Məhkəmə qərarları › İş №2-1(104)-354/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-354/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-354/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh orqanın nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-76/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1 ZT-İ ******* nörməli, xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997ci il tarixli, 35 saylı əmrlə Gəncə "xxxx" müəssisəsində 1 saylı pullu avtodayanacağında növbətçi işinə qəbul olunmuş və xx.xx.2000-ci il tarixli, 09 saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-103520/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı iş stajı qanunvericiliklə nəzərdə tutulmuş müddətdən az olduğundan müraciətinin təmin edilməsindən imtina edilir.

4. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanılmadığından İddiaçı işə qəbul etmə, işdən çıxma əmrlərini, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasını yerində yoxlamaq mümkün olmamışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 2679/2022 nömrəli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)- 236/2022 nömrəli İddiaçı “Gəncə "xxxx" müəssisəsində 1 saylı pullu avtodayanacağında növbətçi işində işləməsi və 2 il 5 ay 20 gün iş stajının olması faktının müəyyən edilməsi” barədə qətnaməsi ləğv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1973-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti müddətinin pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanması və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, 1973-1974, 1976-1992-ci illərdə Goranboy rayonu “B.Bağırov adına” kolxozda fəhlə və sürücü vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Gəncə şəhər 3 saylı Tikintiquraşdırma TRES-də işləməyi və xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Elvin” kiçik müəssisəsində (əvəzçilik ilə işləmək), xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci ilədək Gəncə Avtomotoservis və Ticarət İstehsalat birliyi "xxxx" Gəncə Müəssisəsində növbətçi işində işləməklə, iş illərinin sığorta stajına hesablanmaqla staj dövrünün nəzərə alınaraq ona pensiya təyin edilməlidir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-76/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.

10. Məhkəmənin qərardadında qeyd edilmişdir ki, məhkəmə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə imtinası ilə bağlı qeyd edir ki, iddiaçının həmin dövr üzrə Gəncə "xxxx" müəssisəsində işləməsi ilə bağlı əmək kitabçasında müvafiq qeyd olmamaqla yanaşı, bu barədə hər hansı arxiv məlumatı da mövcud deyil. Məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən arayışda iddiaçının xx.xx.1997- ci il tarixindən xx.xx.2000-ci il tarixədək Gəncə "xxxx" müəssisəsində işləməsi qeyd edilsə də, həmin müəssisənin və cavabdehin mütəxəssisi tərəfindən tərtib edilmiş aktda Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanılmamasının bununla da iddiaçının işə qəbul etmə, işdən çıxma əmrlərinin, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasının yoxlanmasının mümkün olmaması qeyd edilmişdir. Bu isə özlüyündə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışın mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə ümumilikdə 22 il 11 ay 28 gün sosial sığorta stajı toplanmış olur.

11. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müvafiq müddəaları ilə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında cavabdeh orqan tərəfindən 7 ədəd sığorta stajının hesablanması ilə bağlı arayış mövcuddur. Həmin arayışlar biri digərinə ziddir. Lakin bu qədər ziddiyyətli arayışların məhkəmə tərəfindən qiymətləndirilməməsi haqsızlıqdır. Həmçinin məhkəmə qərardadında iddia tələbinin mümkünsüz sayılması ilə bağlı “Avtoservis və ticarət” müəssisəsində iddiaçının işləməsi bununla bağlı isə işə götürən tərəfindən arxiv sənədlərinin təhvil verilməməsi işçinin təqsiri hesab edilə bilməz. Məhkəmə işdə olan arayışın şübhə altına alınması ilə bağlı halın məhkəmə tərəfindən qiymətləndirilməsi üçün heç bir dəlil yoxdur. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Goranboy Rayon Məhkəməsinin fakt təsdiqinə dair qətnaməsinin ləğvi ilə bağlı əsaslandırmada iş üzrə araşdırma tələb edilərək məhkəmə tərəfindən qiymətləndirilməsi göstərilmişdir. Artıq əmək hüququ ilə bağlı haqqını necə əldə edəcəyini bilmir. Goranboy Rayon Məhkəməsinin qətnaməsi ləğv edilsə də həmin qətnamədə olan və iş üzrə şahid qismində dindirilmiş şahidlərdə onun həmin müəssisədə işləməyini təsdiq etmişlər. İşdə olan sənədlərdən də görünür ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

17. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

22. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

23. Hazırki tələb üzrə iddiaçının hüquqi marağı inzibati orqan tərəfindən mübahisələndirilən sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsidir.

24. İş materillarında olan sorğunun cavablandırılması haqqında xidməti məktubda (iş.v 188) qeyd edilir ki, İddiaçı təqdim etdiyi hərbi biletinin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü və kolxozda 9 il (1973, 1976-1978, 1981-1983-cü illər üzrə adam günü normasını tam yerinə yetirməklə 7 il, 1974, 1979, 1980, 1984-cü illər üzrə adam günün normasını tam yerinə yetirməklə 2 il olmaqla) əmək fəaliyyəti dövrü üzrə 20 il 5 ay 27 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, aşağıda qeyd olunan səbəblərdən xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər İddiaçı sığorta stajına daxil edilməmişdir. : -əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlər üzrə işdən çıxma zamanı səlahiyyətli şəxsin adı, soyadı qeyd edilməmişdir. xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünü təsdiq edən Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-236/2022 qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2679/2022 saylı qərardadı ilə ləğv edilmişdir. X3-Daşkəsən regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanmadığından xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmamışdır.

25. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus iş stajını təsdiq edən sənədlərin tamlığı və düzgünlüyü qeyd edilməklə xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər mübahisələndirilmişdir.

26. İş materiallarında olan ZT-İ ******* nörməli, xx.xx.1993-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

27. xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 35 saylı əmrlə Gəncə "xxxx" müəssisəsində 1 saylı pullu avtodayanacağında növbətçi işinə qəbul olunmuş və xx.xx.2000-ci il tarixli, 09 saylı əmri ilə öz xahişi ilə işdən azad olunmuşdur.

28. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair nəticəyə gələrkən yeganə səbəb kimi müəssisəsinin arxivində heç bir sənəd saxlanılmamasını bununla da iddiaçının işə qəbul etmə, işdən çıxma əmrlərinin, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasının yoxlanmasının mümkün olmamasını qeyd etmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərir ki, “məhkəmə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə imtinası ilə bağlı qeyd edir ki, iddiaçının həmin dövr üzrə Gəncə "xxxx" müəssisəsində işləməsi ilə bağlı əmək kitabçasında müvafiq qeyd olmamaqla yanaşı, bu barədə hər hansı arxiv məlumatı da mövcud deyil. Məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən arayışda iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixədək Gəncə "xxxx" müəssisəsində işləməsi qeyd edilsə də, həmin müəssisənin və cavabdehin mütəxəssisi tərəfindən tərtib edilmiş aktda Gəncə "xxxx" müəssisəsinin arxivində heç bir sənəd saxlanılmamasının bununla da iddiaçının işə qəbul etmə, işdən çıxma əmrlərinin, həmçinin əmək haqqı hesablanıb-hesablanmamasının yoxlanmasının mümkün olmaması qeyd edilmişdir. Bu isə özlüyündə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 17A nömrəli arayışın mötəbərliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə ümumilikdə 22 il 11 ay 28 gün sosial sığorta stajı toplanmış olur”.

30. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, məhkəmə iddiaçının iddiasının mahiyyətini təşkil edən halların (konkret şəkildə iş stajının az olması) araşdırılması nəticəsində, iddiaçının iddiasının mümkün sayılmaması qənaətinə gəlmiş, halbuki sözügedən məsələ iddianın mümkün olub-olmaması barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz

31. Belə ki, sözügedən amilin, yəni iş stajının düzgün hesablanıbhesablanmamasının, yəni iş stajının az və ya çox olmasının iddianın mümkün olubolmaması ilə bağlı heç bir əlaqəsi yoxdur, həmin məsələ işə mahiyyəti üzrə baxıldıqda, araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq ona müvafiq hüquqi qiymət verilərək məhkəmə qərarı qəbul edilir.

32. Lakin birinci instansiyası məhkəməsi İPM-in 35.1-ci maddəsinin tələblərini pozaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir.

33. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 4-cü bəndi).

34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-76/2023 saylı qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar