Məhkəmə qərarları › İş №2-1(104)-348/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-348/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-348/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1066/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçınə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2017-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. 03 iyul 2023-cü il tarixli, 58 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 217807 nömrəli elektron-qaimə fakturadan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 21440.00 manat (ƏDVsiz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. 10 iyul 2023-cü il tarixli, 65 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 870943 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1650.00 manat məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. 05 oktyabr 2023-cü il tarixli, 10 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 964053 nömrəli elektron-qaimə fakturadan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 2470.00 manat (ƏDVsiz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 578603 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1645.00 manat (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 720584 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 991.00 (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********415700 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********427000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********345900 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********482600 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024-cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, 870943 nömrəli, EBDM seriyalı, 578603 nömrəli və EBDJ seriyalı, 217807 nömrəli elektron-qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********714300 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, “Santec" Məhdud Məsuliyyətl Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş dəyəri 3295,00 manat (ƏDV-siz) təşkil edən xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 870943 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 578603 nömrəli elektron qaiməfakturaların, "Feri 23 Corp” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş dəyəri 21440,00 manat (ƏDV-siz) təşkil edən xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 217807 nömrəli elektron qaimə-fakturanın Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində xərc kimi əks etdirilməməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********942600 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********482600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Cəmiyyət tərəfindən riskli əməliyyatlarla bağlı əvəzləşməyə daxil edilmiş 5075,88 manat ƏDV məbləğindən yanvar ayında 112,14 manat və mart ayında 801,41 manat olmaqla ümumilikdə 913,55 manat məbləğin kameral vergi yoxlaması ilə ƏDV bəyannamələrinin 324-cü (əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği) sətrində qeyd edildiyini nəzərə alaraq yaranmış 4162,33 manat fərqlə bağlı vergi məbləğinin hesablanması 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024-cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, 217807 nömrəli (ƏDV məbləği 3859.2) və EBDP seriyalı, 964053 nömrəli elektron-qaimə faktura (ƏDV məbləği 414.67) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********024700 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********714300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarına əsasən kameral vergi yoxlaması ilə iddiaçıya 2023-cü il üzrə 692,20 (altı yüz doxsan iki manat, 20 qəpik) manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin həmin qərarından yuxarı vergi orqanına inzibati şikayət vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidməti X2 baş idarəsinin 12 iyun 2024-cü il tarixli, **********714300 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış, 14 saylı Ərazi Vergilər İdarəsinin 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda, vergi orqanı tərəfindən iddiaçıya 692,20 (altı yüz doxsan iki manat, 20 qəpik) manat məbləğdə əlavə mənfəət vergisinin hesablanması 2023-cü il ərzində iddiaçının "xxxx" MMC ilə apardığı 3461,00 manat (ƏDV-siz) dəyərində əməliyyatların riskli hesab olunması və bu səbəbdən də həmin məbləğin iddiaçının 2023- cü il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsindən çıxılaraq mənfəət vergisinə cəlb edilməsi ilə izah edilmişdir. Cavabdehlər tərəfindən qəbul edilmiş qərarları qanunsuz və əsassız hesab edirlər. Belə ki, iddiaçının əsas fəaliyyəti dezinfeksiya xidmətlərinin göstərilməsindən ibarətdir. İddiaçı "xxxx" MMC ilə 05 oktyabr 2023-cü il tarixli 10 nömrəli, "xxxx" MMC ilə 10 iyul 2023-cü il tarixli, 65 nömrəli, "xxxx" MMC ilə isə 03 iyul 2023-cü il tarixli 58 nömrəli müqavilələr bağlamış və qeyd olunan müqavilələrə əsasən həmin təşkilatlardan müvafiq malları əldə etmişdir. Buna dair müvafiq qaimələr təqdim olunmuş, vergi orqanına rəsmi bayannamələr verilmiş və həmin əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmişdir. Qeyd olunan əməliyyatlar aparılan zaman adları çəkilən həmin təşkilatlar riskli vergi ödəyiciləri hesab edilməmişdirlər. "xxxx" MMC 14 fevral 2024- cü ildə, "xxxx" MMC 15 aprel 2024-cü ildə, "xxxx" MMC isə 30 aprel 2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişlər. Buna görə də qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əmtəəsiz əməliyyatlar hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. Vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı"na daxil edilmələri barədə digər vergi ödəyicilərinə, o cümlədən iddiaçıya heç bir məlumat verilməmişdir. Qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əmtəəsiz əməliyyatlar hesab edilməsi qanunsuz və əsassız olduğu üçün eyni hallar və eyni əsaslar üzrə iddiaçıya mənfəət vergisinin hesablanması da, tamamilə qanunsuz və əsassızdır. Buna görə də iddiaçıya əlavə mənfəət vergisinin hesablanması barədə vergi orqanının 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarı ləğv edilməlidir. Bundan başqa, "xxxx" MMC-dən əldə edilmiş dəyəri 3295,00 manat (ƏDV-siz) təşkil edən 13 iyul 2023-cü il tarixli EBDJ seriyalı 870943 nömrəli və 22 avqust 2023-cü il tarixli EBDM seriyalı 578603 nömrəli elektron qaimə fakturaların, həmçinin "xxxx" MMC-dən əldə edilmiş, dəyəri 21440,00 manat (ƏDV-siz) təşkil edən 05 iyul 2023-cü il tarixli EBDJ seriyalı 217807 nömrəli elektron qaimə fakturanın iddiaçı tərəfindən təqdim edilmiş 2023cü ilin mənfəət vergisi bəyannaməsində xərc kimi əks edilməməsi ilə bağlı əlavə tədbirlərin görülməsi barədə Elçin Namazlının verdiyi qərar ilkin inzibati aktla müqayisədə iddiaçı üçün əlavə öhdəliklər yaradır. Buna görə də İnzibati Prosessual Məcəlləsinin 32.3-cü maddəsinin tələbinə uyğun olaraq Elçin Namazlının 12 iyun 2024-cü il tarixli, **********714300 nömrəli həmin qərarı da məhkəmə tərəfindən qanunsuz və əsassız hesab edilməli və ləğv edilməlidir. İddiaçı MMC tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə daxil olmuş, cavabdehlər - Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********714300 nömrəli, xx.xx.2024-cü il tarixli **********942600 nörməli qərarlarının ləğv edilməsi xahiş olunmuşdur. Ərizədə qeyd olunmuşdur ki, iddia tələbinin həcminin artırılmasına ehtiyac vardır. Belə ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 may 2024-cü il tarixli **********482600 nömrəli qərarı ilə iddiaçıya 801,41 manat ƏDV hesablanmış və iddiaçı həmin qərardan inzibati şikayət vermişdir. İş üzrə digər cavabdeh Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin 06 sentyabr 2024-cü il tarixli **********942600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Həmin qərarda həmçinin 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır ki, iddiaçıya əlavə olaraq 4162,33 manat məbləğdə ƏDV hesablanmasını təmin etsin. Həmin qərar əsas götürülməklə 14 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2024-cü il tarixli 3-21-2-20/2- 14620/2024 nömrəli qərarı ilə iddiaçıya eyni əsaslarla 2024-cü ilin iyul ayı üzrə əlavə olaraq 4273,87 manat məbləğdə ƏDV hesablanmışdır. Həmin qərarlar da qanunsuz və əsassızdır, ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3423/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehlər - Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********714300 nömrəli, xx.xx.2024-cü il tarixli **********942600 nörməli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1066/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2- 14620/2024 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmiş, qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********427000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********415700 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********345900 nömrəli qərarlar qəbul edilmişdir. Araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, Alphafend 100 EC ve ZİNON SC 1 L) təqdim edilməsi ilə bağlı əsas məbləği 21440,0 manat ƏDV-si 3859,2 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 217807 nömrəli elektron qaiməfakturanın təqdim edildiyi, cəmiyyət tərəfindən 2023-cü ilin iyul ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 3859,2 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4 gram-tablet, TİTAN MAX SC 1 L) taqdim edilməsi ilə bağlı əsas məbləği 1650,0 manat ƏDV-si 297,0 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 870943 nömrəli və əsas məbləği 1645,0 manat ƏDV-si 296,1 manat olan xx.xx.2023-cü il tarixli EBDM seriyalı 578603 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tarafindən 2023-cü ilin iyul və avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 297,0 manat və 296,1 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, TİTAN MAX SC 1 L ve Akethrin PRO EW 1L) təqdim edilməsi ilə bağlı əsas məbləği 2470,0 manat ƏDV-si 444,6 manat olan xx.xx.2023-cü il tarixli EBDP seriyalı 964053 nömrəli və əsas məbləği 991,0 manat ƏDV-si 178,38 manat olan xx.xx.2023-cü il tarixli EBDV seriyalı 720584 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tərəfindən 2023-cü ilin oktyabr və dekabr ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 444,6 manat və 178,38 manat ƏDV məbləğinin, ümumilikdə 5075,88 manat əvəzləşdirildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDP 964053 nömrəli elektron qaiməfaktura üzrə 444.6 manat. EBDV 720584 nömrəli elektron qaimə-faktura üzrə 178.38 manat, EBDJ 870943 nömrəli elektron qaimə-faktura üzrə 297,0 manat və EBDVM 578603 nömrəli elektron qaimə-faktura üzrə 296,1 manat aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.0 manat olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********038900 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37- ci, 67-ci və 83cü maddələrinə əsasən 2024-cü ilin mart ayının üzrə əlavə dəyər vergisi 801,41 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********482600 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Belə ki, 26 aprel 2024-cü il tarixdə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannamənin "Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri" (221,4cü), "Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (204478.88 manat), əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (10910.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (risiki e-qaimə-fakturaların məbləği (3461.00) istisna olmaqla) və alış aktlarının məbləği (192087.88 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (202997.88 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1980.00 manat) çıxılması nəticəsində yaranan (201017.88 manat) məbləğin müqayisəsi nəticəsində 3461.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********104700 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilen uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2023-cü il üçün mənfəət vergisi üzrə 692,20 manat vergi məbləği hesablanaraq xx.xx.2024-cü il tarixli **********024700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, 09 sentyabr 2024-cü il tarixdə 2024-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDJ 217807 nömrəli elektron qaimə-faktura üzrə 3859.2 manat, EBDP 964053 nömrəli elektron qaiməfaktura üzrə 414.67 manat aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********223100 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin iyul ayı üzrə vergisi 4273.87 manat əlavə vergi məbləği hesablanmış və "Vergilerin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3- 21-2-20/2-14620/2024 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1066/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı MMC tərəfindən verilmiş iddianın təmin edilməsi, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 saylı qərarı ilə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi, xx.xx.2024-cü il tarixli, **********482600 saylı qərarı ilə 2024- cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərar ilə 2024-cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh qeyd olunan qərarlar üzrə iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanmasının əsası kimi qeyd etmişdir ki: xx.xx.2024-cü il tarixli **********024700 saylı qərara əsasən, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardığı əməliyyatlar riskli (əmtəəsiz) hesab olduğundan EBDV seriyalı 720584 nömrəli və EBDP seriyalı 964053 nömrəli elektronqaimə fakturalar gəlirdən çıxılan xərcləri təsdiq edən sənədlər hesab edilmir; xx.xx.2024-cü il tarixli **********482600 saylı qərara əsasən, EBDJ seriyalı 870943 nömrəli, EBDM seriyalı 578603 nömrəli elektron-qaimə fakturalar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və EBDJ seriyalı 217807 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə; xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərara əsasən, EBDJ seriyalı 217807 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və EBDP seriyalı 964053 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılan əməliyyatlar riskli (əmtəəsiz) hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Belə ki, aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Bu hal nəzərə alınaraq, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, "xxxx" MMC xx.xx.2024-cü il tarixli və "xxxx" MMC xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC 2023-cü il ərzində ayrı-ayrı vaxtlarda "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə 5 elektron qaiməfaktura üzrə alqı-satqı əməliyyatları apararaq dizenfeksiya malları almışdır. Əməliyyatlar həyata keçirilən tarixlərdə qeyd olunan hüquqi şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin hüquqi şəxslərlə 5 elektron qaimə faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra, 2024-cü ildə ayrı-ayrı vaxtlarda həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Belə ki, riskli vergi ödəyicilərinə dair məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir və iddiaçı həmin məlumatı yalnız qeyd olunan internet saytı vasitəsilə əldə edə bilərdi. Bundan başqa vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu və ya 175.11-ci maddələrinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Hazırkı iş üzrə vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu və 175.11ci maddələrinə əsasən vergi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən vergi ödəyicilərin əmtəəsiz əməliyyat apararaq, riskli vergi ödəyicisi hesab edilməsinə dair müvafiq qərar qəbul edənədək belə fəaliyyətlə məşğul olmuşdur. Belə ki, hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqda qərarlar mübahisələndirilməmiş və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxslərinriskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmiş, qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020ci iltarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********427000 nömrəli, "xxxx"MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********415700 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024- cü il tarixli **********345900 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı tərəfindən2023-cü il ərzində elektron qaiməfakturalar əsasında 282.747,36 manat (ƏDV-siz) məbləğində (dezinfeksiya, deratizasiya, dezinseksiya) malların, işlərin və xidmətlərin təqdim edildiyi, 195.548,88 manat (ƏDV-siz) məbləğində (KAVЭMЭX -44 1KQ, Euro AD3EC 100ml, Euro-V.Amino 1litr, Enrofloksasin 20% AKVA -TRV maye 1000ml, MEDASOL WS 1KQ, EVİSOL WS 1KQS,ipersidol (sipermetrin 10%) 100EC 1l, Trienrokol akva - maye 1000ml, Ekopol - lenta N10, TİTAN WAX BLOCK4G 1 KG, Tilozin 5% 100ml, Sipersidol(sipermetrin 10%) 100EC 5l, Hippoxlorid, Akethrin PRO EW 1L, TİTAN MAX SC L1, TİTAN WAX BLOCK 4gram-tablet, Akethrin PRO EW 1L, ZİNON SC 1 L və.s) malların əldə edildiyi, idxal və ixrac əməliyyatlarının aparılmadığı, elektron alış aktları əsasında malların əldə edilmədiyi müəyyən edilmişdir. İddiaçının "xxxx" Məhdud Məsuliyyətlci əmiyyətindən (VÖEN **********) 3.461,00 manat (ƏDV-siz) dəyərində malları (Hippoxlorid, Akethrin PRO EW 1L, TİTAN MAX SC 1 L, TİTAN WAX BLOCK4gram-tablet, Akethrin PRO EW 1L)əldə etdiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı 2023-cü ilin mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsinin “Xammal və materiallar” sətrində qeyd olunan 164.238,20 manat məbləğdən 3.461,00 manat məbləğində olan hissəsi riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə əldə edildiyi üçün gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 692,20 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən 2023-cü il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3.461,00 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturalar əsasında Hippoxlorid, Akethrin PRO EW 1L, TİTAN MAX SC 1 L, TİTAN WAX BLOC4K gram-tablet, Akethrin PRO EW 1L adlı malların əldə edildiyi, lakinqarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq olaraq 14 fevral 2024-cü il tarixli **********415700 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3.461,00 manat (ƏDV-siz) dəyərində malları (Hippoxlorid, Akethrin PRO EW1L, TİTAN MAX SC 1 L, TİTAN WAX BLOCK 4gram-tablet, Akethrin PRO EW 1L) əldə etdiyini iddia etdiyinə baxmayaraq, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş elektron qaiməfakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktının aşkar edildiyini, elektron qaimə fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisəsin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıdığımüəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, Alphafend 100 EC vəZİNON SC 1 L) təqdim edilməsi ilə bağlı əsas məbləği 21440,0 manat ƏDV-si 3859,2 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 217807 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, cəmiyyət tərəfindən 2023-cü ilin iyul ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaiməfaktura üzrə müvafiq olaraq 3859,2 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud MəsuliyyətliCəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, TİTAN MAX SC 1 L) təqdim edilməsi ilə bağlı əsas məbləği 1650,0 manat ƏDV-si 297,0 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 870943 nömrəli və əsas məbləği 1645,0 manat ƏDV-si 296,1 manat olan xx.xx.2023-cüil tarixli EBDM seriyalı 578603 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tərəfindən 2023-cü ilin iyul və avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə faktura üzrə müvafiq olaraq 297,0 manat və 296,1 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, TİTAN MAX SC 1 L və Akethrin PRO EW 1L) təqdim edilməsiilə bağlı əsas məbləği 2470,0 manat ƏDV-si 444,6 manat olan xx.xx.2023-cü il tarixli EBDP seriyalı 964053 nömrəli və əsas məbləği 991,0 manat ƏDV-si 178,38 manat olan xx.xx.2023-cü il tarixli EBDV seriyalı 720584 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tərəfindən 2023-cü ilin oktyabr və dekabr ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 444,6 manat və 178,38 manat ƏDV məbləğinin,ümumilikdə 5075,88 manat əvəzləşdirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.0 manat olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********038900 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mart ayının üzrə əlavə dəyər vergisi 801,41 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********482600 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Belə ki, 26 aprel 2024-cü il tarixdə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 204478.88 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş vergininbəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (10910.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (3461.00) istisna olmaqla) və alış aktlarının məbləği (192087.88 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskinsığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (202997.88 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1980.00 manat) çıxılması nəticəsində yaranan (201017.88 manat) məbləğin müqayisəsi nəticəsində 3461.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********104700 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2023-cü il üçün mənfəət vergisi üzrə 692,20 manat vergi məbləği hesablanaraq xx.xx.2024-cü il tarixli **********024700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin 09 sentyabr 2024-cü il tarixdə 2024-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDJ 217807 nömrəli elektron qaimə-faktura üzrə 3859.2 manat, EBDP 964053 nömrəli elektron qaimə-faktura üzrə 414.67 manat aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********223100 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin iyul ayı üzrə vergisi 4273.87 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3- 21-2- 20/2-14620/2024 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər: İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları: 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 saylı qərarı ilə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi, xx.xx.2024-cü il tarixli, **********482600 saylı qərarı ilə 2024-cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərar ilə 2024-cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə bağladığı əməliyyatların əmtəəsiz olduğunu və bu səbəbdən vergi öhdəliklərinin düzgün hesablandığını bildirmişdir. Lakin vergi orqanı tərəfindən bu əməliyyatların konkret olaraq hansı səbəblərdən əmtəəsiz olduğu, malların faktiki təqdim edilmədiyi, qarşılıqlı müqavilələrin və ödənişlərin formal xarakter daşıdığına dair sübutlar təqdim olunmamışdır. Təkcə qarşı tərəfin sonradan "riskli vergi ödəyicisi" kimi tanınması əməliyyatların əmtəəsiz olmasına hüquqi əsas vermir. Vergi Məcəlləsinin 13.2.81 və 13.2.82-ci maddələri, eləcə də Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı “riskli əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışlarını tənzimləyir. Lakin bu normaların tətbiqi üçün konkret və hüquqi cəhətdən mötəbər sübutlarla əməliyyatın əmtəəsiz olduğu, malların təhvil-təslim edilmədiyi, maliyyə dövriyyəsinin formal xarakter daşıdığı və ya vergidən yayınma niyyəti ilə aparıldığı sübuta yetirilməlidir. Hazırkı işdə belə sübutlar təqdim olunmamışdır. Əksinə, iş materiallarından göründüyü kimi, İddiaçı MMC tərəfindən təqdim edilmiş müqavilələr, elektron qaimə-fakturalar, bank köçürmələri iddiaçı tərəfindən real təsərrüfat əməliyyatları aparıldığını, həmin əməliyyatlara görə malların təqdim olunduğunu, müvafiq vergi öhdəliklərinin icra edildiyini göstərir. Bu sənədlər formaca deyil, məzmunca da düzgün tərtib olunmuş və vergi orqanına təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əməliyyatların aparıldığı dövrdə qarşı tərəflərin riskli vergi ödəyicisi olduğunu bilməmiş və bilməyə də borclu olmamışdır. Malların alındığı tarixlərdə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi orqanının rəsmi saytında “riskli” kimi qeyd olunmamış, həmin müəssisələrin fəaliyyəti ilə bağlı hər hansı xəbərdarlıq yayılmamışdır. Bu şəraitdə iddiaçının əvvəlcədən həmin şəxslərin sonrakı riskli statusunu qabaqlaya bilməsi hüquqi və texniki baxımdan mümkün deyildir. Apellyasiya şikayətində “əmtəəsiz əməliyyatların vergi nəzarəti tədbirləri zamanı müəyyən olunduğu” qeyd edilsə də, belə tədbirlərin hüquqi nəticə doğurması üçün inzibati icraat çərçivəsində malların real təhvil-təsliminin araşdırılması, daşınma sənədləri, anbardaxili hərəkət, təsərrüfat ehtiyacına uyğunluq kimi göstəricilər üzrə konkret sübutların toplanması tələb olunur. Mövcud işdə isə vergi orqanı yalnız alıcı ilə satıcı arasında əvvəlcədən formalaşdırılmış sənədlərin hüquqi statusuna deyil, satıcının sonrakı riskli qiymətləndirilməsinə əsaslanmışdır ki, bu da inzibati icraatın tam, obyektiv və qərəzsiz aparılması tələbinə ziddir. Hazırkı işdə cavabdeh orqan tərəfindən təqdim edilmiş qərarların tərtibində inzibati araşdırmanın lazımi səviyyədə aparılmadığı, əməliyyatların əmtəəsiz hesab edilməsi üçün təkcə riskli statusuna istinad olunduğu müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, əgər əməliyyatlar gerçək deyildisə, vergi orqanı bu barədə inzibati icraat xarakterli geniş təhlil aparmalı, malların təqdim olunmadığını malların mənşəyi, logistika sənədləri, malgöndərən və alıcının təsərrüfat ehtiyacları çərçivəsində təhlil etməli idi. Bu yoxlamalar olmadan təkcə satıcının sonradan "riskli" siyahıya düşməsi iddiaçının ƏDV və mənfəət vergisi üzrə öhdəliklərinin dəyişdirilməsi üçün yetərli əsas ola bilməz. Vergi orqanı tərəfindən belə ehtimala əsaslanaraq inzibati akt qəbul edilməsi, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsində təsbit olunmuş əsas prinsipin – “inzibati orqan tərəfindən inzibati aktın qəbulunu zəruri edən halların mövcudluğunu sübutetmə yükünün həmin orqanın üzərinə düşməsi” prinsipinin pozulmasıdır. Hüquqi dövlətin əsas tələblərindən biri olan hüquqi müəyyənlik və şəffaflıq prinsipinə uyğun olaraq, inzibati akt yalnız mötəbər, konkret və obyektiv sübutlara əsaslanmaqla qəbul edilə bilər. Qeyrimüəyyən ehtimallar və gələcəkdə təqdim olunması nəzərdə tutulan sübutlara istinad etməklə qəbul edilmiş qərar, hüquqi əsasdan və faktiki dəlillərdən məhrum hesab olunur. Bu cür hallarda qəbul edilmiş inzibati aktlar hüquqi qüvvəyə malik ola bilməz. Həmçinin, Vergi Məcəlləsinin 175.11-ci maddəsində nəzərdə tutulmuş ƏDV əvəzləşməsinin rədd edilməsi yalnız əmtəəsiz və ya riskli əməliyyatlar zamanı, o da yalnız qanunla müəyyən olunmuş prosedurlar əsasında mümkündür. İş materiallarında isə belə bir əməliyyatın əmtəəsiz olduğuna dair sübutlar təqdim edilməmişdir. Qanunvericilikdə və məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin hüquqlarına müdaxilə edən inzibati aktlar faktiki əsaslandırılmalı, subyektiv qiymətləndirməyə deyil, obyektiv və sənədlərlə sübut olunmuş hallara söykənməlidir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunauyğun və əsaslıdır, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1066/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar