Məhkəmə qərarları › İş №2-1(104)-352/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-352/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-352/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınına qarşı “qərarın ləğv edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-143/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 xx.xx.1952-cı ildə anadan olmuş, hazırda ünvan 1i ünvanında yaşayır.

2. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri əks olunmuşdur.

3. İddiaçının pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2023-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 35 il 2 ay 7 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.942,72 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 285,95 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 318,55 manata çatdırılıb. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, pensiya təyin olunduqdan sonra 6 il işlədiyiniz üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 12.776,40 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 496,00 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 512,86 manata çatdırılıb. Qanunun 37.3.1-ci maddəsinə əsasən bildirilir ki, xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.210,48 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 557,45 manat müəyyən edilib. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 574,11 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 658,51 manata çatdırılıb. Müraciətə cavab olaraq bildirilir ki, 1973-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonunun “Əzizbəyov” kolxozunda və 24.033.1984-cü il tarixindən 25.01,1989-cu il tarixinədək Qax rayonunun “Üzümçülük” sovxozunda olan əmək fəaliyyəti dövrləri əmək pensiyasının yenidən hesablanması zamanı sığorta stajına daxil edilib. Eyni zamanda bildirilir ki, ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyanın üzərinə əlavə edilməklə ona ödəniləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə əmək pensiyasının yenidən hesablanması və 17 il əmək stajının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məlum hadisələr zamanı Ermənistan SSR-dən zorla qovulmuşlar və o, Amasiya rayonundan məcburi qaçqın statusu ilə Azərbaycana gəlib məskunlaşmışdır. xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxmış və çıxarkən pensiya sənədləri Göygöl rayon DSMF-də rəsmiləşdirilib. Cavabdehə ərizə ilə müraciət edib pensiyasının yenidən hesablanmasını və 1973-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kolxozunda və xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Qax rayonunun Ümüzçülük Sovxozunda işlədiyi 17 illik əmək stajının sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin imtina məktubu poçt vasitəsi ilə ona çatdırılıb. Məktubda göstərilir ki, 1973-cu il tarixdən xx.xx.1984-cü il tarixinədək Ermənistan SSR-nin Amasiya rayonun “Əzizbəov” kolxozunda və xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixinədək Qax rayonunun “Üzümçülük” sovxozunda olan əmək fəaliyyəti dövrləri əmək pensiyasının yenidən hesablanması zamanı sığorta stajına daxil edilib. Eyni zamanda ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyasının üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. Cavabdan göründüyü kimi 17 il əmək stajının sosial sığorta stajına neçənci ildə daxil edilməsi göstərilməyib və o, 2015-ci ildə pensiyaya çıxan zaman Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kolxozunda və Qax rayonunun Ümüzçülük Sovxozunda işlədiyi 17 il iş stajı sosial sığorta stajına daxil edilmiş olsaydı yüksək məbləğdə ona pensiya təyin edilmiş olardı. Cavabdehin imtina məktubunda qeyd edilir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 35 il 02 ay 07 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3942, 72 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 285,95 manat müəyyən edilib. Cavabın özündən məlum olur ki, ümumiyyətlə pensiya kapitalı düzgün hesablanmayıb və 17 il staj sosial sığorta stajına daxil edilməyib.

6. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh orqanın 3-17- 1/1-F-83727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və onun Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-286122/2023 nömrəli etirazını təqdim etmiş və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-F-165126/2023 nömrəli məktubunda qeyd olunanları təkrarlamışdır.

8. Daha sonra cavabdeh orqan iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 262854/2024 nömrəli etiraza əlavə təqdim etmiş və etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən Fondun keçmiş Göygöl rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı xx.xx.1970-ci il tarixdən xx.xx.1984cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən 01.01 2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla 35 il 2 ay 7 gün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanarkən onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü, 1973-cü ildən xx.xx.1981-ci il tarixədək 8 il kolxozdakı əmək fəaliyyəti dövrü, Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən əmək haqqı qeydə alınmış 1991-ci il üzrə 5 ay, 1992ci il üzrə 12 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə 11 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 12 ay, 1997-ci il üzrə 5 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 9 ay 29 gün sığorta stjaı hesablanmışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 30 il 9 ay 29 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalı: (30+(9+29/30)/12)x 170=5241,19 Həmin kapitalının xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 9724,06 manat təşkil edir. Həmçinin iddiaçının İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış 9878,56 manat (2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalının xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 3098,35 manat təşkil etmişdir. PSK - 9724,06+3098,35=12822,41 SH - 12822,41/144=89,04 Pensiyanın ümumi məbləği: xx.xx.2015 - 89,04+100 (baza hissə)=189,04 xx.xx.2016 - 89,04+89,04x4%+100 (baza hissə)=192,61 xx.xx.2016 - 92,61+110(baza hissə)=202,61 xx.xx.2017 -92,61+92,61x12,4%+110 (baza hissə)=214,10 xx.xx.2018 - 214,10+214,10x5,7%=226,30 xx.xx.2019-26,30+226,30x3%=233,15 xx.xx.2020- 233,15+233,15x16,6%=271,85 xx.xx.2021-271,85+271,85x11,4%=302,84. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 16893,97 manat (2024-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2021-ci il tarixə indeksləşdirilmiş məbləği 12776,4 manat təşkil edir. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən, vətəndaşa pensiya təyin olunduqdan sonra 6 il işlədiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 12776,4 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 480,29 manat müəyyən edilmişdir: SH- 12776,4/72=177,45 xx.xx.2021 - 302,84+177,45=480,29 xx.xx.2022-480,29+480,29x3,4%=496,61 İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 3978,67 manat (2024-cü il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Həmin kapitalın 2022-ci il tarixə indeksləşdirilmiş məbləği 3210,59 manat təşkil edir. Qanunun 37.3.1-ci maddəsinə əsasən vətəndaş xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3210,59 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 541,2 manat müəyyən edilib. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 557,87 manat müəyyən edilib: 541,20+(200/12)= 557,87 manat Eyni zamanda Qanunun 29.1 -ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 711,53 manata çatdırılmışdır: xx.xx.2023-557,87+557,87x14,7%=639,87 manat xx.xx.2024 639,87+639,87x11,2%=711,53 Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq-tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay əməkhaqqı qeydə alınmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-143/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/1-F-83727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, X1 Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərdə işləyib. Qeyd olunan dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrləri əhatə edilir. Cavabdeh orqan əmək kitabçasında qeyd olunmuş dövrlərin mötəbərliyini şübhə altına alan hər-hansı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-143/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində etirazda və ona əlavədə qeyd edilən hallar demək olar ki təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Qeyd edək ki, Fondun Gəncə- Daşkəsən regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq-tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay əməkhaqqı hesablanmadığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Əməkhaqqı cədvəllərində əməkhaqqı barədə məlumatın aşkar olunmaması sözügedən dövrlərdə iddiaçının əməkhaqqı almadığını təsdiq edir və qanunvericiliyə əsasən iddiaçının əməkhaqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Həmçinin sözügedən akta əsasən həmin sovxozun xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əməkhaqqı kitabları Göygöl rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd olunan dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını – iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Göründüyü kimi məhkəmə yalnız iddiaçının əmək kitabçası ilə kifayətlənmiş, ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, ilkin təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı xx.xx.1970-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla 35 il 2 ay 7 gün hesablanmış, daha sonra cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F-83727/2024 nömrəli qərarı ilə onun xx.xx.2006-cı il tarixədək 30 il 9 ay 29 gün sığorta stjaı hesablanmışdır. Belə olan halda sözügedən qərar ləğv edildikdə əmək pensiyası bərpa edilməlidir, lakin məhkəmə qərarı ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-1/1-F-83727/2024 nömrəli qərarı ləğv edilmiş və İddiaçı Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Belə ki, qərarın nəticə hissəsi aydın deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 3-17-1/1-F-8372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əvvəl təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

Tətbiq edilən hüquq normaları

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

20. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

24. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

25. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-cü maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında və 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

37. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.

38. “Əmək pensiyaları haqqında” Qanunun preambulasında həmin Qanunun tənzimlədiyi münasibətlərin dairəsi, növü, həcmi müəyyənləşdirilmişdir. Preambulada qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

39. Göründüyü kimi, bu Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını), həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir.

40. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F-83727/2024 nömrəli qərarına əsasən onun yaşa görə əmək pensiyasını yenidən hesablayaraq 732,26 manat olan əmək pensiyasının məbləği 711,53 manat məbləğində hesablanmışdır. Buna səbəb xx.xx.1991xx.xx.2000-ci illər əmək fəaliyyətinin araşdırılması nəticəsində vətəndaşın həmin illər üzrə yalnız 1997-ci ilədək müəyyən aylarda əmək haqqı alması aşkarlanmış və bu səbəbdən sığorta stajı 35 il 2 ay 7 gün yox, 30 il 9 ay 29 gün hesablanmışdır. Bundan sonra, X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F-83727/2024 nömrəli qərarının ləğv edilməsini və həmin qərarla 1991-2000-ci illərdə nəzərə alınmayan müddətlərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, onun həmin ərizəsi məhkəmə icraatına qəbul edilmiş və yekunda birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, işin apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F-83727/2024 nömrəli qərarının ləğv edilməsini və ona əvvəl yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.

41. Göründüyü kimi, hazırkı mübahisə cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F- 83727/2024 nömrəli qərarının ləğvi və iddiaçıya əvvəl təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlıdır.

42. Belə ki, cavabdeh orqan iddiaçının onun şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması zamanı onun xx.xx.1991-xx.xx.2000-ci illər üzrə müəyyən aylarda əmək haqqı almamasını müəyyən etməsinə əsaslanmış və hesab etmişdir ki, iddiaçının ümumi sığorta stajının 35 il 2 ay 7 gün hesablanaraq yaşa görə pensiya təyinatı qanunsuz olmuşdur. Buna görə də, yenidən hesablama zamanı ümumi sığorta stajını 30 il 9 ay 29 gün kimi qəbul edərək, artıq ödəmələr müəyyən etmiş və pensiyasının aylıq ödəniş məbləğini 711,53 manat məbləğində hesablamışdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda inzibati aktın qəbul edilməsi zamanı müvafiq prosedur müəyyən etmişdir. Belə ki, Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

44. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.

45. İşin hallarından göründüyü kimi cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişsiz inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən hazırda mübahisələqdirilən aktı qəbul etmişdir.

46. Halbuki sadalanan normalardan göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

47. Beləliklə, hazırkı mübahisə üzrə qanunsuz “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/1-F- 83727/2024 nömrəli qərarı ilə onun əvvəllər nəzərə alınan sığorta stajını nəzərə almayaraq yenidən hesablama aparmışdır ki, bu da qanuni hesab edilə bilməz.

48. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

49. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

50. Məhkəmə kollegiyası vurğulayır ki, pensiyanın təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, əlverişsiz inzibati akt qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır.

51. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

52. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya pensiya təyinatı ilə bağlı qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır.

53. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göründüyü kimi, cavabdeh inzibati orqanın müvafiq yerli qurumu tərəfindən xx.xx.2015-ci il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, sosial sığorta stajı kimi nəzərə alınan iddiaçının işlədiyi dövrlər müəyyənləşdirilmiş, bu əsasa görə də əmək pensiyasının məbləği müəyyən edilərək kifayət qədər uzun müddət ərzində iddiaçıya ödənilmişdir. Cavabdeh inzibati orqan pensiya təyinatından səkkiz il sonra hansısa yeni əsaslar müəyyən edərək şəxsin pensiya təminatı hüququna müdaxilə etmişdir. Halbuki cavabdeh orqanın mübahisələndirilən qərarı qəbul edən zaman istinad etdiyi halların mövcudluğunu ilkin pensiya təyinatı aparılan zaman və ya “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddətdə asanlıqla müəyyən edə bilərdi.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-143/2025 saylı qərarı qismən, yəni X1 Xanlar rayonu “Vaqif” adına heyvandarlıq tərəvəzçilik sovxozunda 1991-ci il üzrə 7 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1997-ci il üzrə 7 ay, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Digər hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar