yevlax yun fabrikinin keçmiş rəhbərləri rayonlarda öz qurumlarını yaradarkən həmin yeri zorakılıqla zəbt etdiklərini və onu Yun fabriki özəlləşdirilərkən səhvən öz balansında göstərdiklərini, bu barədə İqtisadi İnkişaf Nazirliyinin Qazax rayon şöbəsinin də məlumatının olduğunu bildirmişlər. Bu olanlara baxmayaraq Ali məhkəmə qərar qəbul edən zaman məhz həmin əmlaklara dair onun əlində rəsmi qeydiyyat vəsiqəmin olmasına baxamayaraq, həmin mübahisə olunan ərazilərə dair verilmiş olan saxta sənədlər əsasında məhkəmə qərarı ilə onun qeydiyyat vəsiqəsi etibarsız sayılmış və onun həmin yerdən çıxarılması qət edilmişdir. Amma bu olanlara baxmayaraq həmin mübahisəli torpaq sahəsi ona ilkin olaraq təklif edilməli, daha sonra isə hərrac yolu ilə istənilən şəxsə satılması labüd sayıla bilərdi. Hal-hazırda həmin əmlakın hərrac protokolunu və qərarını əldə edə bilmirlər. Çox saylı sorğu vermələrinə baxmayaraq hərracın yekun nəticə sənədləşmələrini əldə edə bilmir, sorğuya verilmiş olan cavablarda isə xx.xx.2023-cü il tarixdə keçirilmiş 17-ci hərracın qalibi tərəfindən özəlləşdirildiyini bildirirlər. O, həmin işlə əlaqədar olaraq Hərrac protokolunun və qərarının ləğv edilməsi tələbi ilə Qazax Rayon Məhkəməsinə mürcaiət etmişdir, Qazax Rayon Məhkəməsinin 2(023)-1563/2024 saylı qərardadı ilə işin icraatına xitam verilmiş və iş aidiyyəti üzrə inzibati məhkəmədə baxıla bilməsi izah olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2835/2025 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı məhkəməyə ərizə verərək, işə baxılmadan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsinin geri götürülməsinə dair ərizəsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati-Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göründüyü kimi, iddia qaldırmış şəxs ərizə təqdim edərək, iddia ərizəsinin geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, iddianın geri götürülməsinə dair ərizənin qəbul edilməməsi üçün əsaslar yoxdur Həmçinin, inzibati prosessual qanunvercilik iddiaçının iddiasını geri götürdüyü halda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə inzibati icraat qaydasında yenidən iddia qaldırmaq imkanını istisna edir, məhkəmənin iş üzrə icraata xitam verməklə qərardad qəbul etməsi və həmin qərardaddan şikayət verilə bilməməsini təsbit edir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsinin geri götürülməsinə dair ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı iddianın geri götürülməsinə dair ərizəsi qəbul edilsin. İddiaçı cavabdeh Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı “cavabdeh tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın yekun nəticələrinin ləğv edilməsi tələbinə” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-331/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-331/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver