Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-342/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X19 və qeyrilərinə) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2470/2024 saylı qərarından üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X19, X15, X10, X13, X2, X16, X23, X6, X11, X4, X20, X17, X5 və X3 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər X19, X15, X10, X13, X2, X16, X23, X6, X11, X4, X20, X17, X5 və X7 ona məxsus mənzildə qeydiyyatdadırlar. Zərurət olduğu üçün, həmçinin əmlak üzərində istifadə, sərəncam və digər hüquqları həyata keçirməsi üçün üçüncü şəxslər X19, X15, X10, X13, X2, X16, X23, X6, X11, X4, X20, X17, X5 və X1 ona məxsus evdən qeydiyyatdan çıxmalarını təklif etmişdir. Lakin onlar bundan imtina etmişlər. Hesab edir ki, üçüncü şəxslərin onun evində qeydiyyatda olmaları onun hüquqlarını pozur. Bununla bağlı Cavabdehnə müraciət etmiş, lakin bundan imtina edilmişdir. O, həmin şəxslərə görə əlavə kommunal haqqı ödəyir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X11 və X4 istisna olmaqla digər üçüncü şəxslərin barəsində qərar qəbul edilməsini, ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2470/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, X19, X15, X10, X13, X2, X16, X23, X6, X20, X17, X5 və X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X19 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2470/2024 saylı qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 izahat verərək bildirdi ki, mübahisəli ev onun daimi yaşayış yeridir. Arada Bakı şəhərinə gedib-gəlsə də, hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. "xxxx" ASC-dən kredit götürərək evi ipoteka qoyduqlarına görə, ev hazırda iddiaçının deyil, bankın mülkiyyətindədir. Kredit məbləğini birgə götürmüşlər, hər ay ödənişləri həyata keçirirlər. İddiaçı onların bacısıdır. O, həmin evdə yaşamır, daimi yaşadığı yer Şəmkir rayonu, Qaracəmilli kəndidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. iş materiallarına əlavə edilmiş : - 6713 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixdə 11 nömrə ilə reyestr kitabına yazılmışdır. - Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2V-1-54 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4961/2024 saylı məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad dövlət notariat kontorunun xx.xx.1957-ci il tarixli, 28-8989 reyestr nömrəli müqaviləsinə əsasən X8 verilmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2V-1- 54 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı verilmiş və onun adına 6713 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. İpoteka saxlayan ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 03/08 nömrəli protokola əsasən qeyd olunan daşınmaz əmlak LPO “Gəncəbank“ ASC-nin mülkiyyətinə verilmiş və ASC-nin adına xx.xx.2022-ci il tarixli, **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış verilmişdir. - Hərracın yekunları barədə 03/08 nömrəli, xx.xx.2021-ci il tarixli protokldan görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka saxlayan ləğv prosesində olan “Gəncəbank“ ASC tərəfindən əldə edilmişdir. - xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinə əsasən, sifarişçi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka saxlayanın tam mülkiyyətinə verməli, ipotek saxlayan isə həmin daşınmaz əmlakı qəbul etməyə razılıq vermişdir. Əmlakın əldə olunan qiyməti 28050 manat müəyyən edilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ləğv prosesində olan “Gəncəbank“ ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “X9 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Göründüyü kimi, İddiaçı cavabdehlər X19, X15, X10, X13, X2, X16, X23, X6, X20, X17, X5 və X3 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından üçüncü şəxs X19 apellyasiya şikayəti verdiyi üçün qərarın əsaslığı yalnız apellyatora aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin hüquqi mövqeyini hazırda yoxlanılan hissədə əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2016-cı il tarixli, 2V-1-54 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı verilmiş və onun adına 6713 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilsə də, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 03/08 nömrəli protokola əsasən qeyd olunan daşınmaz əmlak ləğv prosesində olan “Gəncəbank“ ASCnin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ləğv prosesində olan “Gəncəbank“ ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edən zaman üçüncü şəxs A.Əliyevin qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi onun mülkiyyətində olmamış, xx.xx.2022-ci il tarixli çıxarış ilə həmin fərdi yaşayış evi üzərində “Gəncəbank“ ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı üçüncü şəxs X9 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyininin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 88.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsinə inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Odur ki, iddia tələbi yoxlanılan hissədə mümkün hesab edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2470/2024 saylı qərarı yoxlanılan hissədə, yəni “X9 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İPM-in 35, 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2470/2024 saylı qərarı qismən, yəni X9 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-342/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-342/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver