Məhkəmə qərarları › İş №2-1(104)-350/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-350/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-350/2025 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (üçüncü şəxslər X7 və X2) qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı 960.23 kv.m torpaq sahəsi ayrılmış və bunun əsasında A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Iddiaçı bununla bağlı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktub ilə müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma (müayinə) işləri aparılarkən müəyyən edilmişdir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.096023 ha torpaq sahəsinə aid tərtib edilmiş A№ ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş əsas döngə nöqtələrinin koordinatları başqa şəxsin, elektron baza (AzCad) məlumatlarında isə başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda həmin torpaq sahələri digər şəxslərin istifadəsindədir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Aqrar Islahatı Komissiyasının ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə ona verilmiş 960,23 kv.m torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aqrar Islahatı Komissiyasının ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 960,23 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı imtina məktubu ilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iş üzrə X7 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir Cavabdeh “xxxx” publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində olan İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına aiddir. Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini, iddiaçının faktiki istifadəsi olmadığına görə aydınlaşdırılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsinin koordinatları X7 həyətyanı kimi istifadə etdiyi torpaq sahəsinin 467 kv.m-ə qədər hissəsi ilə, X2 həyətyanı kimi istifadə etdiyi torpaq sahəsinin 490 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Eyni zamanda, iddiaçı İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsi digər iki şəxs tərəfindən zəbt edilərək istifadə edilir, torpaq sahəsi üzərində digər şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli, ** saylı qərarı ilə iddiaçıya verilmiş 960.23 kv.m torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyindən görünür ki, Komissiyanın ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 960.23 kv.m torpaq sahəsindən 467 kv.m hissəsi üçüncü şəxs X7 tərəfindən, 490 kv.m hissəsi isə üçüncü şəxs X2 tərəfindən istifadə olunur. X7 və X2 iddia edilən torpaq sahəsinə dair heç bir mülkiyyət hüquqları yoxdur. Bu hal isə iddiaçının öz mülkiyyətindən məhrum edilməsinin baş verməsi deməkdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsi ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayonu Alakol kənd ərazisində Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 960,23 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair ##.##.2012-ci il tarixli, ** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi elektron kadastr baza məlumatlarında yaşayış məntəqələrinin torpaqlarına aiddir. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mütəxəssis rəyinin verilməsi ilə bağlı ##.##.2024-cü il tarixli qərardad qəbul edilmiş, lakin mütəxəssis qarşısında elektron kadastr məlumat bazasında olan məlumatlara dair sual qoyulmadığından eyni zamanda torpaq sahəsinin hüquqi rejimi, təyinatı barədə sual qoyulmadan və kifayət qədər araşdırma aparılmadığından sözügedən torpaq sahəsinin elektron kadastr bazada kateqoriyası, təyinatı və hüquqi rejimi dəqiqləşdirməmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) prosessual məsələlər Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi Idarəsinin hüquq varisi kimi tanınmışdır. d) məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Amid Nəbiyev apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası AR IPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı İddiaçı Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 960,23 kv.m torpaq sahəsinə dair ##.##.2012-ci il tarixli, ** nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Iddiaçı çıxarışın verilməsi üçün - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinə müraciət etmiş, lakin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma (müayinə) işləri aparılarkən müəyyən edilmişdir ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.096023 ha torpaq sahəsinə aid tərtib edilmiş A№ ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş əsas döngə nöqtələrinin koordinatları başqa şəxsin, elektron baza (AzCad) məlumatlarında isə başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü, eyni zamanda həmin torpaq sahələri digər şəxslərin istifadəsində olduğunu bildirərək müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Iş materiallarında olan cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki: 1) Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli qərarı ilə 960.23 kv.m İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. 2) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində olan İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına aiddir. 3) Iddiaçının faktiki istifadəsi olmadığına görə sualın cavablandırılması mümkün olmadı. 4) Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2024-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı verilmiş 960.23 kv.m torpaq sahəsinin koordinatları X7 həyətyanı kimi istifadə etdiyi torpaq sahəsinin 467 kv.m-ə qədər hissəsi ilə, X2 həyətyanı kimi istifadə etdiyi torpaq sahəsinin 490 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Məhkəmə sorğusuna cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, rəyin tərtib edilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) məlumatlarına və torpaq Islahatına dair kompleks yerquruluşu layihəsinə istinad edilmişdir. Məhkəmə sorğusuna cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, TEKUIS baza məlumatlarına əsasən iddiaçı İddiaçı Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmiş və koordinatları sxemdə göstərilmişdir. TEKUIS baza məlumatlarına əsasən iddiaçı İddiaçı Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi başqa şəxsin adına yüklü (çıxarış, dövlət aktı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) edilməmişdir. Iş materiallarında olan cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki:

1. Tovuz rayon Aqrar Islahat Komissiyası tərəfindən torpaq islahatı zamanı Tovuz rayonu, Alakol kəndində pay torpaqları ayrılarkən İddiaçı torpaq ayrılmışdır, ayrılmış torpaq sahəsi TEKUIS və AZCAD baza məlumatlarına əsasən məkan göstəriciləri (koordinatları) müəyyən edilmişdir və sxemdə göstərilmişdir.

2. AZCAD və TEKUIS məlumat bazasına əsasən həmin torpaq sahəsi hər hansı üçüncü şəxsin hüquqları ilə yüklü edilməmişdir. Məhkəmə sorğusuna cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli cavab məktubunda bildirilir ki, AZCAD və TEKUIS məlumat bazasında İddiaçı Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 2004-cü il tarixli ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş JN-**** nömrəli 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazidə başqa şəxsin adına dövlət reyestrində qeydiyyatı olmadığına görə və AZCAD TEKUIS məlumatlarında JN-1947 nömrə ilə öz əksini tapdığına görə İddiaçı müraciət edəcəyi təqdirdə dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 960.23 kv.m torpaq sahəsinin verilməsi ilə bağlı Tovuz rayon Aqrar Islahat Komissiyasının ##.##.2004-cü il tarixli * nömrəli qərarı mövcuddur və sözügedən qərar əsasında ##.##.2012-ci il tarixli, ** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Tovuz rayon Aqrar Islahat Komissiyasının ##.##.2004-cü il tarixli * nömrəli qərarı inzibati akt olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş anlamda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçıya ayrılmış 960,23 kv.m torpaq sahəsinə dair tərtib edilmiş plan və ölçü sənədində təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün qeyd edilmiş, lakin həmin torpaq sahəsi elektron kadastr baza məlumatlarında yaşayış məntəqələrinin torpaqlarına aiddir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı həmin əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında və həmin sənədlərin məzmununa uyğun olaraq ayrılır. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin hüquqmüəyyənedici sənədlərin məzmununa bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında hüquqmüəyyənedici sənəd qismində 960.23 kv.m torpaq sahəsinin ayrılması barədə Tovuz rayon Aqrar Islahat Komissiyasının müvafiq qərarı çıxış edir ki, həmin qərar əsasında da A№ ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Belə ki, torpaq sahəsinin plan və ölçüsü həmin torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi sözügedən torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və adıçəkilən torpaq sahəsinin ölçüsü 960.23 kv.m olaraq yazılmış, torpaq sahəsinin planı və döngə nöqtələrinin koordinatları da mövcuddur. Beləliklə yuxarıda göstərilən bütün sənədlər müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən hazırlanaraq tərtib edilmişdir. Burada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, “Inzibati icraat haqqında” qanunun 13-cü maddəsində “Etimad hüququnun qorunması prinsipi” müəyyən edilmişdir. Belə ki, həmin qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bununla yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh tərəfindən torpaq sahəsinin müəyyən hissələrinin üçüncü şəxslərin faktiki istifadəsində olan sahələrlə üst-üstə düşməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəylərində həmin torpaq sahəsinin üçüncü şəxslərin qeydiyyata alınmış hüquqları ilə yüklü olmadığı təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar