Məhkəmə qərarları › İş №2-1(104)-332/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-332/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-332/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-227/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-5097 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-9968/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N-cü ildə Qazax Rayon Hərbi Komissarlığı Tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, may N-cü il tarixdən N2 may N994-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş və 2N yanvar N997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 07 yanvar N997-ci il tarixli 3 nömrəli əmrinə əsasən ordu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda döyüş əməliyyatlarının aparıldığı dövrdə həmin döyüşlərdə iştirak etdiyinə görə müharibə iştirakçısı hesab olunmalı və ona müharibə veteranı adı və müvafiq vəsiqəsi təqdim edilməlidir. O, cavabdehə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli, 4/3-5097 nömrəli məktub ilə bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4960 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr N-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən daxil olmuş sərəncama əlavə edilmiş Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-N870 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may N-cü il və may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyəti barədə məlumat aşkar edilməmişdir. Həmçinin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli, 4/3-9558 nömrəli məktubundan görünür ki, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı” nda aşkar edilməmişdir. Nəzərinizə çatdırılır ki, iş materialına əlavə edilmiş mərkəzi arxivin məktubunda İddiaçı hərbi xidməti barədə məlumat olmadığı döyüş tapşırığını yerinə etirmək üçün ezamiyyətə göndərilməsi, həmçinin veteran komissiyasının məktubunda isə N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-227/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 05.N9xx-xx.N997-ci tarixlərində N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuş, Ncü ildən xx.xx.N994-cü il tarixədək isə N nömrəli hərbi hissənin tərkibində erməni hərbi birləşmələrinə qarşı döyüşdə iştirak etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N870 nömrəli arxiv arayışından görünür ki, Qazax RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N03 nömrəli əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 2N yanvar N997-ci il tarixil N5 nömrəli əmrilə Qazax RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mədət oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qazax RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edilmilşdir ki, N nömrəli hərbi hissə komandirinin may N-cü il və may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyəti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-9558 nömrəli məktubundan görünür ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-N870 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin may N-cü il və may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun N nömrəli hərbi hissədə xidməti barədə məlumatın olmaması və N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2-N(NN4)-227/2023 saylı qərarı əsassız və qanunsuzdur, ona görə də ləğv edilməli, iddia tələbim üzrə iş apellyasiya qaydasında tam və qərəzsiz olaraq yenidən araşdırılaraq obyektiv qərar qəbul edilməlidir. Belə ki, məhkəmə cavabdehin etirazını əsas gətirərək, iddiaçının döyüşlərdə iştirak edib-etməməsi xüsusatı ilə bağlı heç bir araşdırma aparmadan yekun nəticəyə gəlmiş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. "Veteranlar haqqında" Azərbaycan əsasən, Respublikası Qanununun 3-cü maddəsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçının döyüşlərdə iştirak etməsi barədə hərbi biletində xüsusi qeyd mövcuddur ki, bu da iddia tələbinin təmin edilməsi üçün əsasdır. Yəni döyüşlərdə iştirak etməsəydi hərbi biletində xüsusi qeyd də olmazdı. Digər tərəfdən, məhkəmə qərarında göstərilən N və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə mülahizəsi də yanlışdır. Bildirilir ki, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş və iddiaçı həmin hərbi hissənin tərkibində oraya ezam olunaraq xidmət etmişdir. Hətta bu hərbi hissədə onunla birgə qulluq etmiş şəxslər veteran adını və vəsiqəsini çoxdan almışlar. O, isə cavabdeh inzibati orqanın etinazıslığı, birinci instansiya məhkəməsinin işə səthi yanaşması ucbatından bu günə kimi qanunvreiciliklə qazandığı hüququnu əldə edə bilmir. İddiaçı güman edir ki, əgər məhkəmə iddia tələbi üzrə obyektiv və hərtərəfli araşdırma aparsaydı, yəni lazımi təşkilatlara sorğular verilsəydi və yaxud döyüş yoldaşlarından kimlərsə məhkəməyə dəvət olunaraq dindirilsəydi iddia tələbi rədd edilməzdi. Odur ki, həqiqətin aşkara çıxarılması və hər an ölüm təhlükəsi ilə üzbə-üz qalaraq qazandığı hüququnun əldə edilməsi üçün iddia üzrə apellyasiya qaydasında obyektiv araşdırılma aparılaraq yeni qərar qəbul edilməsinə zərurət yaranmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.N-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qərarında göstərilən N və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə mülahizəsi də yanlışdır. Bildirilir ki, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş və iddiaçı həmin hərbi hissənin tərkibində oraya ezam olunaraq xidmət etmişdir. Hətta bu hərbi hissədə onunla birgə qulluq etmiş şəxslər veteran adını və vəsiqəsini çoxdan almışlar. O, isə cavabdeh inzibati orqanın etinazıslığı, birinci instansiya məhkəməsinin işə səthi yanaşması ucbatından bu günə kimi qanunvreiciliklə qazandığı hüququnu əldə edə bilmir. İddiaçı güman edir ki, əgər məhkəmə iddia tələbi üzrə obyektiv və hərtərəfli araşdırma aparsaydı, yəni lazımi təşkilatlara sorğular verilsəydi və yaxud döyüş yoldaşlarından kimlərsə məhkəməyə dəvət olunaraq dindirilsəydi iddia tələbi rədd edilməzdi. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-N870 nömrəli arxiv arayışından görünür ki, Qazax RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N03 nömrəli əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 2N yanvar N997-ci il tarixil N5 nömrəli əmrilə Qazax RHK-nın çağırışçısı, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mədət oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qazax RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edilmilşdir ki, N nömrəli hərbi hissə komandirinin may N-cü il və may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyəti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyinin xx.xx.2022ci il tarixli, 4/3-9558 nömrəli ilə bildirilmişdir ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-3N36 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmək ünün Qazax RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №o-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N03 №-li əmrilə (əsas: §-N, səh-8, əmrdə vəzifəsi yazılmamışdır) xx.xx.N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək ştata qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli NN6 №-li əmrilə (əsas: §-6, səh-N3) sıravi İddiaçı RTO tağımının işıq texniki təminatı manqasında sürücü-elektrik vəzifəsinə təyin olunmuşdur. N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mədət oğlu xidmət müddətini başa vurduğuna görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N5 №-li əmrilə (əsas: §-2, səh-N0, sıra-3, əmrdə atasının adı "Mədət" yazılmışdır) xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Qazax RHK-na göndərilmişdir. N No-li hərbi hissə komandirinin iyun N-cü il tarixdən N0 may N995-ci il tarixədək, N nömrəli hərbi hissə komandirinin may N-cü il tarixdən N0 may N994-cü il tarixədək olan tarixli nizami hissə üzrə əmrlərindən İddiaçı Mədət oğlunun döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N N-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri obyektiv və hərtərəfli araşdırmanın, müvafiq təşkilatlara sorğuların verilməməsinə əsaslansa da, məhkəmə tərəfindən əldə edilmiş sorğuların cavablarından görünür ki, nə iddiaçının, nə də onun hərbi xidməti dövründə xidmət etdiyi N və N saylı hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi faktı öz təsdiqini tapmır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi N № hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)...əmrlərdən çıxarışlar...əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə sübut yoxdur. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-227/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar