Məhkəmə qərarları › İş №2-1(104)-341/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-341/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-341/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə (üçüncü şəxs “Datis MMC-ti) qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini X1 sisteminə daxil edilməsi və əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1661/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini X1 sisteminə daxil edilməsi və əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, işəgötürənlərlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı kimi görünməyidir. Necə və hansı yol ilə həmin müəssisənin əməkdaşı olduğundan məlumatı yoxdur və həmin müəssisə tərəfindən bu günə qədər ona heç bir zaman əmək haqqı ödənilməmişdir. İnternet vasitəsilə axtarış edərək qeydiyyat ünvanına 08 avqust 2024-cü il tarixində ərizə ünvanlamış məktub poçt vasitəsilə 09 avqust 2024-cü il tarixdə geri qaytarılmışdır. Buna baxmayaraq həmin ünvana gedib özü də müəyyən etmişdir ki, müəssisənin həmin yerdə fəaliyyəti yoxdur. Eyni zamanda, 08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ərizə ünvanlamış, məktub 11 sentyabr 2024- cü il tarixdə poçt qutusuna salınmışdır. Lakin hazırki günə kimi cavab ünvanlanmamışdır. Bu isə, mülki icraat çərçivəsində qəbul olunacaq məhkəmə aktının icrasının qeyrimümkünlüyünün bundan sonra da illərcə davam etməsi deməkdir. Bu baxımdan hazırki inzibati iddia icraatı çərçivəsində iddiaya baxılması həm obyektiv həqiqət, həm də prosessual qənaət baxımından düzgün hesab edilməlidir. İddiaçı hesab edir ki, "xxxx"MMC ilə bağlanılmış əmək müqaviləsi üzrə X1 Sistemində qeydə alınmış bildirişin etibarsız hesab edilərək qüvvədən düşməsi ilə işəgötürənin hərəkətləri nəticəsində uğradığı hüquq pozuntusunun, maddi və mənəvi itkilərinin ən qısa zamanda aradan qaldırılması mümkün olacaqdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1661/2025 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X2 məhkəməyə təqdim edərək bildirmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1661/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayətini geri götürmək qərarına gəlmişlər, bu səbəbdən də iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və Gəncə İnzibat Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1661/2025 saylı qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar