Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-340/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun və vəkili Vəkil iştirakları ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-N(NN4)-N99/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 04 avqust 2022-ci il tarixli, 4/3-9043 nömrəli məktubundan görünür ki, iddiaçı Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğluna Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-37 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 may 20N9-cu il tarixli, 4N8 nömrəli qərarından görünür ki, Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlu 27 iyul N992-ci ildə döyüş zonasında yaralanmış, 20 entyabr N992-ci il tarixədək Gəncə şəhər psixonevroloji dispanserində müayinə və müalicə alması əks olunmuşdur.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N6 dekabr 2022-ci il tarixli, 4/2- 877Nnömrəli məktubunda qeyd olunur ki, Nizami RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X4 N56 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N0 №-li əmrilə (əsas: § 4, sıra 2, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N56 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 56 №-ii əmrilə (əsas: §-N3. sıra- N, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) sıravi X4 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmetir davam etdirmək üçün Gəncə Hərbi Polis şöbəsinə göndərilmişdir. N56 №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi XN Hərbi Polis şöbəsi rəisinin xx.xx.N994-cü il tarix.: 47 Ns-li əmrilə (əsas: sıra-6, səh-47, əmrdə soyadı “Məmmədov” yazılmışdır) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək patrul vəzifəsinə təyin olunmuşdur. Gəncə Hərbi Polis Şöbəsi rəisinin xx.xx.N996-cı il tarixli N98 №-li əmrilə (əsas: §-3. sıra-N0, səh-40, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) sırav X4 şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davar etdirmək üçün N56 №-li hərbi hissəyə göndərilmişdir. Gəncə Hərbi Polis Şöbəsindən xidmətini davam etdirmək üçün göndərilmiş, sırav X4 N56 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixi: N88 №-li əmrilə (əsas: §-8, sıra-N, səh-50, əmrdə soyadı “Məmmədov” yazılmışdır) həro hissənin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi Rəisinin xx.xx.N997-ci il tarixli N03 №-li əmrilə N56 №-li hərb: hissənin hərbi qulluqçusu, çavuş X4 (əsas: §-N7, sıra-5. səh-54 əmrdə soyadı Məmmədov yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 05N №-li hərbi hissədə göndərilmişdir. N56 N-İi hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, çavuş X4 N №-li hərbi hissə komandirinin N avqust N997-ci il tarixli 220 №-li əmrilə (əsas: §-3, bənd-2, sıra-N, səh-N0, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən manqa komandiri-baş telefonçu, çavuş X4 N №-İi hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 290 №-li əmrilə (əsas: §-3, sıra-N0, səh-38, əmrdə soyadı “Məmmədov” yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gəncə RHK-na göndərilmişdir.Qeyd edilir ki, 8N8 №-li hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, müharibə adı və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Nizami RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.N992-xx.xx.N992-ci il tarixlərdə TərTər, Ağdərə rayonu ərazisində 8N8 h/h Gəncə Ərazi müdafiə batalyonunda atıcı kimi döyüşmüşdür. xx.xx.N99N-ci ildə yaralanaraq kontuziya travması almış və xx.xx.N992-ci il tarixdə döyüşdən azad olunmuşdur. Döyüşlərdə iştirak etməyi hərbi bilet və digər sənədlərlə təsdiq olunur. Döyüş zamanı yaralanmağını və travma almağı isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi Həkim komissiyasının qərarı ilə təsdiq olunur. Lakin bu günədək iddiaçı veteran adını ala bilməmişdir. Məsələ ilə bağlı cavabdehə müraciət edilmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, NN/4N64 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçının hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-N(NN4)-N99/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletdə xx.xx.N992-xx.xx.N992-ci il tarixlərdə Tər-Tər, Ağdərə rayonu ərazisində 8N8 h/h Gəncə Ərazi müdafiə batalyonunda atıcı kimi döyüşməsi qeyd edilsə də həmin fakt hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı ilə öz təsdiqini tapmadığından qanunvericiliklə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi istisna olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri N0. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-N(NN4)-N99/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. NN. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara qiymət verməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 30 iyul 202N-ci il tarixli, 4/2-37 nömrəli arxiv arayışı, eyni zamanda 4/2-877N nömrəli, 26 dekabr 2022-ci il tarixli məktubu əsas hesab edərək iddia tələbini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri N2. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları N3. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdilər. N4. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: N5. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
N6. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N8.N. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
N7. 23 dekabr 20NN-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun: N. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. N4. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
N9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N4.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 2N. İş matariellarından göründüyü kimi iddiaçı tələbində xx.xx.N992-xx.xx.N992-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməsini bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
22. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi hərbi biletdə xx.xx.N992-xx.xx.N992-ci il tarixlərdə Tər-Tər, Ağdərə rayonu ərazisində 8N8 h/h Gəncə Ərazi müdafiə batalyonunda atıcı kimi döyüşməsi qeyd edilsə də həmin fakt hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı ilə öz təsdiqini tapmamışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-37 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.
24. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N6 dekabr 2022-ci il tarixli, 4/2- 877Nnömrəli məktubunda qeyd olunur ki, Nizami RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X4 N56 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N0 №-li əmrilə (əsas: § 4, sıra 2, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N56 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 56 №-ii əmrilə (əsas: §-N3. sıra- N, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) sıravi X4 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmetir davam etdirmək üçün Gəncə Hərbi Polis şöbəsinə göndərilmişdir. N56 №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi XN Hərbi Polis şöbəsi rəisinin xx.xx.N994-cü il tarix.: 47 Ns-li əmrilə (əsas: sıra-6, səh-47, əmrdə soyadı “Məmmədov” yazılmışdır) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək patrul vəzifəsinə təyin olunmuşdur. Gəncə Hərbi Polis Şöbəsi rəisinin xx.xx.N996-cı il tarixli N98 №-li əmrilə (əsas: §-3. sıra-N0, səh-40, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) sırav X4 şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davar etdirmək üçün N56 №-li hərbi hissəyə göndərilmişdir. Gəncə Hərbi Polis Şöbəsindən xidmətini davam etdirmək üçün göndərilmiş, sırav X4 N56 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixi: N88 №-li əmrilə (əsas: §-8, sıra-N, səh-50, əmrdə soyadı “Məmmədov” yazılmışdır) həro hissənin siyahısına daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis İdarəsi Rəisinin xx.xx.N997-ci il tarixli N03 №-li əmrilə N56 №-li hərb: hissənin hərbi qulluqçusu, çavuş X4 (əsas: §-N7, sıra-5. səh-54 əmrdə soyadı Məmmədov yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 05N №-li hərbi hissədə göndərilmişdir. N56 N-İi hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, çavuş X4 N №-li hərbi hissə komandirinin N avqust N997-ci il tarixli 220 №-li əmrilə (əsas: §-3, bənd-2, sıra-N, səh-N0, əmrdə soyadı “Məmmədov” yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən manqa komandiri-baş telefonçu, çavuş X4 N №-İi hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 290 №-li əmrilə (əsas: §-3, sıra-N0, səh-38, əmrdə soyadı “Məmmədov” yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gəncə RHK-na göndərilmişdir.Qeyd edilir ki, 8N8 №-li hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində Müzəffərli (Məmmədov) Elxan Müzəffər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.
25. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin iddiaçının xx.xx.N992-xx.xx.N992ci il tarixlərdə döyüşməsi və qanuni əsaslarla ehtiyata buraxılması hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı ilə təsdiqlənməməsi dəlili “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır.
26. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə. müdafiə. Orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi biletin (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışların olması tələb edilsə də, iddiaçının təqdim etdiyi hərbi biletdə aparılmış qeydiyyat hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı ilə öz təsdiqini tapmamışdır.
28. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.
29. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir.
30. Odur ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-N(NN4)-N99/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən N(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov