Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-341/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Məmmədov Ədil İsa oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailəsi köçkün düşərək Mingəçevir şəhərində məskunlaşmışlar. Yoldaşı müharibə veteranı, həmçinin 2-ci qrup əlildir. Ailələri Ağdam rayonundan məcburi köçkün olduğu və birincı Qarabağ müharibəsindən bu günə qədər maddi vəziyyətləri uyğun olmadığı üçün şəxsi mənzil ala bilməmiş və bunun üçün də Mingəçevir şəhərində yerləşən Texnsab adlanan zavodun binasında məskunlaşaraq bu gunə qədər yaşamışlar. O, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektini icarə müqaviləsı əsasında icarə götürərək sahibkarlıq fəaliyyəti göstərır və həmin obyektdə un və kəpəyin pərakəndə satışı ilə məşğul olurdu. 11 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən ona məxsus obyektdə operativ nəzarət tədbirinın nəticəsı DVX seriyalı 000028 nömrəlı akta əsasən isə xx.xx.2021-ci il tarixli **********7541 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə barəsində 49580,36 manat maliyyə sanksiyası tətbiq etmişdir. Tətbiq edilmiş maliyyə sanskiyası qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün müvafiq qərarın ləğv olunması barədə tərəfindən inzibati orqana şikayətlər olunmuş, lakin xx.xx.2021-ci il tarixli **********7541 nömrəli Qərar qanunsuz olmasına baxmayaraq qanuni və əsaslı olduğu bildirilərək dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətin təmin olunmaması barədə qərardan isə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Apellyasıya şurasına şikayət məktubu göndərilmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası isə öz növbəsində 45 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə tərəflərindən göndərilmiş şikayəti təmin etməmişdir. 11 saylı ƏVBİ-nin ona qarşı tətbiq etdiyi **********7541 saylı qərarının və iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmın olunmaması" barədə qərarının aşağıda qeyd olunan aktlara əsasən tamamilə əsassız olduğunu bildirmək istəyir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********1687 nömrəlı qərar ilə eyni dövrü əhatə edən dövr üzrə olan Vergi Məcəlləsinin eyni maddəsi olan 58.13-ci maddəsinə əsasən 177439 manat dəyərində malların eİektron qaimə-faktura əsasında təqdim edilməməsi faktı aşkar edilərək akt tərtib edilərək 17743.9 manat maliyyə sanksıyası tətbiq edilmiş, lakin sonradan tətbiq edilmiş maliyyə sanksiyasının daxil olmuş şikayət məktublarına əsasən akt, un məmulatlarının pərakəndə qaydada satıldığı əsas gətirilərək etibarsız hesab edilmiş və barəsində çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar ləğv edilmişdir. 11 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2020-ci il tarixli **********1687 nömrəli qərarla maliyyə sanksiyası hesablayarkən onun tərəfindən mallar satılarkən nəzarət kassa aparatına vurulan məbləğlərin çox olmasını əsas gətirmiş və ona görə də fəaliyyətınin topdansatış hesab edərək, malların alıcılarına elektron qaimə faktura təqdim etmədiyi üçün ona qarşı 17743.9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin, fəaliyyətinin pərakəndə ticarət olduğundan və yalnız istehlakçılara mal satışı ilə məşğul olduğu üçün istehlakçılara elektron qaimə faktura təqdim etməyi mümkün deyildir. Operativ vergi nəzarətini həyata keçirən əməkdaşlar nəzarət zamanı malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı ilə üzləşməmiş və əsassız olaraq, heç bir sübut olmadan akt tərtib etmişdir. Ona məxsus təsərrüfat subyektində satış məbləğinin müxtəlif aylarda böyük məbləğdə kassa aparatına vurulma səbəbi nəzarət kassa aparatının bloka düşməsi, internet xəttində və işıq şəbəkəsində yaranan problemlərlə əlaqədar olmuşdur. Qeyd olunmuş problemlər təkcə onlara məxsus obyektdə deyil, bir çox vergı ödəyicisinə münasibətdə baş vermiş və vergi orqanları hər bir vergi ödəyicisinə maliyyə sanskiyaları hesablamışdır. Halbuki, vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir. Qeyd olunan əsaslar sonradan vergi orqanı tərəfindən qəbul olunmuş və vergi orqanı xx.xx.2020-ci il tarixli **********5500 saylı inzibati şikayətin təmin edilməsi haqqında qərarı ilə ona qarşı tərtib olunmuş aktı əsassız olduğu üçün etibarsız hesab edərək qərar ləğv olunmuşdur. Qeyd olunmuş **********1687 saylı qərar əsassız hesab edildikdən sonra bir neçə gün sonra yenidən ona məxsus obyektdə operativ nəzarət tətbirinin keçirilməsi və əvvəlki dövrdə əsassız hesab edilərək ləğv olunmuş qərarda əks olunan maliyyə sanskiyasını özundə ehtiva edən 49580,36 manat maliyyə sanskiyasının hesablanması tamamilə qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinə əsasən xronometraj metodu ilə müşahidə keçirilərkən vergi orqanı müəyyən etdiyi dövriyyə yalnız vergi ödəyicisinin gələcək dövrdə vergiləri ödəyərkən -nəzərə alınmalı olduğu halda, 11 saylı ƏVBİ tərəfindən Xronometraj metodu ilə müəyyən olunmuş dövriyyə ona münasibətdə tamamilə absurd yanaşılaraq əvvəlki dövrlərə də aid edilmişdir. Vergi Məcəlləsində vergilərin hesablanmasının bir neçə metodu olduğu halda məcəllənin heç bir maddəsində yuxarıda qeyd olunmuş metodun mövcud olduğunu görmək mümkün deyildir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi orqanı müvafiq akt və qərarlarda onun fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti deyil, topdansatış fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, lakin heç bir sənədlə bunu sübut etməmiş və sübut etməyi zəruri belə hesab etməmişdir. DVX seriyalı 000028 nömrəli aktda isə vergi orqanı bir tək mühasibat uçotu sənədlərinin Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən olunmuş beş illik dövr ərzində saxlanılmasının zəruriliyini qeyd etmişdir. Halbuki aktda qeyd olunanların heç biri vergi orqanının 49580,36 manat maliyyə sanskiyası tətbiq etməsinə əsas vermir. Fəaliyyətinin topdansatış və yaxud pərakəndə ticarət olmasına gəldikdə isə 11 saylı ƏVBİ tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********1687 nömrəli qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əsassız hesab olunub ləğv edilərkən fəaliyyətinin 11 saylı ƏVBİ tərəfindən topdansatış fəaliyyəti hesab olunması Vergi orqanının özü tərəfindən heç bir sübut olmadığı üçün əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Heç bir şəxs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə görə təkrarən məsuliyyətə cəlb edilə bilməz. Vergi orqanı Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələblərini sə kobudluqla pozmuş və eyni dövr üzrə hesablanmış tamamilə eyni mahiyyətli **********1687 saylı qərar əsassız olduğu üçün etibarsız sayılaraq ləğv olunmuş maliyyə sanksiyasını sonradan yenidən hesablamış və onu eyni hərəkətə görə təkrarən məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi barədə” **********709100 saylı 15 mart 2021-ci il tarixli qərarı tamamilə əsassızdır. Belə ki, müvafiq qərarda ondan təqsirsiz olduğunu sübut etmək üçün kifayət qədər sübutlar təqdim etmədiyi qeyd olunmuş və bununla da açıq və aşkar şəkildə Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 53.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisinin təqsirsiz olması öhdəliyi vergi ödəyicisinin üzərinə qoyula bilməz. Məhkəmənin nəzərinə çatdırır ki, birincisi o topdan ticrətlə məşğul olmur və alıcıya elektron qaimə-faktura təqdim etməyi yalnız alıcının tələbinə əsasən tərəfindən ona ektron qaimə-faktura təqdim edilməsi Vergi Məcəlləsinin tələbinə əsasən onun vəzifəsidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Maddənin tələbindən də göründüyü kimi fəaliyyəti pərakəndə ticarət olduğu halda yalınız alıcının tələbinə əsasən elektron qaimə-faktura təqdim etmək onun vəzifəsinə aid edilmişdir. Vergi orqanının onun barəsində tərtib etdiyi iki fərqli akt özü-özlüyündə biri-birini təkzib edir. Belə ki, nəzarət kassa aparatından istifadə etməmisən deyərək eyni vergi ilində 1000 manat maliyyə sanskiyası hesablayıb, akt tərtib edir, digər tərəfdən toptan satış fəaliyyətı ilə məşğul olmusan deyərək yenə sanksiya tətbiq edir. Vergi orqanı izah versin görək topdan satış fəaliyyəti üçün nəzarət kassa aparatı tətbiq edilməlidirmi? Əgər tətbiq edilməli deyilsə onda nə üçün kassa aparatı tətbiq etməməyə görə sanksiya hesablayıb? Əksinə nəzarət kassa aparatı tətbiq edilməlidirsə onda necə ola bilər ki, fəaliyyəti topdan satış ola bilər? Belə bir yanaşma onu deməyə əsas verir ki, vergi orqanı kassa aparatından istifadə etməyən vergi ödəməkdən yayınan vergi ödəyicilərinə münasibətdə onlara daha üstünlük verərək kassa aparatından istifadə edən vergi ödəyicilərini qanunvericiliyi pozmağa sövq edir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(114)-1711/2021 saylı qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. İşdə olan sübutlar: xx.xx.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Mingəçevir şəhəri, Nizami 21 ünvanda yerləşən İddiaçı məxsus mağazada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli DVX 000028 seriyalı aktdan görünür ki, cavabdehin xx.xx.2020ci il tarixli **********2806 nömrəli qərarına əsasən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən mağazada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılmış xronometraj müşahidə zamanı 190 ədəd NKA çeki ilə 2947.7 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 15.51 manat etmişdir (1947.7:190=15.51). Vergi ödəyicisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1097 ədəd NKA çeki ilə 495803.6 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 451.96 manat olmuş, bu da malların elektron qaimə-faktura tərtib edilmədən təqdim edilməsi kimi müəyyən edilmişidir. xx.xx.2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, cavabdeh tərəfindən İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 49580.36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixli **********709100 nömrəli qərardan görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli şikayət təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının xx.xx.2021-ci il tarixli 45 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15 mart 2021-ci il tarixli **********709100 nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 iyul 2020-ci il tarixli, **********2176 saylı qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) AR Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Apellyasiya məhkəməsində birinci icraat: Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(114)-1711/2021 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının tam ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********2806 nömrəli qərarı ilə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulduğu müəyyən edilmişdir. Lakin kassa aparatının yaddaş məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuşdur. Beləliklə də vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmişdir. Bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğu nəzərə alınsa, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığını deməyə əsas verir ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli idi. Beləliklə də, istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Bundan başqa, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə görə istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı (Vergilər Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Halbuki, vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciət edilməmişdir. Birinci instansiya məhkəməsi iki əsasla müəyyən etmişdir ki, iddiaçı məhz pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmənin müəyyən etdiyi birinci əsas iddiaçının fəaliyyət göstərdiyi obyektdə fəaliyyət növünün pərakəndə satışın həyata keçirilməsi olmuş, ikincisi isə pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, məhkəməyə təqdim etdikləri etirazda və işin hallarında da qeyd etdikləri kimi operativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuşdur. Lakin, kassa aparatının yaddaş məlumatlarına əsasən xx.xx.2020-ci ü tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuşdur. Beləliklə də vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ü tarixədək olan dövrdə isə bir çekə düşən orta satiş məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmişdir. Bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 küoqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən almdığı işin mübahisəsiz halıdır ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satiş zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli idi. Beləliklə də istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Bundan başqa məhkəmə öz qərarmı əsaslandırarkən qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmənin qeyd etdiklərindən göründüyü kimi pərakəndə və topdansatış fəaliyyətləri arasındakı prinsipial fərqi müəyyən edə bilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinə əsasən pərakəndə satış-malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə, topdansatış isə-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyvəti məqsədləri üçün həyata keçirilən ticarət fəaliyyəti hesab olunur. İşin mübahisəsiz halı isə odur ki, 753 kq un son istehlak məqsədi ilə almması mümkün deyil. Həmin miqdarda unun yalnız sonradan pərakəndə şəkildə satışı və yaxud undan hazırlanan digər məmulatların istehsal olunaraq satışı məqsədilə alınması mümkündür. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(104)-101/2022 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim X4, İsgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi və iİş üzrə Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(114)- 1711/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyasında icraat: Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(104)-101/2022 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(102)-920/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(104)-101/2022 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsində ikinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(104)-459/2022 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim Mamedov Rəşad Ziyaviddin oğlu, İsgəndərova Aygül Vulqar qızı və İslam Həsənov Telman oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(114) -1711/2021 nömrəli qərarının ləğv edilməsi və iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat: Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi və Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat: Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarının və qərardadının ləğv olunması və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarı ilə malların vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti keçirilmişdir. Oprativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuşdur. Lakin, kassa aparatının yaddaş məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuşdur. Beləliklə də, vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmişdir. Bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığını deməyə əsas verir ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli idi. Beləliklə də, istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə görə aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciət edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verdiyi üçün barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları "pərakəndə satış" adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilməlidir. "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin 24 noyabr 2020-ci il tarixli **********578300 nömrəli xidməti məlumatı əsasında qəbul edilmişdir (xidməti məlumat əlavə olunur). Xidməti məlumatda Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində nəzərdə tutulmuş, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanm tərtib edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirinin keçirilməsinin zəruriliyi göstərilmişdir. Belə ki, məlumat-uçot bazasının məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulduğu, bir ədəd çekə düşən orta məbləğin 4958xx.xx/1097=451.96 manat olduğu, bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə pərakəndə satış qaydasında alınması istisna olunduğundan, həmin dövrdə vergi ödəyicisi yalnız 16967 manat qaimə təqdim etdiyindən, bu hal qaimə təqdim etmədən topdansatış fəaliyyəti həyata keçirməsi kimi qiymətləndirilmişdir. Konkret faktlara müraciət etsək, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə elektron qaimə təqdim edilmədiyi halda, həmin tarixdə yalnız 1 nəfər alxcıya 61439 manatlıq un məhsulunun pərakəndə qaydada satılmasının rəsmiləşdirildiyi 1 çekin vurulduğu müəyyən edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin 24 noyabr 2020-ci il tarixli **********578300 nömrəli xidməti məlumatından da göründüyü kimi "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərar həmin xidməti məlumata əsasən qəbul olunmaqla Vergi Məcəlləsinin 50.1.13-cü, 58.8-ci maddələri ilə əsaslandırılmışdır. Məhkəməyə təqdim etdikləri etirazda və işin hallarında da qeyd etdikləri kimi oprativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuşdur. Lakin, kassa aparatının yaddaş məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuşdur. Beləliklə də, vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmişdir. Bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığı işin mübahisəsiz halıdır ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli idi. Beləliklə də, istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Məhkəmənin qeyd etdiklərindən göründüyü kimi pərakəndə və topdansatış fəaliyyətləri arasındakı prinsipial fərqi müəyyən edə bilməmişdir. İşin mübahisəsiz halı isə odur ki, 753 kq un son istehlak məqsədi ilə alınması mümkün deyil. Həmin miqdarda unun yalnız sonradan pərakəndə şəkildə satışı və yaxud undan hazırlanan digər məmulatların istehsal olunaraq satışı məqsədi ilə alınması mümkündür. Məsələn, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 1 nəfər alıcıya 61439 manatlıq un məhsulunun pərakəndə qaydada satılması məbləğində 1 ədəd çek vurulmuş olması faktı həmin miqdarda un məhsulunun son istehlak məqsədilə deyil topdan satış qaydasında alınmasını sübut edir. Yəni, pərakəndə satışla topdansatış arasındakı əsas fərq satılmış məhsulun miqdarı deyil, həmin məhsulun son istehlakçısı tərəfindən yaxud həmin məhsulun təkrar satılması və ya başqa məhsulun istehsalı üçün istifadə etmək məqsədilə satın alan şəxs tərəfindən alınması ilə müəyyən olunur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçıya məxsus satış obyektində satış məbləğinin müxtəlif aylarda böyük məbləğdə kassa aparatına vurulma səbəbləri müxtəlif olmuşdur. Belə ki, 2020-ci il pandemiya dövrü olduğu üçün 2020-ci ilin əvvəllərindən etibarədn əhali qrupundan olan bir çox istehlakçılar ərzaq böhranından ehtiyyatlanaraq sox sayda kisələrdə un almışlar ki, çeklərə vurulan məbləğlərin də əksəriyəti bununla əlaqədar olmuşdur. Digər daha böyük məbləğlər nəzarət kassa aparatının bloka düşməsi, internet xəttində və işıq şəbəkəsində yaranan problemlərlə əlaqədar olmuşdur ki, həmin satışı da bir çekə vurmaqla həyata keçirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesabfakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər. Mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi məbləği 495803.60 manat olmaqla 1097 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 36.3, 83.3, 50 və 58-ci maddələrinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Hərçənd ki, hazırkı iş üzrə cavabdeh orqan operativ vergi nəzraətini həyata keçirmək üçün sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçərkən yoxlanılan dövrün cari dövrə aid olması müəyyən edilmişdir. Vergi orqanı isə iddaçının cari fəaliyyətini deyil, əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Vergi orqanı operativ vergi nəzarəti tədbirini 26 noyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura verilmədən digər vergi ödəyiclərinə satılması faktı müəyyən olunmamış, vergi orqanı yalnız vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan qərar qəbul etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamaqla yanaşı, maliyyə sanksiyası tətbiq etdiyi dövr üzrə hər hansı bir vergi ödəyicisinin sahibkarlıq məqsədi ilə mal alması və iddiaçıdan elektron qaimə-faktura tələb etməsi də sübut olunmamaqdadır. Vergi orqanı isə iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini iddia etsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə sübutları təqdim edə bilməmişdir. Cavabdeh vergi orqanı iddiaçının nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instasniya məhkəməsi 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərardadı ilə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddəti bərpa etməkdə haqlı olmaqla, cavabdeh inzibati orqan şikayətində müddətin bərpa edilməli olmaması ilə bağlı hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Buna görə iddianın mümkünsüzlüyü əsasları da müəyyən edilməmişdir. Beləliklə, yuxaırda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-341/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-341/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver