Məhkəmə qərarları › İş №2-1(104)-340/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-340/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-340/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni təmsilçi kimi adının qeyd edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qanuni təmsilçi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Lalə” Kooperativinin ümumi iclasının xx.xx.1988-ci il tarixli, 1№-li protokolundan görünür ki, yığıncağın yekdil qərarı ilə İddiaçı kooperativin sədri və təsisçisi seçilmişdir.

2. “Lalə” Kooperativinin ümumi iclasında xx.xx.1989-cu il tarixli, 01 nömrəli protokolu ilə Vətəndaşların şəxsi təsərrüfatlarında dövlət kooperativlərinin saxladıqları kənd təsərrüfatı məhsullarının, keyfiyyətsiz və artıq sənaye mallarının alınması və ticarətinin təşkili və ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə Kirovbad çini zavodunun nəzdində “Lalə” universal kooperativinin Nizamnaməsi qəbul edilmişdir.

3. xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsindən görünür ki, İddiaçı “Lalə” kooperativin ilkin nizamnaməsinə uyğun olaraq kooperativin “Kafe” kimi səmərəli şəkildə istifadə edilməsi məqsədi ilə X3 sədri təyin etmişdir.

4. “Lalə” Kooperativinin təsisçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 nömrəli əmrindən görünür ki, xx.xx.2005-ci il tarixdən X9 “Lalə” Kooperativinə sədr təyin edilmişdir.

5. “Lalə” Kooperativinə xx.xx.2005-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır.

6. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X9 xx.xx.2013-cü il tarixdə ölmüş, bu barədə xx.xx.2013-cü il tarixdə 477 nömrə ilə qeydiyyat aparılmışdır.

7. “Lalə” Kooperativinin təsisçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrdən görünür ki, X9 vəfat etdiyindən xx.xx.2013-cü il tarixdən İddiaçı “Lalə” kooperativinə sədr təyin edilmişdir.

8. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********821700 nömrəli məktubda qeyd edilmişdir ki, hüquqi şəxsin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Lalə” Kooperativinin (VÖEN **********) qanuni təmsilçisi X8r. Elektron məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olması barədə heç bir məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi şəxslərin dövlət reyestrində “Lalə” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, o, Gəncə X14nda müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci ildə zavodda istehsal olunan məhsulların standartlara uyğun olmayanlarının çeşidlənərək zavod işçilərinə və kənar şəxslərə ucuz qiymətə satılmasının təşkil olunması məqsədilə “Lalə” kooperativinin yaradılması üçün onun tərəfindən layihə və biznes proyekt hazırlanaraq zavodun rəhbərliyinə təqdim olunmuşdur. Layihə müzakirə olunduqdan sonra Gəncə X14nun ümumi yığıncağının 10 aprel 1988-ci il tarixli qərarına əsasən “Lalə” kooperativi yaradılması qərara alınmışdır. Həmin vaxt ümumi yığıncağın qərarına əsasən iddiaçı “Lalə” kooperativinin təsisçisi seçilmişdir. Kirovabad şəhər Gəncə rayon XDS İK-nin 22 aprel 1988-ci il tarixli, 552 № li qərarı ilə “Lalə” kooperativinin nizamnaməsi təsdiqlənmişdir. Bundan sonra nizamnaməyə uyğun olaraq kooperativə o, rəhbərlik etmişdir. 1990-cı ildə “Lalə” kooperativinin fəaliyyətini genişləndirmək üçün nizamnaməyə əlavə və dəyişikliklər edilmiş və Gəncə şəhər İcra Hakimiyyətinin qərarı ilə təsdiqlənmişdir. 1995-2004-cü illərdə “Lalə” kooperativi nizamnaməyə uyğun olaraq müxtəlif şəxslərə çayxana, kafe fəaliyyəti göstərmək üçün icarəyə verilmişdir. Həmin illərdə mühasib tərəfindən hesablanıb hazırlanan müəssisə balansı və bütün köçürmələr iddiaçı tərəfindən təsdiqlənib imzalanmışdır. 2005-ci ildə nizamnaməyə uyğun olaraq X9 onun tərəfindən “Lalə” kooperativinin təmsilçisi təyin olunmuş və yenə də çayxana, kafe kimi fəaliyyət göstərmişdir. İddiaçı xüsusilə qeyd edir ki, “Lalə” kooperativinin yaradılmasında X6 hər hansı bir rolu olmamışdır. İddiaçı 2006-cı ildə “Lalə” kooperativini istehsal sahəsinə çevirmək qərarına gəlmişdir. Kooperativin onun tərəfindən təyin olunmuş təmsilçisi X9 29 iyun 2013-cü il tarixində vəfat etmişdir. X9 vəfat etdikdən sonra nizamnaməyə uyğun olaraq o, özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir. (əmr № 8, xx.xx.2013) Həmin vaxt iddiaçı dəyişikliyin qeydə alınması üçün vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş şifrə və kod iddiaçıda olduğu üçün, həmçinin kooperativin təsisçisi olduğu üçün onun tərəfindən hesabatlar verilmiş və hər hansı bir çətinlik olmamışdır. Lakin hazırda kooperativin 1560 manat məbləğində vergi borcu olsa da, həmin borcu ödəyə bilmir. Belə ki, bu ilin aprel ayından şifrə, kodun ləğv edilməsi səbəbindən bunun üçün Elektron imza və ya ASAN imza olmalıdır. Lakin hüquqi şəxslərin dövlət reyestrində hələ də “Lalə” kooperativinin qanuni təmsilçisi kimi X6 adı qeyd edildiyinə görə bunu edə bilmir. Ona görə də hüquqi şəxslərin dövlət reyestrində “Lalə” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə müraciət etmişdir. Lakin onun ərizəsinə imtina cavabı verilmişdir. Səbəb kimi isə elekton uçot məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olmağı barədə hər hansı bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Lakin iddiaçı qeyd edir ki, kooperativ onun təşəbbüsülə yaradılmış və təsisçisi odur. Uzun illərdən bəri də kooperativi o, idarə edir. X9 da məhz onun tərəfindən qanuni təmsilçi təyin edilmiş, o vəfat edəndən sonra isə özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir. Ona görə də hesab edir ki, cavabdeh təşkilatın bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir və onun iddiası təmin edilməlidir.

11. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “LALƏ” Kooperativinin (VÖEN: **********) nizamnaməsi Gəncə X14nun X11 tərəfindən qeydiyyata alınmışdır. Kooperativin qeydiyyat qovluğunda və vergi iş qovluğunda olan nizamnamənin titul vərəqindəki tarixlərdə fərq mövcuddur. Belə ki, qeydiyyat qovluğunda olan nizamnamənin titul vərəqinin surətində qeydiyyat tarixi kimi 1990-cı il qeyd edilmişdir, kooperativin uçotu zamanı təqdim edilən nizamnamənin titul vərəqində isə qeydiyyat tarixi xx.xx.1989-cu il göstərilmişdir. Lakin uçot zamanı təqdim edilən sənədlərə əsasən elektron uçot məlumat bazasında kooperativin qeydiyyat tarixi kimi xx.xx.1989-cu il qeyd edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Kooperativin təsisçisi və qanuni təmsilçisi X8r. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-ci maddəsində göstərilmişdir ki, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. İddiaçı iddia ərizəsində X6 onun tərəfindən kooperativin təmsilçisi təyin olunduğunu qeyd etmişdir. Kooperativin arxiv məlumatlarında İddiaçı tərəfindən X6 təmsilçi təyin olunması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Kooperativin vergi iş qovluğunda olan əmrə görə X9 özünü kooperativin sədri təyin etmişdir, imzası və kooperativin möhürü ilə təsdiq etmişdir. Kooperativin qeydiyyat qovluğunda olan sənədlərə əsasən kooperativin nizamnaməsinə edilən 1991-1992-ci illərdəki dəyişikliklərdə kooperativin sədri kimi başqa şəxslər göstərilsə də, İddiaçı kooperativin qeydiyyata alındığı tarixdən hazırki tarixədək hər hansı bir müddətdə kooperativin sədri olması barədə heç bir fakt yoxdur. İddiaçı vergi orqanına xx.xx.2024-cü il tarixli, **********452300 nömrəli müraciəti zamanı təqdim etdiyi özünü kooperativin təsisçisi və sədri seçməsi ilə bağlı xx.xx.1988-ci il tarixli protokoldan çıxarış isə əsassızdır. xx.xx.2005-ci il tarixdə kooperativin vergi orqanında uçota alınması üçün müraciət edilən zamanı X9 tərəfindən müraciət edilmişdir. O cümlədən vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsinə əlavədə təsisçi fiziki şəxslər barədə məlumat bölməsində X6 məlumatları doldurulmuşdur. Əlavə olaraq xx.xx.2006-cı il tarixdə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizəni və xx.xx.2011-ci il tarixdə kooperativin fəaliyyətinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətə dayandırılması barədə, eyni zamanda xx.xx.2012-ci il tarixdə kooperativin fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-cı il tarixədək müddətə dayandırılması barədə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayışı da X9 hüquqi şəxsin rəhbəri qismində imzalayaraq cəmiyyətin möhürü ilə təsdiq etmişdir. İddiaçı vergi orqanına şəxsən təqdim etdiyi “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” ərizə və Kooperativin sədri X6 verdiyi xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən kooperativin bütün sənədlərinin və müqavilələrinin imzalanması səlahiyyəti İddiaçı verilmişdir. Buradan aydın olur ki, iddiaçı özü də həmin tarixdə rəhbər olmadığını bilib və faktiki rəhbərin verdiyini etibarnaməni vergi orqanına şəxsən təqdim edib. X4 2013-cü ildə verdiyi etibarnaməyə qədər vergi münasibətlərində özü çıxış edib. İddia ərizəsində İddiaçı tərəfindən təyin edilmiş X6 2013cü il tarixdə vəfat etməsindən sonra özünü kooperativin sədri təyin etdiyini göstərmişdir. Lakin “LALƏ” Kooperativi tərəfindən uçota alındığı tarixdən rəhbər dəyişikliyi ilə əlaqədar vergi orqanına müraciət daxil olmamışdır.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun nümayənədəsi (vəkil) Nümayəndə1 ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında Nümayəndə2 məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 844/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Hüquqi şəxslərin dövlət reyestrində “Lalə” kooperativin qanuni təmsilçisi kimi İddiaçı adının qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Lalə” kooperativi yarandığı vaxtdan kooperativin təsisçisi və sədridir. Bu hal isə xx.xx.1988-ci il tarixli, 1 №-li protokolda öz təsdiqini tapmışdır. Bu isə hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan faktdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsassız qərar qəbul etmişdir. Belə ki, “Lalə” Kooperativi (VÖEN **********) (bundan sonra kooperativ) Gəncə rayon Xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 552 nömrəli qərarı ilə X14 nəzdində qeydiyyata alınmışdır. xx.xx.1990-ci il tarixdə Gəncə rayon İcraiyyə Komitəsinin qərarı ilə müstəqil “Lalə” kooperativinin nizamnaməsi qeydə alınmışdır. xx.xx.1991-ci il tarixdə Gəncə rayon İcraiyyə Komitəsi və xx.xx.1992-ci il tarixdə isə Gəncə şəhər İcra Başçısı tərəfindən kooperativin mövcud nizamnaməsinə əlavələr təsdiq edilmişdir. xx.xx.1994-cü il tarixdə 216 nömrə ilə kooperativ Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınmışdır. Qərarın icra edilməsi kooperativin nizamnaməsində, “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (ləğv edilmişdir) və Mülki Məcəllədə əks olunan kooperativin qeydiyyatı ilə bağlı tələblərdən kənara çıxmaq deməkdir. Kooperativin təkrar qeydiyyata alınması ilə bağlı 1994-cü il tarixli müraciət zamanı təqdim edilmiş protokol-qərara 3 (üç) nəfər üzv və müraciət ərizəsinə isə kooperativin sədri olaraq Abbasov V.Ə. adlı şəxs imza etmişdir. Belə ki, 1994-cü il tarixdə təkrar qeydiyyat zamanı təsdiq edilmiş kooperativin son nizamnaməsinin 43-cü bəndinə əsasən kooperativ nizamnaməni pozduqda, üzvlərin sayı üç nəfərdən az olduqda, özünü maliyyələşdirmək mümkün olmadıqda ləğv oluna bilər. Həmin nizamnamənin 1-ci bəndinə əsasən kooperativ “Kooperasiya haqqında” Qanun və vətəndaşların könüllü birliyi əsasında kollektiv əməyə, özünü idarəyə əsaslanan müəssisədir. Ləğv edilən “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən kooperativ üçdən az olmayan fiziki, yaxud fiziki və hüquqi şəxs tərəfindən yaradılır. Hətta kooperativin ilkin qeydiyyatı zamanı qeydiyyat orqanına təsdiq üçün təqdim edilmiş nizamnamədə də kooperativinin üzv sayının azı 3 nəfərdən ibarət olmasına toxunulmuşdur. Hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən hazırda kooperativin təsisçisi və qanuni təmsilçisi X8r. Belə ki, qanunvericiliyin tələbinə əsasən kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Məhkəmənin qərarının icrası isə qanunvericiliyin tələbinin pozulmasına səbəb olur. Çünki qərarın icrası nəticəsində İddiaçı kooperativin sədri olacaq, X9 isə təsisçi olaraq qalacaqdır. X5 vəfatından sonra İddiaçı xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrlə özünü yenidən “Lalə” kooperativə sədr təyin etdiyi göstərilmişdir. “Lalə” Kooperativi tərəfindən uçota alındığı tarixdən rəhbər dəyişikliyi ilə əlaqədar vergi orqanına müraciət daxil olmamışdır. Kooperativin nizamnaməsinin 35-ci bəndinə əsasən ümumi yığıncaq kooperativin ali orqanıdır. Ümumi yığıncaq kooperativin nizamnaməsini, ona əlavələr və dəyişikliklər edir, sədri seçir, üzvləri qəbul edir və üzvlükdən azad edir, kooperativin iş planınına baxır və təsdiq edir, mədaxil-məxaricin smetasını təsdiq edir, əmək haqqının ölçüsünü, inkişaf fonduna gəlirdən ayrılan məbləği və müfəttişin hesabatını dinləyir, illik hesabatı təsdiq edir və kooperativin fəaliyyətinin dayandırılmasına baxır. Kooperativin nizamnaməsindən göründüyü kimi kooperativin sədrini üzvlər seçir və kooperativin üzvlərinin sayı 3 nəfərdir. Belə olan halda İddiaçı özünü ümumi yığıncağın yeganə üzvü kimi sədr seçməsi kooperativin nizamnaməsinə ziddir. Yuxarıda qeyd edilən işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə qərarın əsaslandırma hissəsində göstərmişdir ki, “İddiaçı “Lalə” kooperativinin ilkin nizamnaməsinə uyğun olaraq kooperativin “Kafe” kimi səmərəli şəkildə istifadə etmək məqsədi ilə X3 sədri təyin etmişdir. Tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X9 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işləri apara bilməz və o cümlədən gələcəkdə “Lalə” kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Lakin, X9 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək özünü “Lalə” kooperativin sədri təyin etmiş, imzası və möhürü ilə təsdiq etmişdir. xx.xx.2005-ci il tarixdə isə həmin səlahiyyətlərdən istifadə edərək kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir.” Həmçinin məhkəmə araşdırmanın predmetini təşkil edən sənədlər arasında xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsini də göstərmişdir. Qeyd etmək istərdik ki, xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Həmin sənədin notarial qaydada təsdiq edilmiş olması onun əsaslı olmağına dəlalət etmir. Belə ki, həmin kooperativ xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmışdır. xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsində isə hüquqi şəxsin VÖEN-nin qeyd edilməsi həmin sənədin qanunsuz və əsassız olduğunu bir daha sübut edir. Əlavə olaraq Kooperativin qeydiyyat qovluğu sənədlərinə əsasən ən son 1994-cü il müraciətindəki sənədlərə vurulmuş möhür ilə hazırkı möhür ziddiyət təşkil edir. Bildirmək istəyirik ki, məhkəmə qərarında bir neçə dəfə İddiaçı həm təsisçi, həm də sədr olduğunu vurğulamışdır. Lakin qərarın nəticə hissəsində hüquqi şəxslərin dövlət reyestrində yalnız qanuni təmsilçinin dəyişdirilməsi vəzifəsi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Hesab edirik ki, məhkəmə İddiaçı həm təsisçi, həm də sədr olduğunu qeyd edirsə iddia ərizəsinin dəqiqləşdirilməsinə də yardım etməli idi. Məhkəmə qərarın əsaslandırma hissəsində iddianın mümkün və əsaslı olduğunu qeyd etmişdir. İddianın əsaslılığını isə işdə olan 10 aprel 1988-ci il tarixdə “Lalə” kooperativinin üzvlərinin ümumi yığıncağında İddiaçı kooperativin təsisçisi və sədri seçilməsi ilə əlaqələndirmişdir. Hesab edirik ki, iddia əsaslı deyil və mümkün hesab edilməməli idi. xx.xx.1990-ci il tarixdə Gəncə rayon İcraiyyə Komitəsinin qərarı ilə müstəqil “Lalə” kooperativinin nizamnaməsi qeydə alınan zaman kooperativin sədri olaraq kooperativin adından Abbasov V.Ə. adlı şəxs, xx.xx.1991-ci il tarixdə Gəncə rayon İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınmış nizamnaməyə əlavəyə kooperativin sədri olaraq Ə.Əsədov adlı şəxs , xx.xx.1992-ci il tarixdə Gəncə şəhər İcra Başçısı tərəfindən qeydə alınmış nizamnaməyə 2 nömrəli əlavədə kooperativin sədri olaraq Məmmədov O.M. adlı şəxs, qovluqda mövcud olan yekun 1994-cü il tarixlə kooperativin təkrar qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə edilmiş müraciətdə isə təkrar Abbasov V.Ə. adlı şəxsin çıxış etdiyi görülür. Vergi ödəyicisinin əlində olan və məhkəməyə təqdim edilən xx.xx.1988-ci il tarixli protokolda İddiaçı, Əsədov Ə., Məmmədov O. adlı şəxslər kooperativin üzvləri seçilmişdirlər. Onlardan İddiaçı adlı şəxs isə kooperativin sədri seçilmişdir. İddiaçı kooperativin təsisçisi və sədri seçilməsi ilə bağlı xx.xx.1988-ci il tarixli protokol və protokoldan çıxarış isə əsassızdır. Çünki həmin protokol qeydiyyat qovluğunda mövcud deyildir və yuxarıda qeyd edildiyi kimi kooperativ 1988-ci ildə deyil, xx.xx.1989-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixdə vergi uçotuna alındığı tarixdən kooperativin adından edilən müraciətlər zamanı kooperativin adından sədr olaraq X9 çıxış etmişdir. Belə ki, hazırda hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən kooperativin təsisçisi və qanuni təmsilçisi X8r. Kooperativin qeydiyyat qovluğunda İddiaçı təsisçi olması və onun tərəfindən X6 təmsilçi təyin olunması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Ümumiyyətlə kooperativin uçot və qeydiyyat qovluğunda İddiaçı adı yalnız xx.xx.2013-cü il tarixli etibarnamədə göstərilmişdir. Belə ki, 2013-cü il tarixli vergi orqanına edilmiş müraciətdə İddiaçı kooperativin sədri olan X9 tərəfindən verilmiş etibarnamə üzrə kooperativin adından çıxış edir. Buradan aydın olur ki, iddiaçı özü də həmin tarixdə rəhbər olmadığını bilib və faktiki rəhbərin verdiyini etibarnaməni vergi orqanına şəxsən təqdim edib. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməli idi. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. İddiaçı kooperativin sədri və ya təsisçisi olmağı ilə bağlı heç bir rəsmi məlumat olmadığından hüquqi şəxs üzərində də hüquqa sahib deyildir. Beləliklə İddiaçı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir. Qeydiyyat qovluğunda mövcud olan son müraciət zamanı təqdim edilən sənədlərdə adları qeyd olunan şəxslərin də kooperativ üzərində hüquqları vardır. Nəticə etibarilə qərar qəbul edilərkən məhkəmə tərəfindən maddi hüquq normaları ilə yanaşı prosessual normaların tələblərinə də əməl olunmamışdır.

b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçının vəkili tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş və göstərilmişdir ki, 2-1(114)-844/2025 saylı iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından 12 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilinməz. 1. Əvvəla cavabdehin şikayətdə cari qanunvericiliyin (Mülki Məcəllə, hüquqi şəxslərin dövlət qeydiyyatı qanunvericiliyi və sair) normalarını iddianın təmin edilməməsi istiqamətində tətbiq edilməsi mövqeyi haqlı deyildir. Çünki, bu hüquqi şəxs cari qanunvericiliyin mövcud olduğu vaxt yaranamışdır. Cari qanunvericiliyədək, bu məsələləri tənzimləyən (habelə tənzimləməyən) fərqli və mürəkkəb 2 qanunvericilik dövrü olmuşdur: 1. Azərbaycan SSR dövrü, müstəqilliyin əldə edilməsindən və bazar qitisadiyyatına keçildikdən sonra cari qanunvericilik qüvvəyə minənədək olan dövr. Cavabdehin mübahisələndirdiyi əməliyyatların (ilkin qeydiyyatlar, təsisçiyə dair məsələlər, təsisçilərin və qanuni təmsilçilərin satusu və qarşılıqlı münasibəti məsələləri və sair) əsas hissəsi məhz həmin əvvəlki dövrlərə aiddir. Yəni, münasibətlərə həm də faktiki və hüquqi şərait baxımından da qiymət verilməlidir (təsadüfi deyildir ki, qanunvericilikdə “şəraitin əhəmiyyətli dəyişməsi” hüquqi faktı var). 2. Cari Mülki Məcəllədə nəzərdə tutulan kooperativlə Azərbaycan SSR dövründə yaradılmış kooperativlərin hüquqi statusu eyni deyildir. Mülki Məcəllədə hüquqi şəxslərin konkret təşkilati - hüquqi formaları nəzərdə tutulsa da, Mülki Məcəllə qəbul edilənədək bu formaya uyğun gəlməyən yüzlərlə hüquqi şəxs yaradılmışdı, fəaliyyət göstərirdi və göstərir. 3. Cavabdeh orqanın vəfat etmiş şəxsi qanuni təmsilçi kimi saxlamaqda israr etməsi hüquqi müəyyənlik, mülki dövriyyənin sabitliyi prinsiplərinə də ziddir. Təəssüf ki, cavabdeh qeydiyyat orqanının bu cür “formalist” israrları və imtinaları nəticəsində kağız üzərində mövcud olub amma faktiki fəaliyyət göstərə bilməyən xeyli hüquqi şəxslər vardır. 4. Cavadehin qeydiyyat dəyişikliyini aparmaqdan imtina üçün istinad etdiyi məlumatlar X9 tərəfindən təqdim edilmişdir ki, inzibati orqanın istinad etdiyi həmin məsələlər X1 olmamışdır. İş materiallarında da olan “Lalə” kooperativin təsisçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 nömrəli əmrindən görünür ki, xx.xx.2005-ci il tarixdən X9 “Lalə” kooperativə sədr təyin edilmişdir.

5. İnzibati orqan nəzərə almır ki, məhkəmə məhz inzibati orqanın istinad etdiyi müddəaların hüquqi əsasında duran əməllərə qiymət vermək səlahiyyətindədir və gəldiyi haqlı nəticə də məhz buna əsaslanır. Yəni inzibati orqan X6 təqdim etdiyi sənəd və məlumatlara istinad etdiyi halda, məhkəmə onun əməllərinə və daha əvvəl mövcud olan sənədlərə qiymət vermişdir. Cavabdeh inzibati orqanın Çingiz Quliyevin təsisçilik statusuna istinad etməsi müqavilənin bu müddəalarına ziddir. Hətta inzibati orqan (əslində onun nümayəndəsi) şikayətində daha da irəli gedərək, şikayətin 6-cı səhifəsində müqavilənin notarial təsdiqli olmasını belə qeyri-mötəbər hesab edir. Bu isə dövlətçilik prinsiplərinə zidd yanaşmadır və inzibati orqan üçün qəbuledilməzdir. Həmin mülki hüquqi müqaviləni subyektiv hüquq meyarı ilə inzibati orqan deyil, Çingiz Quliyev (və ya onun vərəsəliyi qəbul etmiş varisləri) mübahisələndirə bilər. 6. Şikayətin daha absurd məqamları isə həm də onlardan ibarətdir ki, şikayətdə qeyd edilir ki: - “1994-cü ildə istifadə edilmiş möhürlə indiki möhürdə uyğunsuzluq var.” Əvvəla bu tamamilə normaldır, təşkilatlarda möhür dəyişə bilir. İkincisi, əsas məsələ saxtakarlığın və ya səlahiyyətləri aşmanın olub-olmamasıdır. - “qərarda yalnız qanuni təmsilçinin dəyişməsinin həllini tapması, təsisçinin dəyişməməsi”. Bu da özü - özlüyündə birinci instansiya məhkəməsinin qərarının qanunsuz hesab edilməsi və ləğvi üçün əsas deyildir. 7. Əksinə, elə inzibati orqanın məntiqi ilə yanaşsaq, bu zaman da mübahisə iddiaçının xeyrinə həll olmalıdır. Belə ki, Hələ Azərbaycan SSR dövründə ümumi yığıncağın qərarı ilə İddiaçı “Lalə” Kooperativinin təkcə sədri deyil, həm də təsisçisi seçilmişdir və ondan sonra heç bir səlahiyyətli qurum onun təsisçi statusuna xitam verməmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixli protokoldan da görünür ki, iddiaçı həm də kooperativin üzvü olub. 2005-ci ildə vergi uçotuna alınarkən sədrin Ç.Quliyev olması iddiaçının nə kooperativə üzvlüyünü, nə təsisçiliyini, nə də 1988-ci il təsis protokolunu qanunazidd hesab etməyə əsas deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq normaları

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 15.1.5. Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək vergi ödəyicisinin hüququdur. Maddə 34.3. ...Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Maddə 34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Maddə 34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə.

22. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. Maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. Maddə 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır. 109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. 109-1.4. Kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi bağlayırlar. 109-1.5. Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Maddə 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Maddə 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər..

28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin faktiki halları ilə müəyyən edilir ki, vətəndaşların şəxsi təsərrüfatlarında dövlət kooperativlərinin saxladıqları kənd təsərrüfatı məhsullarının, keyfiyyətsiz və artıq sənaye mallarının alınması və ticarətinin təşkili və ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə Kirovobad çini zavodunun nəzdində “Lalə” kooperativi yaradılmış, 10 aprel 1988-ci il tarixdə kooperativi üzvlərinin ümumi yığıncağında İddiaçı “Lalə” kooperativinin təsisçisi və sədri seçilmiş və “Lalə” kooperativinin xx.xx.1989-cu il tarixli ümumi iclasında 1 nömrəli protokol ilə kooperativin nizamnaməsi qəbul edilmişdir. Daha sonra xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsinə İddiaçı “Lalə” kooperativinin ilkin nizamnaməsinə uyğun olaraq kooperativin “Kafe” kimi səmərəli şəkildə istifadə edilməsi məqsədi ilə X3 sədri təyin edilməsi ilə bağlı razılığa gəlmişlər və İddiaçı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 nömrəli əmrə əsasən X9 xx.xx.2005-ci il tarixdən “Lalə” Kooperativinə sədr təyin edilmişdir. Bundan sonra X9 ona verilmiş səlahiyyətlərdən istifadə edərək xx.xx.2005-ci il tarixdə kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir. X9 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra İddiaçı xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrlə özünü yenidən “Lalə” kooperativinə sədr təyin etmişdir. Bundan sonra iddiaçı vergi orqanına müraciət edərək, uçot məlumatlarında dəyişikliklər edilməsini xahiş etmiş, cavabdeh isə hüquqi şəxsin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Lalə” Kooperativinin qanuni təmsilçisinin X9 olduğunu, elektron məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olması barədə heç bir məlumat aşkar edilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Lalə” Kooperativinin ümumi iclasının xx.xx.1988-ci il tarixli, 1№-li protokoluna əsasən iddiaçının yığıncağın yekdil qərarı ilə kooperativin sədri və təsisçisi seçilməsi öz təsdiqini tapmışdır.

42. Bundan əlavə qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X9 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işlərini apara bilməz və o cümlədən gələcəkdə “Lalə” kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Lakin, X9 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək özünü “Lalə” kooperativin sədri təyin etmiş, imzası və möhürü ilə təsdiq etmişdir. xx.xx.2005-ci il tarixdə isə həmin səlahiyyətlərdən istifadə edərək kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir.

43. Məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Lalə” Kooperativinin ümumi iclasının xx.xx.1988-ci il tarixli, 1№-li protokolu qüvvədə olduğu halda “Lalə” Kooperativinin vergi orqanında uçota alınması zamanı X6 təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etməsi qanunsuz olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdə X2 üzvü olması heç bir halda öz təsdiqini tapmamışdır, bununla belə cavabdeh orqan israrla kooperativin təsisçisinin üzvlərindən seçilməli olduğunu vurğulayaraq iddiaçının təsisçi ola bilməyəcəyini bildirmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanının iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunsuz və əsassız olması ilə bağlı mövqeyi əsaslı hesab edilə bilməz.

46. Bundan əlavə qeyd edilməlidir ki, X9 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X6 vəfatından sonra İddiaçı xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrlə özünü yenidən “Lalə” kooperativinə sədr təyin etmişdir. Lakin, vergi orqanında uçota alınan zaman müraciət edən şəxs X9 olduğu üçün, həmçinin vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fizik şəxslər barədə məlumat bölməsində X6 məlumatları qeyd edildiyinə görə, İddiaçı “Lalə” kooperativin təsisçisi və qanuni təmsilçi olduğu barədə məlumatlar vergi orqanında mövcud deyildir. Bu hal isə iddiaçının sahibkar kimi fəaliyyət göstərməsinə əsaslı maneələr yaradır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür.

48. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.

49. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür.

50. İş materiallarından göründüyü kimi iddiaçı “Lalə” kooperativi yarandığı vaxtdan kooperativin təsisçisi olmuşdur. Bu hal isə xx.xx.1988-ci il tarixli, 1 №-li protokolda öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu da hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan faktdır və qeydiyyata alınmalı olması müvafiq qanunvericiliyin tələbidir.

51. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-844/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar