Məhkəmə qərarları › İş №2-1(104)-355/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-355/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-355/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, üçüncü şəxs X9 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1809/2025 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, nikahın bağlanmasına əsas olan qanunsuz olaraq əldə edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 nömrəli arayışlar əsasında mərhum X18 və X14 arasında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi və AZ-İİ seriyalı, 301080 nömrəli “Nikah haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X18 xx.xx.2019-cu ildə X14 ilə birgə yaşamağa qərar vermişdir. Onların arasında rəsmi nikah olmadığından, iddiaçıların nikah şəhadətnaməsinin mövcudluğundan xəbərləri olmamışdır. Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyi nəticəsində ölmüşdür. Yas mərasimindən sonra Qətibə Ağayeva evi tərk edərək getmişdir. İddiaçılar 03 noyabr 2022ci il tarixdə notariusa müraciət edərək, atalarından qalmış mirası qəbul etmək barədə ərizə vermiş, bu barədə 1 ay sonra məlumatları olmuşdur. Bundan sonra onlar hüquqi müstəvidə məsələni həll etməyə çalışmış və vəkil tutmuşlar. Vəkil sorğusu əsasında əldə edilən məlumata əsasən, məlum olmuşdur ki, X18 və X3 şəhərində qeydiyyatda olmalarına baxmayaraq, nikaha daxil olmaq üçün tibbi arayışı Göygöl Rayon Mərkəzi Xəstəxanasından “əldə etmişlər” və Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən Gəncə şəhər sakinlərinə 2019-cu ildə nikaha daxil olmaq üçün verilmiş saxta tibbi arayış əsasında Cavabdeh tərəfindən nikah şəhadətnaməsi verilmişdir. Hal- hazırda Göygöl Rayon Prokurorluğunda faktla bağlı araşdırma davam edir. İddiaçılar qeydiyyat şöbəsinə nikahın qeydə alınmasına əsas olmuş sənədin saxta olduğu və nikah qeydinin ləğvi ilə bağlı müraciət etsələr də, həmin orqanın imtina etməsi nəticəsində onların subyektiv hüquqları pozulmuşdur. Saxta tibbi arayış əsasında Nikah şəhədatnaməsi əldə edən üçüncü şəxs Qətibə Ağayeva vərəsə kimi müraciət edərək, onların vərəsəlik hüquqlarını pozmuşdur. X11 daşınmaz əmlak və minik avtomobilindən ibarət miras qalmışdır. Üçüncü şəxsin saxta sənəd əsasında əldə etdiyi nikah şəhadətnaməsini əsas tutaraq vərəsə kimi iştirakı onların miras paylarının azalmasına səbəb olmuşdur. Nikahın bağlanmasına dair qeydin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında aparılmasına əsas olmuş tibbi arayışın arxiv sənədlərində heç bir qeydiyyatı yoxdur və saxta olması sübut olunur. Həmin tibbi arayışın saxtalaşdırılması faktı üzrə Göygöl Rayon Prokurorluğunda araşdırma aparılmış, keçirilmiş kompleks ekspertiza rəyi əldə olunmuş, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” X18 və X9 adına verilmiş 2365 və 2366 saylı arayışlar məsul şəxslər tərəfindən deyil, digər şəxs tərəfindən tərtib edilmiş, məsul şəxsin əvəzindən imzalanmaqla saxtalaşdırılmışdır. Eləcə də X18 və X9 qeyd edilən arayışların verilməsi üçün tələb olunan müvafiq müayinələrdən keçməməsi müəyyən edilmişdir. “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 saylı arayışlar qeydiyyat kitabında başqa şəxslərin adınadır. Mübahisələndirilən nikahın bağlanmasına dair akt qeydinin aparılmasına əsas olmuş tibbi arayışlar saxtadır. Nikah akt qeydinin aparılması üçün hüquqi əsas olmadığından, cavabdeh inzibati orqanın nikahın bağlanması haqqında qeyd aparması qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4526/2024 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4526/2024 nömrəli qərardadı ilə iddia tələbi “X18 və X14 arasında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Üçüncü şəxs X14 tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, o, iddiaçıların iddiası əsassız olduğu üçün rədd edilməli olduğunu hesab edir. Gəncə İnzibati Məhkəməsində qaldırılmış hazırkı iddiadan əvvəl iddiaçılar cavabdeh qismində ona və Cavabdehnə qarşı onunla mərhum həyat yoldaşı X18 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1522/2023 №-li qətnaməsi ilə iddia təmin edilərək, üçüncü şəxslə mərhum həyat yoldaşı X18 arasında Cavabdeh tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli, 48 №li nikah etibarsız hesab edilmişdir. Daha sonra X14 və Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya Məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(102)1504/2024 №-li qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə isə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsində və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(102)1504/2024 №-li qərarında onların iddialarının rədd edilməsinin əsası kimi, üçüncü şəxslə mərhum həyat yoldaşı arasında bağlanmış nikahın etibarsız sayılmasına dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmaması qeyd edilmişdir. Daha dəqiq isə yuxarıda qeyd edilən məhkəmə aktlarında “X13 ölümündən sonra 05 oktyabr 2019-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması özü-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar” qeyd edilmişdir. Göründüyü kimi, həm Gəncə Apellyasiya, həmdə Ali Məhkəmənin məhkəmə tərkibinin yekunda gəldiyi nəticə ondan ibarətdir ki, X14 ilə mərhum həyat yoldaşı arasında bağlanmış nikahın etibarsız sayılması ilə bağlı iddianı ancaq mərhum həyat yoldaşı sağlığında qaldıra bilərdi. Yəni mərhumun uşaqlarının onların nikahının etibarsız sayılması ilə bağlı məhkəmədə iddia qaldırımaq üçün subyektiv hüquqları yoxdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar hüquqlarından sui-istifadə edirlər. Belə ki, qanuni qüvəyyə minmiş məhkəmə aktlarında onlar tərəfindən üçüncü şəxslə mərhum həyat yoldaşı arasında bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmadığı qeyd edilməsinə baxmayaraq, onlar hüquqlarından suiistifadə etməklə yenidən eyni məsələni fərqli iddia tələbi ilə bu dəfə Gəncə İnzibati Məhkəməsində qaldırmışlar. Bununla da onun hüquqları pozulur. Halbuki heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Üçüncü şəxs hesab edir ki, bu məsələ ilə bağlı əgər mülki iddia icraatı qaydasında iddiaçıların iddiası üzrə yekun məhkəmə aktlarında onun mərhum həyat yoldaşı X13 ölümündən sonra 05 oktyabr 2019- cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları tərəfindən mübahisələndirilməsinin əsassız olduğu qeyd edilibsə, o halda onların hazırda inzibati icraat qaydasında qaldırdığı iddiaya da eyni yanaşma olmalıdır. Çünki, nəticə etibarı ilə iddia tələbi eyni məsələ ilə bağlı olmaqla eyni şəxslər tərəfindən qaldırılıbdır və iddia tələbinin dəyişməsi məsələyə ümumi yanaşmanı dəyişdirə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hərəkətləri qanunvericiliklə nəzərdə tutulmuş hüquqdan sui-istifadəyə yönəlmişdir. Əlavə olaraq bildirir ki, X14 mərhum həyat yoldaşı X18 ilə 05 oktyabr 2019-cu il tarixdə rəsmi qayda nikaha daxil olmuş, və mərhum vəfat edənədək ər-arvad kimi birlikdə yaşamışlar. Bu fakt Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 №-li qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Həmçinin o, mərhum həyat yoldaşı X18 ilə nikaha daxil olarkən tibbi müayinələrdən keçmiş və bunun təsdiqi olaraq Göygöl Rayon Poliklinikasının möhürü ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” xx.xx.2019-cu il tarixli, 2365 və 2366 saylı arayışlar verilmişdir. Göründüyü kimi, onların nikaha daxil olarkən qanunveriliklə nəzərdə tutulmuş tibbi müayinələrdən keçdikəri rəsmi qaydada təsdiq olunduqdan sonra Cavabdeh tərəfindən nikah rəsmi qaydada qeydə alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1809/2025 saylı qərardadı ilə (hakim R.Tağıyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1809/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri nikahın etibarsızlığı mülki iş üzrə nəticələrinin əsası kimi qeyd etmişlər ki, X13 ölümündən sonra 05 oktyabr 2019-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması özü-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar. Məhkəmənin mövqeyi tamamilə qanunsuzdur. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra olunur. Cinayət təqibi orqanlarının araşdırması nəticəsində də müəyyən edilmişdir ki, nikah akt qeydinin aparılmasına əsas olmuş tibbi arayış saxtadır. İnzibati məhkəmə icraatı qaydasında baxılan işin predmeti inzibati akt qeydinin ləğvi təşkil edir. Bu səbəbdən də müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktın ləğvi öhdəliyinin qoyulması tələb olunmuşdur. İddiaçılar Asan Xidmət Mərkəzinə müraciət etdikdə onlara bildirildi ki, ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varisləri tərəfindən verilə bilər. Daha sonra qeydiyyat şöbəsinə nikahın qeydə alınmasına əsas olmuş sənədin saxta olduğu və nikah qeydinin ləğvi ilə bağlı müraciət etsələr də, həmin orqanın imtina etməsi nəticəsində subyektiv hüquqları pozulmuşdur. Saxta tibbi arayış əsasında Nikah şəhadətnaməsi əldə edən üçüncü şəxs Qətibə Ağayeva vərəsə kimi müraciət edərək, onların vərəsəlik hüququnu pozmuşdur. Atalarından daşınmaz əmlak və minik avtomobilindən ibarət miras qalmışdır. Saxta sənəd əsasında əldə etdiyi nikah şəhadətnaməsini əsas tutaraq vərəsə kimi paylarının azalmasına səbəb olmuşdur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Qanunvericiliyin tələbinə əsasən “nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər”in dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməz olduğundan, mülki qaydada iddia tələbi üzrə iddiaçıların nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid olmadığı qənaətinə gəlinmişdir. Nikah akt qeydinin aparılması üçün hüquqi əsas müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın nikahın qeydə alınması haqqında akt qeydi aparması qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. İddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamaqla onların hüquqları pozulmuşdur. Belə ki, nikahın etibarsızlığı yalnız ər-arvad tərəfindən qaldırıla bilərsə, vətəndaşlıq vəziyyəti aktlarını mübahisələndirmək hüquqları vardır. Odur ki, Gəncə İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli 2-1(114)-1809/2025 saylı qərardadı ləğv edilməli və iddia mümkün sayılaraq baxılması üçün icraata qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1809/2025 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Cavabdehnə verilmiş “Nikaha daxil olmaq haqqında ərizə”dən görünür ki, X18 və X9 ərizəsi xx.xx.2019-cu ildə 48 № ilə qəbul edilmiş, nikahın qeydiyyatı xx.xx.2019-cu il saat 11:00-a təyin olunmuşdur. -xx.xx.2019-cu il tarixli, 2365 və 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışlardan görünür ki, X18 və X14 tibbi müayinədən keçmiş və onlara müvafiq məsləhətlər verilmişdir. -xx.xx.2019-cu il tarixli AZ-İİ 301080 №-li Nikah haqqında Şəhadətnaməyə əsasən, X18 ilə X9 xx.xx.2019-cu il tarixdə nikahı bağlanılmış, ərə Rzayev, arvada Ağayeva soyadı verilmişdir. -xx.xx.2022-ci il tarixli, AZ-İİ 310959 №-li Ölüm haqqında Şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür. -“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Göygöl rayon Mərkəzi X1 və X9 adına nikaha daxil olmaq üçün hər hansı arayış verilməmişdir. Sənədlərin qeydiyyat kitabında xx.xx.2019-cu il tarixdə 2366 və 2367 nömrəli arayışlar başqa şəxslərin adları ilə qeydiyyata düşmüşdür. Adları qeyd olunan hər iki vətəndaşın xəstəxanada hər hansı müayinədən keçməsinə dair arxiv sənədlərində heç bir qeydiyyat yoxdur. -“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat etmiş atası X18 və X9 adına “Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin (Göygöl RMX) arxiv sənədlərində “Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə” arayışın verilməsi haqqında heç bir qeydiyyat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, verilmiş “Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə” arayışın verilməsinin qanuniliyi və etibarlılığı hüquq mühafizə orqanları tərəfindən araşdırıla bilər. -Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-140/24 nömrəli məktubla Cavabdeh arxivində saxlanılan xx.xx.2019-cu il tarixdən iki ay əvvəl və iki ay sonra nikaha daxil olmaq istəyən şəxslərin təqdim etdikləri Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” arayışların əsli Göygöl rayon Prokrorluğuna göndərilmişdir. -Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli imtina qərarından (Notariat hərərkətlərinin aparılmasından imtinaya dair) görünür ki, İddiaçı1, İddiaçı2 və X12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. -Göygöl rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 atası X13 2019-cu ildə X14 ilə nikaha daxil olarkən Göygöl rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçmələrinə dair saxta arayış əldə etmələri, barədə rayon prokrorluğunda toplanmış material araşdırmanın davam etdirilməsinin təmin olunması üçün aidiyyəti üzrə Göygöl rayon Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. -Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, X18 ilə X14 nikaha daxil olmuş və bununla əlaqədar nikah akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi qaydaları”na uyğun olaraq vətəndaşlıq aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında icra edilir. -Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsindəkilərə əsasən, X4, X2 və X15 vəzifəli şəxs olmadığı üçün, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi aleyhinə olan digər cinayətlər” adlı fəslində nəzərdə tutulmuş cinayət əməllərinin o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı cinayət əməlinin subyekti hesab edilmədiyindən, Göygöl rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi X7 və həmin xəstəxananın digər vəzifəli şəxslərinin əməllərində hər hansı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən onlar barəsində cinayət təqibi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X4, X2 və X10 əməllərində Azərbaycan Respublikası CM-in 320-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib hissəsi olsada, həmin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onlar barəsində cinayət təqibi başlanması rədd edilmişdir. -Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdehlar X14 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1522/2023 saylı qətnaməsi ilə iddia təmin edilsə də, X6 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)1939/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli, 2(102)- 1504/2024 saylı qərarı ilə X6 Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)1939/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeydiyyat şöbəsi hesab edir ki, mübahisə ilə bağlı araşdırmalar aparılmış və hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş edilmişdir. -Göygöl rayon Prokrorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı1 mərhum atası Mədəd Rzayevin 2019-cu ildə X14 ilə nikaha daxil olarkən tibbi müayinədən keçmələrinə dair saxta arayışlar əldə etmələri barədə müraciəti əsasında hazırda Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma davam etdirilir və araşdırma nəticəsində yekun qərar qəbul edilməmişdir. -Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(125)-1522/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdehnə qarşı olan iş üzrə iddia tələbi təmin edilmiş, X18 və X14 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması qət olunmuşdur. -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X14 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)-1522/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1504/2024 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(104)- 1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtləri yoxlanılarkən, həmçinin iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 və X14 arasında nikahın bağlanması haqqında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu il tarixli, 48 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 2365 və 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışlara əsasən X18 və X14 tibbi müayinədən keçmiş və onlara müvafiq məsləhətlər verilmişdir. X18 və X9 nikaha daxil olmaq haqqında ərizəsi xx.xx.2019-cu ildə 48 № ilə Cavabdehndə qəbul edilmiş, nikahın qeydiyyatı xx.xx.2019-cu il saat 11:00-a təyin olunmuşdur. X18 ilə X9 xx.xx.2019-cu il tarixdə nikahı bağlanılmış, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X18 və X14 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(125)-1522/2023 nömrəli qətnaməsi ilə iş üzrə iddia tələbi təmin edilmiş, X18 və X14 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1939/2023 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X14 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(125)- 1522/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X14 və Cavabdehnə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 1504/2024 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(104)- 1939/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri qeyd olunan mülki iş üzrə nəticələrinin əsası kimi qeyd etmişlər ki, X13 ölümündən sonra 05 oktyabr 2019-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması özüözlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Belə ki, qeyd olunan mülki iş üzrə iddia tələbi X18 və X14 arasında Cavabdehndə qeydə alınmış xx.xx.2019-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikahın etibarsız hesab olunması tələbindən, hazırkı iddia tələbi isə həmin akt qeydinin ləğv edilməsi tələbindən ibarətdir. Başqa sözlə, qeyd olunan iddia tələbləri mahiyyət etibarilə eynilik təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. İş materiallarında olan müvafiq məhkəmə qətnamələrindən görünür ki, iddiaçıların mülki məhkəmə icraatı qaydasında mübahisələndirdikləri məsələ, yəni nikahın etibarsız sayılması ilə bağlı iddia hazırda inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilən nikah akt qeydinin ləğv edilməsi tələbi ilə oxşar mahiyyətə sahib olmaqla eyni məqsədə xidmət edir. Belə ki, həmin iddiaların qaldırılmasında məqsəd üçüncü şəxs X9 miras əmlakdan pay almaq hüququnu aradan qaldırmaqdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar eyni mahiyyətli iddianı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməklə eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılmasına səbəb olmuşlar. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. İddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışlar. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırki qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1809/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar