Məhkəmə qərarları › İş №2-1(104)-35/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-35/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-35/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X2, vəkili X5, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “Torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-238/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 205 nömrəli sərəncamına əsasən İddiaçı dövlət qeydiyyatına alınması və müəssisənin tikintisi ilə əlaqədar heyvandarlıq sovxozunun torpaq sahəsindən 1 hektar ayrılıb yerində təhvil verilməsi qərara alınmışdır.

2. Xanlar rayon heyvandarlıq sovxozunun X14 Komissiyasının 08 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokolundan görünür ki, sovxozun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb İddiaçı kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır.

3. Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamına əsasən Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır.

4. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli məktubundan məlum olur ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş 20 ha torpaq sahəsindən 6 ha əkin sahəsi saxlanılmaqla 14 ha örüş sahəsi geri qaytarılıb Xanlar bələdiyyəsinin mülkiyyətinə verilmişdir.

5. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli məktubundan görünür ki, İddiaçınə 1.0 ha torpaq sahəsinin ayrılmasına dair Xanlar rayon İcra Hakimiyyəti başçısının 11 may 1992-ci il tarixli 205 saylı sərəncamına əsas olmuş sənədlər, eləcə də texniki sənədlər sərəncama əlavə edilməmişdir və arxivdə yoxdur.

6. Göygöl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 11/533 nömrəli məktubunda qeyd olunur ki, Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq sovxozunun torpaq sahəsindən 20,0 ha (o cümlədən 6,0 ha əkin, 14,0 ha örüş) ayrılıb "Göyçə" çoxsahəli kiçik müəssisəsinə daimi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyəti başçısının 04 may 2001-ci il tarixli, 56 saylı sərəncamı ilə Heyvandarlıq sovxozunun ərazisindən ayrılıb fiziki və hüquqi səxslərə verilmiş örüş sahələri "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü, 7-ci maddəsinə, Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq və heyvandarlıq sovxozunun X11 Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarını əldə rəhbər tutaraq 6,0 hektar əkin sahəsi müəssisədə saxlanılmaqla 14,0 hektar örüş sahəsi geri qaytarılaraq Göygöl (keçmiş Xanlar) bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Göygöl rayon Dövlət Arxivinin verdiyi məlumatda qeyd olunan sərəncamın verilməsi üçün əsas olmuş sənədlər və torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlər mövcud deyildir, hazırda Göygöl rayon Dövlət Arxivində ancaq sərəncam vardır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin;

8. xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının təqdim etdiyi sənədlərdə olan çatışmazlıqlara görə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında İddiaçınə ayrılmış 1 ha torpaq sahəsinin yerləşmə yeri, planı və koordinatlarını müəyyən edən sənədlər idarənin arxiv qovluğunda aşkar edilməmişdir.

10. xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdiyi ərazi, 6.0 ha təşkil edir. Əraziyə keçirilən baxışın sonunda, X8 adlı şəxs bizə yaxınlaşaraq, iddiaçı tərəfin faktiki olaraq təqdim etdiyi sahənin bir hissəsinin onun, yəni X4 faktiki istifadəsində olduğunu bildirdi. Bu zaman iddiaçı tərəflə, həmin şəxs arasında mübahisə halı yaşandı. 1-ci sualın cavabında qeyd olunanlara əsasən 3-cü sualın cavablandırılması mümkün deyildir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, əraziyə baxış keçirilərkən təqdim olunan faktiki sahə dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin 0.86 ha hissəsi, elektron baza materiallarına istinadən **********25 reyestr nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, 1.15 ha hissəsi isə, arxiv sənədlərinə istinadən, **********13 reyestr nömrəli çıxarışa əsasən X6 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, üst-üstə düşür. Əraziyə baxış keçirilərkən təqdim olunan faktiki sahə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsinin 2.19 ha hissəsi əkin, 3.16 ha hissəsi örüş, 0.65 ha hissəsi isə, ictimai tili ərazisidir. İstifadədə olan elektron baza materiallarına istinadən, təqdim olunan faktiki torpaq sahəsinin, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmə halı aşkarlanmadı.

11. xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11899/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, qərardadda mütəxəsis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə faktiki olaraq naturada təqdim olunan mübahisəli sahənin koordinatları müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdyi ərazi, 6.0 ha təşkil edir. Qeyd edək ki, qərardad qoyulan sualların hamısı, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsi əsasında olduğundan və yuxarıda bildirildiyi kimi, həmin 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardadın digər suallarının cavablandırılması mümkün deyildir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2024-cü il tarixli, 3-16-16/2-10/3136 nömrəli ekspert rəyində qeyd edilir ki, Göygöl (keçmiş Xanlar) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdyi ərazi, 6.0 ha təşkil edir. Qeyd edək ki, qərardad qoyulan sualların hamısı, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsi əsasında olduğundan və yuxarıda bildirildiyi kimi, həmin 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardadın digər suallarının cavablandırılması mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamı ilə ayrılmış 1,0 ha və Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 6,0 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Kiçik dövlət müəssisələrinin təşkili və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 480 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamına əsasən qeydiyyata alınmışdır. Xanlar rayon heyvandarlıq sovxozunun X14 Komissiyasının 8 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokolundan çıxarışa əsasən sovxozun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1997-ci il tarixli 70 saylı sərəncamı ilə yaradılmış komissiyaya "Göyçə" kiçik müəssisəsindən daxil olmuş məktub üzrə komissiya tərəfindən təqdim olunmuş yerquruluşu sənədləri əsasında Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən 20 ha (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb "Göyçə" kiçik müəssisəsinə daimi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Sərəncama Xanlar rayon heyvandarlıq sovxozunun yerquruluşu planından çıxarış əlavə edilmiş, çıxarış Xanlar rayon Torpaq Şöbəsinin aparıcı mütəxəsisi İ.Q.Mustafayev və heyvandarlıq sovxozunun direktoru K.Əbdüləzimov tərəfindən müvafiq möhürlər vurulmaqla təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin İddiaçı müraciətinə 31 iyul 2020-ci il tarixdə verdiyi 14 saylı Arxiv Çıxarışından müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 04 may 2001-ci il tarixli 56 saylı sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş 20 ha torpaq sahəsindən 6 ha əkin sahəsi saxlanılmaqla 14 ha örüş sahəsi geri qaytarılıb Xanlar Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Qeyd olunan 6 ha əkin torpaq sahəsi üzərində müəssisənin hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar həmin inzibati orqan Göygöl rayon İcra Hakimiyyətinə sorğu göndərərək Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə ayrılmış 20.0 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlərin, sərəncamın verilməsinə əsas olmuş sənədlərin Ərazi İdarəsinə göndəriməsini, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyəti lazımi sənədləri təqdim edərək, sərəncam əsasında verilmiş 6.0 ha əkin sahəsi üzərində İddiaçı çoxsahəli xüsusikiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına digər hüquqi və fiziki şəxslərin mənafeyinə toxunmadığı halda, etiraz etmədiklərini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan 31 avqust 2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq müəssisənin hüquqlarını Dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Bundan başqa "Kiçik dövlət müəssisələrinin təşkili və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1990-cı il tarixli 480 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamına əsasən İddiaçı qeydiyyata alınmış və həmin sərəncamla müəssisənin tikintisi ilə əlaqədar olaraq heyvandarlıq sovxozunun torpaq sahəsindən 1 ha torpaq sahəsinin ayrılıb yerində təhvil verilməsi (Torpaq ayırma sənədləri əlavə olunur) rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti üzrə şöbəsinin müdiri E.M.Məmmədova tapşırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin İddiaçı müraciətinə 06 iyul 2022-ci il tarixdə verdiyi 38 saylı Arxiv Çıxarışı ilə qeyd olunan sərəncamın arxivdə saxlanıldığı müəyyən olunur. Torpaq sahəsi müəssisəyə ayrılandan və Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti üzrə şöbəsinin müdiri E.M.Məmmədov tərəfindən yerində ölçülərək təhvil veriləndən dərhal sonra üzərində tikililər inşa olunmuş, artezian qazılmış, elektrik çəkilmiş və müəəssisə həmin ünvanda fəaliyyətə başlamışdır. Bu günkü tarixədək həmin torpaq sahəsi müəssisənin sahiblik və istifadəsindədir. Qeyd olunan 1 ha torpaq sahəsi üzərində müəssisənin hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciəti ilə əlaqədar həmin inzibati orqan Göygöl Rayon İcra Hakimiyyətinə sorğu göndərərək Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 may 1992-ci il tarixli 205 nömrəli sərəncamı ilə ayrılmış 1.0 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlərin, sərəncamın verilməsinə əsas olmuş sənədlərin Ərazi İdarəsinə göndəriməsini, həmçinin həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar olaraq Göygöl Rayon İcra Hakimiyyəti cavab məktubunda bildirmişdir ki, Göygöl rayon Dövlət Arxivinin verdiyi məlumata əsasən qeyd olunan sərəncamın verilməsi üçün əsas olmuş sənədlər və torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı texniki sənədlər mövcud deyildir və arxivdə ancaq sərəncam vardır. İddiaçı qeyd olunan sərəncam əsasında verilmiş 1.0 ha əkin sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına digər hüquqi və fiziki şəxslərin mənafeyinə toxunmadığı halda etiraz edilmir. Lakin buna baxmayaraq inzibati orqan 31 avqust 2022-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən yerquruluşu palınının təqdim edilməməsi əsası ilə müəssisənin 1.0 ha torpaq sahəsi üzərində hüquqlarını Dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Halbuki torpaqayırma sənədlərinin İcra Hakimiyyətində, yaxud arxivdə saxlanmaması müəssisənin təqsiri deyildir. xx.xx.1992-ci il tarixli 205 nömrəli sərəncamda müəssisəyə verilən 1 ha torpaq sahəsinin torpaqayırma sənədlərinin əlavə olunduğu xüsusi qeyd edilmişdir.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə Xanlar rayon heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 6,0 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dəyişdirilmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********06 nömrəli etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı Göygöl rayonu ərazisində yerləşən 6.0 və 1.0 ha torpaq sahələrinin sənəd üzrə yerini və ölçülərini göstərən yerquruluşu planının müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının ərizələrinə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 69 nömrəli və xx.xx.1998-ci il tarixli, 205 nömrəli sərəncamlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahələri üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas hesab edilmir. Həmçinin, torpağın naturada müəyyən edilməsi ilə bağlı torpaq sahəsinin yerini və ölçülərini ölçülərini göstərən texniki sənədlər müraciətə əlavə edilməmişdir. Təqdim olunmuş sənədlərin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli Sərəncamının 2-ci bəndində "ayrılmış torpaq sahəsinə dair müvafiq qərar qəbul etməklə Dövlət Xəritəçəkmə Komitəsindən xahiş edilməsi" və 3-cü bəndində "tapşırılsın rayon Torpaq şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçüb təhvil verilməsi" nin nəticələri bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli Sərəncamı ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinə sorğu yazılmış, sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, 11/533 nömrəli cavab məktubunda həmin Sərəncamın verilməsinə əsas olmuş sənədlərin, eləcə də texniki sənədlərin mövcud olmaması qeyd olunmuşdur. Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 53 nömrəli məktubunda da Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamına əsas olmuş sənədlər, eləcə də texniki sənədlərin sərəncama əlavə edilmədiyi və arxivdə olmadığı bildirilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 69 nömrəli və xx.xx.1998-ci il tarixli, 205 nömrəli Sərəncamı ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinə sorğu yazılmış, sorğuya verilmiş 11/534 nömrəli cavab məktubunda texniki sənədlərin mövcud olmaması, yalnız Sərəncamın əslinin olduğu bildirilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********76 nömrəli cavab məktubu ünvanlanmışdır.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-238/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-238/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi iddiaçının faktiki və hüquqi istifadəsindədir.

25. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi A.Dilənov tərəfindən məhkəmə kollegiyasına ərizə təqdim edilərək 3.99 ha, yəni digər üçüncü şəxslərin sənədləri ilə üst-üstə düşməyən hissədə iddia tələbinə baxılaraq qərar qəbul edilməsi xahiş olunmuş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

30. İşin faktiki hallarından məlum olur ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 205 nömrəli sərəncamına əsasən İddiaçı dövlət qeydiyyatına alınmış və müəssisənin tikintisi ilə əlaqədar heyvandarlıq sovxozunun torpaq sahəsindən 1 hektar ayrılıb yerində təhvil verilməsi qərara alınmışdır. Xanlar rayon heyvandarlıq sovxozunun X14 Komissiyasının 08 fevral 1998-ci il tarixli 3 nömrəli iclasının protokolundan çıxarışa və Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamına əsasən sovxozun torpaq sahəsindən 20 hektar (o cümlədən 6 ha əkin, 14 ha örüş) ayrılıb İddiaçı kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi qərara alınmışdır.

31. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli məktubundan məlum olur ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə verilmiş 20 ha torpaq sahəsindən 6 ha əkin sahəsi saxlanılmaqla 14 ha örüş sahəsi geri qaytarılıb Xanlar bələdiyyəsinin mülkiyyətinə verilmişdir.

32. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

33. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili sözügedən torpağın naturada müəyyən edilməsi ilə bağlı torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədlərin müraciətə əlavə edilməməsi, təqdim olunmuş sənədlərin Ərazi İdarəsinə təhvil verilməməsi və arxivdə olmaması, eləcə də Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 205 nömrəli sərəncamının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən torpaq sahələri üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas hesab edilməməsi qeyd olunmuşdur.

34. Lakin işə əlavə edilmiş Xanlar rayon heyvandarlıq sovxozunun yerquruluşu planından çıxarışın surətindən görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamına əsasən sovxozun torpaq sahəsindən 6 ha əkin, 14 ha örüş, cəmi 20 ha sahənin koordinatları və miqyası əks olunmuşdur.

35. Habelə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdiyi ərazi, 6.0 ha təşkil edir. Əraziyə keçirilən baxışın sonunda, X8 adlı şəxs bizə yaxınlaşaraq, iddiaçı tərəfin faktiki olaraq təqdim etdiyi sahənin bir hissəsinin onun, yəni X4 faktiki istifadəsində olduğunu bildirdi. Bu zaman iddiaçı tərəflə, həmin şəxs arasında mübahisə halı yaşandı. 1-ci sualın cavabında qeyd olunanlara əsasən 3-cü sualın cavablandırılması mümkün deyildir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, əraziyə baxış keçirilərkən təqdim olunan faktiki sahə dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin 0.86 ha hissəsi, elektron baza materiallarına istinadən **********25 reyestr nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, 1.15 ha hissəsi isə, arxiv sənədlərinə istinadən, **********13 reyestr nömrəli çıxarışa əsasən X6 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, üst-üstə düşür. Əraziyə baxış keçirilərkən təqdim olunan faktiki sahə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsinin 2.19 ha hissəsi əkin, 3.16 ha hissəsi örüş, 0.65 ha hissəsi isə, ictimai tili ərazisidir. İstifadədə olan elektron baza materiallarına istinadən, təqdim olunan faktiki torpaq sahəsinin, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşmə halı aşkarlanmadı.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11899/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, qərardadda mütəxəsis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə faktiki olaraq naturada təqdim olunan mübahisəli sahənin koordinatları müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdyi ərazi, 6.0 ha təşkil edir. Qeyd edək ki, qərardad qoyulan sualların hamısı, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsi əsasında olduğundan və yuxarıda bildirildiyi kimi, həmin 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardadın digər suallarının cavablandırılması mümkün deyildir.

37. 03 may 2024-cü il tarixli, 3-16-16/2-10/3136 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı rəhbəri olaraq özünü təqdim edən X2, müəssisəsinin faktiki istifadə sahəsi olaraq naturada təqdim etdyi ərazi, 6.0 ha təşkil edir. Qeyd edək ki, qərardad qoyulan sualların hamısı, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 6.0 ha torpaq sahəsi əsasında olduğundan və yuxarıda bildirildiyi kimi, həmin 6.0 ha torpaq sahəsinə dair, məkan göstəriciləri (koordinatları və naturada yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardadın digər suallarının cavablandırılması mümkün deyildir.

38. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddia tələbi baxılan hissədə əsaslıdır və İddiaçı kiçik müəssisəsinin istifadəsində olan 3,99 ha torpaq sahəsi üzərində iddiaçının hüquqları qeydə alınmalıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

41. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, Göygöl (keçmiş Xanlar) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 69 nömrəli sərəncamı ilə keçmiş heyvandarlıq savxozunun torpaq sahəsindən ayrılıb İddiaçı istifadəsinə verilən 3.99 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-238/2023 nömrəli qərarı qismən ləğv edilsin. Xanlar rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 69 nömrəli sərəncamı ilə Xanlar rayon Heyvandarlıq sovxozunun torpaq sahəsindən ayrılmış 3.99 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar